mes

adj bax mon

merveilleux
mesdames
OBASTAN VİKİ
Kick avec mes Nike
Kick avec mes Nike - "Busta Flex"in birinci maksisi.
Mes körpüsü
Mes körpüsü (alb. Ura e Mesit) Albaniyada Şkoderin 5 km şimal-şərqində, Mes kəndində yerləşən körpü. Ölkənin önəmli turistik yerlərindən biridir. Körpü 1770-ci illərdə Qara Mahmud paşa tərəfindən tikdirlmişdir. Körpü Kir çayının iki sahilini birləşdirir.
Mes que un club
Mes que un club (azərb. Bir klubdan daha artıq‎) – İspaniyanın "Barselona" futbol klubunun rəsmi şüarı. Şüar "Barselona" klubunun ev oyunlarını keçirdiyi Kamp Nou stadionun tribunalarında öz əksini tapmışdır. Şüar klubun sadəcə bir futbol klubu olmadığını, Kataloniya mədəniyyətini və mübarizəsini təmsil etdiklərini bildirmək üçün işlədilir. İkinci İspaniya Respublikası dövründə klub prezidenti Xosep Sunol klubu ölkənin idman və mədəniyyət həyatı ilə birləşdirmək üçün "İdman və vətəndaşlıq" şüarından istifadə etmişdir. Lakin bu şüar klubun daimi şüarı olmamışdır. İndiki şüarın tarixi 1933-cü ilə kimi uzanır. 1933-cü ilin aprelində aid klub məktubunda yazılır: "Belə görünür ki, Barselona bir futbol klubundan daha artıqdır". 17 yanvar 1968-ci ildə "Barselona" klubunun yenicə prezidenti seçilən Narsis de Karreras öz qəbul olunma nitqində "Barselona bir futbol klubundan artıqdır" cümləsini işlətmişdir. Lakin bu ifadə 1973-cü ilə kimi şüar kimi əhəmiyyət qazanmamışdır.
Mes Sungun Varzqan Futsal Klubu
Mes Sungun Varzeqan İdman Klubu — Varzeqanda yerləşən İran idman klubudur. Bu klubun futzal komandası İran Futzal Premyer Liqasının yarışlarında iştirak edir və 4 çempionatla bu yarışmada ən uğurlu komanda hesab olunur, həmçinin 2018-ci ildə Asiya Futzal Çempionlar Liqasını qazandı və 2019-cu ildə bu turnirdə ikinci yer.
Erik Meskin
Erik Meskin (ing. Eric Stark Maskin; 12 dekabr 1950[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı. 2007-ci ildə Leonid Qurvits və Rocer Mayerson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı qazanma səbəbləri "Mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoymaları" olaraq açıqlanmışdır. == Həyatı == Erik Meskin 12 dekabr 1950-ci ildə yəhudi bir ailənin uşağı olaraq doğulmuşdur və Nyu Cersi ştatının Alpayn şəhərində böyümüşdür. 1968-ci ildə Nyu Cersidə yerləşən Tenefli Yüksək məktəbindən (ing. Tenafly High School) məzun olmuşdur. Harvard Universitetində magistr və doktorluq dərəcələrinə riyaziyyat sahəsindən yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra 1976-cı ildə Kembric Universitetində araşdırmaçı vəzifəsində işə başlamışdır. 1977–1984-cü illərdə Massaçusets Texnologiya İnstitutunda və 1985–2000-ci illərdə Harvard Universitetində çalışmışdır.
Euseius mesembrinus
Euseius mesembrinus (lat. Euseius mesembrinus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Facebook Messenger
Facebook Messenger, yaxud sadəcə Messenger — Facebook-un yaratdığı və inkişaf etdirdiyi yazılı, səsli və görüntülü xəbərləşmə servisi. Messenger Facebook istifadəçilərinə həm əsas sayt, həm də mobil tətbiq üzərindən əlaqə qurmaq üçün şərait yaradır. Günümüzdə 5 milyarddan çox insan Messenger istifadə edir.
