Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sen-Moris-de-Beno
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Beno
Beno (fr. Beynost) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Miribel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01043. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 4475 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 2849 nəfər arasında (15-64 yaş) 2141 nəfər İqtisadi fəal, 708 hərəkətsiz (fəaliyyət göstərici 75.1%, 1999-cu ildə 70.1%) olmuşdur. Fəal 2141 sakindən 2016 nəfər (1067 kişi və 949 qadın), 125 nəfər işsizdir (67 kişi və 58 qadın). Fəal olmayan 708 nəfər arasında 293 nəfər şagird və ya tələbə, 252 nəfər pensiyaçı, 163 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Reno
Renault (fr. Renault) və ya Reno — fransız avtomobil istehsalçısı. Avtomobil, yük maşını, traktor, tank, qatar, təyyarə, motosiklet, velosiped, avtobus kimi bir çox fərqli ölçüdə vasitələr istehsal edir. == Tarixi == Lui Reno 1877-ci ildə Parisdə doğulan bir bəyzadə idi. Atası yaxşı qazanan bir yun taciri idi. Lui maşın xəstəsi idi və hələ 5 yaşında yoldaşlarından eşitdiyi lokomotivi görmək üçün stansiyaya qaçardı. Buxar qazanını, porşenlərin, bacaları, necə düzəldiyini bilməyə çalışardı. 15 yaşında bir şagirdkən matorlu vasitələrə maraq salır, hətta xərcliyindən yığdığı pullarla 0.75 at gücündə De Dion bouton markalı bir avtomobil alır. Hələ 21 yaşında ikən (1898) qardaşları Fernand və Marsellə birlikdə "Reno Freres" şirkətini qurur. 1899-cu ildə Paris-Trouville arasında 170 kilometri aşan bir yarış hazırlanır.
SENTO
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur. SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ ilə İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı. XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Sent
Sent (rayon) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından biri.
Sero
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Sədo
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtıdır. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Sefo
Seyfullah Sağır (16 mart 1998, Samsun) – Türk pop musiqiçisi və söz yazarıdır."Bilmem mi?" adlı Reggaeton tipli mahnısı ilə o daha çox tanınmağa başlamışdır. == Həyatı və Kariyerası == 16 mart 1998 tarixində o Samsunda doğulub. Əslən Trabzondandır. 2018-in Mart ayında o musiqi karyerasına "Yalan" adlı ilk mahnısı ilə başlamışdır. O, 2019-cu ilin Fevralında çıxardığı "Poz" adlı sinqlından sonra musiqiyə daha çox diqqət yetirmək qərarına gəlib. 18 aprel 2019-cu ildə "Up Down" adlı mahnısını dinləyiciləri ilə bölüşdü. 28 iyun 2019-cu ildə "362" adlı sinqlı buraxdı. Bu sinqldan sonra o, "Derdi Ne" mahnısı yaratdı. Mahnılarında adətən pop ritmindən istifadə edir. O, 21 fevral 2020-ci ildə "Başa Sar" adlı sinqlı buraxdı, mahnının digər adları arasında Aerro və Yase Sefo'nun beatində müşayiəti var.
Sento
Sento (yap. 銭湯) — yapon ictimai hamamı. Sentonun əsas özəlliyi ondan prosedurların məcburi ardıcıllığıdır. Belə ki sentoya gələnlər ilk öncə ayrıca bir yerdə yuyunurlar və yalnız bundan sonra isti su olan hovuza keçirlər. Sentoya ailəlikcə baş çəkənlər də az deyil. == Sentonun quruluşu == Sentonun yerləşdiyi bina zahirən yapon məbədini xatırladır, girişdə noren adlanan pərdə asılır. Bu pərdə göy rəngdə olur və üzərində sentonun adından başqa həm də 湯 (yu, isti su) heroqlifi əks olunur. Bir qayda olaraq, sentoda kişi və qadın bölmələri olur, onların quruluşu identikdir. Müasir sentolar əsasən bu bölmələrdən ibarət olur: soyunma otağı, gələnlərin yuyunması üçün ayrıca bölmə və hamı üçün nəzərdə tutulan isti su olan ümumi hovuz. Suyun temperaturu 55 °C civarında olur.
Sent-Etyen-de-Sen-Juar
Sent-Etyen-de-Sen-Juar (fr. Saint-Étienne-de-Saint-Geoirs) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Eten-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38384. Kommunanın 1999-cu il üçün əhalisi 2 216 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 34 km şimal-qərbdə yerləşir.
