MÜSHƏF
MÜSLİMİ-SAF
OBASTAN VİKİ
Müslim (Bakalı)
Müslim (başq. Мөслим, rus. Муслюминка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Ursay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 40 km, kənd sovetliyindən (Yeni Ursay): 20 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 82 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (100 %) üstünlük təşkil edir.
Müslim Qakayev
Hüseyn Qakayev (24 aprel 1973, Çeçen-İnquş MSSR – 24 yanvar 2013, Vedeno rayonu, Çeçenistan) — İkinci Çeçen müharibəsinin ən barışmaz komandirlərindən biri, separatçı, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, 1994–1996 və 1999–2013-cü illərdə Çeçenistan ərazisində federal qüvvələrlə çeçen separatçıları arasında baş vermiş döyüşlərin iştirakçısı. Qafqaz Əmirliyi Vilayət Noxçiyço Silahlı Qüvvələrinin Şərq Cəbhəsi Şali sektorunun komandir müavini olur (2007-ci ilin may ayından). Bu zaman müavin vəzifəsinə böyük qardaşı Hüseyn təyin edilir. Qafqaz Əmirliyi Vilayət Noxçiyçonun quruluşu yenidən təşkil edildikdən sonra Vilayət Noxçiyçonun Şərq Cəbhəsindəki Şali sektorunun əmiri (komandiri) vəzifəsinə təsdiqlənir. 24 aprel 1973-cü ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası, Naurski rayonu, Kalinovskaya kəndində anadan olmuşdur. Hüseyn və Müslin Qakayevlər altı qardaşından sonuncusudurlar. Camalay, Səid-Usman, Xasan və Rizvan Qakayevlə iki müharibə zamanı öldürülmüşdür. Qakaev qardaşları uzun müddət ən "barışmaz" səhra komandirləri hesab olunurdu. Müslimdə "Dunqa" təqəbi ilə tanınmışdır. Bir versiyaya görə bu ləqəbi ona futbolu çox sevən və oğullarını futbolçu kimi görmək istəyən atası Vaxa Qakayev vermişdir.
Müslim rayonu
Müslim rayonu (tatar. Мөслим районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Şimal-şərqdə Aktanış, şimalda Minzələ ilə, qərbdə Sarman ilə, cənub-qərbdən respublikanın Aznakay rayonları ilə, cənub-şərqdə Başqırdıstan Respublikası ilə (Bakalı rayonu) həmsərhəddir. Rayonun inzibati mərkəzi Müslim kəndidir. 1920-ci ilə qədər Müslim rayonunun ərazisi Ufa quberniyasının Minzələ qəzasına daxil idi. 1920-ci ildə Minzələ qəzası yeni qurulan Tatarıstan Muxtar Sosialist Sovet Respublikasının tərkibinə daxil olur. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir. 1 fevral 1963-cü ildə ərazinin Minzələ və Sarman rayonlarına verilməsi ilə ləğv edilir. 12 yanvar 1965-ci ildə isə bərpa edilir.
Səhihi-Müslim
Səhihi-Müslim (ərəb. صحيح مسلم‎). Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittədən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"dən) biridir. Əhli-Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilən ikinci kitabdır. Kitabın müəllifi (h.q. 206-261) (M. 821-875) Əbu əl-Hüseyn Müslim ibn Həccəc ən-Neysəburidir. Hicrətin 206-cı ilində indiki İranın Nişapur şəhərində anadan olmuş və 261-ci ilində vəfat etmişdir.O əslən iranlıdır və milliyyəti haqda ixtilaf vardır ki, ərəb və yaxud fars kökənlidir. Əsərin əsil adı "əl-Müsnəd əs-Səhih bi Nəqlil-Ədli" olsa da müəllifinə nisbətlə "Səhihi-Müslim" olaraq tanınır. Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var.
Səhihi Müslim

Müslim Maqomayev küçəsi
Müslim Maqomayev küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda, bir küçə. 1939-cu ildə görkəmli azərbaycanlı bəstəkar və dirijor Müslüm Maqomayev (1885–1937) adına layiq görülmüşdür. Küçənin köhnə adı Dvortsovaya idi. 20 — Kukla Buta teatr studiyası. 24 — Xıdır məscidi 90 — sənətçi Mir-Teymur Məmmədovun ev-sexi. Улицы, площади, бульвары, парки Баку по названиям со времени возникновения города Arxivləşdirilib 2018-08-10 at the Wayback Machine Бакинский театр марионеток, обретший свой постоянный дом, ждет своих зрителей Президент Азербайджана и его супруга приняли участие в открытии Театра марионеток в Баку Arxivləşdirilib 2016-12-29 at the Wayback Machine Баку, Сабаильский район, Крепость, Улица М. Магомаева, дом 90.
