MORFOSTRUKTUR

yun. morphe – forma + yun. structura – quruluş

MORFOSKULPTUR
MORİON
OBASTAN VİKİ
Morfostruktur
Morfostruktur- Əmələ gəlməsində əsas etibarilə endogen qüvvələrin rol oynadığı materiklərin və okean dibinin böyük relyef forması. Məsələn; sualtı sıra dağlar, okean çökəklikləri və s.
Həlqəvi morfostruktur
Həlqəvi morfostruktur- (rus. морфоструктура кольцевая, ing. ring morphostructure) relyefin morfogenetik tipləri və struktur elementlərinin qanunauyğun konsentrik birliyi olub, qədim vulkanik-plutonik həlqəvi strukturların seçmə denudasiyanın və neotektonik hərəkətlərin təzahür xüsusiyyətləri ilə əlaqədar olaraq formalaşır.
Morfostrukturlar
== Morfostrukturlar == Morfostrukturlar (yun. morphe-forma və lat. structura-quruluş) materik və okean dibi çökəkliyi relyefinin iri, endogen mənşəli geoloji strukturlarına uyğun gələn elementlərinə deyilir. Platforma sahələrində-sinekliz, antekliz, qraben, öndağ əyilmələri; qırışıqlıq sahələrdə-antiklinoriy, sinklinoriy; okean dibi sahəsində-okean dibi aralıq sıra dağları, okean çökəklikləri, sualtı vulkan konusları morfostrukturlara aiddirlər. Morfostrukturlar termini 1946-cı ildə akademik İ.P.Gerasimov tərəfindən təklif edilmişdir.
Nano morfostrukturlar
Nanomor­fostruk­turlar (rus. наноморфоструктуры, ing. nanomorphostructure) geoloji struk­turların ən xırda elementlərinə uy­ğun gələn relyef formalarıdır. Palçıq vulkanı sopkaları, salzaları, qrifonları nümunələrdən bəziləridir.
Vulkan morfostrukturları
Vulkan mor­fostruk­turları – (rus. вулканические морфо­структуры, ing. volcanic mor-pho­struc­tures) endogen proseslər nəticəsində əmələ gəlib, morfoloji quruluşunda vulkan məh­sulları dəqiq təzahür olunan yer səthinin nisbətən iri formaları. V. m. mənşəyinə görə intruziv, effu­ziv və ekstruziv tiplərə bölünür.

Digər lüğətlərdə

безбра́чный жирномоло́чный многотира́жка предписа́ть скуфе́йка чужа́нин вене́ц густота́ зали́зы иорда́нцы непри́быльность непроду́манность подрыва́ние репродукцио́нный трактрозаво́дец эквадо́рцы вожатый colubrine harry peak-hour plug hat rejig годность империализм креолка