Eno
Eno- (fr. Hainaut, nid. Henegouwen)- Belçikanın 10 əyalətindən biridir. Qərbi Flandriya, Şərqi Flandriya, Flamand Brabantı, Vallon Brabantı, Namür əyaləti və Fransa ilə sərhədlənir. İnzibati mərkəzi Mons şəhəridir.
SEO
SEO (ing. search engine optimization; azərb. axtarış sistemi optimizasiyası‎) — axtarış sistemləri üzərindən vebsayta və ya veb səhifəyə yönlənmiş vebsayt trafikinin keyfiyyətinin və kəmiyyətinin bir sıra alqoritmlərlə yaxşılaşdırılması prosesi.
Sen
Sen
Seo
SEO (ing. search engine optimization; azərb. axtarış sistemi optimizasiyası‎) — axtarış sistemləri üzərindən vebsayta və ya veb səhifəyə yönlənmiş vebsayt trafikinin keyfiyyətinin və kəmiyyətinin bir sıra alqoritmlərlə yaxşılaşdırılması prosesi.
Sen-Sen-Deni
Sen-Sen-Deni (Sena-Sen-Deni; fr. Seine-Saint-Denis) — Fransanın mərkəzi hissəsinin şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 93. İnzibati mərkəzi — Bobinyi. Əhalisi — 1,534,895 nəfər (departamentlər arasında 6-cı yerdə, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 236 km². Parisin şərq və şimal-şərqində yerləşən departament 3 rayon, 40 kanton və 40 kommundan ibarətdir. == Tarixi == Sen-Sen-Deni departamenti 1968-ci il yanvarın 1-də yaradılmış , keçmiş Sena və Sena və Uaza departamentlərinin ərazilərindən ibarət idi. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Emmanuel Beldiler. Naissance d'un département et d'une préfecture dans le 9-3, De la Seine et de la Seine-et-Oise à la Seine-Saint-Denis : une histoire de l'État au xxe siècle.
Hiroko Sano
Hiroko Sano (d. 5 fevral 1983) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Jan Reno
Jan Reno (fr. Jean Reno; 30 iyul 1948[…], Kasablanka) — ispan əsilli Fransa aktyoru. == Həyatı == İspan mənşəli fransız aktyoru Jan Reno 30 iyul 1948-ci ildə Kasablankada anadan olmuşdur. O zaman onun adı Xuan Moreno idi. 1960-cı ildə Moreno ailəsi Avropaya qayıdır. Onlar general Frankonun idarə üsuludan xilas olmaq üçün Andalusiyadan Mərakeşə qaçmış və Fransaya köçmüşdülər. Jan Reno vətəndaşlıq əldə etmək üçün fransız ordusunda xidmət etməli olmuşdur. 1970-ci ildə o, Rene Simonun studiyasında aktyor sənətini öyrənmişdir. O, debütünü 1974-cü ildə televiziyada etmiş, sonradan teatrda işləmiş, 1978-ci ildə isə rejissor Raul Ruisin "Oğurlanmış şəklin fərziyyəsi" filmində çəkilmişdir. Jan Renonun kino karyerası o qədər də uğurlu olmur.
Jeno Boroş
Jeno Boroş (14 noyabr 1950 – 3 may 2023) — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ilə qədər) O, 1970–1975-ci illərdə Korvinus Universitetini bitirib. 1976–1981-ci illərdə Praqadakı (Çexoslovakiya) səfirliyin mətbuat attaşesi, sonra 1984-cü ilə qədər Xarici İşlər Nazirliyində Çexoslovakiya müxbiri olub. 1984–1988-ci illər arasında o, ilk olaraq Bratislavadakı Baş Konsulluqda, 1990–1993-cü illərdə isə orada baş konsul olub. 1993-cü il yanvarın 1-də müstəqillik qazanan Slovakiyadakı ilk Macarıstanın səfiri olub. O, uzun müddət, təxminən səkkiz il Slovakiya missiyasına rəhbərlik edib və onun əməyinə görə bir sıra mükafatlar alıb. 2002-ci ilə qədər Xarici İşlər Nazirliyində şöbə müdiri, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini. 30 noyabr 2005-ci ildən 2008-ci ilə qədər Berndəki xarici nümayəndəliyə rəhbərlik edib. 2008-ci ildə o, birbaşa Azərbaycana göndərildi: dekabrın 19-da o, etimadnaməsini Bakıda təqdim etdi. Burada Macarıstan və Azərbaycan arasında əlaqələrin açılışı olduğu üçün Macarıstan çox keçməmiş səfirlik yaratmışdı. 31 iyul 2010-cu ildə geri çağırılıb.
