MÜLKÜ

vətəndaşların hüquqi vəziyyətinə aid olan; qeyri-hərbi; qeyri-əsgəri.
MÜLAYİM
MÜLKÜCAHAN
OBASTAN VİKİ
Yusifbəylilər mülkü
Yusifbəylilər mülkü — Azərbaycanın Gəncə şəhərində yerləşir. Yusifbəylilərin mülkü Əsas materialı kərpicdən olan ev, 1877-ci ildə inşa edilmişdir. Evin tikilməsində Şərq və Qərb memarlıq uslubuna üstünlük verilmişdir. Ev hazırda əvvəlki görkəmini saxlayır. Ünvan: Nəsib bəy Yusifbəyli küçəsi 21.
Ziyadxanovlar mülkü
Ziyadxanovlar mülkü — Azərbaycanın Gəncə şəhərində yerləşir. Azərbaycanın tanınmış soylarından biri olan Ziyadxanovlar ailəsinə mənsub olmuşdur. Ziyadxanovların mülkü Gəncədə, Atatürk prospekti 244-də yerləşir. Bina XIX əsrdə tikilib. Tarixi mülkün memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdır. Hal-hazırda burada Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq muzeyi yerləşir. Azərbaycanda bolşeviklər tərəfindən işğal edildikdən sonra Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə Ziyadxanovların mülkü və torpaqları müsadirə edilib. Sovet dövründə Ziyadxanovların mülkündə bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən isə bina Gəncə Tarix-Diyarşünaslıq muzeyinin istifadəsinə verilib. Tikili klassik şərq üslubunda inşa edilib və iki mərtəbədən ibarətdir.
Hacı Quluların mülkü
Hacıquluların malikanəsi — Şuşa şəhərində yerləşən tarix-memarlıq abidəsi. Üç mərtəbəli saray tipli evin inşasına 1849-cu ildə İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlunun sifarişi əsasında başlanılmışdır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu. Sarayın 46 otağı və iki böyük qonaq zalı var idi. Evin uzadılmış düzbucaqlı formasına malik planı, ara divarı boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları ikinci mərtəbədəki yemək və yaşayış otaqları ilə birləşdirən pilləkəni ilə diqqət çəkir. Evin tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarətdir. == Tarixi == Şuşanın Çuxur məhəlləsindəki bu mülk İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlu tərəfindən 1849-cu ildə inşa etdirilib. Bir zamanlar Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət edən Hacı Qulu, daha sonra, ticarətlə məşğul olur. Sonralar Şuşanın varlı tacirlərindən birinə çevrilir və əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplayır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu.
Hacı Mustafa Rəsulovun mülkü
Hacı Mustafa Rəsulovun mülkü — 1884–1885-ci illərdə Hacı Mustafa Rəsulovun sifarişi ilə Anton Kandinov və Nikanor Tverdoxlebov tərəfindən tikilmiş bina. 1918-ci ilə qədər binanın birinci mərtəbəsində müxtəlif dükanlar və anbarlar ikinci mərtəbəsində isə İslamiyyə mehmanxanası yerləşib. 1918-ci il Mart soyqırımında bina ermənilər tərəfindən yandırılıb. == Haqqında == Ev sahibi Hacı Mustafa Rəsulovun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məlumatlara əsasən mülkün birinci mərtəbəsində çöldə 26 daxildə isə 14 mağaza yerləşirdi. Yuxarı mərtəbədə isə 60 otaqdan ibarət İslamiyyə mehmanxanası yerləşib. Əsas fasad Qubernskaya küçəsi boyunca 70 addım uzunluğunda, yan fasad Bazarnaya küçəsi boyunca 55 addım uzunluğundadır, evin arxa fasadı isə 70 addım uzunluğunda Staro-Poçtovaya küçəsinə çıxır. Binanın aşağı mərtəbəsi Rəsulovlara icarəyə verilib, İslamiyyə mehmanxanası isə İsmayıl Qulu oğlu Mahmudova məxsus olub. 1918-ci ilin qiymətləndirməsinə görə binanın qiyməti 1 milyon rubldan artıq olub. Bina 1918-ci ildə Mart soyqırımı dövründə ermənilər tərəfindən yandırılıb. Həmin dövrdə evdən yalnız yarımdağılmış iki mərtəbəli, aşağı hissəsində – Bazarnaya küçəsi tərəfdən isə üç mərtəbəli, üzərində alov və tüstü izləri olan divarlar qalmışdır.
