MOREN GÖLÜ

1) materik buzlağının dib, yaxud son moren çöküntüləri arasında əmələ gəlmiş çökəkliyi tutan göl; 2) geri çəkilən buzlağın dərədə saxlanmış moren tirəsinin arxasında yaranmış, göl. Adətən dağlıq rayonlarda rast gəlir. моренное озеро moraine lake
MOREN DÜZƏNLİYİ
MOREN RELYEFİ
OBASTAN VİKİ
Moren gölü
Moren
Moren (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntısı. Morenlər aysberq vasitəsilə yayılan, əsasən qırıntı materialından ibarət dəniz və okean tipli terrigen çökmələrdir. Biogen material qarışığı adətən diatomeya zirehləri, süngər iynələri, foraminifer qabıqları və b. ibarət olur. Qranulometrik tərkibi lillərdən qaymalara qədər müxtəlifdir. Müxtəlif petroqrafik tərkibli zəif çeşidlənmiş kobud qırıntı materialları ilə səciyyələnir. Sahildən bir neçə yüz (hətta min) kilometrlərlə aralı, müxtəlif dərinliklərdə əmələ gəlir. Müasir aysberq moreni çökmələri Antarktidada, eləcə də Şimal yarımkürəsində geniş yayılmışdır. Morenlər iki qrupa bölünür: Hərəkətdə olan morenlər Çökmüş morenlər Dağ buzlaqlarında hərəkətdə olan morenlər üst, daxili və dib morenlərnə bölünür.
Yan moren
Yan moren (rus. боковая морена, ing. lateral moraine) — qar xəttindən aşağıda dağ-dərə buzlağının kənarlarında iri qırıntı materiallarının toplanmasından yaranmış, moren.
İllik moren
İllik moren (rus. морена годичная, ing. annual moraine) — xırda lüləşəkilli /valşəkilli/ son moren tirələri olub, adətən bir-birinə paralel yerləşir, intensiv deqlyasiyasiya prosesi zamanı buzun tez geri çəkilməsi şəraitində buzlağın kənarının illik vəziyyətinin ardıcıl dəyişməsini göstərir. İ. m. adətən dil şəkilli hövzələrə uyğun gələn iri göllərin sahilində yerləşir.
Yerini dəyişən moren
Yerini dəyişən moren (rus. морена перемещаемая, ing. moving moraine) — buzlaq vasitəsilə yerini dəyişən, müxtəlif ölçülü qırıntı materialları. Yerini dəyişən moren dəyişən moren buzlağın səthində səth, onun içərisində /daxili/ və aşağı hissəsində dib yerləşir. Çökdürülmüş morenlərə, daha doğrusu tam formalaşmış morenlərə qarşı qoyulur.
İnversion moren konusları
İnversion moren konusları (rus. инверсионные моренные конусы, ing. -inverse moraine cones) — yenidən çökdürülmüş morenlərdən təşkil olunmuş, günbəzvari yaxud konus formasında, təpələr şəklində, akkumulyativ buzlaq relyef forması. Hündürlüyü bir neçə metrdən 10–12 metrə qədər çatır en kəsiyi 2,5–3 dəfə hündürlüyündən böyük olur. Sistemsiz qrup və ya sıra şəklində buzlaq dərəsinin dibində yerləşir. İ. m. k. buzlaq dilinin qurtaracağında, "Ölü buzlaq" sahəsində termokarst proseslər nəticəsində epigenetik əmələ gəlir. Kəskin kontinental iqlimli vilayətlər üçün səciyyəvidir. Mis: Pamir.
Sen-Jan-de-Moren müqaviləsi
Sen-Jan-de-Moren — 1917-ci ilin ortalarında I Dünya Müharibəsi zamanı imzalanmış gizli müqavilələrdən biridir. İngiltərə və Fransa Osmanlı imperiyasının parçalanması üçün torpaq verəcəyini vəd edərək İtaliyanı Müttəfiq dövlətlərin tərəfində müharibəyə girməyə razı saldılar. Bu müqaviləyə görə Mersindən başqa Antalya, Konya, Aydın və İzmirin İtaliyaya verilməsi istənilirdi. Oradakı maddələrə görə, müqavilə rusların təsdiqinə tabe idi. Lakin Rusiya hökuməti bolşeviklər tərəfindən devrildiyindən bu müqavilə heç vaxt qüvvəyə minmədi. Buna baxmayaraq, italyanlar onlara vəd edilmiş torpaqları istəməkdə israr edirdilər. Hətta bir italyan senator "Başqaları heç nə almasa, biz də heç nə tələb etməyəcəyik" söyləmişdi. == İstinadlar == == Ədəbiyyat == I Documenti diplomatici italiani. Libreria dello Stato. 1980.
