MƏS

I
сущ. чувяк, чувяки (мягкие туфли без каблуков)
II
прил. чувячный
MƏRZLƏTMƏK
MƏSAFƏ
OBASTAN VİKİ
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. 23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi — XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problem. 19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən cənubi Qafqaza — Azərbaycan torpaqlarına köçürülmüş ermənilər yerli aborigen əhali olan azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev-eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. Azərbaycan xalqnın üzləşdiyi belə fəlakətlərdən biri də 1917–1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. 1917–18-ci illərdə təkcə Yeni Bayazid, Eçmiədzin və İrəvan qəzalanndan olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdi. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918–20-ci illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi, zəngin sərvətlərə malik olması, Birinci dünya müharibəsi zamanı bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, Azərbaycana yiyələnmək və buranı həmişəlik olaraq özünün bir quberniyasına çevirmək istəyən Rusiyanın Azərbaycana münasibətdə təcavüzkar siyasəti, Azərbaycan xalqının müsəlman, xüsusilə türk olması və Rusiyanın müstəmləkə siyasətindən narazılığı, ermənilərin "dənizdən-dənizə" "Böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyalarını həyata keçirmək məqsədilə Azərbaycanın əzəli torpaqlarını zəbt etmək arzusu, ümumən, türklərə qarşı düşmən münasibəti, onların öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri və s. o zaman Azərbaycanın düçar olduğu fəlakətin əsas səbəbləri idi. Azərbaycan xalqının öz doğma yurd-yuvalarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin cənubi Qafqaza müdaxiləsindən sonra da dayanmadı. Həmin dövrdə təkcə İrəvan quberniyasından şərqi Azərbaycana 150 mindən çox qaçqın gəlmişdi.
Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ
Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ, Azərbaycan Xalq Cümhuriyyətinin torpaq mülkiyyəti formaları, torpaqdan istifadə qaydaları və bu sahədə istehsal münasibətlərinin yenidən qurulması sahəsində həllinə çalışdığı islahatlar proqramı. Onun həlli həm sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, həm də ölkə əhalisinin əksəriyyətini təşkil edən kəndlilərin yeni hakimiyyətə etimadının artmasına səbəb olardı. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ərəfəsində ölkədə kapitalist münasibətləri genişlənməkdə idi. Kənddə təbəqələşmə gedirdi. 1917 ildə Şimali Azərbaycan kəndində yoxsul təsərrüfatları 54,4, ortabablar 34, qolçomaqlar 6% təşkil edirdi. Dövlət və mülkədar torpaq sahibliyi üstün idi. Bütün kənd təsərrüfatının 29,5%-i mülkədarlara, 68,7%-i dövlətə məxsus olduğu halda, yalnız 1,8%-i kəndlilərin payına düşürdü. Torpaqsız və aztorpaqlı kəndlilər mülkədarlardan icarəyə torpaq götürməyə və ya muzdur kimi işləməyə məcbur idilər. İcarə bütün qəzalarda torpaqdan istifadənin əsas forması idi. Mülkədar təsərrüfatlarında muzdur əməyindən geniş istifadə olunurdu.
