Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ABŞ musiqisi
ABŞ musiqisi — Dünyanın ən inkişaf etmiş ölkəsi olan Amerika Birləşmiş Ştatları da öz musiqisinin rəngarəngliyinə görə daha çox seçilir. Amerikadakı "Azadlıq" heykəlinin rəsmi simvolu, kəsb etdiyi məna dünyanın müxtəlif yerlərindən müxtəlif irqi əlamət və xüsusiyyətlərə malik olan insanları bir araya gətirmək, həmrəylik yaratmaqdır. Bu müxtəliflik, bu rəng çaları Amerika musiqisində də öz əksini tapır. ABŞ musiqisində Şimali Amerikada yaşamış hindilərin musiqi folkloru, sonralar isə Avropa mühacirlərinin musiqi mədəniyyəti öz əksini tapmışdır; zənci xalq yaradıcılığı ənənələri (caz, spiriçuels, bluz, reqtaym və s.) əhəmiyyətli yer tutur. 16–17-ci əsrlərdə ilk mühacirlərin həyat və məişət şəraiti musiqi sənətinin inkişafı üçün az əlverişli idi. Bu dövrdə yalnız ingilis puritanlarının himnləri yayılmışdı. 18-ci əsrdə mühacirətin artması ölkədə peşəkar musiqi sənətinin formalaşmasına şərait yaratdı. Dini mahnılar müəllifi U. Billinqs, "Minervanın məbədi" (1781) operasının müəllifi F. Hopkinson, populyar lirik mahnılar müəllifi S. K. Foster, fortepiano əsərləri müəllifi L.M. Qotşalk ilk Amerika bəstəkarlarıdır. 19-cu əsrin 2-ci yarısında ABŞ-yə köçən bir çox Avropa musiqiçisi burada simfonik orkestrlər, musiqi təhsili müəssisələri və cəmiyyətlər yaratdı. 1883-cü ildə Nyu-Yorkda "Metropoliten-opera" teatrı açıldı.
Adıge musiqisi
Adıge musiqisi— Adıgeya ərazisində formalaşmış musiqi. == Tarixi == Adıge musiqisində müxtəlif xarakterli və məzmunlu mahnılar, rəqs musiqisi əsas yer tutur. Xalq mahnıları, başlıca olaraq, diatonik səs sırasına əsaslanır. Kamıl (nəfəs aləti), şiçepşin (kamanlı alət), pxaçiç (zərb aləti) əsas musiqi alətləridir. XIX əsrdən qarmon geniş yayılmışdır. Oktyabr inqilabından sonra musiqi folkloru öyrənilir. Peşəkar musiqi, əsasən, mahnı janrı sahəsində inkişaf etmişdir.
Afrika musiqisi
Afrika musiqisi - Afrika qitəsində yaşayan xalqların musiqisini və sənət yaradıcılıqlarını əhatə edir. Afrika musiqisi, qitənin bölgələrinə uyğun olaraq bir necə qrupa bölünür və hər bir qrupun bədii inkişaf prosesləri digərindən fərqlidir. Şimali Afrika, Tropik Afrikası, Mərkəzi Afrika, Cənubi Afrika və Madaqaskar kimi bölgələrin musiqisi tarixən müstəqil inkişaf yolu keçmişdir. === Şimali Afrika === Şimali Afrika musiqisi 2 əsas qoldan – bərbər və ərəb qollarından ibarətdir. Bərbərlərin sinkretik mədəniyyətində əsas yeri xorla solistlərin deyişmə formalı oxumaları tutur, musiqi alətləri arasında membrano fonlar üstünlük təşkil edir. Kişilərə və qadınlara məxsus musiqi janrları və alətləri bir-birindən fərqlənir. Ərəb musiqisinin əsas növləri bütün ərəb-müsəlman dünyasının ənənələrinə yaxındır; dini musiqi janrları geniş yayılmışdır. Məğrib ölkələrində yüksək melodik zənginliyi ilə seçilən azanı misal göstərmək olar. Afrika ərəblərinin instrumental musiqisində klassik peşəkar janr olan nuba xüsusi yer tutur. Taba adlanan məqam sisteminə ümumərəbladları ilə yanaşı məğribladları və ritmik formulları da daxildir.
Albaniya musiqisi
Albaniya musiqisi — Albaniya ərazisində formalaşmış musiqi. == Tarixi == Albaniya xalq musiqisində müxtəlif üslublar var. Xalq mahnı ifaçılığı üçün üçsəslilik səciyyəvidir. Mahnılar, adətən, simli musiqi alətləri ilə müşayiət olunur. Profesional musiqi Albaniyada kommunist quruluşu yaradıldıqdan sonra inkişafa başlamışdır. 1947-ci ildən Tiranada musiqi, dram və rəssamlıq şöbələrindən ibarət bədii lisey, 1950-ci ildə Dövlət filarmoniyası, 1956-cı ildə Dövlət opera və balet teatrı, 1962-ci ildə konservatoriya açılmışdır. 1954-cü ildə ilk alban operası olan Prenk Yakovanın "Mrika" əsəri, 1963-cü ildə ilk milli balet olan T. Dayanın "Xəlil və Xeyriyyə" əsəri tamaşaya qoyulmuşdur. İnsturmental musiqi və kantata-oratoriya janrında Kristo Kono, Çesk Zadey, S. Qatsanın, mahnı janrında isə K. Trakonun əsərləri məşhurdur. 1965–1975-ci illərdə V. Novanın "Qəhrəman qız", Prenk Yakovanın "İskəndərbəy" operaları, K. Lyaranın "Partizan", T. Dayanın "Balıqçılıq uşaqları" baletləri və s. əsərlər tamaşaya qoyulmuşdur.