Dağ gölü
Daşagil gölü
Daşagil gölü — Abşeron rayonunun Müşviqabad və Aşağı Güzdək qəsəbələri arasında yerləşən göl. Duzlu, xloridli suya sahibdir. Duzluluğun yüksək səviyyəsi ilə əlaqədar, bitki və fauna aləmi praktik olaraq yoxdur. Atmosfer yağıntıları və qrunt suları ilə qidalanır. Yaz ayları yağıntının artması ilə əlaqədar sahəsi böyüyərək ətraf əraziləri basır.
Dem gölü
Dem gölü — Şimali Burkino-Fasoda kiçik göl. O, Kayanın şimalında, Sahel qoruğunun cənubunda və Bam gölünün cənub-şərqindən yerləşir. Uzunluğu 5 km, eni 2 km-dir. Dəniz səviyyəsindən 304 metr yüksəklikdə yerləşir. Göl 2009-cu ildən Ramsar ərazisi kimi təyin edilmişdir.
Dilolo gölü
Dilolo gölü - Anqolanın ən böyük şirinsulu gölü. Mexixo əyalətində yerləşir. Göl Zambezi hövzəsinin su sisteminin bir hissəsidir. Dəniz səviyyəsində 1445 metr yüksəklikdə yerləşən gölün uzunluğu 8–13 km, eni isə 4–5 km arasında dəyişir. Göl 1854-cü ilə kəşf olunmuşdur və bölgədə mühüm balıqçılıq mərkəzlərindən biridir.
Drukşiai gölü
Drukşyay (lit. Drūkšiai) və ya Drisvyatı gölü (belar. Дрысвяты, rus. Дрисвяты) — Litvanın şimal-şərqində və Belarusun Vitebsk vilayətinin ərazisində yerləşən göldür. Göl İqnalina Atom Elektrik Stansiyasını su ilə təchiz edir. Göl Braslau gölü ərazisində yerləşmişdir və ərazinin ən böyük gölüdür. Drukşyay gölünün ümumi sahəsi 44,79 km²-dir (34 km² Litva ərazisində, 10 km² Belarus ərazisində). Göl mənşəcə buzlaq mənşəlidir. Buzlaqların şimaldan cənuba və qərbdən şərqə doğru hərəkəti zamanı uzunsov şəkildə iki şaquli kanal əmələ gətirir. Gölün maksimal dərinliyi 33,3 m, orta dərinliyi isə 7,6 m-dir.
Drukşyay gölü
Drukşyay (lit. Drūkšiai) və ya Drisvyatı gölü (belar. Дрысвяты, rus. Дрисвяты) — Litvanın şimal-şərqində və Belarusun Vitebsk vilayətinin ərazisində yerləşən göldür. Göl İqnalina Atom Elektrik Stansiyasını su ilə təchiz edir. Göl Braslau gölü ərazisində yerləşmişdir və ərazinin ən böyük gölüdür. Drukşyay gölünün ümumi sahəsi 44,79 km²-dir (34 km² Litva ərazisində, 10 km² Belarus ərazisində). Göl mənşəcə buzlaq mənşəlidir. Buzlaqların şimaldan cənuba və qərbdən şərqə doğru hərəkəti zamanı uzunsov şəkildə iki şaquli kanal əmələ gətirir. Gölün maksimal dərinliyi 33,3 m, orta dərinliyi isə 7,6 m-dir.
Durusu gölü
Durusu və ya Terkos (türk. Durusu Gölü; Terkos Gölü) — Türkiyədə, İstanbul şəhərindən 45 km şimal-qərbdə yerləşən su hövzəsi. Gölün maksimal dərinliyi 11 metr, eni 1–2 km, səthinin sahəsi isə 30,4 km²-dir. Göl suyunda 27 balıq növü mövcuddur. Gölün sahil xətti son 1000 ildə çox dəyişilmiş və dəyişməyə davam edir. Durusu əvvəlcə Şərqi Frakyada strateji əhəmiyyətli bir yerdə yerləşən körfəz idi. Bu bölgə süquta uğramaqda olan Bizans imperiyasının son məntəqələrindən biri idi. Körfəzdə zaman-zaman Genuya dəniz quldurları sığınırdılar. Yaxınlıqda olan qalanın qalıqları buna sübutdur. Lakin çayın və dəniz axınlarının gətirdiyi allüvial qumun Durusu çayının deltasına toplanmasına səbəb oldu.