Galium mesocarpon
Şimal qatıqotu (lat. Galium boreale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Gyula Mesaroş
Dyula Mesaroş (Macarca: Gyula Mészáros; 28 mart 1883 – 25 may 1957, Nyu-York, Nyu-York ştatı) — Macarıstan türkoloqu, etnoqrafı. == Həyatı == D. Mesaroş 28 mart 1883-cü ildə Macarıstanın Sakç şəhərində anadan olmuş, burada ali-ibtidai məktəbi bitirmiş, sonra Budapeştə gələrək ötən əsrin əvvəllərində macar filologiyası ixtisası üzrə universitetdə mükəmməl ali təhsil almışdır. Məlumdur ki, XVI yüzilliyin ortalarında Avstriya-Macarıstan imperiyasının qərb əyalətləri, o cümlədən Kopan bölgəsinin Sakç nahiyəsi də Osmanlı İmperiyasının – Sultan Süleyman Qanuni hakimiyyətinin nəzarəti altında olmuşdur. Orta yüzilliklərdən üzü bəri zəngin türk mədəniyyətinin, etnoqrafiyasının, adət-ənənələrinin Macarıstanda geniş yayılması bu iki xalqı bir-birinə yaxınlaşdırmış və doğmalaşdırmışdır. Gənc Gyula Mesaroşun türk dilinə, ədəbiyyatına və mədəniyyətinə hələ yeniyetməlik illərindən dərin maraq göstərməsi təsadüfi deyildir. Bu sevgi ona ailədən və mühitdən gəlirdi. Beləliklə Mesaroş həyat və elmi yaradıcılıq yolunu qəti şəkildə müəyyənləşdirdi – türkoloq olmaq. O 1904-cü ildə Konstantinopol (indiki İstanbul – A. R) şəhərinə gələrək burada darülfünuna daxil olur, türk dilinin məziyyətlərinə və xalq yaradıcılığının incəliklərinə dərindən yiyələnməyə başlayır. G. Mesaroş təhsil illərində İstanbulda yaşayan, darülfünunda pedaqoji fəaliyyətlə məşğul olan görkəmli türkoloq alimlərlə səmimi ünsiyyət yaradır, türkologiya elminin sirlərinə böyük maraq göstərirdi. 1906-cı ildə o təhsilini bitirərək Budapeştə qayıdanda türk dilini, folklorunu və adət-ənənəsini mükəmməl bilirdi.
Hippasus (Mesapontumlu)
Metapontalı Hippas (yun. Ἵππασος ὁ Μεταποντῖνος, E.ə. V əsr – E.ə. IV əsr) — qədim yunan filosofu, pifaqorçular məktəbinin təmsilçisi. Pifaqorun şagirdi olmuş, ancaq sonra ona qarşı çıxış etmişdir. Hippasus ilk dəfə olaraq öncə gizli saxlanılan pifaqorçular təlimini cəmiyyətdə açıqlamış və bununla da ixtilaflara yol açmışdır. Elm tarixində bildirilir ki, Hippasus ilk dəfə olaraq pifaqorçular təlimində gizli saxlanılan İrrasional ədədləri cəmiyyətdə açıqlamış və buna görə dənizdə boğularaq öldürülmüşdür. == Fəlsəfəsi == Hippasus da, başqa pifaqorçular kimi, əsasən həndəsi və riyazi problemlərlə məşğul olmuş və bu sahədə ixtiralar etmişdir. Onun fəlsəfi fikirləri haqqında isə bilgilər çox azdır. Heraklit kimi o da hesab edirdi ki, hər şeyin başlanğıcında od durur.
Junior Messias
Junior Valter Messias (13 may 1991, Belu-Orizonti) — Braziliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir.
Kisutske Nove Mesto
Kisutske Nove Mesto (slovak. Kysucké Nové Mesto, alm. Kischützneustadt/Oberneustad‎, mac. Kiszucaújhely) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir. == Tarix == Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi.
