marabu
marafonçu
OBASTAN VİKİ
Marafon döyüşü
Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu. Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!".
Marafon vuruşması
Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu. Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!".
Marafon şəhəri
Marafon (yun. Μαραθών ή Μαραθώνας, q.yun. Μᾰρᾰθών) — Yunanıstanda qəsəbə. Dəniz səviyyəsi yüksəkliyi 33 metrdır, Pendelikonun ətəyi, eyniadlı düzənlikdə, Afinadan 32 kilometr şimal-şərqdə yerləşir. Bura Attika periferiyasının Şərqi Attika periferiya vahidində yerləşən eyniadlı icmanın inzibati mərkəzidir. 2011-ci il əhalinin siyahıyaalınmasına görə əhalisi 7170 nəfərdir. == Tarixi == Qədim Marafon şəhəri dörd şəhər birliyinin hissəsi idi; dem Leontis filasına məxsus idi. Pavsaniyə əsasən, şəhər Marafon adlı qəhrəmanın şərəfinə adlandırılmışdır. Dikearxusa görə, Marafon Arkadiyadan olan Marafın şərəfinə adlandırılmışdır. Miflərdə Marafon, Teseyin tutduğu marafon öküzü ilə tanınır.
Bakı marafonu
Bakı marafonu — Azərbaycanın Bakı şəhərində hər il ənənəvi formada təşkil olunan qaçış marafonu. Marafon ilk dəfə 2016-cı il mayın 1-də Bakıda keçirilib. == Tarixi == Marafon ilk dəfə 2016-cı il mayın 1-də Azərbaycanın Bakı şəhərində keçirilib. Marafonun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir. 2016-cı ildə keçən marafon Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edib. Marafonun iştirakçıları arasında tanınmış ictimai-siyasi xadimlər, idmançılar da olub. Marafonda 7000-dən çox iştirakçı qeydiyyatdan keçib. Tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəmə etməyiblər. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan 500-dək əcnəbi də qoşulub. İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirakçılar arasında olublar.
Boston marafonu
Boston marafonu (ing. Boston Marathon) - Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada təşkil olunan yürüş marafonu. Marafon eyni zamanda ABŞ üçün mühüm olan günlərdən biri Vətənpərvərlər günün şərəfinə keçirilməkdədir. İlk dəfə Boston marafonu 1897-ci ildə keçirilib. 1897-ci ildən marafonun təşkili məsələləri ilə Boston Atletika Assosiasiyası məşğul olmaqdadır. Ümumiyyətlə bu kütləvi yarış Massaçusets ştatı ərzisində keçirilən əsas idman bayramlarından biri hesab olunur. Hər il ortalama 500 mindən çox tamaşaçı tərəfindən canlı izlənilən marafon New England tarixi bölgəsində baş tutan ən böyük idman tədbiridir. İlk dəfə (1897) 18 marafonçu ilə keçirilən yarışa 2015-ci ildə 30.251 nəfər qeydiyyatdan keçmişdir. 1996-cı ildə Boston marafonu dünyanın ən böyük iştirakçılı marafonu seçilmişdir. Belə ki, həmin il 38.708 nəfərin qeydiyyatdan keçdiyi, 36.748 nəfərin yarışa qoşulduğu və 35.868 nəfərin isə finiş xəttinə çatdığı yarış dünya rekordu sıralamasına daxil olmuşdur.
Boston marafonu terror hücumu
Boston marafonu terror hücumu (ing. Boston Marathon bombings) — Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada təşkil olunan Boston marafonuna 2013-cü ilin 15 aprel tarixində yerli vaxtla saat 14:49 da təşkil edilmiş bombalı terror hücumu. Terror aktı nəticəsində 3 nəfər həlak olmuş, 264 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisədən üç gün sonra terror hücumunu törətməkdə şübhəli bilinən iki şəxsin şəkilləri əraziyə yaxın olan müşahidə kameralı vasitəsi ilə təyin edilərək Federal Təhqiqat Bürosu tərəfindən mətbuatda paylaşılmışdır. Hadisəni törətdikdən sonra qaçmağa çalışan şübhəlilər 18 aprel tarixində Massaçusets Texnologiya İnstitutunun bir əməkdaşını öldürmüşdür. Şübhəlilərin hərəkət dairəsini daraldan federal polis sübh vaxtına qədər davam edən xüsusi əməliyyat nəticəsində Boston marafonu terror hücumunu törətməkdə şübhəli bilinən şəxslərdən birini atışma əsnasında ağır yaralamışdır. Ağır yaralanan Tamerlan Tsarnayev adlı çeçen əsilli şəxs xəstəxanaya aparılarkən ölmüşdür. Hadisənin bir digər şübhəlisi öldürülən Tamerlan Tsarnayevin kiçik qardaşı Cövhər Tsarnayev bir müddət gizlənməyi bacarmış, ancaq Massaçusets ştatının Votertaun şəhərinin ətrafında federal polis tərəfindən aparılan xüsusi əməliyyat nəticəsində yaralı olaraq ələ keçirilmişdir.
Lyublyana marafonu
Lyublyana marafonu (sloven. Ljubljanski maraton) — Lyublyana Şəhər Bələdiyyəsi tərəfindən Lyublyanada təşkil edilən marafon. Yarış 1996-cı ildən bəri keçirilir və hər il minlərlə insanı cəlb edir. Marafondan əlavə yarım marafon (21 km), əyləncə qaçışı (10 km) və uşaq və yeniyetmələr üçün kurs təşkil olunur. == Qaliblər == Qeyd: Rekord == Statistika == === Ölkələrinə görə qaliblər === == İstinadlar == === Ümumi === Winners of Ljubljana Marathon. Lyublyana marafonu. Arxivləşdirilib 16 May 2012.

Значение слова в других словарях

безуте́шно бо́рный да́то квадрати́чный книгопеча́тный кровоточа́щий нахло́паться прижа́тие бальзами́ровать баритона́льный госуда́рственность наплавно́й овощехрани́лище разгорячи́ться майда Aubrey aweary commemoration footpace monoxylon thrice urethritis нерешимость неуважительно областной