Duzdağ gölü
Duzdağ — Salyan rayonu ərazisində şor göl. Gölun ətrafı ağ Şoran torpaq örtüyündən ibarətdir. Duzdağ "duzlu, duzlaq, Şor" mənalı Duzlaq coğrafi adının yerli tələffüz formasıdır.
Düdən gölü
Düdən gölü (türk. Düden Gölü) və ya Kulu gölü (türk. Kulu Gölü) ― Türkiyənin Konya ilində acı göl. Düdən gölü Tuz gölünün 5 kilometr (3.1 mil) şimal-qərbində, Konyanın Kulu şəhərindən 950 metr (3,120 ft) şərqdə yerləşir. 860 hektar ərazini əhatə edən dayaz gölün suyu acıdır. Göl əsasən qərbdən Kulu və Değirmengözü krikləri ilə qidalanır. Göldən çay başlamır. Düdən gölünün qidalanmasında ətrafındakı bulaqlar da rol oynayır. Göldə doqquz adacıq var. Gölün cənubundakı "Kiçik Göl" (türk.
Elqıqıtqın gölü
Elqıqıtqın gölü — Çukot Muxtar Dairəsi ərazisində yerləşən vulkan gölü. Göl Anadır alçaqdağlığı, Anadır rayonu, Anadır şəhərindən 390 km şimal-qərbdə yerləşir. Gölün adı çukot dilindən tərcümədə эльгыгытгын — «ağ göl» mənasını verir. Gölün diametri — 12 kilometr; mərkəzi hissədə dərinlik 169 m; maksimal dərinlik — 174 m; sahəsi — 119 km²; həcmi — 14,1 km³; su toplayıcı hövzəsinin sahəsi — 293 km²; suyun orta temperaturu 3 °C; dəniz səviyyəsindən hündürlüyü — 489 m. İlin böyük qismi üzəri buzla örtülü olur. Bəzi illərdə hətta yayda belə tamami ilə buzdan azad ola bilmir. Sahilə yaxın ərazilərdə daimi buzlaqlar vardır. Onların qalınlığı 481 çatır. Gölə 50 qol axır. Göldən Enmıvaam çayı başlayır.
Elsuort gölü
Elsuort gölü (ing. Lake Ellsworth) — Antarktida ərazisində buzaltında yerləşən göl. Bir çox aliklərin fikirinə görə göl təqribi olaraq 125 mln xarici aləmlə əlaqəsi yoxdur. Gölün ölçüləri 14,7 km х 3,1 km nisbətindədir. Elsuort gölünün sahəsi 28,9 km². Dərinliyi isə 52-156 metr arasında dəyişir. Gölün həcmi 1,37 km³-dir. Gölün araşdırılmasını Böyük Britaniya alimləri həyata keçirir.
Elton gölü
Elton gölü (rus. Эльтон) — Xəzəryanı ovalıqda yerləşən axarsız, şorsulu göl. Göl inzibati baxımından Rusiyanın Volqoqrad vilayəti, Pallasovski rayonu, Elton kənd inzibati vahidliyində, Qazaxıstan sərhəddindən bir qədər aralıda yerləşir. Vilayətin ən böyük, Avropanın isə minerallaşma həddinə görə ən böyük gölü. Gölün olduqca əhəmiyyətli xüssusiyyəti vardır. Belə ki, köçəri quşlar, əsasəndə sahildəyişənlər və durnalar təyinat nöqtəsinə gedərkən müəyyən müddətə bu göldə fasilə verməli olurlar Böyük ehtimalla gölün adı monqol dilində olan «Altın-Nor» (qızılı dib) sözündən əmələ gəlmişdir. Göl Xəzəryanı ovalığın şimal-qərbində böyük duzlu qübbələr arasında bir çökəklikdə yerləşir. Sahəsi — 152 km², dairəvi quruluşa sahibdir. Hövzəsinin sahədi 1640 km²-dir. Dərinliyi — 5—7 sm; yazda isə 1,5 metrə çatır.