Konstantin Mesxi
Konstantin (Kote) Semyoniviç Mesxe (gürc. კოტე (იაკობ) სიმონის ძე მესხი;1 (13) may 1857, Kutaisi – 28 may (10 iyun) 1914, Tiflis — gürcü aktyor və rejissoru. == Həyatı == Kostantin Mesxi ailənin 8-ci uşağı olaraq dünyaya gəlir. Kutaisi klassik gimnaziyasında təhsil aldıqdan sonra Konstantin böyük qardaşı Sergey ilə Tiflisə köçür. Mesxi, Droeba (Vremya) qəzetinin redaksiyasında çalışanlardan - Gürcüstanın tanınmış yazıçı və ictimai xadimlərindən (İlya Çavçavadze, İvan Maçabeli, Pyotr Umikov, Aleksandr Kazbeqi, Baçan Razikaşvili, Akaki Sereteli) çox təsirlənir. Onun teatra olan sevgisi məhz bu zaman formalaşır. 1874-cü ildən səhnədə həvəskar tamaşalarda çıxış edir. Efrosine Kldiaşvili ilə birlikdə təhsil alır. 1879-cu ildən peşəkar səhnə çıxış etməyə başlayır. Tiflisdəki gürcü teatrının yenidən qurulmasının fəal iştirakçılarından biri olur.
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı — Gürcüstanın Kutaisi şəhərində yerləşən gürcü dram teatrıdır. Teatr Rioni çayının sol sahilində, Qurucu David Meydanında, Gelati Manastırına aparan Gelati küçəsinin başında yerləşir. Yaxınlıqda Kolxida əfsanələrindən ibarət heykəllər olan gözəl Kolxida fəvarəsi var. == Teatrın tarixi == Kutaisi şəhərində ilk teatr 1861-ci ildə qurulub. Teatr qurulmasından bir il əvvəl isə teatr binası tikilmışdır. Teatr binası Renessans üslubunda boz daşdan inşa edilmişdir. Bina 700 oturacaqlı oval zala malik idi. Fasadın qarşısında sütunların, heykəltəraşlıq nümunələrinin və tağlı pəncərələrin olması binanı memarlıq abidəsi halına gətirdi. Teatr binası nəinki o, dövrdə, hətta indi də Cənubi Qafqazın ən gözəl teatr binalarından sayılır. 1880-ci ildə A. Lordkipanidzenin rəhbərlik etdiyi Kutaisi teatrında ilk peşəkar truppa yarandı.
Lamium mesogaeon
Leyla Qeorqiyevna Mesxi
Leyla Qeorqiyevna Mesxi (gürcü. ლეილა გიორგის ასული მესხი; 5 yanvar 1968, Tbilisi, SSRİ) — peşəkar Sovet və Gürcü tennis təmsilçisidir. SSRİ millisində 1990 -cı il Federasiya Kubokunun finalçısı, 1992 -ci ildə Barselonada keçirilən Olimpiadanın bürünc mükafatçısıdır (Nataliya Zvereva ilə birlikdə). == İdman karyerası == Leyla Mesxi yeddi yaşında tennis oynamağa başladı və Quram Toxadze ilk məşqçisi oldu. Həm də karyerasının əvvəlində dördqat Avropa çempionu Teymuraz Kakulia tərəfindən məşq edildi. 1986 -cı ildə Mesxi, Natalya Zvereva ilə birlikdə qızlar arasında Fransa Açıq Çempionatının ikiqat turnirində qalib gəldi və bir ay sonra Uimbldonda keçirilən gənclər turnirinin finalında ona məğlub oldu. İlin sonuna qədər Beynəlxalq Tennis Federasiyasında (BTF) qızlar arasında reytinqində birinci oldu. Elə həmin il Merilend ştatının Bethesda şəhərində ilk peşəkar turnirini qazandı. Bu uğuru Zvereva ilə birlikdə əldə etdi və təklikdə SSRİ qış çempionluğunu qazandı (üç il sonra "yay" SSRİ çempionu adını əlavə etdi). 1987 -ci ilin yanvar ayında BTF-in sponsorluğu ilə ilk peşəkar tək turnirini qazandı.
