MİRCAVAD

Mir Cavad; səxavətli rəis, qəlbigeniş rəhbər.
MİRCAMAL
MİRCƏFƏR
OBASTAN VİKİ
Mircavad Axundzadə
Mircavad Seyidhəsən oğlu Axundzadə (1909 – 1996) — Azərbaycanın ilk peşəkar fotoqrafı. Mircavad Axundzadə 1909-cu ildə Bakının Maştağa qəsəbəsində anadan olub. Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib. Atası Seyidhesen Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Babası Axund Mirhüseyn isə İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, bununla yanaşı tarix, coğrafiya və tibb kimi dünyəvi elmlərlə də yaxından maraqlanmışdır. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq etmişdir. Oğlu Seyidağa (Mircavadın atası) H.Z.Tağıyevin “Kaspi” mətbəəsində çalışmış, ara-sıra dövri-mətbuatda məqalələri çap olunmuşdu. O, 1918-ci ilin mart soyqırımlarını öz kiçik fotoaparatı ilə çəkərək ilk azərbaycanlı fotoqraf kimi tarixə düşmüşdür.Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur. Mircavad Axundzadə haqqında Şamil Nəcəfzadənin rejissorluğu ilə "Ağ-qara dünya" sənədli filmi də çəkilib.Rejissor Ş.Nəcəfzadə müsahibəsində deyib ki, filmin çəkilişinə təşəbbüs 1991-ci ildə “Yaddaş” sənədli filmlər studiyasından irəli sürülüb.
Mircavad Cəfərov
Mircavad Cəfərov — Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan musiqiçisi, tar və ud ifaçısı, "Cəngi" estrada folklor ansamblının rəhbəri. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Mircavad Cəfərov 1965-ci il 20 iyun tarixində Salyan rayonunda anadan olmuşdur. 1974-cü ildə Salyan rayonunun 5 illik musiqi məktəbinin tar sinfinə daxil olmuş və 1979-cu ildə bu məktəbi uğurla bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinə daxil olmuş, Özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə təhsil almağa başlamışdır, 1983-1985-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Hərbi xidmətini bitirdikdən sonra təhsilini davam etdirmiş 1988-ci ildə təhsilini tamamlamışdır. Azərbaycan muğamının və milli cazının tanıdılmasında Mircavad Cəfərovun böyük xidmətləri olmuşdur. Bunun məntiqi nəticəsi olaraq, 2007-ci ildə Əməkdar artist, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Ailəlidir, 2 oğul övladı var. Hələ universitet illərində Vaqif Gərayzadənin rəhbərliyi ilə caz-folklor ansamblında (1988-ci ildən etibarən ''Aypara'' caz folklor ansambIı) dəvət almış və peşəkar fəaliyyətə başlamışdır.
Ağasəlim Mircavadov
Ağasəlim Mircavadov (11 aprel 1947 və ya 22 oktyabr 1947, Bakı) – Azərbaycanın futbol mütəxəssisi == Həyatı == Ağasəlim Seyidəhməd oğlu Mircavadov 1947-ci ildə Bakıda anadan olub. Futbol oynamağa 12 yaşında başlayıb. Neftçi Bakı klubunun heyətində çıxış edib. 1973-cü ildən məşqçilik edir. 1982-ci ildə dövrün ən böyük məşqçilik məktəblərindən sayılan Moskva Ali Məşqçilik Məktəbini bitirib. Sovet dönəmində bir neçə dəfə Neftçi Bakı komandasının sükanı arxasında dayanıb. 1988-ci ildə "Azərbaycanın əməkdar məşqçisi" fəxri adına layiq görülüb. 1991–1996-cı illər aralığında Ağdamın Qarabağ klubuna rəhbərlik edib. 1993–1995-ci illər aralığında Azərbaycan milli komandasının baş məşqçi vəzifəsində də çalışıb. Ağasəlim Mircavadov "Şəmkir"lə iki dəfə, Qarabağ, Neftçi, Xəzər-Lənkəran klublarının hər biri ilə bir dəfə ölkə çempionluğunu əldə edib.
Bu, Mircavaddır (1987)
Bu, Mircavaddır qısametrajlı sənədli televiziya filmii rejissor Böyükağa Məmmədov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film tanınmış Azərbaycan rəngkarı Mircavad Cavadova həsr olunmuşdur. == Məzmun == Film tanınmış Azərbaycan rəngkarı, sağlığında yaradıcılığına dövlət orqanları tərəfindən göz yumulan, istedadlı rəssam Mircavad Cavadova həsr olunmuşdur.
Bu, Mircavaddır (film, 1987)
Bu, Mircavaddır qısametrajlı sənədli televiziya filmii rejissor Böyükağa Məmmədov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film tanınmış Azərbaycan rəngkarı Mircavad Cavadova həsr olunmuşdur. == Məzmun == Film tanınmış Azərbaycan rəngkarı, sağlığında yaradıcılığına dövlət orqanları tərəfindən göz yumulan, istedadlı rəssam Mircavad Cavadova həsr olunmuşdur.
Cavad Mircavadov
Cavad Mirhaşım oğlu Mircavadov (19 yanvar 1923, Bakı – 24 iyun 1992, Tiraspol) — azərbaycanlı rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1988). Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır. Hal-hazırda Cavad Mircavadovun 17 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb. == Həyatı == C. Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O 1938-ci ildə, 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir. Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırır. Burada 1 il çalışdıqdan sonra işə gecikdiyi üçün 6 ay müddətində həbs edilir və Bayıl həbsxanasına göndərilir.