macəraçı
madam ki
OBASTAN VİKİ
Madam Batterflay
Madam Batterflay (it. Madama Butterfly) — Cakomo Puççininin 3 səhnədən ibarət 2 pərdəli David Belaskonun “Geyşa” əsəri əsnasında librettosu İllika Luici, Cüzeppe Cakoza tərəfindən yazılmış operası. Opera premyerası 17 fevral, 1904 cü ildə Milanın La Skala səhnəsində oynanılmışdır. == Personajlar == == I Pərdə == ABŞ HDD zabiti leytenant Franklin Bencamin Pinkerton Batterflay kimi tanınan Ço-Ço-San adlı bir geyşaya vurulur. Dəllal Qore Naqasaki ətrafındakı bir təpə üzərindəki evi Pinkertona göstərir. Pinkerton bu evdə Batterflay ilə bal ayı keçirməyi qərara alır. Dəllal Qore zabitə Sudzuki və digər qulluqçuları təqdim edir. Toya hazırlıq başlanır. Mərasimə pinkertonun tanışı amerika konsulu Şarpless təşrif gətirir. Onların aralarındakı söhbətdən belə məlum olur ki, Pinkerton bu hərəkəti ilə utancverici bir məqsəd güdür.
Madam Bovari
«Madam Bovari», yaxud «Xanım Bovari» (fr. Madame Bovary) — fransız yazıçı Qüstav Floberin, ilk dəfə 1856-cı ildə nəşr etdiyi, məşhur romanı. Bu roman dünya ədəbiyyatının böyük nümunələrindən sayılır.
Madam Tüsso muzeyi
Madam Tüsso (ing. Madame Tussauds) — Məşhur mum heykəllər muzeyi. Muzey Mariya Tüsso tərəfindən 1777-ci ildə yaradılmışdır və ilk mum fiquru Voltereə məxsus olmuşdur. Həmçinin, burada bir çox Hollivud ulduzlarının : Ancelina Coli, Tom Kruz, Orlando Blum, Bred Pitt, Leonardo DiKaprio, Cennifer Lourens, Odri Hepbern və s.; bir çox populyar ulduzlarının : The Beatles, Maykl Cekson, Beyons, Ledi Qaqa, Castin Timberleyk, Madonna; məşhur futbolçuların : Zinəddin Zidan, Devid Bekhem, Kriştiano Ronaldo, Lionel Messi və s. məşhur insanların mum fiqurları var. Madam Tüsso muzeyinin hal-hazırda bir çox şəhərlərdə filialları var. Buna Honq-Konq, London, Amsterdam, Berlin və digər şəhərlər aiddir. Bu muzeyin yaradılması Madam Tüsso (Madame Tussauds) ilə bağlıdır. O, mum heykəllər hazırlayaraq sərgilər keçirirdi ki, bu da müasir Madam Tüsso muzeylərinin yaranmasına səbəb olmuşdur. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru da müxtəlif ölkələrin və epoxaların görkəmli dövlət xadimləri və siyasətçilərinin fiqurları sırasında öz fəxri yerini tutmuşdur.
Madam de Pompadur
Janna-Antuanetta Puasson (fr. Jeanne-Antoinette Poisson) və ya geniş tanınan adı ilə Madam de Pompadur (fr. Madame de Pompadour; 29 dekabr 1721 — 15 aprel 1764) — 1745-ci ildən fransız kralı XV Lüdovikin rəsmi fovariti - məşuqəsi. Kralı öz adamlarının əhatəsinə salaraq dövlətin daxili və xarici siyasətinə təsir gücünə malik, elm və incəsənətə qəyyumluq edən bir markizetta. == Həyatı == 19 yaşında gözəl Antuanetta öz patronunun qohumu Lenorman d`Etiola ərə gedir. Öz əri tərəfindən diqqətsiz qalan Pompadur cavanlar məclislərində şən vaxt keçirir. XV Lüdovik onu təsadüfən 1745 ci ildə görür, hersoqina Şataru vəfat etdikdə sonra onu markizetta Pompadur adı ilə özünün rəsmi favoriti - məşuqəsi edir. Əvəzində onun əri Bastiliya ilə hədələndikdən sonra gəlirli vəzifə ilə mükafatlandırılır. Beləliklə Markizetta de Pampadur kral sarayının ən səlahiyyətli sakininə çevrilir. O, dövlətin bütün işlərinə: istər xarici, istər daxili, istərsə də kralın ailə işlərinə məharətlə təsir etmə gücünə malik olmuşdur.