Amerikan musiqisi
ABŞ musiqisi — Dünyanın ən inkişaf etmiş ölkəsi olan Amerika Birləşmiş Ştatları da öz musiqisinin rəngarəngliyinə görə daha çox seçilir. Amerikadakı "Azadlıq" heykəlinin rəsmi simvolu, kəsb etdiyi məna dünyanın müxtəlif yerlərindən müxtəlif irqi əlamət və xüsusiyyətlərə malik olan insanları bir araya gətirmək, həmrəylik yaratmaqdır. Bu müxtəliflik, bu rəng çaları Amerika musiqisində də öz əksini tapır. ABŞ musiqisində Şimali Amerikada yaşamış hindilərin musiqi folkloru, sonralar isə Avropa mühacirlərinin musiqi mədəniyyəti öz əksini tapmışdır; zənci xalq yaradıcılığı ənənələri (caz, spiriçuels, bluz, reqtaym və s.) əhəmiyyətli yer tutur. 16–17-ci əsrlərdə ilk mühacirlərin həyat və məişət şəraiti musiqi sənətinin inkişafı üçün az əlverişli idi. Bu dövrdə yalnız ingilis puritanlarının himnləri yayılmışdı. 18-ci əsrdə mühacirətin artması ölkədə peşəkar musiqi sənətinin formalaşmasına şərait yaratdı. Dini mahnılar müəllifi U. Billinqs, "Minervanın məbədi" (1781) operasının müəllifi F. Hopkinson, populyar lirik mahnılar müəllifi S. K. Foster, fortepiano əsərləri müəllifi L.M. Qotşalk ilk Amerika bəstəkarlarıdır. 19-cu əsrin 2-ci yarısında ABŞ-yə köçən bir çox Avropa musiqiçisi burada simfonik orkestrlər, musiqi təhsili müəssisələri və cəmiyyətlər yaratdı. 1883-cü ildə Nyu-Yorkda "Metropoliten-opera" teatrı açıldı.
Anime musiqisi
Anison (アニソン) – animelərdə istifadə olunan musiqi və mahnı janrı. Yaponiyaya xasdır. Termin "Anime" və "song" sözlərinin birləşməsindən yaranmışdır. Bir çox musiqi alətindən istifadə olunması, eləcə də, sözləri və mövzusu istifadə olunduğu animeyə uyğun olması ilə xarakterizə olunur. Anison 1970-ci illərdən etibarən populyarlıq əldə etməyə başlamışdır. == Haqqında == Anison daha çox J-pop janrı ilə xarakterizə olunur. Adətən anime seriallarının hər seriyası üçün iki cür mahnıdan istifadə olunur: açılış mahnısı və bağlanış mahnısı. Açılış və bağlanış mahnılarına həmin animelərin OVA buraxılışlarında da rast gəlinir. Yaponiyada bəzi müğənnilərin əsas fəaliyyəti məhz animelər üçün mahnı və musiqi bəstələməklə formalaşır. LiSA, Konomi Suzuki, Nana Mizuki, Eyr Aoy, Aymer, May'n, Kotoko, Yui, Asaka və s.
Avstraliya musiqisi
Avstraliya musiqisi — Avstraliya ərazisində formalaşmış musiqi. Avstraliya musiqisi müxtəlif musiqi cəmiyyətlərindən ibarət geniş tarixə malikdir. Avstraliyanın yerli musiqisi minlərlə il əvvələ gedib çıxan unikal irsin bir hissəsidir. Çağdaş Avstraliya musiqisində Yerli və Qərb üslublarının birləşməsi Avstraliyanın dünya musiqisinə verdiyi töhfəni açıq şəkildə göstərir. == Tarixi == Avstraliya İttifaqının yerli sakinləri mahnı və rəqslərini qoruyub saxlamışlar. Mahnı yaradıcılığı geniş yayılmışdır. Mahnıları, adətən, məişət və dini mərasim rəqsləri ilə müşayiət olunur. XVIII əsrin sonunda Avstraliya Britaniyanın müstəmləkəsinə çevrildikdən sonra ölkədə Avropa müsiqisi yayılmağa başlamışdır. XX əsrdə Persi Qreyncer, A. Hill, A. Bencamin və başqaları opera, simfoniya, kamera və xor əsərləri yaratmışdır. Avstraliya İttifaqında bir neçə konservatoriya, simfonik orkestrlar, kamera musiqi assoasiyası, opera məktəbi, Avstraliya Bəstəkarları Gildiyası (1935-ci ildən) və s.