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətində qaçqınlar məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi — XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problem. 19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən cənubi Qafqaza — Azərbaycan torpaqlarına köçürülmüş ermənilər yerli aborigen əhali olan azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev-eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. Azərbaycan xalqnın üzləşdiyi belə fəlakətlərdən biri də 1917–1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. 1917–18-ci illərdə təkcə Yeni Bayazid, Eçmiədzin və İrəvan qəzalanndan olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdi. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918–20-ci illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi, zəngin sərvətlərə malik olması, Birinci dünya müharibəsi zamanı bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, Azərbaycana yiyələnmək və buranı həmişəlik olaraq özünün bir quberniyasına çevirmək istəyən Rusiyanın Azərbaycana münasibətdə təcavüzkar siyasəti, Azərbaycan xalqının müsəlman, xüsusilə türk olması və Rusiyanın müstəmləkə siyasətindən narazılığı, ermənilərin "dənizdən-dənizə" "Böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyalarını həyata keçirmək məqsədilə Azərbaycanın əzəli torpaqlarını zəbt etmək arzusu, ümumən, türklərə qarşı düşmən münasibəti, onların öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri və s. o zaman Azərbaycanın düçar olduğu fəlakətin əsas səbəbləri idi. Azərbaycan xalqının öz doğma yurd-yuvalarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin cənubi Qafqaza müdaxiləsindən sonra da dayanmadı. Həmin dövrdə təkcə İrəvan quberniyasından şərqi Azərbaycana 150 mindən çox qaçqın gəlmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Dərbənd məsələsi
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi — Dağıstanın Azərbaycanla birləşmək uğrunda mübarizəsi. 1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra Dağıstanda Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər. Dağıstanlı zabitlər, o cümlədən Dağlı Respublikasında hərbi nazirin müavini olmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edirdilər. Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parlamenti üzvlərinin, zabitlərinin, ruhanilərinin və ziyalılarının birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin Fəhlə məsələsinə dair məşvərət şurası
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətinin İtalyan mandatlığına verilməsi məsələsi
Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransa və İtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi. Fransa və İngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər. Azərbaycan və Gürcüstan faktiki olaraq, mövcud olduğu halda Fransa hökuməti onları nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi. Lakin bununla belə, Pişonun cavablarından aydın oldu ki, Fransa hökuməti Azərbaycanla ticarət, ümumiyyətlə, iqtisadi əlaqələr yaratmağa meyl göstərir. Bu da şübhəsiz ki, Azərbaycanın təhlükəsizliyi baxımından kifayət deyildi. Frank-Qafqaz komitəsinin ciddi cəhdlərinə baxmayaraq, Fransa hökumətinin Qafqaz mandatını götürmək fikri yox idi. Əslində, Azərbaycan hökuməti də öz növbəsində fransızların Qafqaza gəlməsinə müsbət münasibət bəsləmirdi. Çünki Birinci Dünya müharibəsindən sonra Fransa hökumətinin erməniləri müdafiə etmək cəhdləri[Azərbaycan siyasi dairələrinə məlum idi.
Azərbaycan atalar sözləri və məsəlləri
Azərbaycan atalar sözləri və məsəlləri — Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və zəngin növlərindən biri. Atalar sözləri və məsəllər danışdıqda çox işlənən qısa, dərin mənalı və bitkin ifadələrdir. Bunlar xalq müdrikliyinin, xalq zəkasının, xalqın həyat təcrübəsinin bədii ifadəsidir. Azərbaycan dilinin aydınlığı, qısa, yığcam şəkildə dərin məna ifadə etmək kimi gözəl xüsusiyyətləri atalar sözlərində özünü yaxşı əks etdirir. Başqa növlər kimi, atalar sözləri də müxtəlif dövrlərdə, müxtəlif şəraitdə yaranmışdır. Buna görə də o, müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Ona görə də atalar sözü və məsəllərə ruslar ibrətamiz söz, qanadlı söz, qızıl söz, yunanlar və romanlılar hakim fikirlər, italyanlar xalq məktəbi, ispanlar ruhu təbiəti, ingilislər və fransızlar təcrübənin barı və s. adlar vermişlər. Atalar sözü və məsəllər bir-birinə çox yaxındır. Bunları biri-birindən ayırmaq çox vaxt hətta çətin olur.
Azərbaycan məscidləri
Azərbaycandakı məscidlərin siyahısı - Azərbaycan Respublikasında 2 mindən çox məscid mövcuddur. Sovetlərin son dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, daha doğrusu, 1990-cı ildən Azərbaycanda minə yaxın məscid inşa olunmuşdur. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb. 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunmuş, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılmış, 16 məscid yenidən qurulmuşdur. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. 1943 Tehran konfransından sonra Stalinlə əldə edilmiş razılaşmaya əsasən SSRİ ərazisində bir sıra dini məkanların açılmasına icazə verildi. Bununla əlaqədar Bakıda da Təzə Pir məscidi və Göy məscidin fəaliyyəti bərpa edildi.
