Mütəşəkkil cinayətkarlıq
Mütəşəkkil cinayətkarlıq maddi mənfəət və ya güc əldə etmək üçün məqsədi ilə yaradılmış olan dəstələri ifadə etmək üçün istifadə olunur. Milli və beynəlxalq səviyyədə əlaqələrə malik olan və müəyyən bir təşkilat (və ya təşkilatlanma) vasitəsilə həyata keçirilən xüsusən də narkotik və psixotrop maddələrin ticarəti, maliyyə cinayətləri və silah qaçaqmalçılığı başda olmaqla yüksək gəlir təmin edən cinayətlərin ümumi adıdır. Mütəşəkkil cinayətkar qruplar müntəzəm olaraq kriminal dəstələr ilə qarışdırılsalar da, əslində onlar müxtəlif funksiyalara görə təşkilatlanmış olan, üfüqi və şaquli iyerarxiyaya malik olan cinayətkar qruplardırlar. Lakin ən əsas olan budur ki, onlar bu və ya digər səviyyədə dövlət məmurları ilə əməkdaşlıq edərək ədalətdən və qanundan bir növ immunitet (toxunulmazlıq) əldə etməyə çalışırlar. Mütəşəkkil cinayətkar qruplar daha çox dövlətin güc tətbiq etmək hüququna malik olan hüquq mühafizə orqanları və ona nəzarət edən polislər, hakimlər, prokurorlar və hərbçilər kimi dövlət məmurları ilə əməkdaşlıq etməyə meyllidirlər. Mütəşəkkil cinayətkar qruplar yalnız bir sahədə fəaliyyət göstərsələr də, məsələn, yalnız heroin qaçaqmalçılığı ilə məşğul olsalar da, maliyyələşdirmə, təhlükəsizlik, güc tətbiqi, nəzarət, daşınma və çirkli pulların yuyulması kimi funksiyalar baxımından bir-birilərindən fərqlənirlər.
Oğurluq və dələduzluq:
Biznes sahələrinə görə:
Qiymətli əşya daşıyan avtomobillərin qaçırılması
Oğurluq
Müflis olma dələduzluğu (müflis olma saxtakarlığı)
Sığorta dələduzluğu
Səhm dələduzluğu (Şirkət daxilində)
Fiziki şəxslərə görə:
Avtomobil oğurluğu
Evlərin qarəti
Kredit kartı saxtakarlığı
Səhm dələduzluğu (Səhm qiymətlərinin dəyərinin şişirdilərək satılması)
Dövlət istiqamətli:
Tenderlərin saxtalaşdırılması
Saxta pulların çap edilməsi (Mistifikasiya)
Qaçaqmalçılq, saxta etiketlər vasitəsilə, siqaret və spirtli içkilərin qaçaqmalçılığı
Qeyri-leqal işçiləri işə götürmək və bu məqsədlər üçün ölkəyə gətirmək
Qeyri-qanuni xidmət və malların təqdim edilməsi:
Sələmçilik
Mərc
Qumar
Fahişəlik
Narkotik maddələrin satışı
Silah ticarəti
Muzdlu qatil təmini
Zəhərli tullantıların utilizasiyası
İnsan alveri
İnsan alveri (Dilənçiliiyə və fahişəliyə məcbur etmə)
Çirkli pulların yuyulması
Axır zamanlarda beynəlxalq və milli təhlükəsizliyi təhdid edən ən mühüm problemlərdən biri hesab edilir. Onların terror təşkilatları ilə də əlaqələri mövcud ola bilər.
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Avropa İşçi Qrupunun 28-31 mart 1996-cı il tarixlərində Almaniyanın Leypsiq şəhərində keçirilmiş olan iclası zamanı mütəşəkkil cinayətkarlığın formalaşması üçün müəyyən edilmiş kriteriyalar aşağıdakılardır:
Haqsız qazanc əldə etmək üçün bir yerə yığılmış və aralarında əmək bölgüsü olan iyerarxik struktur,
Cinayət yolu ilə əldə edilmiş olan gəlirlər,
Cinayətlərin törədilməsi məsələsində müntəzəmlik,
Mövcud mütəşəkkil strukturun daxilində tətbiq edilən sanksiya sisteminin mövcud olması,
Zorakılıq və təhdid kimi üsullardan istifadə edilməsi,
Dövlət və şəxsi (xüsusi) sektorlara nüfuz edilməsi,
Əldə edilmiş olan çirkli pulların yuyulması.