Avstriya musiqisi
Avstriya musiqisi — Avstriyalı bəstəkar və müğənnilərin Avstriya mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ən yaxşı musiqi nümunələri. == Klassik musiqi == Klassik musiqi əsri olan XVIII əsrdə Avropa klassik musiqisi dominantlıq edirdi. Bu zaman Vyana musiqi innovasiyaları üçün xüsusi bir vacib məkan idi. Klassik musiqi müasir dövrdə də Avstriyada öz aktuallığını saxlayır. Bu ölkədə çoxlu sayda məşhur avstriyalı bəstəkarlar var. Onlardan ən məşhurları bunlardır: Volfqanq Amadey Motsart Frans Şubert Yozef Haydn Lüdviq van Bethoven Alban Berg Anton Bruckner Qotfrid von Aynem Erik Volfqanq Kornqol Frits Kreysler Ernst Krenek Yozef Lanner Franz Lehar Qustav Maler Arnold Şönberq İohann Ştraus Franz von Suppe Anton Vebern == Musiqi mərkəzi Vyana == Avstriyanın paytaxtı Vyana musiqi innovasiyalarının əsas mərkəzi hesab olunur. XVIII-XIX əsr bəstəkarları habsburqların himəyadarlığı altında şəhərə gəlir və Vyananı Avropa klassik musiqinin mərkəzinə çevirirdilər. Volfqanq Amadey Motsart, Lüdviq van Bethoven, İohann Ştrauss şəhərlə sıx bağlı olan əsas bəstəkarlardır. Barokko epoxasında slavyan, macar xalq musiqisi formaları Avstriya musiqisinə təsir etmişdir. Vyananın mədəni mərkəz statusunun formalaşması XVI əsrin əvvəlində başlamış və lütnada daxil olmaqla musiqi alətlərinin ətrafında cəmlənmişdir.
Azərbaycan Musiqisi
Azərbaycan musiqisi (az.-əbcəd آذربایجان موسیقی‌سی‎) — Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir. == Klassik musiqi == Azərbaycan klassik musiqisi — klassik musiqinin qollarından biri. XX əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir Azərbaycan peşəkar musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. === Azərbaycan operası === Azərbaycan operası — operanın qollarından biri. 1908-ci il yanvar ayının 12-də ilk milli Azərbaycan operası – Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşası, 1913-cü il oktyabrın 25-də isə ilk milli musiqili komediya "Arşın mal alan" operettasının premyerası oldu. === Azərbaycan baleti === Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub.
Aşıq musiqisi
Azərbaycan aşıq sənəti (az.-əbcəd آشیق صنعتی‎) — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əһəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman olunur ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" — "mahnı oxuyan, müğənni" deməkdir.Məlumdur ki, "varsaq" sözü "aşıq şeiri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir.
Başqırdıstan musiqisi
Başqırdıstan musiqisi — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Başqırdıstan mədəniyyətinin bir qolu. == Tarixi == Başqırdıstan ənənəvi musiqi mədəniyyətinin əsasını başqırd və tatar xalq yaradıcılığı təşkil edir. Başqırd şifahi peşəkar sənətinin formaları şair-müğənnilərin (yırau, sesen) və kurayda çalanların (kuraysı) yaradıcılığında yaranmışdır. XVIII əsrdə Başqırdıstanda mülkədar kapellaları ilə əlaqədar musiqi ifaçılığı formaları yayılmışdır. XVIII əsrin sonu – XIX əsrdə diyarın musiqi-teatr həyatına sürgün edilmiş polyak məskunlar təsir göstərmişlər. Onlar orkestr təşkil edir, musiqili tamaşalar qoyur, rəqs gecələri keçirir, musiqi dərsləri verirdilər. XIX əsrin ikinci yarısından Ufada aktiv musiqi həyatı inkişaf etmişdir: 1870–1880-ci illərdə skripkaçı D.N. Sevastyanovun rəhbərliyi ilə kvartet gecələri keçirilirdi; 1885–1906-cı illərdə simfonik orkestrin iştirakı ilə konsertlər verilirdi. Milli maarifçilik mərkəzlərindən biri 1906–1919-cu illərdə fəaliyyət göstərmiş "Qaliyə" mədrəsəsi idi; burada musiqi də tədris olunurdu. A.A. Alyabyevin "Asiya nəğmələri" və "Başqırd uvertürası" başqırd folkloru əsasında yazılmış ilk musiqi əsərlərindəndir. 1901-ci ildə A.T. Qreçaninov tərəfindən 50-yə yaxın başqırd nəğməsi işlənilmişdir.
Bolqarıstan musiqisi
Bolqarıstan musiqisi — müasir Bolqarıstan ərazisində və onun sərhədlərindən kənarda formalaşmış musiqi mədəniyyəti. slavyan tayfalarının xalq musiqisi əsasında və Balkan yarımadasının qədim sakinlərinin musiqi mədəniyyəti elementlərini əxz etməklə formalaşmışdır. == Kilsə-xor musiqisi == Kilsə-xor musiqisi Bizans ənənələri əsasında yaranmışdır (IX əsr). Bizans kilsə musiqisinin inkişafında mühüm mərhələlərdən biri bolqar İoann Kukuzelin (1376-cı ildən Afondakı Müqəddəs Afanasi monastırının rahibi) adı ilə bağlıdır. Bolqar kilsə ifaçılığı məktəbi özünün yüksək peşəkarlıq səviyyəsini XXI əsrin əvvəlinədək qoruyub saxlamışdır. == Dünyəvi musiqi == Dünyəvi musiqi XIX əsrin son rübündə inkişaf etməyə başlamışdır. İlk dövrlər xarici musiqiçilər (hərbçilər, əsasən də çexlər) başlıca rol oynayırdılar. 1880-cı ildə Sofiyada ilk müstəqil orkestr – Qvardiya orkestri yaradıldı (sonradan kapelmeysteri G. Atanasov olmuşdur). 1890–92-ci illərdə opera truppasının təşkili üçün təşəbbüs göstərildi. Bu dövrdə bir çox xor cəmiyyəti yarandı; xor ifaçılığı ənənəvi və dünyəvi peşəkar musiqi mədəniyyəti arasında əlaqələndirici rol oynamağa başladı.
Butan musiqisi
Butan musiqisi — Butan mədəniyyətinin bir qolu olub, Butan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı butanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Butanın musiqi mədəniyyəti Tibet musiqi mədəniyyətinin regional növüdür. Butanın bütün ənənəvi musiqisi öz növbəsində dini musiqi ilə sıx bağlıdır. Dini musiqi vacrayana buddizmi ilə bağlı olmaqla, güclü monastır ənənəsi qorunub saxlanmışdır. Ölkədə hər il keçirilən çam dini mərasimində musiqi ilə müşayiət olunan maskalı rəqs tamaşaları onun ayrılmaz hissəsidir. XVI əsrdən bəri dəyişməmiş Tibet mənşəli musiqi alətləri lim fleytaları (linqbu; bambukdan 6 fleyta dəsti), uzun qolu olan damnyen lütnyasından ibarətdir. Saray və dövlət bayramlarında boeda və şunqda janrlarında mahnılar ifa olunur; şunqda başlanğıcını XVII əsr Tibet saray musiqisindən götürmüşdür və Butanın dövlət himninin əsasını təşkil edir. 1960-cı illərdən saray və dövlət təntənələrində iştirak edən peşəkar musiqiçilər ansambllarına gəzərgi musiqiçilərin Tibet mənşəli aləti olan yayla çalınan ikisimli pivanq, Çin mənşəli musiqi aləti olan yanqçen simbalları, damnyen və lim daxildir. Peşəkar klassik, həmçinin ənənəvi kənd ansamblları dövlət tərəfindən himayə olunur. 1954-cü ildə paytaxt Thimphuda Kral İfaçılıq Sənətləri Akademiyası açılmışdır.
Gürcüstan musiqisi
Gürcüstan musiqisi — Gürcüstan mədəniyyətinin bir qolu olub, Gürcüstan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı gürcüstanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqi. Musiqi alətlərinin müşayiəti olmadan oxunan çoxsəsli – polifonik gürcü ifa tərzinin təxminən 3000 il yaşı vardır.Demək olar ki, bütün gürcü nəğmələrinin ifası üç hissəyə bölünür: yüksək; orta; alçaq.Orta hissəyə melodiya daxildir, alçaq ifa basdır ki, harmoniyanı melodiyadakı kiçik dəyişikliklərlə qoruyub saxlayır, yüksək ifa isə müxtəlif modulyasiyalarla və melodik variasiyalarla dolu ən gözəl ifadır. Kişilər və qadınlar ənənəvi olaraq bir-birindən ayrı oxuyurlar və onların xüsusi repertuarları olur. Kişilərin repertuarı daha təntənəlidir, qadın nəğmələri arasında isə çoxsaylı laylalar və hətta şəfaverici mahnılar da vardır. Son illərdə YUNESKO gürcü polifoniyasının dünyanın qeyri-maddi irsi elan olunması barədə təklif vermişdir.Tbilisi konservatoriyası gözəl klassik musiqi ifaçıları hazırlayan tədris müəssisəsi kimi şöhrət qazanmışdır. Həmin ifaçılar arasında pianoçular Aleksandr Toradze və Eliso Virsaladze, skripkaçı Leana İsakadzeni, bas Paata Burçuladze, müğənni Nani Breqvadze, pianoçu və musiqi müəllimi Manana Doycaşvili daha çox seçilir. Bundan başqa, Gürcüstanda milli simfonik orkestr fəaliyyət göstərir.1871–1933-cü illərdə yaşamış məşhur gürcü bəstəkarı Zaxari Paliaşvili gürcü xalq mahnılarından ibarət nadir kolleksiya toplamış, gürcü folkloru əsasında "Abesalom və Eteri" və "Daisi" operalarına musiqi bəstələmişdir.1862–1973-cü illərdə yaşamış Meliton Balançivadze ilk gürcü romanslarının və "Köntöy Tamara" adlı ilk gürcü operasının müəllifidir.1873–1953-cü illərdə yaşamış məşhur gürcü bəstəkar, musiqişünas və etnoqraf Dmitri Arakişvili 1919-cu ildə Tbilisi opera teatrında səhnəyə qoyulmuş "Şota Rustaveli haqqında rəvayət" lirik operası ilə şöhrət qazanmışdır. Müasir bəstəkarlardan "Yaşasın musiqi" operasının, bir sıra simfoniyaların və konsertlərin, eləcə də çoxsaylı kinofilmlərə, B. Brextin "Qafqaz təbaşir dairəsi" və V. Şekspirin "Riçard III" tamaşalara yazılmış musiqi əsərlərinin müəllifi Giya Kançeli məşhurdur. == Avroviziya Mahnı Müsabiqəsində == Gürcüstan Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə 2007-ci ildə iştirak etmişdir və müsabiqədə indiyə kimi heç vaxt qələbə qazanmamışdır. == Həmçinin bax == Gürcüstan mədəniyyəti == İstinadlar == == Xarici keçidlər == GeorgianChant.org: Resource for the Study of Georgian Liturgical Music Arxivləşdirilib 2015-12-17 at the Wayback Machine BBC Radio 3 Audio (60 minutes): Polyphonic drinking songs and choral music.
Hind musiqisi
Hind musiqisi - Hindistanda məskən salmış fərqli mədəniyyət, din və dilə sahib insan birliklərinin mədəniyyət və incəsənətini özündə əks etdirir. Dini inanclar bayramlar, mərasimlər, adət-ənənələrdə olduğu kimi, hind musiqisinin, rəqslərinin yaranmasına, inkişafına əsaslı təsir göstərmişdir. Qədimdə dövrlərdə olduğu kimi, müasir dövrdə də hind musiqisi və rəqsləri dini rituallar, bayramlar, toy şənlikləri, oyun və əyləncələrlə vəhdət təşkil edir. "Sаnqitа" sözü əksər hind dillərində "musiqi" kimi bаşа düşülür, hərfi bахımdаn "hər şеyin birləşməsi və ifаdəsi" kimi tərcümə оlunur. "Hər şеy" dedikdə isə bədən, аğıl və ruh başa düşülür. Şimаli Hindistaın musiqisində “şаcаcа” və yа əsаs tоn əbədiliyi, tanrını simvоlizə еdir. "Şаcаcа" tеrmini hərfi mənаdа "6 nоtdаn ibаrət sırа" mənаsını vеrir. Musiqi sırаlаmаsının əsаsı, musiqinin mаhiyyətinin аçаrı qаmmаnın birinci nоtu "sа"dаn аsılı оlur, Аvrоpа musiqisində bu "dо" qаmmаsıdır. İfаçı üçün şаcаcа səsinin imkаn vеrdiyi tоndа və yа musiqi аlətinin imkаn vеrdiyi tоndа qоyulа bilər. == Hind musiqisinin xüsusiyyətləri == Ölkənin müxtəlif ştatlarında məskunlaşan "pulayana", "oraon", "santal", "savara", "çençu", "bhil" və s.
Kamera musiqisi
Kamera musiqisi — böyük olmayan musiqi kollektivi tərəfindən ifa edilən instrumental və ya vokal musiqidir . == Tarixi == XVI əsrdə hələ iri konsert zallarının, filarmoniyaların olmadığı bir dövrdə instrumental musiqi və kiçik vokal əsərləri musiqi həvəskərlarının evlərində ifa edilirdi. Bu konsertlərdə adətən, klavesinin müşayiəti ilə skripka, violonçel, hoboy və b. solo alətləri çalınırdı. Bəstəkarlar belə musiqi yığıncaqları üçün kiçik həcmli əsərlər - sonata, trio, kvartet, romans və s. yazırdılar. Kamera musiqisi anlayışı (italyanca «camera» - «otaq» deməkdir) elə o zamanlardan mövcud olub, böyük konsert zallarında və ya kilsədə deyil, məhz kiçik salonlarda ifa olunan musiqi janrları kimi formalaşmağa başlamışdır. Tədricən, kamera musiqisi salonlardan kənara çıxaraq iri konsert zallarında ifa edilmişdir. Lakin «kamera» anlamı yenə də saxlanmışdır. Hal-hazırda kamera musiqisi konsertləri simfoniya və oratoriyaların ifa edildiyi iri konsert zallarında deyil, nisbətən kiçik həcmli xüsusi kamera musiqisi salonlarında keçirilir.
Kantri musiqisi
ABŞ kantri musiqisinin kökləri Britaniya adalarının xalq musiqisinə dayanır. İngilis, irland, şotland və uels poeziyası, folkloru, balladası və dənizçi nəğmələri Birləşmiş Ştatlarda milli musiqi adı ilə meydana gələn ilkin nəğmələrin bir neçəsinin əsasını təşkil edir. Buna baxmayaraq, ötən 5 əsr ərzində musiqinin müxtəlif regional və etnik janrları Amerika musiqisinə dərindən təsir etmişdir. Meksikadakı, Almaniyadakı, Polşadakı, Fransadakı amerikalıların və bir neçə başqa qrupların hamısının yerli musiqinin inkişafında böyük təsirləri olmuşdur. == Mənşəyi == Bu günkü yerli musiqinin mənşəyi 18-ci əsr Cənubi Amerikası hesab oluna bilər, çünki çox saylı ingilisdilli mühacir həmin dövrdə bu regiona köçürdü. 19-cu əsrin əvvəllərinə qədər bu ingilis təşəbbüsçülərindən bəziləri Texas qədər uzaq qərbə köçdülər. Əsasən kənd, aqrar cəmiyyət olan Cənub getdikcə urbanizasiyalaşan və sənayeləşən Şimaldan mədəni cəhətdən bir qədər ayrıldı. Nəticə etibarilə, cənublular öz ata-baba yurdlarının xalq musiqisi ənənəsini qoruyub saxlamağa meyilli oldular. Cənub xalq mahnılarının adətən Britaniya adalarının ənənəvi musiqisinə əsaslanmasına baxmayaraq, onlar Cənubun müxtəlif bölgələrində rast gəlinən müəyyən etnik və sosial təsirlərə görə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. 19-cu əsrin ortalarına qədər “kantri musiqissi”nə Birləşmiş Ştatların digər ərazilərində və Cənub boyunca regiondan regiona kəskin fərqlənən müxtəlif üslublu növlər daxil idi.
Mehtər musiqisi
Mehtər türk adətlərində bir şənlik aləti deyil, əzəmətin, ehtişamın və görkəmliliyin bir işarəsidir. Dövlətin böyüklüyünə işarədir və təbillərin vurulması ilə çalınır. Türklərin dövlət anlayışında xalqın bütünlüyü, dövlətin ucalığı kimi anlayışlar çox önəmlidir. Bu inanc və adətlər, İslamdan əvvəlki türk dövlətlərində, Səlcuq və Osmanlı dövlətlərində də kiçik dəyişikliklərlə özünə yer alıb. Burada üç önəmli simvol var: Otağ adlanan xaqanın və ya baş komandanın olduğu yer. Bu bir savaş işarəsi olaraq qiymətləndirilir, çünki otağ yalnız savaşlarda qurulur. Xaqanın köçü adlanan böyük təbil xaqanlıq otağının önündə qoyulur və istifadəsi yalnız xaqana aiddir. Xaqanlıq mehtəri isə bayrağın altında və otağın önündə əsgərləri ürəkləndirmək üçün çalınan musiqi toplusudur. Bayraq və mehtər türk dövlətində biri-birindən ayrılmaz çox önəmli əşyalardır. Mehtərin çalınması ilə otağdan çıxılır və savaşa başlamaq üçün ilk addımlar atılır.
Moldova musiqisi
Moldova musiqisi — Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR və müasir Moldova Respublikasının musiqisi. Moldova musiqisi orijinallığı, janr və forma zənginliyi ilə seçilən xalq musiqi yaradıcılığı əsasında yaranmışdır. == Tarixi == Moldovanın musiqisi qonşu slavyan xalqlarının, eləcə də rumın və macarların musiqi yaradıcılığı ilə sıx əlaqədə yaranmışdır. Əsasən birsəsli olan Moldova xalq musiqisi 7 pərdəli diatonik məqamlar, qədim nəğmələr isə pentatonika üzərində qurulmuşdur. Əkinçilik və ovçuluqla bağlı səhnələşdirilmiş mərasimlər (paparuda, kaloyanul, kelşul və s.) mahnılarla müşayiət olunur. Ballada tipli epik və tarixi mahnılarda xalqın qəsbkarlara və istismarçılara qarşı mübarizəsi əksini tapmışdır. Məişət mahnıları, ictimai məzmunlu hayduk, muzdur, əksər mahnıları Moldova musiqi folklorunda əhəmiyyətli yer tutur. Ən səciyyəvi musiqi janrı boyna xüsusilə geniş yayılmışdır. Musiqi alətləri: fluer, kaval (çoban tütəyi növü), nay, kobza, simbal, drımba (varqan), çimpoy (tuluq zurnası) və s.; skripka, truba, klarnet, trombon Moldova xalq musiqi ənənələri leutarların (müğənni və çalıcılar) yaradıcılığı ilə təmsil olunur. Moldova peşəkar musiqisi orta əsrlərdə monastırlarda, knyaz saraylarında, hərbçilər arasında yaranmış və inkişaf etmişdir.