Lionel Andres Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını 8 dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Lionel Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını 8 dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Lörink Mesaroş
Lörink Mesaroş (mac. Lőrinc Mészáros; 24 fevral 1966, Sekeşfexervar) ― Macarıstan siyasətçi, iş adamı. 2011-ci ildən 2018-ci ilə qədər Felcut adlı kəndin başçısı olmuşdur. İxtisasca qaz çilingəri olan Mesaroşun 2019-cu ilə olan sərvəti 407,7 milyard forint (1,3 milyard dollar) təxmin edilir və "Forbes"a görə Macarıstanın ən zəngin adamıdır. Bir çox media orqanı onu "oliqarx" kimi qələmə verir. Onun qaz çilingərindən müflisliyə qədər dəyişən şəxsiyyəti müntəzəm olaraq sosial diskurslara səbəb olur, Mesaroş bir neçə ilə Macarıstanın ən varlı adamı oldu, bəzi analitiklər bunu Fides partiyasının yüksək vəzifəli üzvləri ilə sıx münasibətləri ilə əlaqələndirirlər. 2010-cu il hökumət dəyişikliyindən sonra sərvəti hər il iki qat artmağa başladı və onun 2010-cu ildən bir neçə seçkidə qalib gələn və hazırda baş nazir olan uşaqlıq dostu Viktor Orbanın böyüdüyü kəndin başçısı oldu. Buna görə də bir neçə media orqanı onu daim Viktor Orbanın şəxsi heyət üzvü adlandırır. Bu əlaqənin əhəmiyyəti 2017-ci ildə Mesaroş tərəfindən belə təsvir olunmuşdur: "Mənim var-dövlətim üç amilə əsaslanır: Tanrı, bəxt və Viktor Orban". == Erkən biznesi == Mesaroş karyerasına doxsanıncı illərin əvvəllərində qaz çilingəri kimi başlamışdır.
MESUR
MESUR (Mars Environmental Survey) — Mars planetində həyat izlərinin tapılması məqsədilə NASA tərəfindən hazırlanan tədqiqat proqramı. == Tarix == MESUR, Marsda planetlərarası bir şəbəkə quracaq və Mars Observer ilə birlikdə işləyəcək planlaşdırılmış 16 yerüstü missiyadan ibarət bir komplekt idi. Original plan NASA Ames tərəfindən təklif edilsə də, təklifi bir fikir olaraq rəqabətçi JPL (ing. Jet Propulsion Laboratory) irəli sürdü. Bu, Marsın risk dözümü haqqında araşdırmanın aşağı qiymətli bir metodu kimi nəzərdə tutulmuşdu, çünki nisbətən ucuz kosmik zond olduğuna görə, bir kosmik gəminin itirilməsi proqram üçün labüd deyildi. Çeviricilər və qurucular yerüstü süxurları araşdırmaq, su axtarmaq, seysmoqraf rolunu oynamaq və meteorologiyanı müşahidə etmək üçün alətlər və kameralara sahib olacaqdı. Seysmoloji təcrübələr Marsın daxili quruluşunu müəyyənləşdirməyə kömək edəcəkdi. 26 İyun 1992-ci ildə NASA, ABŞ-nin aya ilk enişinin 25-ci ildönümündə, Mars Pathfinder kosmik gəmisi üçün, Rocky IV prototipini təqdim etdi. Mars Observer itirdikdən sonra MESUR proqramı ortadan götürüldü və Pathfinder NASA Kəşf Proqramının bir hissəsi oldu.
