Mirzə Hüseyn xan Müqəddəm
Mirzə Hüseyn xan Müqəddəm (?-1865) — Qacarlar dövlətinin diplomatı, nizaməddövlə, sahibixtiyar.
Mirzə Hüseyn xan Marağa şəhərində anadan olmuşdu.
Hərbi xadim, diplomat Hüseyn xan adyutantbaşı, Nizamuddövlə, Sahibi-ixtiyar ləqəblərinə malik olub, Fətəli şah, Məhəmməd şah və Nəsrəddin şah dövründə yaşamışdır. Əvvəlki iki padşahın dövründə mühüm dövlət işlərində xidmət etmişdir. O, məshur Səfəvi əmirlərindən, Otuziki elindən olan Ağa xan Muqəddəmin nəslindəndir.
Məhəmmədhüseyn xan Muqəddəm 1826-1828-ci illərdə bas vermis Rusiya İran muharibəsi zamanı Abbas mirzə Naibussəltənənin komandanlıq etdiyi Azərbaycan ordusunun sərkərdələrindən olan , əmiri-nizam Məhəmməd xan Zəngənənin təklifi ilə orduya bas yavər təyin olunmus və Abbas mirzə vəfat etdikdən sonra da həmin vəzifədə qalmısdı. O, Məhəmməd sah zamanında Azərbaycan qosununun baş komandanı kimi 1837-ci ildə Herata gondərilmisdi. Herat yurusundə uğurla calısdığı ucun Məhəmməd sah ozu Simnan səhərində 20 min Azərbaycan ordusuna baxıs kecirərək, bas adyutant Hüseyn xanı general-mayor rutbəsinə yuksəltmis, ona qiymətli daş-qaşla bəzədilmis xəncər və qırmızı lent bağıslamısdır.
Fövqəlada səfir Hüseyn xanın Avropada diplomatik fəaliyyəti uğurlu olmusdur. Məhəmməd şah və onun sədr-əzəmi (Bas nazir) Mirzə Ağası İrəvanı 1838-ci ildə Hüseyn xanı İstanbul və Parisə numayəndə kimi danısıqlar aparmağa gondərmisdir.