Müslim ibn Həccac
Əbu-l-Hüseyn Müslim ibn Həccac ibn Müslim ibn Vard əl-Quşeyri ən-Nisaburi (ərəb. أبو الحسين مسلم بن الحجاج القرشي النيشابوري‎) (821 (hicri-qəməri 204)-875 (hicri-qəməri 261)—İslam alimi. Müslim hicrətin 204-cü ilində (821) Nişapur şəhərində anadan olmuşdur. Uşaq ikən hədis elmini çox sevirdi. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən mənimsəmişdir. Sonralar o, Məhəmməd peyğəmbərin hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir. Müslim hicrətin 261-ci ilində (875) Rəcəb ayının 2-si Nişapur şəhərində vəfat etmişdir. Əbu-l-Fadl Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibnu-l-Həccacı əsrinin alimlərindən üstün sayırdılar". Əbu Qüreyş demişdir: "Dörd hafiz mövcuddur: bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və Müslimdir".
Səhih əl-Müslim
Səhihi-Müslim (ərəb. صحيح مسلم‎). Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittədən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"dən) biridir. Əhli-Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilən ikinci kitabdır. Kitabın müəllifi (h.q. 206-261) (M. 821-875) Əbu əl-Hüseyn Müslim ibn Həccəc ən-Neysəburidir. Hicrətin 206-cı ilində indiki İranın Nişapur şəhərində anadan olmuş və 261-ci ilində vəfat etmişdir.O əslən iranlıdır və milliyyəti haqda ixtilaf vardır ki, ərəb və yaxud fars kökənlidir. Əsərin əsil adı "əl-Müsnəd əs-Səhih bi Nəqlil-Ədli" olsa da müəllifinə nisbətlə "Səhihi-Müslim" olaraq tanınır. Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var.
Əbu Müslim Xorasani
Əbu Müslim əl-Xorasani (ərəb. أبو مسلم الخراساني‎;Ebu Mûslim Xorasanî ən tezi 718 və ən geci 719, İsfahan, Əməvilər xilafəti və ya Mərv, Xorasan, Əməvilər xilafəti – fevral 755) — Əməvilərə qarşı əvvəl Xorasanda, sonra isə İraqda və Xilafətin başqa vilayətlərində qalxmış hərəkatın başçısı idi. Onun rəhbəri olduğu qüvvələr Əməviləri yıxıb hakimiyyətə Abbasiləri gətirdilər. Sonra Abbasilər Əbu Müslimin xalq kütlələri arasında artan nüfuzundan qorxaraq, onu hakimiyyətin devrilməsində təqsirləndirib, 755-ci il fevralın 15-də xəlifə əl-Mənsurun əmri ilə edam etdilər. Əbu Müslimin qətli Xilafətin bütün ərazisində, o cümlədən Azərbaycanda da Abbasilərə qarşı üsyanlara səbəb oldu. Əbu Müslim xarici təriqətinə mənsub olanların ən məşhurlarından idi. Dağıstan xalqlarının bəzilərinin islamlaşması onun adı ilə bağlıdır. Hətta Dağıstanda "Əbu Müslim tarixi"nin bir neçə nüsxələri var. İlk dəfə qara rəngli paltarı dəbə salan Əbu Muslim əl-Xorasani olmuşdur.
Əbu Müslim məscidi
Əbu Müslim məscidi (Cek)
Əbu Müslim məscidləri
Əbu Müslim məscidi (Cek)
Əbu Müslim məscidi və ya Əbu Müslüm məscidi — Azərbaycanın Quba rayonunun Cek kəndində yerləşən məscid. Regionun islam dininə möhkəm bağlılığından soraq verən Əbu Müslim məscidinin inşa olunma dövrü, çox güman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək islamı yayan xəlifə Validin qardaşı Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir. Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən məscid, 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd sakinlərinin köməkliyi ilə qismən bərpa edilmişdir. Maddi çətinliklər üzündən Əbu Müslim məscidinin inşası hələ ki, lazımı səviyyədə tamamlanmamışdır. 16 m2 həcmi var və 16 nəfərlikdir. Vikianbarda Əbu Müslim məscidi (Cek) ilə əlaqəli mediafayllar var.
Əbu Müslim məscidi (Qrız)
Əbu Müslim məscidi və ya Əbu Müslüm məscidi — Azərbaycanın Quba rayonunun Qrız kəndində yerləşən məscid. Ciddi dağıntılara məruz qalması səbəbindən Qrız kəndindəki məscid hal-hazırda istifadə olunmur.
