Pal Morfi
Pol Mörfi (ing. Paul Morphy; 22 iyun 1837[…], Nyu-Orlean, Luiziana – 10 iyul 1884[…], Nyu-Orlean, Luiziana) — Amerika şahmatçısıdır. O, qeyri rəsmi şahmat üzrə dünya çempionudur. Pol şahmat dahisi idi. Parlaq karyerası olduğu halda şahmatı erkən yaşda tərk elədiyi üçün "Şahmatın Kədəri və Qürüru" adlandırırdılar. Bobbi Fişer Mörfini özünün bütün zamanlarda ən yaxşı 10 şahmatçısı siyahısına salmışdır və indiyə kimi yaşamış ən dəqiq oyunçu kimi təsvir etmişdir.
== Həyatı ==
=== Erkən illər ===
Pol Mörfi Nyu-Orleanda zəngin ailədə doğulmuşdur. Pol hələ uşaqlıqdan heyrətamiz yaddaşı ilə yaşıdlarından fərqlənirdi. Ailələrindəki kişilərin hamısı şahmat oynayırdı: atası, böyük qardaşı və əmisi isə Nyu-Orleanın ən güclü şahmatçılarından sayılırdılar. O, əmisi ilə atasının oyunlarını izləyərək şahmatı öyrənmişdir.