Matteo Messina Denaro
Matteo Messina Denaro (26 aprel 1962, Kastelvetrano[d] – 25 sentyabr 2023, L'Akuila, L'Akuila) — Koza nostra – Siciliya mafiya təşkilatının başçılarından biri. Digər təxəllüsləri "Diabolik" və ya "Roleks"dir. Onun atası Messina Denaro Siciliyada "Don Çiççio" kimi tanınmaqdadır. Matteo Bernardo Provençanonun sələfi Salvatore Lo Pikkolonun həbsindən sonra, 2007-ci ildə Siciliya mafiyasının 1 nömrəli adamına çevrilir. 1993-cü ildən etibarən polisdən gizlənərək, Forbs jurnalına əsasən dünyada 10 axtarışda olan cinayətkarlar arasında VI yeri tutur. Onun evində axtarış zamanı tapılan məktubdan: == Həyatı == Matteo Messina Denaro 26 aprel 1962-ci ildə Siciliyanın Kastelvetrano kommunasında (Trapani əyalətində) siciliyalı mafioz Françesko Messina Denaronun ("Don Çiçço" kimi tanınan) ailəsində dünyaya gəlmişdir. Atası Françesko mafioz fəaliyyətə qeyri rəsmi muzdlu qatil, rəsmi isə zəngin mülkədar və bankir (it. Banca Sicula) D‘Ali ailəsinin silahlı müafizəçisi kimi başlamış, sonralar isə irəli çəkilərək həmin ailənin icarə torpaq mülklərinin inzibatçısı təyin edilir. Yaxşı işinə görə D’Ali ailəsi ona Dzanqara rayonunda böyük bir mülk bağışlamışdır. Françesko 14 yaşlı oğlu Matteoyaya silahdan istifadəni öyrətmişdir.
Medicago mesopotamica
Mesopotamiya
Mesopotamiya (qədim yun. Μεσοποταμία – "İkiçayarası") — Yaxın Şərqdə yerləşmiş dünyanın ən qədim və ən böyük sivilizasiyalarından biri. Mesopotamiya sivilizasiyanın beşiyi hesab olunur. Çağdaş zamanda bu mədəniyyətin yerləşdiyi ərazi də Mesopotamiya olaraq adlanır. Qədim şərq ölkələri Afrikanın şimal-şərqindən Asiyanın böyük bir hissəsinə qədər uzanan geniş coğrafi ərazini əhatə edirdi. Ən qədim şərq dövlətləri Misirdə, Aralıq dənizinin şərqində, Kiçik Asiya, İkiçayarası (Mesopotamiya), İran, Hindistan, Çin və digər ölkələrin ərazisində meydana gəlmişdi. Ən qədim zamanlarda Mesopotamiya ərazisində bir neçə dövlətlər olmuşdur. Onların tarixləri ayrıca məqalələrdə verilmişdir: Şumer Akkad Babil Assuriya Ətraflı bax: Qədim Mesopotamiya dini Mesopotamiyanın şimalında e.ə. 31 minilliyin birinci yarısından başlayaraq, sami mənşəli tayfalar yaşamışdırlar. Onlar müxtəlif ləhçələrdə danışırdılar.
Mesopotamiya dini
Mesopotamiya dini qədim zamanlardan Xristian və İslam dövrünün başlanmasına qədər Yaxın Şərq reqionunda yayılan dini inaclardır. Bu inanclar o zaman orada yaşayan bütün xalqlar arasında yayılmışdır. Bu inancların mənşəyi Şumerdən gəlir. Sonra onlar başqa xalqlar arasında yayılmışdır. Şumer, Akkad, Babil, Assuriya kimi dövlətlərin dinlərinin mənşəyi birdir. Onların hamısını Mesopotamiya dini kimi adlandırırlar. Assuriya və Babil dinlərinin xüsusiyyətləri ayrıca məqalələrdə verilmidir: Babil dini Assuriyada din Mesopotamiyada, bütün Yaxın Şərqdə olduğu kimi, dinlər əsasən çoxtanrılı (politeist) və bütpərəst olmuşdur. Politeist düşüncəsi dünyanın hər bir təzahürünün arxasında bir tanrın olduğunu iddia edir. Qədim şumerlər inanırdılar ki, tanrılar hər bir şeyi yaradıb, idarə edirlər. Onlar insan cildində və insanabənzər təsəvvür edilirdi: insanlar kimi ailə qururlar, xəstələnirlər, əsəbləşirlər, savaşırlar, yaralanırlar, sevirlər, nifrət edirlər, bir birinə xəyanət edirlər, uşaq doğurlar və s.