Madam de Sevinye
Madam de Sevinye (fr. Marie de Rabutin-Chantal, marquise de Sévigné; 5 fevral 1626[…], Paris – 17 aprel 1696[…] və ya 17 aprel 1695) — fransız yazıçısı, Fransa ədəbiyyatı tarixində ən məşhur epistolyar əsər olan "Məktublar"ın müəllifi. Veneradakı Sevinye krateri onun adını daşıyır. == Həyatı == Madame de Sevinyenin atası Sels-Benin de Rabutin-Chantal döyüşdə həlak olmuşdur (1627). O, babası, daha sonra isə qardaşı tərəfindən böyüdülmüşdür. Müəllimləri Jean Chaplin və Gilles Menage sayəsində o, italyan, bir qədər də latın və ispan dillərini mükəmməl bilirdi. 1644-cü ildə Marquis Henri de Sevigne (1623-1651) ilə evləndi. Lakin, evliliyi xoşbəxt olmadı. Əri xanımına biganə qalıb, onu aldadıb. 1652-ci ildə məşuqəsi Madam de Qondran üzərində dueldə öldürüldü və iki uşaq, bir oğlu və bir qızı olan gənc bir dul qaldı.
Madam de Pompadur (rəsm)
Madam de Pompadur (fr. Madame de Pompadour) — Fransua Buşe tərəfindən 1756-cı ildə çəkilmiş 201 x 157 sm ölçülü rəsm əsəri.
Madame Monsieur
Madame Monsieur — vokalist Emili Satt və prodüser Jan-Karl Lukasdan təşkil olunan Fransalı musiqi dueti. Onlar "Mercy" mahnısı ilə Fransanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Yaranma tarixçəsi == Emili Satt və Jan-Karl Lukas ilk dəfə 2008-ci ildə tanış olmuş və Madame Monsieur duetini birlikdə yaratmışdırlar. 2015-ci ildə duet Fransız reper Yusufa üçün "Smile" mahnısını bəstələmiş və daha sonra France 2 telekanalında yayımlanan Taratata musiqi şousunda iştirak etmişdirlər. Duetin debüt albomu olan Tandem 2016-cı ilin noyabr ayında işıq üzü görmüşdür. 2018-ci ilin yanvar ayında Madame Monsieur duetinin "Mercy" mahnısı ilə Fransa telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi öz təsdiqini tapmışdır. Seçim turunda onlar yarımfinal mərhələsini uğurla adlayaraq, finala vəsiqə qazanmışdırlar. Finalda duet bir daha öz mahnısını ifa etmiş və nəticədə ən çox xal toplayaraq, yarışmanın qalibləri elan olunaraq, Fransanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdırlar. Fransa Böyük Beşlik ölkələrindən biri olduğu üçün Madame Monsieur 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur. Nəticədə duet 26 ölkə təmsilçisinin yarışdığı final şousunda 173 xal toplayaraq, 13-cü yerdə qərarlaşmışdır.
Mercy (Madame Monsieur mahnısı)
Mercy (azərb. Təşəkkür‎) — Fransanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Madame Monsieur dueti "Mercy" mahnısı ilə Fransa telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda qələbə qazanmış və Fransanı həmin mahnı ilə Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. "Mercy" Madame Monsieur duetinin üzvləri olan Emili Satt və Jan-Karl Lukas tərəfindən bəstələnmişdir. Mahnıda Avropada yaşanan miqrant böhranının qızğın vaxtında dünyaya gələn "Mercy" adlı qızın düşüncələri əks etdirilir.

Значение слова в других словарях