MURADXAN

Murad xan; hökmdarın arzusu, xanın diləyi.
MURADƏLİ
MURĞUZ
OBASTAN VİKİ
Muradxan
Muradxan — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. Muradxan oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yerli məlumata görə, yaşayış mantəqəsinin ilk sakinləri müəyyən siyasi hadisələrlə əlaqədar olaraq xanlıqlar dövründə(XVIII əsr) Gəncədən gəlmələrdir. Kəndin məhəllələrindən biri indi də Gəncəli adlanır. Yaşayış məntəqəsi burada bina salmış ailələrin başçısı Muradxan adlı bir şəxsin adını daşıyır. Kəndin adı 1933-cu ildə Muradxanlı şəklinda qəydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2786 nəfər əhali yaşayır.
Muradxan Cabbarov
Muradxan Mahmud oğlu Cabbarov (5 may 1926, Kərəviz, Laçın rayonu – 13 aprel 2006, Bakı) — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (1994–2005), Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon və Laçın Rayon komitələrinin birinci katibi, Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. Muradxan Mahmud oğlu Cabbarov 5 may 1926-cı ildə Laçın rayonunun Kərəviz kəndində anadan olub. 1944-cü ildə Laçın şəhər orta məktəbini bitirmişdir. 1944–1950-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində, 1961–1967-ci illərdə isə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır. Muradxan Mahmud oğlu Cabbarov 13 aprel 2006-cı ildə Bakı şəhərində vəfat edib. 1950-ci ildən Azərbaycan LKGİ Laçın rayon komitəsinin şöbə müdiri, ikinci katibi, birinci katibi, 1959-cu ildən isə Laçın Rayon Partiya Komitəsinin ikinci katibi, 1960-cı ildən Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1962-ci ildən 1980-ci ilədək Laçın Rayon və 1980-ci ildən Zəngilan Rayon Partiya komitələrinin birinci katibi vəzifəsində çalışmışdır. Daha sonra Laçın Şəhər XDS İK-nın sədri olmuşdur. 6 aprel 1994-cü ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş, 2005-ci ilə qədər bu vəzifədə çalışmışdır. SSRİ-nin "Şərəf nişanı" ordeni.
Muradxan bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nəsrəddin Muradxan
Nəsrəddin Murad Xan (1904, Buynaksk, Dağıstan MSSR – 15 oktyabr 1970, Lahor) — Rusiya imperiyasında anadan olmuş qumuq əsilli pakistanlı memar və mülki mühəndis. O, dizayn etdiyi Pakistanın milli abidəsi olan Minar-e-Pakistana görə məşhurlaşmışdır. O, həmçinin Lahordakı Qaddafi stadionunun, xeyli sayda digər seçilən bina və tikililərin müəllifidir. Muradxan 1904-cü ildə Şimali Qafqazın Buynaksk bölgəsində türk müsəlman ailəsində anadan olmuşdur və türk qumuq tayfasına mənsub olmuşdur. Buynaksk o dövrdə Rusiya imperiyası ərazisinə daxil idi, indi isə Rusiya Federasiyasına daxildir. 1930-cu ildə o, Leninqrad Dövlət Universitetinin Memarlıq fakültəsinin Şəhər Planlama və Mülki Mühəndislik ixtisasını bitirmişdir. Bu universitet indi Peterburq Dövlət Universiteti adlandırılır. Daha sonralar o, müxtəlif elmi dərəcələrini də bu universitetdən almışdır. Muradxan müsəlman Qafqazı Sovet hakimiyyətindən qurtarmağı arzulayırdı. Buna görə də, həyatı barədə narahat olduqdan sonra Dağıstandan qaçmağa məcbur oldu və Almaniyaya getdi.
Mailə Muradxanlı
Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989). == Həyatı == Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir.
Mailə Muradxanova
Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989). == Həyatı == Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir.
Muradxanlı
Muradxanlı — soyad və təxəllüs. Bu soyadı və təxəllüsü olan tanınmış şəxslər Ələsgər Muradxanlı — aktyor. Mailə Muradxanlı — tərcüməçi, dramaturq, publisist, Kəndlər Muradxanlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Muradxanlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd.
Muradxanlı (Qoşaçay)
Muradxanlı (fars. مرادخانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 633 nəfər yaşayır (141 ailə).