Jeno Landler
Jenő Landler (23 noyabr 1875 – 25 fevral 1928), Macar kommunist siyasətçi və rəhbər. Qısa müddətdə yaşamış Macarıstan Sovet Respublikasının liderlərindən biri olmuşdur. == Həyatı == === Gəncliyi === Liseydən sonra hüquq təhsili almağa başlamış və siyasi fikirlərinə yaxın olan Macarıstan Sosial Demokratlar Partiyasına üzv olmuşdur. Partiyanın təşkil etdiyi metal işində işləyən fəhlələrin ittifaqı hərəkatında iştirak etmişdir. Siyasi dünyagörüşü sonralar sola istiqamətlənmiş və kommunist olmuşdur. === Oktyabr inqilabı === Birinci Dünya müharibəsi dövründə nə işlə məşğul olduğu bilinmir. Ancaq Oktyabr inqilabından sonra, xüsusilə Bela Kun və Tibor Szamuely ilə birgə köhnə Rusiya imperiyası torpaqlarında müharibə əsirliyinə düşmüş və oktyabr inqilabı ilə azadlığa qovuşmuş Macar əsgərlərinə Sosializm ideyalarını təbliğ etmək üçün ciddi mübarizə aparmışdır. Rusiya vətəndaş müharibəsi dövründə Bolşeviklərin tərəfində döyüşmüşdür. === Macarıstan Sovet Respublikası === 1919-cu ilin mart ayında Macarıstan Sovet Respublikası elan edildikdən sonra kommunist iqtidarda Daxili İşlər Xalq Komissarlığının rəhbəri olmuşdur. Respublika süquta uğradıqdan sonra, Avstriyaya qaçmışdır.
Katerina Zeno
Katerina Zeno (it. Caterino Zeno) ; (1440-cı illər, Venesiya – 1490-cı illər, Venesiya) — italyan siyasətçi və Venesiya Respublikasının diplomatı. Ağqoyunlu hökmdarı Uzun Həsənin yanında Venesiya səfirliyi etməsi ilə məşhurdur. == Həyatı == Zeno 12 iyul 1418-ci ildə Venesiyada dünyaya gəlmişdir. O, Zeno ailəsinin üzvü olaraq zadəgan ailəsində dünyaya gəlmişdi. Atası Draqone Pietro Zeno (ö. 1430), anası Anna Morosini idi. Anna Morosini Venesiyanın bir müddət doju olmuş Miçele Morosininin qardaşının qızı idi. Zenonun Antonio və Nikolo adlı iki qardaşı, Antonia adlı bir bacısı olmuşdur. Bacısı 1439-cu ildə Antonio Zorzi ilə evlənmişdir.
Kəhriz Səng
Kəhrizsəng və ya Kəhriz Səng — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,267 nəfər və 2,169 ailədən ibarət idi.
Leoni Sent
Leoni Sent (alm. Leonie Saint ‎; 23 aprel 1986, Herne, Şimali Reyn-Vestfaliya) — Almaniya aktrisası, televiziya aparıcısı və keçmiş pornoaktrisası.
Lui Reno
Lui Reno (21 may 1843[…] – 8 fevral 1918[…]) — Fransız hüquqşünası və müəllim. 1907-ci ildə Ernesto Moneta ilə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Lui Reno 1843-cü il mayın 21-də Fransanın Autun şəhərində anadan olmuşdur. 1868-73-cü illər arasında Dijon Universitetində Roma və ticarət hüququ professoru, 1873-cü ildən ölümünə qədər isə Paris Hüquq Fakultəsində professor kimi fəaliyyət göstərmişdir. 1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin hüquq məsləhətçiliyinə təyin edilmişdir. Bu vəzifə əsnasında Fransanın xarici siyasətini beynəlxalq hüququn işığında diqqətlə araşdırdı. Aralarında 1899 və 1907-ci illərdəki Lahey sülh konfransı ilə London dəniz konfransının yer aldığı bir sıra konfranslarda iştirak etmişdir. Müvəffəqiyyətli bir hakim də olan Reno 1905-ci ildəki Yapon Mülk Vergisi, 1909-cu ildə Kasablanka, 1911-ci ildə Savarkar və 1913-cü ildə Karfagen ilə Manouba iddiaları kimi bir çox problemin həllinə kömək etdi. Bu vaxt beynəlxalq hüququn xüsusi məsələlərinə dair çox sayda məqalə və monoqrafiya yazdı. C.Lyon-Caen ilə birlikdə iki cildlik bir ticarət hüququ və səkkiz cildlik bir araşdırma kitabı çap etdirmişlər.