mancanaqsız
mancurca
OBASTAN VİKİ
Mancur dili
Mancur dili ( Mançur dili: manju gisun, Çin dili: 滿語; Yapon dili: 満州語/満洲語) — Tunquz dillərindən Şimali Çində danışılan dil. Mançu dilinin özünə xas bir əlifbası vardır. Bu gün Mançu dili ölmək üzrə olan dillərdən biridir.
Mancur göyrüşü
Mancur göyrüşü (lat. Fraxinus mandshurica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiyada iynəyarpaqlı və enliyarpaqlı meşələrin əsas ağaclarından biridir. Rusiyanın Primorsk diyarı və Saxalin vilayətində, Koreyada, Çində, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Bu növ adi göyrüşə oxşardır. Hündürlüyü 25 m, diametri 1,5 m olan, birinci dərəcəli ağacdır. Gövdəsi düz, sütunvari, çətiri yuxarı qalxmış, enli-yumru, zərifdir. Cavan ağaclarda nazik yarıqlarla örtülmüş, yaşlandıqda rəngi bozdan tünd bozadək dəyişir. Zoğları və cavan budaqları tünd sarı və ya qonur rəngli, ağtəhər pulcuqlu, tumurcuqları qara və ya qara-qonur, çılpaqdır. Mayın əvvəllərində yarpaqları açılanadək çiçəkləyir, meyvələri sentyabrın axırları – oktyabrda yetişir, qış ərzində tökülür.
Tunqus-mancur dilləri
Tunqus-mancur dilləri — Sibirdə (Uzaq Şərq daxil olmaqla), Monqolustanda və Çinin şimalında Altay makroailəsinə daxil olan qohum dillər. Altay dillərinə aid edilsə də coğrafi yaxınlığa görə tunqus-mancur dilləri ilə qarşılıqlı təsirin və yaxın dillərin olduğu fərziyyəsi də var. Sibirdə özünü tunqus-mancur dillərinə aid edən 72 058 nəfər var (2002-ci il siyahıyaalınması). evenklər — 34 989 nəfər evenlər — 18 886 nəfər nanaylar — 11 947 nəfər ullər — 2852 nəfər udegeylər — 1622 nəfər orolarr — 644 nəfər negidallar — 527 nəfər oroklar — 327 nəfər tazlar — 276 nəfər Əslində tunqus-mancur dillərində danışanların sayı azıdr. Belə ki, bu dilləri əsasasən yaşlı nəsil bilir, məktəblərdə isə bu dillər zəif keçilir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Сравнительный словарь тунгусо-маньчжурских языков: Материалы к этимологическому словарю. В 2-х томах / Отв. ред. В. И. Цинциус. Т. I, Л.: Наука.
Mancur–Han İmperator Ziyafəti
Mancur–Han İmperator Ziyafəti (çin. ənən. 满汉全席, sadə. 滿漢全席, pinyin: Mǎnhàn quánxí) — Çinin Tzin sülaləsi dövründə (1636–1912) inkişaf etdirilmiş mancur və Han mətbəxinin elementlərini birləşdirən yemək bişirmə tərzi və ziyafət növü. Mənşəyi mübahisəlidir, lakin XIX əsrdə bu üslub məşhurlaşmış, XX və XXI əsr restoranlarında təqlid edilmişdir. == Replikalar == 1720-ci ildən bəri orijinal "Manhan Quanxi"ni təkrarlamaq üçün cəhdlər edilmişdir və 1980-ci illərin sonunda müəyyən bir replikanın bir milyon Yaponiya yeninə başa gəldiyi təxmin edilmişdir. Yeməkdə istifadə edilən heyvanların çoxu bu gün nəsli kəsilməkdə olan növlərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Chang, Michael G., 12 // Of Feasts and Feudatories: The Politics of Commensal Consumption at the Early Kangxi Court, Leiden: Brill, 2017, 307–329, ISBN 9789004353459 Kuang, Lanlan. "China's Emerging Food Media: Promoting Culinary Heritage in the Global Age". Gastronomica.