Ağa Məsih Şirvani
Ağa Məsih Şirvani (Şamaxı – 1766, Şamaxı) — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Sultan Məcid Qənizadənin ulu babası Ağa Məsih Şirvani Şamaxı yaxınlığında yerləşən Dədəgünəş kəndində doğulmuşdur. Muasirlərindən Nişat Şirvani və Zülali ilə dostluq etmişdir. Məsih Şirvani Zülalini özünə ustad seçmişdir. Deyişmələrindən yalnız "Verir" rədifli şeiri dövrümüzədək gəlib çatmışdır. Qəzəl, müəşşər və müxəmməslərində Məhəmməd Füzuli və Nişat Şirvaninin təsiri duyulur. Aşıq ədəbiyyatının təsiri ilə qoşmalar yazmışdır. Ağa Məsih Şirvaninin yaradıcılığında tarixi mənzumələr əhəmiyyətli yer tutur. Bizə gəlib çatmayan "Şahnamə" adlı əsəri Fətəli xana həsr olunmuşdur. Əhməd xan Şahsevənin 1749-cu ildə Şirvana basqınından bəhs edən mənzumələri XVIII əsr Azərbaycan ictimai siyasi həyatından bəhs edir.
Aşıq Pəri məsclisi
Aşıq Pəri Məclisi — 1984-cü ildə yaranan, qadın aşıq və şairələrin ədəbi birliyi. Yaradıcısı və ilk sədri Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Narınc Xatun olmuşdur. Aşıq yaradıcılığının inkişafına xidmət edən məclis XIX əsr Azərbaycan aşıq-şairi Aşıq Pərinin adını daşıyır. Məclisin hazırkı rəhbəri Pərvanə Zəngəzurludur. Məclis 1984-cü ildə IV aşıqlar qurultayından dərhal sonra, xalq şairi Hüseyn Arif və yazıçı Əzizə Cəfərzadənin dəstəyi ilə şairə Narınc Xatunun çox böyük fədakarlığı sayəsində yaranmışıdır. Belə ki, Narınc Xatun Borçalıda bir məclisdə olarkən Aşıq Sona Hamamlı (1918–1988) bir Zarıncı havası çalır. Narınc Xatun belə bir sənətkar xanımın ifasını gördükdən sonra düşünür ki bir təşkilat yaratmaq və istedadlı xanım aşıqları orada cəm etmək lazımdır. Aşıq Pəri Məclisi Azərbaycan Yazıçılar İttifaqında 22 sentyabr 1984-cü il tarixdə təsis olunmuşdur. Məclisin şöhrəti qısa müddət ərzində Gürcüstan, Dağıstan, İran, Türkiyə və İraqda da yayılmağa başladı. Məclisin üzvləri folklor-musiqi festivallarında iştirak etmək üçün bir çox xarici ölkələrə dəvət olundular.
BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı
UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 194 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır. 1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir. Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir.
Baba Kuhi Bakuvi məscidi
1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.
Baba Məsimov
Baba Vəziroğlu (Baba Vəzir oğlu Məsimov; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991). Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir.
Bala Bağman məscidi
Bağbanlar məscidi və ya Mirzə Kərim məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid. Bina 1884-cü ildə Mirzə Hüseyn və Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi tikilmişdir. Bina gümbəzlidir. Bina hazırda Şəhər Mədəniyyət İdarəsinin və Fatimeyi Zəhra qadınlar cəmiyyətinin istifadəsindədir. Ozan məscidi Qırıxlı məscidi Qazaxlar məscidi XIX əsrin yadigarı - Bala Bağman məscidi.