Aşağı Mülkülü
Aşağı Mülkülü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Mülkülü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Mülkülü kəndi Düz Çırdaxan kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Mülkülü kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Alakol olmuşdur. Əvvəllər kənd Kürün sağ sahilində yerləşirdi. Hazırda orada kəndin qədim qəbiristanlığı var. Sonralar kəndin əhalisi indiki yerə köçmüş və kənd belə adlanmışdır. Oykonim "Aşağıda yerləşən Mülkülü kəndi" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 8 km şimalda, Bakı-Tbilisi dəmiryolundan 6 km aralı, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Emnalıyev Orxan Eyvaz oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Həsən Mülkülü
Həsən Mülkülü (1904, Aşağı Mülkülü – 6 aprel 1994, Aşağı Mülkülü, Tovuz rayonu) — Şair. == Həyatı == Hüseynov Həsən Hüseyn oğlu 1904-cü ildə Tovuz rayonunun Aşağı Mülkülü kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Onun atası Hüseyn kişi sadə kəndli olsa da, söz xiridarı idi. Babası Nəcəf, əmisi Məmmədcəfər isə el-obada aşıq kimi tanınırdı. Güzəranın ağırlığı üzündən məktəb təhsili görməyən, oxuyub-yazmağı öz gücünə öyrənən Həsənin sözlə ilk ülfəti də ailə mühitində yaranır. Qocaman el sənətkarı 1994-cü il aprel ayının 6-da dünyasını dəyişib, Aşağı Mülkülü kənd qəbiristanlığına – ömür-gün yoldaşı Məleykə xanımın və nakam oğlu şair Əziz Məftunun yanına köçdü. == İstinadlar == Qənirə Paşayeva, "Bülbül kimi gül aşiqi", "Ozan dünyası" jurnalı, № 3(10) 2012.
Mirzə Mülküm xan
Mirzə Mülküm xan (1834, Yeni Culfa – 1908, Roma) — erməni əsilli İran diplomatı, publisisti, siyasətçisi. Mirzə Mülküm xan 1833-cü ildə İsfahanda bir erməni ailəsində dünyaya göz açmışdır. Mülküm xan Fransada təhsil almış, İranda «Fəramuşxanə» adlı təşkilat qurmuşdur. «Qanun» qəzetini nəşr edən Mülküm xan müasir bir cəmiyyət qurmaq məqsədi güdürdü. Millətçilik onun təfəkküründə mərkəzi yer tutmurdu. Fəqət onun fəaliyyətləri fars millətçiliyinin inkişafı üçün ilham qaynağı olmuşdur. Mirzə Mülküm xanın hədəfi İranda qərb cəmiyyətlərinin analoqu olan bir cəmiyyət qurmaq idi və millətçilik bu nəzəriyyənin sadəcə bir ünsürü idi. Mirzə Mülküm «şeyx və vəzir» formasında iki cür millətçilikdən, ənənəvi və müasir millətçilikdən danışırdı. Onun fikrinə görə ənənəvi millətçiliyin təməlini din təşkil edir və ənənəvi millətçiliyin siyasi və ictimai səviyyədə təmsilçisi molla və şeyxdir. Müasir millətçiliyin təməlini isə dil təşkil edir və təmsilçisi nazirdir.
Mülküdərə
Mülküdərə — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Mülküdərə kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd iki dağ arasında salınmışdır. Bəzi tədqiqatçılara görə, keçmişdə kəndin yerləşdiyi dərədə çoxlu mülk olduğu üçün kənd belə adlandırılmışdir. Oykonim Mülkü (şəxs adı) və dərə komponentlərindən ibarət olub, "Mülkünün dərəsi" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil.
Mülkülü
Aşağı Mülkülü — Azərbaycanın Tovuz rayonunda kənd. Mülkülü — Azərbaycanın Tovuz rayonunda kənd.
Mülkülü (Tovuz)
Mülkülü — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kənd inzibati ərazi dairəsində kənd. Kənd mülkülü nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Mülkülü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Tovuzçayın sahilində, dağətəyi ərazidə yerləşir. Kənddə Mülkülü kənd kitabxana filialı, Mülkülü kənd klubu fəaliyyət göstərir. Kənddə H.Ələkbərov adına Mülkülü kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Mülküyə Məktəbi
Məktəb-i Mülküyə və ya qısaca Mülküyə — Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsinin tarixi adıdır. Osmanlı Dövləti dövründə vətəndaş idarəçi sinifini yetişdirmə məqsədi ilə açılmış olan məktəb Türkiyədə İqtisad, müəssisə, Maliyyə, Beynəlxalq münasibətlər, İş İqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi və Siyasət Elmi sahələrində təhsil verən ən köklü təhsil təşkilatıdır. İstanbulda 1859-cu ildə (I Əbdülməcid dövründə) qurulan Mekteb-i Mülküyə, respublika dövründə Ankaraya daşınmışdır və hal-hazırda, Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsinə çevrilmiş olaraq təhsilini davam etdirməkdədir. İlk il 50 şagird alması qərarlaşdırılan məktəbin ilk direktoru "Camal bəy" oldu. Camal bəyin bir illik müdirliyinin sonra 1877-yə qədər Müderris Hilmi Əfəndi müdirlik etdi. Qəbul edilən şagird sayı 1864-də 100-ə çıxarıldı. Məktəb, ilk məzunlarını 1861-ci ildə verdi. İki il əvvəl 50 adamın alındığı məktəbdən 33 nəfər məzun olmuşdu. Məktəb birincisi olan Çeşmeli Mehmet Sirri Əfəndi öz tercihiyle Preveze Qəzası Müdiri olaraq təyin edildi və ilk mülkiyeli idarə komandiri olaraq tarixə keçdi. O il nümayiş olunan bir iradə ilə bundan belə qəza Müdirliklərindən və Liva kaymakamlıklarına Mekteb-i Mülküyə məzunu olmayanların alınmayacağı eşitdirildi.