Cənubi Mancuriya dəmiryolu
Cənubi Mancuriya dəmiryolu - Mancuriyada Harbindən Port-Artura qədər uzanan, uzunluğu 1022 km. olan dəmiryol xətti == Tarixi == Şərqi-Çin dəmiryol xəttinin tərkib hissəsi kimi Cənubi Mancuriya dəmiryol xətti Xarbin - Port-Artur dəmiryol xətti üzrə 1898-1903-cü illərdə çəkilmişdir. Bu dəmiryol xəttinin tikintisi 1898-ci il Rusiya-Çin konvensiyasına əsasən Kvantun əyaləti ilə Dalyan və Port-Artur limanları arasında dəmiryol əlaqəsinin yaradılması məqsədilə aparılmışdır. 1904-1905-ci illərdə baş vermiş Rusiya-Yaponiya müharibəsindən sonra, Portsmut sülh müqaviləsinə əsasən Şərqi-Çin dəmiryolunun Cənubi Mancuriya xəttinin Port-Arturdan Çançuna qədər uzanan 735 km.-lik böyük bir hissəsi daş kömür şaxtaları da daxil olmaqla, əmlakı ilə birlikdə Yaponiyanın ixtiyarına keçdi. Şərqi-Çin dəmiryol xəttinin Rusiyanın əlində qalan ən cənub stansiyası Çançun şəhərinin şimal hissəsində yerləşən Kuançentszı stansiyası oldu . Cənubi Mancuriya dəmiryol xəttinin Yaponiya hissəsi 1906-cı ildə əsası qoyulan və qərargahı Dayrendə yerləşən Cənubi Mancuriya dəmiryol kompaniyası tərəfindən idarə olunurdu. Cənubi Mancuriya dəmiryol xəttinin Şərqi-Çin dəmiryol xətti rus ölçüləri əsasında (5 fut vəya 1524 mm) inşa edildiyi halda Rusiya-Yaponiya müharibəsi zamanı yaponlar bu dəmiryol xəttini Yaponiya dəmiryol xəttinin ölçülərinə (5 fut və ya 1524 mm) uyğunlaşdırdılar. Müharibə qurtardöqdan sonra bi dəmiryol xəttini Çinin dəmiryol xəttinə uyğunlaşdırmaq məqsədilə standart ölçülər (1435 mm) tətbiq olundu . 1907-ci ildə Rusiya ilə Yaponiya arasında Yaponiyanın əlində olan dəmiryol xəttinin ondan şimalda yerləşən və Rusiyanın ixtiyarında olan Şərqi Çin dəmiryolu ilə birləşdirilməsinə dair razılıq əldə edildi. 1945-ci ilin avqustundan keçmiş Şərqi Çin dəmiryol xətti SSRİ-nin və Çinin birgə idarəçiliyinə verildi, 1952-ci ildə bu dəmiryol xətti əvəzsiz olaraq Çinə verildi.
Mancurca
Mancur dili ( Mançur dili: manju gisun, Çin dili: 滿語; Yapon dili: 満州語/満洲語) — Tunquz dillərindən Şimali Çində danışılan dil. Mançu dilinin özünə xas bir əlifbası vardır. Bu gün Mançu dili ölmək üzrə olan dillərdən biridir.
Mancuriya
Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır. == Tarixi == Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi.
Mancuriya alması
Mancuriya alması (lat. Malus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Primorski, Uzaq Şərq, Çin və Yaponiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m, gövdəsinin diametri 45 sm-ə çatan, yumru çətirli ağacdır. Qabığı tünd qonur, bəzən qara, yarıqlı, budaqları çubuqvari, qırmızı-sarıdır. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonurdur. Yarpaqları enli-yumurtavari və ya əks–yumurtavari, bünövrəsi yumru, ucu ensiz, yuxarı hissəsi xırda dişli, tükcüklüdür. Çiçək qrupu çətirvari 4-8 ağ rəngdədir, iri ətirli çiçəklərin diametri 2-4 sm-dir. Mayda çiçəkləyir. Meyvələri şarşəkilli, diametri 1 sm-ə çatır, sarı qırmızımtıl çalarlı, turş- acıdır.