Balıqlı məscidi
Balıqlı məscidi — Amasiya rayonunun Balıqlı kəndinin məscidi
Bayatulla Məshud
Bayatulla Məshud (təq. 1973, Bannu dairəsi[d], Xayber-Paxtunxva – 5 avqust 2009, Vəziristan, Xayber-Paxtunxva) — Pakistan Təhriki Təlibanın şeyxi."Qurd" adı ilə bütün Pakistan və Əfqanıstanda məşhurlaşıb. Beytullah Mehsud, 1970-ci illərin əvvəllərində, Pakistanın Xayber Paxtunxva əyalətinin Bannu bölgəsindəki Landi Dhok kəndində, Cənubi Vəziristan Agentliyindəki Mehsud tayfasının bazasından bir qədər məsafədə yerləşmişdir. Etnik bir pushtun, o, Mehsud qəbiləsinin Şabi Khel sublanının Broomi Khel tərəfdən salamladı və beş qardaşdan biri idi.Medianın diqqətindən yayındı və dini inancına uyğun şəkil çəkdirməkdən imtina etdi. Məktəbdə və ya dini mədrəsədə iştirak etməmişdir. 2004-cü ildə Nek Məhəmmədin ölümündən dərhal sonra böyük bir qəbilə başçısı olaraq ortaya çıxdı.Molla Dadullah da daxil olmaqla, beş Taliban komandirinin qatıldığı mərasimdə Beytullah Molla Ömərin Mehsud bölgəsinin valisi təyin edildi. Nek Məhəmmədin ölümündən sonra Abdullah Mehsud və Beytullah Mehsud hər ikisi Pakistan Talibanının hakimiyyəti uğrunda mübarizə apardılar. Pakistanın təhlükəsizlik qüvvələri tərəfindən edilən basqında Abdullah öldü və daha sonra varisi bomba partlayışında öldü, Qari Zain və Abdullah fraksiyasının digər üzvləri hücumlarda Beytullahın rol oynadığından şübhələndilər. Rəqabət Zeynuddin Abdullahın dəstəsinə rəhbərlik etdikdən sonra davam edirdi. Guantanamodan azad edilən ilk əsirlər arasında olan Taliban lideri Abdullah Mehsud, Beytullahın qardaşı olaraq təsvir edilmişdir.Digər mənbələr onların klançı və ya sadəcə ortaq olduqlarını iddia etdilər.İslam Online bildirir ki, Beytullah Abdullahın ikiqat agent olduğundan şübhələnirdi.
Bağmanlar məscidi
Bağbanlar məscidi və ya Mirzə Kərim məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid. Bina 1884-cü ildə Mirzə Hüseyn və Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi tikilmişdir. Bina gümbəzlidir. Bina hazırda Şəhər Mədəniyyət İdarəsinin və Fatimeyi Zəhra qadınlar cəmiyyətinin istifadəsindədir. Ozan məscidi Qırıxlı məscidi Qazaxlar məscidi XIX əsrin yadigarı - Bala Bağman məscidi.
Başqırdıstan məscidlərinin siyahısı
Başqırdıstan məscidlərinin siyahısı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasınında yerləşən məscidlər. İlkin mənbələrdə ilk məscidlərin XVI-XVII əsrlərə aid olduğu qeyd edilir. Bu günə qədər fəaliyyət göstərən ilk məscidlərdən biri Baltaçevsk rayonunun Staroyakşeyevo kənddəki məsciddir. Həmin məscid 1738-ci ildə tikilmişdir. 2013-cü ilə qədər Başqırdıstanda mindən çox məscid qeydə alınmışdır. Васильева О. В., Латыпова В. В. и др. Дорога к храму: история религиозных учреждений г. Уфы. Уфа, 1993. Кутушев Р. Н., Юнусова А. Б. Мечети.// Башкортостан: краткая энциклопедия.