Monqolustan musiqisi
Monqolustan musiqisi — Monqolustan ərazisində formalaşmış musiqi. == Tarixi == Qədim ənənəyə malik Monqolustan musiqisi pentatonikaya əsaslanır. Mahnı, epik dastan və instrumental musiqiyə ayrılır. Mahnılar zəngin ornamentli, geniş diapazonlu, asta templi (urt duu) və sadə quruluşludur (bogino-duu). Epik dastanlar xurçi (xurçalan), uligerçi (dastançı), duu-çi (solist müğənni), xoqjimçilərin (instrumentalist) yaradıcılığında təmsil olunur. Musiqi alətləri: limba (fleyta növü), morinxur və xuçir, şanz (simli), yooçin (simbal növü) və s. Monqolustanda bir müğənninin eyni zamanda ikisəsli oxumasının xüsusi növü mövcuddur. Monqolustanda professional musiqi sənəti 1924-cü ildə Monqolustan Xalq Respublikası qurulduqdan sonra yaranmış və inkişaf etmişdir. İlk musiqili dramlar dastançıların mahnı dialoqları əsasında yazılmışdır. Bəstəkarlardan S. Qonçiksumla, B. Damdinsuren, D. Luvsanşarav, L. Murdorj və başqa kantata, opera, balet, kamera və simfonik əsərlər müəllifi kimi tanınmışlar.
Mordoviya musiqisi
Mordoviya musiqisi — Rusiya tərkibindəki Mordoviyanın mokşa və erzyan xalqlarının instrumental yaradıcılığı. == Tarixi == Əkinçilik mahnıları (vesnyanka, kolyadka) mordva xalq yaradıcılığının qədim janrlarındandır. Xalq mahnılarına çoxsəslilik xasdır. Əsas məqamı pentanonikadır. Musiqi alətləri: tütək (nudi), skripka (karze), pila, qarmon, balalayka, gitara, bayan aiddir. Mordoviya professional musiqisi 1930-cu illərdən inkişa etməyə başlamışdır. Bəstəkarlardan L. Kiryukov, L. Voinov, Q. Bdovin və Q. Surayev-Korolyovun milli musiqinin inkişafına böyük xidmətləri var. Mordoviyada müğənnilərdən İ. Yaxşev, R. Bespalova, M. Antonova, V. Kiuşkin və başqaları tanınmışlar. Mordoviyada opera və balet teatrı, filarmoniya, "Umarina" mahnı və rəqs ansamblı, musiqi məktəbləri və s. fəaliyyət göstərir.
Osmanlı musiqisi
Adına bu gün daha çox "klassik türk musiqisi" və ya "türk sənət musiqisi" də deyilən bu musiqi növü Osmanlı dövlətinin qurulması, böyüməsi və güclənməsinə paralel olaraq zənginləşmiş, forma və estetikasını inkişaf etdirmiş və sənət musiqisi adını qazanmışdır. Bu musiqi din, eşq, ordu, savaş kimi bir çox mövzularda incilər vermiş və hər biri öz növlərini , formalarını yayılma dairəsini əmələ gətirmişdir. Osmanlı musiqisi imperiyaya daxil edilən yeni ölkələrin müxtəlif musiqi mədəniyyətlərindən təsirlənmiş və eyni zamanda özü də onlara təsir etmişdir. Ancaq imperiyanın zəifləmə və tənəzzül dövrünə daxil olduğu 19-cu əsrin əvvəllərindən etibarən bu sənət musiqisində də tədricən bir inkişafdan qalma müşahidə olunmaqdadır. Əvvəllər zəngin məqam və üsullardan istifadə olunduğu halda sonradan tədricən bundan əl çəkilmiş və bu əyləncə musiqisinə çevrilmişdir. Günümüzə qədər davam edən bu prosesdə "mahnı" növü sanki bütün növlərin yerini tutmuş və yayıldıqca populyarlıq qazanmışdır. 19-cu əsrin ortalarına kimi notlaşdırılmaya çox önəm verilmədiyi üçün bu sahəyə daxil olan bir çox nümunə unudularaq yox olmuşdur. Hər hansı bir dövrdə notlara köçürülərək günümüzə qədər gəlib çıxan musiqilərin sayı 15-ci əsrdən18-ci əsrin sonlarına kimi bəstələnənlər 3000-ə yaxın, 19-cu əsrdə bu üsülla yaradılanlar isə təxminən 5000 mindirki, onların də birlikdə ümumi sayı 8 minə qədərdir. Növ, üsul, forma, səsləndirmə yolları və məzmunları baxımından kökü çox qədim dövrlərə gedib çıxan, müəyyən qaydalar çərçivəsində yaranan bu musiqilərin sırasına 20-ci əsrin ilk rübündə yaradılan bir sıra əsərlər də daxil edilə bilər. O tarixdən günümüzə qədər "Türk sənət musiqisi və ya Klassik türk musiqisi" başlığı altında yaradılan və gedərək populyar formalara çevrilən musiqi isə Osmanlı musiqisinin günümüzün normasına çevrilmiş qalığı sayıla bilər.
Pop musiqisi
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. == Terminologiya == "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Qazaxıstan musiqisi
Qazaxıstan musiqisi(qaz. Қазақстан музыкасы)—Qazaxıstan musiqisi, Qazaxıstandan gələn bir çox musiqi üslubu və janrına aiddir. Qazaxıstanda Qazax Dövlət Qurmanqazi Xalq Çalğı Alətləri Orkestri, Qazax Dövlət Filarmonik Orkestri, Qazax Milli Operası və Qazaxıstan Dövlət Kamera Orkestri var. Xalq çalğı alətləri orkestrinə 19-cu əsrdən bəri tanınmış bəstəkar və dombra ifaçısı Qurmanqazi Saqırbayulinin adı verilmişdir. == Ənənəvi musiqi == Ənənəvi qazax musiqiləri əsasən 2 janrda olur. İnstrumental musiqi—Solistlər tərəfindən ifa olunan əsərlərlə "Küy". Mətn əsasən musiqi üçün arxa planda (və ya "proqramda") görünür, çünki bir çox Küy başlığı hekayələrə istinad edir. Vokal musiqi—Əsasən toy mərasimləri və bayramın bir hissəsində qadınlar tərəfindən ifa edilir. == Sovet dövründə qazax musiqisi == Rusiyanın Qazaxıstandakı musiqi səhnəsində təsirini iki sahədə görmək olar: Birincisi, opera səhnələri olan konsert evləri, konservatoriyalar kimi musiqi akademik institutlarının tətbiqi (Avropa musiqisi oxunur və tədris olunurdu). İkincisi, Qazaxıstanın ənənəvi musiqisini bu akademik strukturlara daxil etməyə çalışmaqla.
Qırtlaq musiqisi
Qırtlaq musiqisi – qırtlaqdakı qeyri-adi səs tembri ilə oxuma texnikası, Sibirin, Monqolustanın, Tibetin və türk xalqlarının ənənəvi musiqisinə xasdır. Adətən qırtlaq musiqi əsas tondan (alçaq tezlikli vızıltı) və təbii səs ardıcıllığının (adətən 4 -13 imadan istifadə olunur) tonu ilə hərəkət edən yuxarı səsdən təşkil olunur. İmalar səs komponentləri ağız və boğaz boşluğunun rezonans formasının dəyişmə yolunda güclənərkən yaxşı eşidilir. Ən məşhuru xorekteer texnikasının istifadə olunduğu Tuva qırtlaq musiqisidir. Monqolustanda və Tuvada tez-tez istifadə olunan qırtlaq musiqisi ən çox yayılmış və müxtəlif olan xoomey növüdür. Qırtlaq musiqisi tuva, altay, başqırd, xakas, yakut, qazax, qırğız kimi türk xalqlarının və monqol, buryat, qalmıq xalqlarının mədəniyyətinə xasdır. Altaylılarda və xakaslılarda uzun epik nitq üçün istifadə olunan kay, xay növləri yayılmışdır. Başqırdların qırtlaq musiqisi özləü adlanır. Yakutlarda isə “xabarğa ırıata” adı ilə tanınır. Qırtlaq musiqisinin bu qədim yakut növü səslənmə və texnikasına görə ifası Tuvanın “karğıraa” növü ilə oxşardır.
Musiqili
Musiqili, musiqinin, rəqsin və dialoqların hadisələrlə birləşdirildiyi, özünəməxsus, sadə bir süjetə sahib olan emosional və əyləncəli bir səhnə şousu, oyun və ya filmdir.
Musiqiçi
Musiqiçi —1. Xüsusi olaraq musiqi ilə məşğul olan adam, musiqi mütəxəssisi;2. Musiqi alətində çalan sənətkar; çalğıçı, çalan. □ 'Festivalda musiqiçilər də çıxış etdilər.' === Klassifikasiya === Musiqiçinin müəyyən fəaliyyət məkanı olur: Aranjimançı—Hazır musiqi əsərini hansısa alətdə ifa etmək üçün uyğunlaşdıran və ona müəyyən ritm və improvizə elementləri əlavə edən şəxs. □ Fortepiano üçün aranjiman. Vokalist — solo oxuyan musiqiçi; Dirijor — orkestdə və ya xorda rəhbər şəxs; İnstrumentalçı — akademik musiqidə ifacı adlanır; Bəstəkar — musiqi bəstələyən şəxs.Bəzən rəqslə məşğul olan şəxsləri də musiqiçilərə aid edirlər. == Azərbaycan musiqiçisi == 90-cı illərdən başlayaraq müxtəlif səbəblərdən xaricə xeyli Azərbaycan musiqiçisi getmişdi. Musiqiçilər gedişlərini əsaslandırmağa çalışdılar. Yaradıcı adamlar müstəqil şəkildə özlərinin yaradıcılıq potensialını inkişaf etdirmək, tutalım, xarici ölkələrdə daha böyük uğurlar qazanmaq məqsədilə, həm də o dövrdə güzəran problemlərini həll etmək üçün Azərbaycandan getmişdilər.Azərbaycan musiqiçiləri müsəlman Şərqində ilk dəfə olaraq Avropaya qastrollara çıxmaqla və qrammofon valları yazdırmaqla muğam üçün qeyri-ənənəvi dinləyici auditoriyasına müraciət etməyə başlamışlar. İlk dəfə 1906-cı ildə "Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məşhur xanəndə Cabbar Qaryağdıoğlu və digər Azərbaycan musiqiçilərinin ifasında Azərbaycan musiqisini qrammofon vallarına yazmışdır.