Mancuriya araliyası
Hündür araliya (lat. Aralia elata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Koreyada, Uzaq Şərqdə, Saxalində və Kuril adalarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-12 m-dək, düz gövdəsinin diametri 20 sm-dək alçaqboylu, budaqlı və gövdəli kiçik ağacdır. Yarpaqları növbəli, tökülən, iri, uzunluğu 1 m-dək, mürəkkəb, lələkvari, birinci dərəcəli 2-4 hissədən və 5-9 cüt yarpaqcıqdan ibarətdir. Çətirləri çoxsaylıdır, iri, mürəkkəb, süpürgəvari çiçək qruplarına, bəzən şaxələnmiş salxıma yığılmışdır. İyul-avqustda çiçəkləyir. Çiçəkləri xırda, ikicinsli və erkəkcikləri, inkişaf etməmiş yumurtalıqlı, əsasən beşhissəli, bəzən 4 və ya 6 hissəlidir. Kasacığı xırda dişlidir. Erkəkcikləri uzunsov tozluqludur: sütuncuğun altı hamst və ya zəif qabarıqdır; yumurtalığı iki-altı yuvalıdır.
Mancuriya ağəsməsi
Mancuriya ağəsməsi (lat. Clematis mandshurica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Mancuriya qozu
== Təbii yayılması: == Növün təbii arealı – Mancuriya (Şimali Çin), Uzaq Şərq və Koreya yarımadasıdır. == Botaniki təsviri: == Mancuriya qozu yarpağı tökülən, birevli ağac və ya koldur.Hündürlüyü 25-30 m-ə çatan gövdəsi düz, şaxələnmiş və ya enli-yumru, zərif çətirlidir. Qabığı tünd boz, zoğları sarımtıl-qonur tükcüklüdür. Yarpaq saplaqlarının uzunluğu 5-20 sm-dir.Yarpaqları növbəli, mürəkkəb, cüt olmayan, lələkvari, uzunluğu 40-90 sm-dir.Yarpaqcıqları 7-19 ədəd, uzunsov-ellipsvari, uzunluğu 17 sm və eni 2-7 sm-dir. Yarpaq ayası dişli, ucu biz, tükcüklüdür. Çiçəkləri xırda, bircinsli, çiçəkləmə yarpaqları açıldıqdan sonra müşahidə edilir. Erkəkcik çiçəkləri uzun, sallaq sırğalarda, dişicik çiçəkləri 3-10 ədəd olmaqla zoğların uclarında yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri çəyirdəkvari, oval, yunan qozuna bənzəyir, ancaq xırda (2,5-7,5 sm) və çox qalın, yaşıl və ya qonur qabıqlıdır. Qozun nüvəsi kiçik ölçülü, yeməlidir.
Mancuriya tozağacı
Mancuriya tozağacı (lat. Betula mandshurica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Şimal-Şərqi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə, gövdəsinin diametri 40-50 sm-ə çatan seyrək çətirli ağacdır. Gövdəsinin qabığı ağ, bozumtul-ağ, qara və s. rənglərdə olur. Budaqların ucunda vəzilər vardır. Yarpaqları dairəvi üçkünc, ovalşəkilli, ölçüləri 3-9 sm olub, enli pazşəkilli və ya ürəkşəkillidir. Aprel-iyun aylarında çiçəkləyir. Meyvələri iyul-sentyabr aylarında yetişir.
Mancuriya tozağacısı
Mancuriya zəravəndi
Mancuriya zəravəndi (lat. Aristolochia mandshuriensis) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Mancuriya əriyi
Mancuriya əriyi (lat. Prunus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda şimal-cənubi Çində, Koreyanın şimal yarımadalarında, dəniz ətrafı ərazilərdə, Xanka gölündən Vladivastoka qədər təbii yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 45 sm-ə çatan ağacdır. Gövdəsinin qabığı tünd-boz, dərin çatlıdır. Cavan zoğları yaşıl və ya parlaq qırmızı-qonur rəngdədir. Yarpaqları yuxarıdan yaşıl, aşağıdan isə tünd yaşıldır. 5-12 sm uzunluqdadır, formaca neştərvari-oval, yumurtaşəkilli və ya enli-ovaldır. Çiçəkləri 2 sm diametrində sarı, çəhrayı rəngdə, iri, açıq-çəhrayı rəngdə olub, tək-tək və ya qısa çiçək saplaqlarında dəstələrlə yerləşmişdir. Çiçəkləmə müddəti 10-11 gündür.
