MAARİFLƏNDİRİLMƏK
MAARİFLƏNDİRMƏK
OBASTAN VİKİ
Xalqı Maarifləndirmə və Təbliğat Nazirliyi
Xalqı Maarifləndirmə və Təbliğat Nazirliyi və ya Təbliğat Nazirliyi (Almanca: Reichsministerium für Volksaufklärung und Propaganda və ya Propagandaministerium), Nasist Almaniyasında nasional sosialist ideologiyaya görə hərəkət etmiş nazirlik olmuşdur. Yarandığı gündən bağlandığı günə kimi nazirliyi Joseph Goebbels idarə etmişdir. Coşqulu və enerjili xalqa müraciət etmək qabiliyyəti, sərt antisemit dünyagörüşü və kütləvi təbliğatın Büyük Yalan olaraq tanınmış texnikasından məharətlə istifadə etməsi Joseph Goebbelsi Təbliğat Nazirliyi üçün ən yaxşı namizəd olaraq göstərirdi. Goebbels etdiyi odlu-alovlu çıxışları ilə xalqı Adolf Hitlerin yoluna dəvət etdi. Tək Xalq, tək İmperatorluq, tək Lider şüarı xalqın şüuruna bu nazirlik vasitəsilə illər boyu yürüdüldü. İkinci Dünya müharibəsi dövründə Goebbels rəhbərliyindəki qrup alman xalqını genişmiqyaslı hərbi toqquşmalara hazırlamaq üçün əlindən gələn hər bir şeyi etmişdir. Müharibənin son illərində elan edilmiş olan kütləvi müharibə layihəsinin də memarı bu nazirlik olmuşdur. Fürer Adolf Hitlerin intiharından sonra Üçüncü Reyx Kansleri vəzifəsini aldıqdan sonra nazirlik avtomatik olaraq bağlanmışdır.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi

Значение слова в других словарях