MÜQƏDDƏRAT

is. [ ər. ]
1. Tale. Uşaqların müqəddəratı ilə əvvəlcədən məşğul olmaq.
[Fəxrəddin] Dilşadın müqəddəratı ilə tanış olacağına inanırdı. M.S.Ordubadi.
[Zaman:] Bu gecə bizim müqəddəratımız həll edilir. C.Cabbarlı.
Şeir – azadlığım, şeir – həyatım; Ömrüm, səadətim, müqəddəratım! Şəhriyar.

2. Bir şeyin sonrakı taleyi, gələcəkdə yaşaması və inkişaf etməsi şəraiti, gələcəyi. İnqilabın müqəddəratı. Azərbaycan ədəbiyyatının müqəddəratı.
– İndi məhsulun müqəddəratı əkini vaxtlı-vaxtında suvarmaqdan asılı idi. Ə.Sadıq.
[Bağırxan:] Yalnız Təbriz əhalisinin deyil, bütün İran azadlığının müqəddəratı ancaq sabahkı müdafiəmizdən asılıdır. P.Makulu.

Синонимы

  • MÜQƏDDƏRAT müqəddərat bax tale 1, 2
  • MÜQƏDDƏRAT tale — qismət
MÜQƏDDƏR
MÜQƏDDƏS
OBASTAN VİKİ
Müqəddərat (roman)
Müqaddərat - aktyor,yazar,rejissor Erkan Kolçak Köstendildən kino hekayələri. “Bütün olanları, baş verənləri və gələcəkdə nə olacağını dəyişə bilərsinizmi? == Məzmun == Bütün həyat təcrübəsinə və həyat arzusuna baxmayaraq, insan heç vaxt bir şeyə etiraz edə bilməz: ölüm. İnsan ölçdüyü anları dilimlərə bölərək yığdığına və Zaman adlı məfhumun ətrafında dolaşdığına görə yaşamaq başımızdan keçənlərin yükünü dumanlı bir meşəyə daşımaq kimidir. Bütün təcrübəmizə və qeyri-məhdud imkanlarımıza baxmayaraq, Zamanın gəlib-gəlmədiyinə, dolu olub-olmamasına qərar verə biləcək yeganə şey taleyindir. Bəzən təzə çiçəkləri qoparacaq, bəzən köhnə ayaqlarına dolanacaq. Ancaq həmişə vaxtında olacaq. == Kitabın yaranma tarixi == Erkan Kolçak Köstendil öz kitabın yaranması haqqında belə deyir "2006-cı ildə Türkiyənin ilk internet və Facebook serialı olan “Mukadderat”ı çəkdik. O vaxt biz konservatoriyada oxuyurduq. 13 il sonra Mükadderatı kitaba çevirməyi təklif etdilər.
Öz müqəddəratını təyin etmə
Öz müqəddəratını təyin etmə ya Özərklik (ing. self-determination) haqqa görə dünyada bütün xalqlar özgə və əcnəbi güclərdən asılı olmayaraq, müstəqillik durumları və siyasi vəziyyətlərini azadlıqla təyin edə bilərlər.

Значение слова в других словарях

арка́н героизи́роваться зависа́ть испыта́ть притро́нуться сва́ливаться сква́жность суда́нка форшта́дтский довоёвывать индюша́чий посеребри́ть свойство ско́лка тушева́ться cardiac Donegal Bay mirror telescope page header peep-toes rocket projectile перезарядить песочный саблист сопение