Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Madame Monsieur
Madame Monsieur — vokalist Emili Satt və prodüser Jan-Karl Lukasdan təşkil olunan Fransalı musiqi dueti. Onlar "Mercy" mahnısı ilə Fransanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Yaranma tarixçəsi == Emili Satt və Jan-Karl Lukas ilk dəfə 2008-ci ildə tanış olmuş və Madame Monsieur duetini birlikdə yaratmışdırlar. 2015-ci ildə duet Fransız reper Yusufa üçün "Smile" mahnısını bəstələmiş və daha sonra France 2 telekanalında yayımlanan Taratata musiqi şousunda iştirak etmişdirlər. Duetin debüt albomu olan Tandem 2016-cı ilin noyabr ayında işıq üzü görmüşdür. 2018-ci ilin yanvar ayında Madame Monsieur duetinin "Mercy" mahnısı ilə Fransa telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi öz təsdiqini tapmışdır. Seçim turunda onlar yarımfinal mərhələsini uğurla adlayaraq, finala vəsiqə qazanmışdırlar. Finalda duet bir daha öz mahnısını ifa etmiş və nəticədə ən çox xal toplayaraq, yarışmanın qalibləri elan olunaraq, Fransanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdırlar.Fransa Böyük Beşlik ölkələrindən biri olduğu üçün Madame Monsieur 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur. Nəticədə duet 26 ölkə təmsilçisinin yarışdığı final şousunda 173 xal toplayaraq, 13-cü yerdə qərarlaşmışdır. == Heyət == Emili Satt (fr.
Mercy (Madame Monsieur mahnısı)
Mercy (azərb. Təşəkkür‎) — Fransanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Madame Monsieur dueti "Mercy" mahnısı ilə Fransa telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda qələbə qazanmış və Fransanı həmin mahnı ilə Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. "Mercy" Madame Monsieur duetinin üzvləri olan Emili Satt və Jan-Karl Lukas tərəfindən bəstələnmişdir. Mahnıda Avropada yaşanan miqrant böhranının qızğın vaxtında dünyaya gələn "Mercy" adlı qızın düşüncələri əks etdirilir.
Madam Batterflay
Madam Batterflay (it. Madama Butterfly) — Cakomo Puççininin 3 səhnədən ibarət 2 pərdəli David Belaskonun “Geyşa” əsəri əsnasında librettosu İllika Luici, Cüzeppe Cakoza tərəfindən yazılmış operası. Opera premyerası 17 fevral, 1904 cü ildə Milanın La Skala səhnəsində oynanılmışdır. == Personajlar == == I Pərdə == ABŞ HDD zabiti leytenant Franklin Bencamin Pinkerton Batterflay kimi tanınan Ço-Ço-San adlı bir geyşaya vurulur. Dəllal Qore Naqasaki ətrafındakı bir təpə üzərindəki evi Pinkertona göstərir. Pinkerton bu evdə Batterflay ilə bal ayı keçirməyi qərara alır. Dəllal Qore zabitə Sudzuki və digər qulluqçuları təqdim edir. Toya hazırlıq başlanır. Mərasimə pinkertonun tanışı amerika konsulu Şarpless təşrif gətirir. Onların aralarındakı söhbətdən belə məlum olur ki, Pinkerton bu hərəkəti ilə utancverici bir məqsəd güdür.
Madam Bovari
«Madam Bovari», yaxud «Xanım Bovari» (fr. Madame Bovary) — fransız yazıçı Qüstav Floberin, ilk dəfə 1856-cı ildə nəşr etdiyi, məşhur romanı. Bu roman dünya ədəbiyyatının böyük nümunələrindən sayılır.
Madam Tüsso muzeyi
Madam Tüsso (ing. Madame Tussauds) — Məşhur mum heykəllər muzeyi. Muzey Mariya Tüsso tərəfindən 1777-ci ildə yaradılmışdır və ilk mum fiquru Voltereə məxsus olmuşdur.Həmçinin, burada bir çox Hollivud ulduzlarının : Ancelina Coli, Tom Kruz, Orlando Blum, Bred Pitt, Leonardo DiKaprio, Cennifer Lourens, Odri Hepbern və s.; bir çox populyar ulduzlarının : The Beatles, Maykl Cekson, Beyons, Ledi Qaqa, Castin Timberleyk, Madonna; məşhur futbolçuların : Zinəddin Zidan, Devid Bekhem, Kriştiano Ronaldo, Lionel Messi və s. məşhur insanların mum fiqurları var. Madam Tüsso muzeyinin hal-hazırda bir çox şəhərlərdə filialları var. Buna Honq-Konq, London, Amsterdam, Berlin və digər şəhərlər aiddir. Bu muzeyin yaradılması Madam Tüsso (Madame Tussauds) ilə bağlıdır. O, mum heykəllər hazırlayaraq sərgilər keçirirdi ki, bu da müasir Madam Tüsso muzeylərinin yaranmasına səbəb olmuşdur. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru da müxtəlif ölkələrin və epoxaların görkəmli dövlət xadimləri və siyasətçilərinin fiqurları sırasında öz fəxri yerini tutmuşdur. Mum-fiqurun müəllifi, muzeyin əməkdaşı Stiv Sueysdur (o kraliça II Elizabetin və Kuba lideri Fidel Kastronun fiqurlarının da müəllifidir).
Madam de Pompadur
Janna-Antuanetta Puasson (fr. Jeanne-Antoinette Poisson) və ya geniş tanınan adı ilə Madam de Pompadur (fr. Madame de Pompadour; 29 dekabr 1721 — 15 aprel 1764) — 1745-ci ildən fransız kralı XV Lüdovikin rəsmi fovariti - məşuqəsi. Kralı öz adamlarının əhatəsinə salaraq dövlətin daxili və xarici siyasətinə təsir gücünə malik, elm və incəsənətə qəyyumluq edən bir markizetta. == Həyatı == 19 yaşında gözəl Antuanetta öz patronunun qohumu Lenorman d`Etiola ərə gedir. Öz əri tərəfindən diqqətsiz qalan Pompadur cavanlar məclislərində şən vaxt keçirir. XV Lüdovik onu təsadüfən 1745 ci ildə görür, hersoqina Şataru vəfat etdikdə sonra onu markizetta Pompadur adı ilə özünün rəsmi favoriti - məşuqəsi edir. Əvəzində onun əri Bastiliya ilə hədələndikdən sonra gəlirli vəzifə ilə mükafatlandırılır. Beləliklə Markizetta de Pampadur kral sarayının ən səlahiyyətli sakininə çevrilir. O, dövlətin bütün işlərinə: istər xarici, istər daxili, istərsə də kralın ailə işlərinə məharətlə təsir etmə gücünə malik olmuşdur.
Madam de Sevinye
Madam de Sevinye (fr. Marie de Rabutin-Chantal, marquise de Sévigné; 5 fevral 1626[…], Paris – 17 aprel 1696[…] və ya 17 aprel 1695) — fransız yazıçısı, Fransa ədəbiyyatı tarixində ən məşhur epistolyar əsər olan "Məktublar"ın müəllifi. Veneradakı Sevinye krateri onun adını daşıyır. == Həyatı == Madame de Sevinyenin atası Sels-Benin de Rabutin-Chantal döyüşdə həlak olmuşdur (1627). O, babası, daha sonra isə qardaşı tərəfindən böyüdülmüşdür. Müəllimləri Jean Chaplin və Gilles Menage sayəsində o, italyan, bir qədər də latın və ispan dillərini mükəmməl bilirdi. 1644-cü ildə Marquis Henri de Sevigne (1623-1651) ilə evləndi. Lakin, evliliyi xoşbəxt olmadı. Əri xanımına biganə qalıb, onu aldadıb. 1652-ci ildə məşuqəsi Madam de Qondran üzərində dueldə öldürüldü və iki uşaq, bir oğlu və bir qızı olan gənc bir dul qaldı.
Madam de Pompadur (rəsm)
Madam de Pompadur (fr. Madame de Pompadour) — Fransua Buşe tərəfindən 1756-cı ildə çəkilmiş 201 x 157 sm ölçülü rəsm əsəri.
MAQATE
Beynəlxalq Atom Enerjisi Agentliyi (ing. International Atomic Energy Agency) və ya qısaca BAEA (ing. IAEA) — BMT-nin ixtisaslaşdırılmış agentliyi. Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA), nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. == Təşkilatın yaradılması == BAEA, 29 iyul 1957-ci ildə müstəqil bir təşkilat kimi yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatından öz beynəlxalq müqaviləsi ilə qurulmuş olsa da, statusuna görə həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, həm də Təhlükəsizlik Şurasına məlumat verir. == Fəaliyyəti və məqsədləri == Beynəlxalq Atom Enerjisi Agentliyinin Avstriyanın Vyana şəhərində qərargahı var. Beynəlxalq Atom Enerjisi Təşkilatının Toronto, Kanada və Yaponiyanın Tokio şəhərində yerləşən iki "Regional Təhlükəsizlik Təşkilatları Ofisləri" var. Beynəlxalq Atom Enerjisi Agentliyinin Nyu-Yorkda, ABŞ-də və İsveçrənin Cenevrə şəhərində yerləşən iki əlaqə bürosu var. Bundan əlavə, AEBA Seibersdorf, Avstriya, Monako və Triest şəhərlərində yerləşən laboratoriya və tədqiqat mərkəzlərinə malikdir.
Maamme
Bizim diyar (fin. Maamme, isv. Vårt land) – Finlandiyanın dövlət himni. Musiqisi alman immiqrant Fredrik Paçiusa aid olan himnin isveç dilindəki original sözləri İohan Lüdviq Runeberqə məxsusdur. Himn bu musiqinin sədaları altında ilk dəfə 1848-ci il 13 mayda ifa olunub. Əslində bu sözlər Porvoonun 500 illiyi üçün yazılmışdı. Yubileydə çalınacaq və bu sözləri müşayiət edəcək musiqini də Runeberq məhz özü bəstələmişdi."Bizim diyar"ın melodiyası eyni zamanda Estoniyanın “Ata yurdum, xoşbəxtliyim və sevincim” (est. Mu isamaa, mu õnn ja rõõm) adlı himninin musiqisi kimi istifadə olunub.
Makama
Manama
Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır. == Tarixi == Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir. İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub. == Coğrafiyası == Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir. == Əhalisi == Şəhərdə təqribən 200 min əhali yaşayır (2005). == İqtisadiyyatı == Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir.
Mayami
Mayami (ing. Miami) - Amerika Birləşmiş Ştatlarının Florida ştatının ikinci böyük şəhəridir. Atlantik okeanı sahilində bir sahil şəhəridir.Mayami rəsmi olaraq şəhər statusunu 1896-cı il 28 iyulda almışdır == Əhalisi == == Qardaş şəhərlər == == Qalereya == == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Miami haqqında səyahət məlumatları var.
Mazama
Mazama (lat. Mazama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Padam Padam
"Padam Padam" avstraliyalı müğənni Kayli Minouq tərəfindən 18 may 2023-cü ildə Tension adlı studiya albomunun baş sinqlı kimi buraxılmış mahnıdır. Mahnı norveçli müğənni və bəstəkar İna Vroldsen tərəfindən prodüser Lostboy ilə birgə yazılmışdır. Musiqi klipi rejissor Sofi Müller tərəfindən çəkilmiş və mahnı həmin klip ilə ilk dəfə tam şəkildə təqdim edilmişdir. Sinql İngiltərə və ABŞ xit-paradlarında Top 10-a daxil oldu. == Mahnının tarixi == Mahnı 12 may 2023-cü ildə yeni albomun elanı ilə birlikdə anons edildi, lakin o vaxt buraxılış tarixi yox idi. Buraxılış tarixi mayın 16-da mahnının 20 saniyəlik hissəsi ilə elan edildi. Mahnının adı ürəyin döyünməsi mənasını ifadə edir. == Kompozisiyası == "Padam Padam" mahnısı "hipnotik elektro ", "hamar, gurultulu dans-pop ", həmçinin " Tension " albomunun "eyforik açılış" mahnısı kimi təsvir edilmişdir. Mahnı elektrik gitara rifi və " texnopop fonu" ehtiva edir. Bu mahnı Minouqun əvvəlki Disco (2020) albomunun tərzindən uzaqlaşaraq daha çox Avropa sint-popuna doğru irəlilədi.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Badam
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Badabe Surt
Badabe Surt bulaqları İranın Mazandaran ostanında Sari şəhristanının Orost kəndindədir.2009-cu ildə İranın ikinci milli təbiət abidəsi kimi qeydə alınmışdır.
Badamı gavalı
Boz mazama
Boz mazama (lat. Mazama gouazoubira) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Dağ badamı
Dağ badamı (lat. Amygdalus fenzliana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN A2abc+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 4 m-ə qədər hündürlüyündə, yerə sərilmiş geniş çətirli, ağac və ya koldur, budaqların sonu tikanlıdır. Yarpaqlar qısa saplaqlı 1,5 sm-ə qədər uzunluğunda, kənarları elllipsvari neştərşəkilli, mişarşəkilli dairəvi və pazşəkillidir. Əsası çılpaq, dairəvi,Yarpaqlar üstdən yaşıl, alt hissədə isə solğun-yaşıl olur, ortadan görüən damarlı, 6-8 sm uzunluğundadır. Kasa yarpağının borucuğu zəngvari, qırmızımtıldır. Çiçəkləri birdən beşə qədər olub, qırmızımtıl rəngdə olur. Ləçəkləri çəhrayı rəngli və təxminən yumrudur.
Hind badamı
Hind badamı (lat. Terminalia catappa) — kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü. == Sinonim == Badamia commersonii Gaertn. Buceras catappa (L.) Hitchc. Juglans catappa (L.) Lour. Myrobalanus catappa (L.) Kuntze Terminalia badamia sensu Tul. Terminalia badamia DC. Terminalia catappa var. chlorocarpa Hassk. Terminalia catappa var. macrocarpa Hassk.
Mamare Tono
Mamare Tono (橙乃 ままれ, Tōno Mamare) və ya əsl adı ilə Daysuke Umezu (梅津 大輔, Umezu Daisuke) — Yaponiya ranobe və manqa yazıçısı. Ən tanınmış ranobeləri "Log Horizon" və "Maoyu" ranobeləridir. Hər iki ranobe əsasında animelər çəkilmişdir. "Trattoria After School" (放課後のトラットリア, Hōkago no Trattoria) adlı manqanın da müəllifidir. 2015-ci ildə Tono Korporativ Vergi Qanununu pozduğuna görə vergidən qaçınma ilə təqsirləndirilmiş və Yaponiya hökumətinə 30 milyon yen borclanmışdır. Bir müddət sonra Mamare fanatlarından üzr istəmiş və rəsmi saytında vergilərini ödədiyini açıqlamışdır.
Manami Nakano
Manami Nakano (d. 30 avqust 1986) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 2 qol vurub.
Maqare Tşekiso
Maqare Tşekiso — Botsvanalı boksçu. Maqare Tşekiso Botsvananı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maqare Tşekiso birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Şərqi Almaniyanın nümayəndəsi Rene Braytbart ilə üz-üzə gəldi. Həmin görüşdə Maqare Tşekiso rəqibinə 0:5 hesabı ilə uduzdu.
Macarə
Macarə (fars. مجره‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,328 nəfər yaşayır (325 ailə).
Məqamə
Məqamə (ərəb. مقامة, cəmdə: مقامات (məqamat), hərfi mənada "məclislər") — "saj" kimi tanınan ərəb qafiyəli nəsrin şeir intervalları ilə növbələşdiyi ərəb prozimetrik ədəbi janrdır. XIII–XIV əsrlərə aid məqamatın yalnız on bir təsvirli variantı günümüzə qədər gəlib çatmışdır. Onlardan dördü hazırda Londondakı Britaniya Kitabxanasında, üçü isə Parisdə Fransa Milli Kitabxanasındadır. Bir nüsxəsi aşağıdakı kitabxanalardadır: Oksforddakı Bodleian Kitabxanası, İstanbuldakı Süleymaniyyə Kitabxanası, Vyanadakı Avstriya Milli Kitabxanası və Sankt-Peterburqdakı Rusiya Elmlər Akademiyası. Məqamatların bu əlyazmaları, ehtimal ki, Bağdad, Qahirə və Şam kimi şəhərlərdə ixtisaslaşmış kitab bazarları üçün yaradılmış və təsvir edilmişdir, heç bir xüsusi himayədar üçün deyil. Bu əlyazmaların auditoriyasını zadəganlar və ya alimlər kimi elit və savadlı təbəqələr təşkil edirdi, çünki məqamat əsasən əlyazma illüstrasiyalarından daha çox incə poeziyası və dil seçimi ilə təqdir edilir və qiymətləndirilirdi. Əl-Həririnin Məqamatı, həmçinin Şeferin Məqamatı adlanır, əl-Vasiti tərəfindən təsvir edilmişdir və ən çox illüstrasiyanı ehtiva edir və eyni zamanda alimlər tərəfindən ən çox öyrənilmişdir. == Terminologiya == Bu sözün janr etiketi kimi istifadəsinin mənşəyi müzakirə olunur. Məqamə sözünün mənası "adamın dik durduğu yer" və buna görə də hər an olduğu yerdən gəlir.
Maddə
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq , fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir. Maddədən cisimlər əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranmışlar.Onları xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardı. Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur. == Maddələrin xassəsi == Maddələr tərkibi, quruluşu və xassələrinə görə bir-birindən fərqlənirlər.