Muradxanlı (Qubadlı)
Muradxanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 2 noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Muradxanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqələri keçmişdə yayı Zəngəzur qəzasında, qışı isə Qarabağda keçirmiş təklə tayfasının muradxanlı tirəsinə mənsub ailələrin oturaqlaşaraq məskunlaşması nəticəsində yaranmış və həmin tirənin adı ilə adlandırılmışdır. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 42 evdə 164 şiə kürd yaşayırdı. 1 noyabr 1992-ci ildə Qubadlı rayonunun Muradxanlı kəndinə ermənilərin silahlı basqını nəticəsində 5 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur.
Muradxanlı (İmişli)
Muradxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 4433 nəfərdir ki, onun da 2301 nəfəri kişi, 2132 nəfəri isə qadındır. 1954 - cü ilə qədər köçəri həyat tərzi keçirmiş Muradxanlı, Əlipənahlı, Buludlu və Tanırqullar adlanan tərəkəmə kəndləri birləşdirilərək indiki yerdə daimi məskunlaşmışlar. Kənddə iki tam orta məktəb, mənəniyyət evi və bir 25 çarpayılıq xəstəxana mövcuddur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq əkinçilik və ovçuluqdur. Muradxanlı kəndi ərazisində Muradxanlı neft yatağı fəaliyyət göstərməkdədir. Hazırda neft yataqların hər biri işlənmədədir. Muradxanlı neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsində, Kürdəmir şəhərindən 30 km cənubda yerləşir. Yatağın Zərdab sahəsi Muradxanlı neft yatağından şimal-qərbdə, Kür çayının sahilində, Zərdab şəhərindən 7 kilometr cənub-şərqdə yerləşir. Zərdab sahəsinin xeyli hissəsi bataqlıq və şoranlıqlarla örtülüb.
Muradxanlı bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mərdan Muradxanov
Muradxanov Mərdan Əsədulla bəy oğlu (1909, Salyan rayonu – 1979) — azərbaycanlı pedaqoq-alim, professor, Azərbaycan SSR Əməkdar elm xadimi. Mərdan Muradxanov 1909-cu ildə Salyan rayonunda anadan olmuşdur. 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu, 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1939-cu ildə A. İ. Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasını bitirmişdir. Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini (1946–1952), APİ-də Pedaqogika (1952–1958) və İbtidai təhsil nəzəriyyəsi və metodikası (1960–1979) kafedralarının müdiri işləmişdir. 1961-ci ildə professor adını almışdır. Azərbaycanda çap olunan "Pedaqogika" (1958–1959, 1964) dərsliklərinin, Moskvada nəşr edilən ikicildlik "Pedaqoji lüğət"in və dördcildlik "Pedaqoji ensiklopediya"nın müəlliflərindəndir. Mərdan ilk dəfə olaraq Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" əsərinin dərin pedaqoji təhlilini vermişdir. A. S. Makarenkonun pedaqoji irsi və ondan Azərbaycanda istifadə edilməsi təcrübələri. Nəşriyyat: Maarif, Bakı, 1965.
Ələsgər Muradxanlı
Muradxanlı Ələsgər Cəlal oğlu — azərbaycanlı aktyor. Ələsgər Muradxanlı 10 iyul 1964-cü ildə Ağdam rayonu Gülablı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirmişdir. 1993-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında truppa müdiri vəzifəsində çalışır. 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Əsədulla bəy Muradxanov
Muradxanov Əsədulla bəy (18 sentyabr 1866, Salyan – 28 yanvar 1942, Salyan, Salyan rayonu) — ictimai-siyasi xadim, maarifpərvər-publisist. Rusiyanın 1-ci Dövlət Dumasının deputatı. Görkəmli pedaqoq-alim, professor Mərdan Muradxanovun atasıdır. Əsədulla bəy Muradxanov 1866-cı ildə Salyan şəhərində anadan olub. İlk təhsilini şəhərdə yerləşən dördsinifli rus məktəbində alıb. Məktəbi bitirdikdən sonra isə Qori Müəllimlər Seminariyasına daxil olub. 1886-cı ildə təhsilini başa vurduqdan sonra Kürdəmirdə müəllim kimi fəaliyyətə başlayıb. Yeddi müəllimlik etdikdən sonra, Cavad qəzasında “Kəndlilərlə əlaqə şöbəsi”ndə kargüzar və tərcüməçi kimi fəaliyyət göstərib. Bir neçə ildən sonra isə Salyana qayıdaraq məhkəmə məmuru kimi işləməyə başlayır. Daha çox “Kaspi” qəzeti ilə əməkdaşlıq edib.