E.ə. 490-cı ildə farslar nəhəng imperiyalarının daxili işlərinə qarışaraq onları təhqir etmiş afinalıları məhv etmək əzmində idilər. Onların ordusu Egey dənizini keçərək Afinanın nəzarətində olan kiçicik Attika yarımadasının şərq sahillərində, Marafon adlanan balaca bir kəndin yaxınlığında peyda oldu. Afina şəhəri özü isə yarımadanın qərb hissəsində yerləşirdi. Qadınlarla qocalar bura toplaşaraq intizar və iztirab içində xəbər gözləyirdilər. Atlar Attikanın dağlıq ərazilərində çapmağa vərdiş etmədiyindən Filippides adlı peşəkar qaçışçını köməyə çağırdılar. O, Marafonla Afina arasındakı 23 mil məsafəni bacardığı qədər tez qət edərək özünü bazar meydanına yığışıb həyəcan içində xəbər gözləyən şəhər sakinlərinə çatdırdı və onlara bircə: “Biz qalib gəldik. Farslar darmadağın edildilər”, – deyə bildi. Sonra isə yerə yıxılıb öldü.
1896-cı ildə Yunanıstan müasir dövrün I Olimpiya Oyunlarına ev sahibliyi edəndə yunanlar yarışlar siyahısına çox uzaq məsafəyə qaçışı da əlavə edərək onu Filippidesin qəhrəmanlığının şərəfinə marafon adlandırdılar. Bu məsafə rəsmi şəkildə 26 mil 385 yard (42 km 195 m) olaraq qəbul edildi.
“Marafon” sözü böyük dözümlülük nəticəsində əldə edilən istənilən müvəffəqiyyətdən danışılarkən işlədilir. (Ayzek Azimov. Sözlərin tarixi)