Mancurlar
Mancurlar— Müasir şimali-şərqi Çində olan Mancuriya əsilli Tunqus xalqıdır. == Ümumi məlumat == Mancurlar Şimal-Şərqi Çinin yerli əhalisidi.Sayları 10 milyondur.Mancur dilində danışırlar. Eyni zamanda Çin dilindən də istifadə edirlər.Yazıları XVI əsrdən etibarən monqol əlifbası əsasındadır.Dindarları buddist və daosizm tərəfdarlarıdır.Ənənəvi etiqadlarını da qoruyurlar.Cəmiyyətdə tayfa bölgüsü qalıqları da saxlanılır.Mancurlar qədim Çin salnamələrində xatırlanan tunqus tayfalarının nəsilləridir.Mancurların xalq kimi formalaşmasında qonşu türk, monqol və başqa tayfalar da yaxından iştirak etmişdir.Vahid xalq kimi yalnız XVII əsrin ortalarında formalaşmışlar.Ənənəvi məşğuliyyətləri əkinçilik, dağlıq rayonlarda isə meşəçilikdir.XX əsrin ikinci yarısında sənayedə çalışan mancurların sayı artmışdır. == Tarixi == Neolit dövrlərindən mancurların, bəzən isə Amur hövzəsində yaşayan tunqusların əcdadlarında mülayim qurşağın iri çaylarının sahillərində oturan balıqçılar təsərrüfat- mədəni tipi inkişaf etmişdir. Onlar başlıca olaraq torpaqları və çay axınını dayandırmaq üçün cürbəcür süni maneələrin köməyi ilə qızıl balıq tuturlar. Balığın dərisindən, yaxşı emal edildikdən sonra müxtəlif məişət əşyaları, həmçinin paltar məqsədilə istifadə olunurdu. 645-ci ildə Mancuriyadakı Xitanla və cənubi Koreyanın iki dövləti – Pençe və Silla ilə ittifaqda Koquryaya müdaxilə etdi, lakin ağır itki verməklə geri çəkilməyə məcbur edildi. 696-ci ildə Mancuriyada Xitan özünün çinli qubernatoruna qarşı qiyam qaldırdı. 698-ci ildə türklər öz növbəsində Hopehə müdaxilə etdilər. Mancurlar 6 milyondan artıq olmaqla özlərini XVII əsrdə Çinə müdaxilə etmiş və 1644-1911-ci illərdə hökmranlıq edən Tsin sülaləsini yaratmış Mancu döyüşçülərinin törəmələri kimi qələmə verirlər.
Mancuriya cökəsi
Mancuriya cökəsi (lat. Tilia mandshurica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Çin və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15(20) m-dək, sıx, enli çətili ağacdır. Zoğlarısarımtıl-yaşıl, tumurcuqları sarımtıl-qonur ulduzvaridir və sadə tükcüklərlə sıx örtülmüşdür. Yarpaq saplaqları yarpaq ayasından iki dəfə qısa, tükcüklü,uzunluğu 4-5 sm-dir, güclü zoğlarda yerləşir. Meyvə verən zoğların yarpaqları yumru və ya enli yumurtavari, uzunluğu və eni 6(8)-1(12) sm, ucu biz, simmetrik, dişli, möhkəm, üstü parlaq,yaşıl, çılpaq və ya az tükcüklü, alt tərəfi ulduzvarı tükcüklü, damarcıqları 6-10 ədəd; steril zoğların yarpaqlarının uzunluğu və eni 20-30 sm-dək, dişlidir. Çiçək altlığının uzunluğu 7-9 (12) sm, eni (1,3) 1,5-2,5 (3) sm-dir, aşağı hissəsi bir az yumru, tükcüklüdür. Çiçək qrupu sallaq, 5 (10) — 12 (15) çiçəkli; çiçək saplağı ağ, ulduzvari və sadə tükcüklüdür. Çiçəklərin diametri 10–12 mm-dir.

Значение слова в других словарях