Sərbəst gümüş
Sərbəst gümüş – Ag — Kubik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Küstelit (10 %-dək və daha çox miqdarda Au), animikit (Sb), çilenit (Bi), misli gümüş və b.
Rəng – gümüşü-ağ, çox vaxt sarı və qəhvəyi çalarlı dəyişkən rəng alır; oksidləşdikdə qaralır; Mineralın cizgisinin rəngi – gümüşü-ağ, parıltılı; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 9,6-12; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqvari, tikanlı, qabıqlı; Başqa xassələr – döyülən, əyilən və plastikdir; ən yaxşı elektrik və istilik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, oktaedrik, dodekaedrik, bəzən sap şəkilli kristallar – viskerlər; İkiləşmə: {111} üzrə sadə; Mineral aqreqatları: püruzlar, məftil formalı, eşilmiş məftil şəkilli, mamıraoxşar əmələgəlmələr, lövhəciklər, dendritlər, külçələr.
Hipogen sərbəst gümüş hidrotermal yolla əmələ gəlir və adətən kalsit, barit və gümüş-arsenid damarlarında qeyd olunur. Məşhur Kobalt yatağında (Ontario əyaləti, Kanada) gümüşün bir neçə yüz kiloqramlıq külçə və lövhələri tapılmışdır. Hipergen sərbəst gümüşə bəzən çox iri külçələr şəklində qurğuşun-sink, gümüş və kolçedan-polimetal yataqlarında rast gəlinir. O, mis mineralları ilə birlikdə az miqdarda misli qumdaşlarında və şistlərdə qeyd edilir. Bəzən səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: argentit, pirargirit, prustit, stefanit, polibazit, qalenit, kobaltin, arsenopirit, nikelin, uraninit, kalsit, barit, dolomit və b.