Mesopotamiya memarlığı
Qədim Mesopotomiya (İkiçayarası) xaqlarında memarlığı mühüm əhəmiyyət kəsb edirdi. İkiçayarasında təbii ehtiyatlar yox dərəcəsində idi. Orada tikinti ağacları və daş kifayət qədər olmadığından xüsusilə gil - kərpic memarlığı təkmilləşmişdı. İkiçayarasının tikinti işində çiy kərpicdən istifadə olunurdu. Bəzi hallarda divara bişmiş kərpicdən və daşdan üz çəkirdilər. Dini xarakterli tikililər – əzəmətli məbəd, məqbərələr ilk memarlıq nümunələri kimi mühüm rol oynayırdısa, bu tikililərin bəzədilməsi, müxtəlif bədii işlərin aparılması təsviri və tətbiqi sənətin formalaşması üçün əsaslı zəmin idi. Belə ki, e.ə. IV minillikdə hündür yerdə tikilən nəhəng məbədlər, həm də yaşayış məntəqələrinin mərkəzi xarakterini kəsb edirdi. İbadət üçün xüsusi komplekslər, 3, 5, 7 mərtəbədən ibarət bürclər (zikkuratlar) İkiçayarası mədəniyyətinin orijinal memarlıq nümunəsi idi. E.ə IV minillikdə hündür yerdə tikilmiş əzəmətli məbədlər böyük yaşayış məntəqələrinin mərkəzinə çevrilmişdir.
Mesopotamiya tanrılarının siyahısı
Mesopotamiya tanrıları — qədim Mesopotamiya xalqlarının ibadət etdiyi tanrıların, və fövqəltəbii mifik varlıqların siyahısıdır. Mesopotamiya inanclarında çoxlu tanrılar və fövqəltəbii mifik varlıqlar olmuşdur. Bu siyahıda onların bəziləri verilmişdir. Qədim Mesopotamiya dini Babil dini Assuriyada din Aydın Əlizadə. Qədim Şumer-Akkad dini və onun digər dünya dinlərinə təsiri Arxivləşdirilib 2015-03-31 at the Wayback Machine // Dövlət və Din ictimai fikir toplusu. - 2008. - N 4. - S. 91-93. Leick, G. A Dictionary of Ancient Near Eastern Mythology.
Mesopotomiya
Mesopotamiya (qədim yun. Μεσοποταμία – "İkiçayarası") — Yaxın Şərqdə yerləşmiş dünyanın ən qədim və ən böyük sivilizasiyalarından biri. Mesopotamiya sivilizasiyanın beşiyi hesab olunur. Çağdaş zamanda bu mədəniyyətin yerləşdiyi ərazi də Mesopotamiya olaraq adlanır. Qədim şərq ölkələri Afrikanın şimal-şərqindən Asiyanın böyük bir hissəsinə qədər uzanan geniş coğrafi ərazini əhatə edirdi. Ən qədim şərq dövlətləri Misirdə, Aralıq dənizinin şərqində, Kiçik Asiya, İkiçayarası (Mesopotamiya), İran, Hindistan, Çin və digər ölkələrin ərazisində meydana gəlmişdi. Ən qədim zamanlarda Mesopotamiya ərazisində bir neçə dövlətlər olmuşdur. Onların tarixləri ayrıca məqalələrdə verilmişdir: Şumer Akkad Babil Assuriya Ətraflı bax: Qədim Mesopotamiya dini Mesopotamiyanın şimalında e.ə. 31 minilliyin birinci yarısından başlayaraq, sami mənşəli tayfalar yaşamışdırlar. Onlar müxtəlif ləhçələrdə danışırdılar.
Mesoptera
Liparis (lat. Liparis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.