Adi mollabaşı
Aptek çobanyastığı (lat. Matricaria chamomilla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü.
Hündürlüyü 20-45 sm, gövdəsi düz, sadə və ya budaqlanan və demək olar ki, çılpaq birillik ot bitkisidir.
== Yarpaq ==
Yarpaqları oturaq, nazik xətli, sivri uclu, aralanmış dilimlərə ikiqat-üçqat lələkvari bölünmüşdür.
== Çiçək ==
Səbətin eni 5–8 mm olub, uzun saplaq üzərindədir. Qın yarımşarşəkillidir, yarpaqcıqları uzunsov-yumurtaşəkilli parlaq pərdəşəkilli haşiyələnmişdir. Dilcikşəkilli çiçəkləri ağ rəngdədir , qından iki dəfə uzundur, ortadakılar borucuqludur, sarı rəngdədir.
== Meyvə ==
Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsov, az qatlanmışdır, qarın tərəfdən 5 ədəd qabırğası vardır, təpə hissədə köndələn, demək olar ki, kənarsızdır.
İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
== Azərbaycanda yayılması ==
Kür-Araz oval.