MƏNZİL

is. [ ər. ]
1. Yaşayış evinin adətən bir neçə otaqdan, mətbəxdən və s.-dən ibarət olan hissəsi. Təzə mənzilə köçmək. Üçotaqlı mənzil.
[Tahir] ikiotaqlı mənzilində cəmisi bir həftə qalmışdı. M.Hüseyn.

// Ümumiyyətlə, ev, birinin yaşadığı yer, otaq, məskən. Mənzili qaydaya salmaq.
– Əhvalatı başdan deyim: – Məşədi Həsənlə … gəldik mənim mənzilimə. Ə.Haqverdiyev.
Mirzə Cəmilin mənzilində bəzən səhərə kimi çıraq yanırdı. Ə.Vəliyev.

□ Mənzil etmək – yaşamaq üçün düşmək, bir yerdə qalmaq. Mehmanxanada mənzil etmək.
[Tacir] bir karvansarada mənzil edir. (Nağıl).

2. Gedilən yolun bölündüyü hissələrdən hər biri; mərhələ. Bir mənzil yol getmək.
– İki mənzili bir gündə gedirdilər. M.S.Ordubadi.

// Gedilən yer, yolun sonu. Mənzilə çatmaq.
– Yetişib mənzilə dayandı qayıq; Söndü yavaş-yavaş motorun səsi. S.Vurğun.
[Nizami] … günbatana mənzilə yetişəcəyini güman edirdi. Ə.Məmmədxanlı.

□ Mənzil başı – gedilən yer. Mənzil başına çatmaq.
// Ümumiyyətlə, yol, məsafə.
Bir aylıq mənzili bir gündə kəsər; Köhlən bəsləmişəm görək Qıratım. Koroğlu”.
Cənab uryadnik, Çullu çox uzaq mənzildir. S.Rəhimov.

Mənzil etmək – yolda istirahət üçün bir yerdə dayanmaq, düşmək.
Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Ə.Haqverdiyev.
Edərdi orada bir gecə mənzil; Anıb o günləri, fikri dolandı. H.K.Sanılı.

Mənzil kəsmək – lazım olan yerə çatmaq, yolu başa çatdırmaq, qət etmək. Arpa yemiş at mənzil kəsər. ( Ata. sözü ).
Yedəyi köhlən atlı çapar mənzil kəsib, özünü Hatəm xanın malikanəsinə çatdırdı. S.Rəhimov.

3. Körpü kimi tikililərdə, qurğularda qonşu dayaqlar arasındakı məsafə, ara.
4. Güllənin, mərminin gedib hədəfi vura biləcəyi məsafə.

Синонимы

  • MƏNZİL 1. MƏNZİL Əşrəf yeni mənzilini nəzərdən keçirdikdən sonra yerini rahatlamaq istədi (İ.Şıxlı); EV [Mərcan bəy:]
  • MƏNZİL ev — məskən — yurd

Омонимы

  • MƏNZİL MƏNZİL I is. [ ər. ] Yaşayış yeri, otaq. Ata, neçə pillədir; Yerdən bizim mənzilə? (R.Rza). MƏNZİL II is
MƏNZƏRƏLİ
MƏNZİL-MƏNZİL

Значение слова в других словарях