Ertso gölü
Ertso- (oset. Ерцъо, gürc. ერწო [ɛrt͡sʼɔ])- Cənubi Osetiyanın Dzausko rayonunda Kvirila çayının hövzəsinə aid karst mənşəli göl. Ölkənin sahəsinə görə ikinci böyük gölü hesab edilir. Bu göl Kudarsk yarğanında yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1711 m-dir. Daxili kanalları mövcuddur. Gölün sahəsi-0,41 km², uzunluğu isə-940 m-dir. Gölün dərinliyi məlum deyil, çünki suyunun səviyyəsi daimi olmur. Göl öz mənşəyinə görə unikal hesab edilir, çünki, Qafqazda ən iri karst mənşəli göldür.
Erço gölü
Ertso- (oset. Ерцъо, gürc. ერწო [ɛrt͡sʼɔ])- Cənubi Osetiyanın Dzausko rayonunda Kvirila çayının hövzəsinə aid karst mənşəli göl. Ölkənin sahəsinə görə ikinci böyük gölü hesab edilir. Bu göl Kudarsk yarğanında yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1711 m-dir. Daxili kanalları mövcuddur. Gölün sahəsi-0,41 km², uzunluğu isə-940 m-dir. Gölün dərinliyi məlum deyil, çünki suyunun səviyyəsi daimi olmur. Göl öz mənşəyinə görə unikal hesab edilir, çünki, Qafqazda ən iri karst mənşəli göldür.
Friksel gölü
Friksel gölü (ing. Lake Fryxell) — Antarktidada, Viktoriya Landda yerləşən şirinsulu göl. Kanada ilə Kammonvilt buzlaqları arasında yerləşir. Taylor vadisinin cənubundakı bu göl Robert Skott tərəfindən 1910-1913-cü illərdəki "Terra Nova" ekspedisiyası zamanı kəşf edilmiş və kartoqrafiyası edilmişdir. Gölə 1957-ci ildə ABŞ-nin İllinoys ştatındakı Avqustina Kollecindən Fritiof Frikselin adı verilmişdir. Uzunluğu 4.5 km-dir. Göldə bir çox prokariot canlı yaşamaqdadır.
Göygöl gölü
Göygöl — Azərbaycanda göl. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metrdir. Eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8–10 metrdir.
Hamun gölü
Hamun gölü və ya Hamun vahəsi — Əfqanıstan-İran sərhədindəki Sistan bölgəsində yerləşən Sistan qapalı hövzəsindəki göl və bataqlı ərazi. İranda Sistan gölü olaraq da tanınır. Ölçüsünə görə İranın ən böyük 3-cü gölü olan Hamun gölü həm də İranın şirinsulu ən böyük gölüdür. Hamun yazda yaxınlıqdakı dağlarda qar əriməsinin nəticəsində İranın cənub-şərqindəki səhralarda və Əfqanıstan ilə Pakistanın ona bitişik ərazilərində adətən mövsümi xarakter daşıyan dayaz göllərə aid ümumi termindir. Hamun çoxlu mövsümi su qolları ilə qidalanır; əsas qolu Əfqanıstandakı Hindukuş dağlarından başlayan çoxillik Helmand çayıdır. Müasir dövrdə və kənd təsərrüfatının suvarılması üçün bəndlərin mövcudluğundan əvvəl yaz daşqınları daha böyük gölləri meydana gətirərdi. Əfqanıstanda, Helmand çayının dendritik delta əmələ gətirdiyi Daşt-e Margow səhrasının qərbindəki Sistan bataqlıqlarında yerləşir. Su şimal-şərqdə Hamun-e Puzak ilə başlayan göllər silsiləsi ilə dairəvi şəkildə axır, Hamun-e Sabari'yə süpürülür və nəhayət cənub-qərbdə Hamun-e Helmand'a axır. Əvvəllər yuxarı göllərin kənarlarında sıx qamış yataqları və tamarisk qalınlığı olan təxminən 4000 km2 (1500 kv mi) ərazini əhatə edirdi. Ərazi vəhşi heyvanlar və köçəri quşlarla çiçəklənirdi.
Hocson gölü
Hocson gölü (ing. Hodgson Lake) — buzla örtülü olan şirinsulu göl. Gölün uzunluği 2 km, eni isə 1,5 km təşkil edir. I Aleksandr Torpağıın cənubunda, Palmera Torpağından qərbə qərarlaşır. Gölün koordinatı 72 °C.e. və 68° q. u. Gölün dərinliyi 93,4 metrdir. Gölün səthində 3,6 −4,0 metr olan buzlaq qatı vardır. Göldə yaşayış əlaməti yoxdur.