Ziyadxanovlar mülkü

Ziyadxanovlar mülküAzərbaycanın Gəncə şəhərində yerləşir. Azərbaycanın tanınmış soylarından biri olan Ziyadxanovlar ailəsinə mənsub olmuşdur.

Ziyadxanovlar mülkü
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Atatürk prospekti 244
Aidiyyatı Ziyadxanovlar
Gəncə Tarix-Diyarşünaslıq Muzeyi
Məhəmməd məscidi (Gəncə)
Məhəmməd məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ziyadxanovların mülkü Gəncədə, Atatürk prospekti 244-də yerləşir. Bina XIX əsrdə tikilib. Tarixi mülkün memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdır. Hal-hazırda burada Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq muzeyi yerləşir.[1]

Azərbaycanda bolşeviklər tərəfindən işğal edildikdən sonra Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə Ziyadxanovların mülkü və torpaqları müsadirə edilib. Sovet dövründə Ziyadxanovların mülkündə bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən isə bina Gəncə Tarix-Diyarşünaslıq muzeyinin istifadəsinə verilib. Tikili klassik şərq üslubunda inşa edilib və iki mərtəbədən ibarətdir. Bina düzbucaqlı formaya malikdir və Gəncəyə xas olan qırmızı kərpicdən tikilib.[1]

Mülkün sahibləri

[redaktə | mənbəni redaktə et]

Bu bina Cavad xanın nəticələri olan İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olub. Onlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi.

  1. 1 2 "Cavad xanın nəticələrinin yadigarı: Ziyadxanovların mülkü". gencexeber.az. 13 mart 2022. İstifadə tarixi: 14 dekabr 2022.
  2. "The Qajar Dynasty". www.royalark.net. 2022-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06. (#invalid_param_val)
  3. "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN GƏNCƏ QUBERNİYASINDAN OLAN DÖVLƏT XADİMLƏRİ" (PDF). 2022-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 iyul 2021.
  4. Rauf Şeyxzamanlı. Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli. Gəncə: Elm nəşriyyatı. 2020. 255.