MUZDUR

is. [ fars. ] köhn. Mülkədar və ya qolçomaq təsərrüfatında muzdla işləyən kənd təsərrüfat fəhləsi.
[Hacı Qambay] muzdur işlətmək əlverişli olmadığına görə kənd təsərrüfatında qadın zəhmətindən az-çox istifadə edirdi. Qantəmir.
[Müəllim] keçmişdə yeriyurdu olmayan, haman bu kənddə onunbunun bağında, bostanında, tarlasında işləyən bir muzdurun oğlu idi. M.Rzaquluzadə.

// Ümumiyyətlə, fəhlə.
Mürsəqulu … Hacı Aslanın paroxodunda muzdur idi. S.Hüseyn.

Этимология

  • MUZDUR Muzd sözü ilə qohumdur, “pulla iş görən” deməkdir. Günəmuzd isə “gün­də­lik işinə görə pul alan”dır. (Bəşir Əhmədov
MUZDSUZ
MUZDURÇULUQ
OBASTAN VİKİ
Muzdurlar
Muzdurlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Muzdurlar kənd inzibati ərazi dairəsində kənd. Muzdurlar kəndi Ganca-Qazax düzənliyindədir. Keçmiş adı Havanlı olmuşdur. Yerli əhali arasında kəndin adı qeyri-rasmi olaraq Bir May kimi işlənir. İnqilabdan əvvəl burada Məşədi Qarabəy adlı bir nəfərin mülkü və üzüm bağı olmuşdur. 1918-ci il erməni-müsəlman qırğını zamanı İrəvan qəzasından didərgin düşmüş altı ailə buraya köçmüş va Məşədi Qarabəy onları muzdur kimi işlətmişdir. İnqilabdan sonra Məşədi Qarabəy İrana qaçmış, 1924-cü ildə onun torpaq sahasi həmin muzdurlara verilmiş və onlar burada daimi məskunlaşaraq bu kəndi salmışlar. Kənd onların adı ilə Muzdurlar adlandırılmışdır. 1933-cü ildə Bərdə rayonunda da Muzurlar adlı kənd qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1479 nəfər əhali yaşayır.
Muzdurlar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях