MÜTƏMADİ

sif. [ ər. ] Sürəkli, ara verməyən, davamlı, daimi surətdə baş verib gedən.
O gündən etibarən Qurbanlı mütəmadi ziyarətlərə davam etdi. Çəmənzəminli.
Mütəmadi fikir, şiddətli ürək döyüntüsü [Əzizbəyovu] yatmağa qoymurdu. M.Hüseyn.

// zərf Daim, arasıkəsilmədən, mütəmadiyən.
Axşam Dilbər xörək yemir, mütəmadi ağlayırdı. C.Cabbarlı.

Синонимы

  • MÜTƏMADİ daimi — həmişə

Этимология

  • MÜTƏMADİ Ərəbcə məədə (zaman uzunluğu) sözü ilə qohumdur. Kök samitləri md-dır. Daimi sözü ilə əlaqəsi yoxdur
MÜTƏLLİM
MÜTƏMADİYƏN
OBASTAN VİKİ
Mütəmadi içki
Mütəmadi içki (ingiliscə "long drink", sözün əsl mənasında "uzun içki") kifayət qədər böyük həcmli (120 ml-dən çox, ortalama həcm - 160-400 ml) spirtli kokteyldir. Adətən çoxlu buzla hazırlanır, ona görə də əriyəndə şirə çöpü vasitəsilə içmək çox vaxt aparır. İsti günlərdə yaxşı sərinlədir.
Balvanə-i Mütəmadi (Qürvə)
Balvanə-i Mütəmadi (fars. بالوانه معتمدي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 319 nəfər yaşayır (70 ailə). Əhalisini kürdlər təşkil edir.

Значение слова в других словарях