MUSİQİŞÜNAS

is. [ ər. musiqi və fars. …şünas] Musiqişünaslıq mütəxəssisi.
Musiqişünasların dediyinə görə, xəstəlikdən qalxandan bəri Həsən öz sənətində irəliləyərək daha da böyük məharət göstərməyə başlamışdı. B.Talıblı.
Hüseynqulunun bəxtini bir şey açdı ki, məşhur musiqişünas Üzeyir Hacıbəyov “Leyli və Məcnun” adında bir opera yazdı. S.Rəhman.

MUSİQİPƏRƏSTLİK
MUSİQİŞÜNASLIQ
OBASTAN VİKİ
Musiqişünas
Musiqişünaslıq — musiqini, musiqi tarixini və nəzəriyyəsini, musiqi estetikasını, musiqi tənqidi və folklorşünaslıq – etnomusiqişünaslıq sahələrini özundə cəmləşdirən elm . Sənətşünaslığın bir sahəsi hesab olunur. Musiqişünaslıq musiqi sənətinin qanunauyğunluqlarını, müxtəlif təzahürlərini və inkişaf prosesini, onun obyektiv şərtiliyini, ictimai həyatın müxtəlif cəhətləri ilə əlaqəsini öyrənir. Musiqişünaslıq musiqi nəzəriyyəsi, musiqi tarixi, musiqi etnoqrafiyası, musiqi tənqidi sahələrinə ayrılır. Musiqi akustikası və musiqi psixologiyası musiqişünaslığın müstəqil bölməsi olmaqla bərabər, həmçinin fizika və psixologiyanın bir hissəsini təşkil edir. XX əsrin 60-70-ci illərində musiqişünaslığın musiqi sosiologiyası kimi müstəqil sahəsi yaranmışdır. Nəzəri musiqişünaslıq gerçəkliyin musiqidə əks olunması üsullarını, musiqinin tarixi inkişaf prosesində müəyyənləşmiş başlıca qanunauyğunluqlarını, onun kompozisiya vasitələri və üsullarını öyrənir. Melodika, ritmika, harmoniya, polifoniya, instrumentovka, musiqi forması musiqinin ayrı-ayrı elementlərini, musiqi əsərinin təhlili isə əvvəlcə adları çəkilən bütün fənnlərin əsasında konkret musiqi əsərlərini tədqiq edir. Musiqi ifaçılığını, musiqi duyumunun inkişaf etdirilmə prinsiplərini öyrənən elmi-metodik fənnlər də nəzəri musiqi sahəsinə aiddir.
Aida Hüseynova (musiqişünas)
Aida Nemət qızı Hüseynova (1964, Bakı – 20 iyun 2022) — musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru (1992), Bakı Musiqi Akademiyasının professoru (2005), İndiana Universitetinin müəllimi (2007). == Həyatı == Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. 8 nömrəli və 16 nömrəli musiqi məktəblərində təhsil alıb. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. Konservatoriyada tarixi-nəzəriyyə və fortepiano ixtisasları üzrə təhsil aldığı zaman nüfuzlu Lenin təqaüdünə layiq görülüb. 1992-ci ildə Sankt-Peterburq Dövlət Konservatoriyasında bəstəkar Müslüm Maqomayevə həsr olunmuş dissertasiyanı müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, 1995-ci ildən dosent, 2005-ci ildən professor vəzifələrində çalışıb. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib. Endryu Mellon təqaüdü (2015), Fulbrayt təqaüdü (2007–08) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təqaüdlərə (2000, 2001–02) layiq görülmüşdür. 2008-ci ildən ABŞ-nin İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışır. .
Elmira Abasova (musiqişünas)
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. == Həyatı == Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elmira Abbasova (musiqişünas)

Mübariz Əliyev (musiqişünas)
Mübariz Firidun oğlu Əliyev (10 mart 1967, Miskinli, Gədəbəy rayonu) — Azərbaycan Milli Konservatoriyasının dosenti. == Həyatı == 10 mart 1967-ci il Gədəbəy rayonunun Rüstəm Əliyev (Miskinli) kəndində anadan olmuşdur. Azərbaycan Milli Konservatoriyasının dosentidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. "Xalq Çalğı Alətləri" kafedrasının müəllimidir. 2007-ci ildə nəşr edilmiş "Saz məktəbi" dərsliyinin həmmüəllifidir (S.Kərimi, A. Quliyev, M. Əliyev ilə yanaşı). Azərbaycan Mədəniyyyət və Turizm Nazirliyi musiqi təhsili üzrə tədris-metodik kabinetinin qərarı əsasında çap olunmuş bu kitab orta ixtisas musiqi və incəsənət məktəblərinin saz aləti üçün dərslik vəsaiti kimi nəzərdə tutulmuşdur. Bu kitab xalq artisti, Millİ Konservatoriyanın rektoru Siyavuş Kərimi, Konservatoriyanın alimləri: Azərbaycan aşıq musiqisinin araşdırıcılarından olan musiqişünas alim Akif Quluyev və aşıq sənətinin bilicisi Mübariz Əliyevin birgə əməyinin məhsuludur. Qədim aşıq sənətinin qorunub saxlanılması ilə yanaşı, müasir zamanda və gələcəkdə də inkişaf etdirilməsi üçün əvəzsiz töhfə olan bu kitab 1000 nüsxə tirajla çap olunmuşdur. Konservatoriyanın rektoru S. Kərimi Azərbaycan musiqi pedaqogikası təcrübəsində ilk dəfə olaraq professional səviyyədə çap olunan kitabın davamlı olaraq, texnikum, institut və Konservatoriya üçün dərsliklər səviyyəsində də işlənib hazırlandığını bildirmişdir.
Musiqişünaslıq
Musiqişünaslıq — musiqini, musiqi tarixini və nəzəriyyəsini, musiqi estetikasını, musiqi tənqidi və folklorşünaslıq – etnomusiqişünaslıq sahələrini özundə cəmləşdirən elm . Sənətşünaslığın bir sahəsi hesab olunur. Musiqişünaslıq musiqi sənətinin qanunauyğunluqlarını, müxtəlif təzahürlərini və inkişaf prosesini, onun obyektiv şərtiliyini, ictimai həyatın müxtəlif cəhətləri ilə əlaqəsini öyrənir. Musiqişünaslıq musiqi nəzəriyyəsi, musiqi tarixi, musiqi etnoqrafiyası, musiqi tənqidi sahələrinə ayrılır. Musiqi akustikası və musiqi psixologiyası musiqişünaslığın müstəqil bölməsi olmaqla bərabər, həmçinin fizika və psixologiyanın bir hissəsini təşkil edir. XX əsrin 60-70-ci illərində musiqişünaslığın musiqi sosiologiyası kimi müstəqil sahəsi yaranmışdır. Nəzəri musiqişünaslıq gerçəkliyin musiqidə əks olunması üsullarını, musiqinin tarixi inkişaf prosesində müəyyənləşmiş başlıca qanunauyğunluqlarını, onun kompozisiya vasitələri və üsullarını öyrənir. Melodika, ritmika, harmoniya, polifoniya, instrumentovka, musiqi forması musiqinin ayrı-ayrı elementlərini, musiqi əsərinin təhlili isə əvvəlcə adları çəkilən bütün fənnlərin əsasında konkret musiqi əsərlərini tədqiq edir. Musiqi ifaçılığını, musiqi duyumunun inkişaf etdirilmə prinsiplərini öyrənən elmi-metodik fənnlər də nəzəri musiqi sahəsinə aiddir.

Значение слова в других словарях