Bibiheybət məscidi
Bibiheybət məscidi — Azərbaycan Respublikasının Bakı buxtası sahilində yerləşən məscid. 1990-cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdır. Bibiheybət kompleksində məsciddən başqa seyid nəslindən gələn Həkimə xanım kimi möhtərəm şəxslərə aid sərdabələr və qəbirlər var. Bu abidə Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsidir. Azərbaycan şairi Abbasqulu ağa Bakıxanov, məşhur fransız yazıçısı Aleksandr Düma və Qarabağ xanlığıın son hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan kimi şəxslər bu məscidi ziyarət ediblər. Hal-hazırda da Azərbaycana gələn xarici ölkələrin nümayədənləri məscidi ziyarət edir. Məscid yeddinci şiə imamı Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Həkimə xanım İmam Əli və Fatimənin nəslindən idi. Həkimə xanım onu incidən xəlifələrin əlindən Bakıya qaçmışdı.
Bibixanım məscidi
Bibixanım məscidi — Özbəkistanın Səmərqənd şəhərində yerləşən memarlıq abidəsi, məscid. XIV əsrin sonunda Səmərqənd şəhəri məşhur fateh Əmir Teymurun nəhəng imperiyasının paytaxtı oldu. Şəhər tez bir zamanda genişlənməyə başladı. Əmir Teymur öz paytaxtını gözəl, qeyri-adi, ecazkar, digər şəhərləri kölgədə qoyacaq şəhər kimi görmək arzusunda idi. O, hətta şəhərin ətraf kiçik kəndlərinə Bağdad, Dəməşq, Qahirə adlarını qoyaraq Səmərqəndlə müqayisədə bu böyük şəhərlərin cılızlığını vurğulamaq niyyətində idi. Paytaxtın mərkəzində isə möhtəşəm Bibi-xanım türbə-məscidi səmaya ucaldıldı. Bu məscid Teymurilər dövlətinin baş məbədi hesab olunurdu. 1404-cü ildə Səmərqənddə olmuş ispan səfir Ruis Qonsales de Klavixonun sözlərinə görə, şəhərin baş məscidi "hökümdar Teymurun bu vaxtadək tikdirdiyi ən gözəl abidədir". Orta əsr tarixçisi isə qeyd edir ki, Bibi-xanım məscidi hündür minarələrinin üzərində bütün dünyaya meydan oxuyur. Əfsanəyə görə, Teymurun sevimli həyat yoldaşı Bibi – xanım bu məscidi öz hökümdarının növbəti yürüşdən qayıtması şərəfinə hədiyyə olaraq tikdirmək qərarına gəlir.
Böyük Bazar məscidi
Böyük Bazar məscidi — Azərbaycanın Lənkəran şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid 1864-cü ildə Böyük bazar məhəlləsində tikilib. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Böyük Bazar məscidi 1864-cü ildə Lənkəran şəhərində Böyük bazar məhəlləsində tikilib. Məscid Kərbəlayi Qulu, Kərbəlayi Ağaqulu, Hacı Mirağa və Böyük bazar məhəlləsində yaşayan camaatın topladığı vəsait hesabına tikilib. Adını isə yerləşdiyi məhəllədən alıb. Memarı Usta Hadı olub. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.
Böyük Kufə məscidi
Böyük Kufə məscidi — İraqın Kufə şəhərində yerləşir.
Böyük Xan məscidi
Böyük Xan məscidi (krımtat. Büyük Han Cami) və ya Böyük Saray məscidi — məscid Bağçasaray şəhərində Xan sarayında yerləşir. Böyük Xan məscidi xan sarayının daxilində, şimal qapılarından şərqdə yerləşir. Bu Krımın ən böyük məscidlərindən biri olmaqla yanaşı həm də xan sarayının ilk tikilisidir.. Məscid 1532-ci ildə I Sahib Gərayın göstərişi ilə inşa edilmişdir. XVII əsrə qədər məscid onun adını daşıyırdı. Binanın ərazidi kifayət qədər iridir. Məscidin damı qırmızı keramitlə örtülmüşdür. İlk əvvəllər isə üzəri günbəz olmuşdur. Məscidin girişi Çürük-Su çayı istiqamətdə yerləşir.

Значение слова в других словарях