Əbu Müslim məscidi (Xınalıq)
Əbu Müslim məscidi və ya Əbu Müslüm məscidi — Azərbaycanın Quba rayonunun Xınalıq kəndində yerləşən məscid. Quba rayonunun Xınalıq kəndində yerləşən bu məscid, deyilənlərə görə, Abbasi xilafətinin banisi Abbasın sərkərdəsi Əbu Müslim əl-Xorasani tərəfindən təxminən VIII əsrdə tikdirilib. Ehtimal olunur ki, həmin sərkərdə o vaxtlar Azərbaycanın hakimi olmuşdur. Məscid keçmiş SSRİ dövründə anbar kimi istifadə edilsə də, hazırda yerli əhali tərəfindən əvvəlki kimi məscid halına gətirilmişdir. Bu məsciddə hazırda kənd camaatı cümə namazlarını qılır. Xınalıqdakı Əbu Müslüm məscidinin ağac sütunları oyma üsulu ilə müxtəlif formalı nəbati motivlər və göl təsvirləri ilə bəzədilmişdir. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində "runa" yazıları həkk olunub. Yazıların təqribən 3-8-ci əsrlər arasında yazıldığını ehtimal etmək olar. Yazıların tam olaraq tərcümə olunmasa da, təxmini mənası Günəşin doğması və yeni tarixin başlanması mənasını daşıyır. 340 m2 həcmi var və 340 nəfərlikdir.
Əbu Müslim əl-Xorasani
Əbu Müslim əl-Xorasani (ərəb. أبو مسلم الخراساني‎;Ebu Mûslim Xorasanî ən tezi 718 və ən geci 719, İsfahan, Əməvilər xilafəti və ya Mərv, Xorasan, Əməvilər xilafəti – fevral 755) — Əməvilərə qarşı əvvəl Xorasanda, sonra isə İraqda və Xilafətin başqa vilayətlərində qalxmış hərəkatın başçısı idi. Onun rəhbəri olduğu qüvvələr Əməviləri yıxıb hakimiyyətə Abbasiləri gətirdilər. Sonra Abbasilər Əbu Müslimin xalq kütlələri arasında artan nüfuzundan qorxaraq, onu hakimiyyətin devrilməsində təqsirləndirib, 755-ci il fevralın 15-də xəlifə əl-Mənsurun əmri ilə edam etdilər. Əbu Müslimin qətli Xilafətin bütün ərazisində, o cümlədən Azərbaycanda da Abbasilərə qarşı üsyanlara səbəb oldu. Əbu Müslim xarici təriqətinə mənsub olanların ən məşhurlarından idi. Dağıstan xalqlarının bəzilərinin islamlaşması onun adı ilə bağlıdır. Hətta Dağıstanda "Əbu Müslim tarixi"nin bir neçə nüsxələri var. İlk dəfə qara rəngli paltarı dəbə salan Əbu Muslim əl-Xorasani olmuşdur.
Əl-Minhac fi Şərh Səhih Müslim
Əl-Minhac fi Şərh Səhih Müslim (ərəb. المنهاج في شرح صحيح مسلم بن الحجاج‎) — Müslim ibn Həccacın hədislər toplusuna Muhyiddin ən-Nəvəvinin şərhi. Ən-Nəvəvi 1233-cü ildə Nəva kəndində (müasir Suriya) anadan olmuşdur. Erkən uşaqlıqdan atası ona elmə məhəbbət aşılamış və 1251-ci ildə onu Şama aparmış və ilk dəfə burada dini elmləri öyrənmişdir. 655-ci ildən Əşrəfi mədrəsəsində dərs demişdir. İmam Nəvəvi iki dəfə həcc etmişdir. Ömrünün sonunda Qüdsə və Hevrona səfər edir. O, 1277-ci ildə 45 yaşında ikən doğma kəndində vəfat edir. Səhihi-Müslim (ərəb. صحيح مسلم‎) — altı əsas sünni hədis toplusundan biri (Kutub əl-sitta).
İttifaqi-Müslimin
İttifaqi-Müslimin və ya İttifaqi-əl-Müslimin (rus. Иттифак аль-Муслимин) — Rusiya imperiyasında fəaliyyət göstərən sosialist siyasi partiyası. Volqa bölgəsi, Krım, Ural və Qafqaz, Sibir, Türküstan və Zaqafqaziyada filialları mövcud idi. Əlimərdan Topçubaşovun Rusiyada ilk müsəlman "İttifaqi-əl-Müslimin" siyasi partiyasının təsisçisi, Rusiya Dumasında Müsəlman fraksiyasının rəhbəri olduğu, Dumanın 1906-cı ildə buraxılmasından sonra həbs edildiyi diqqətə çatdırılmışdır.
İttifaqi-əl-Müslimin

Значение слова в других словарях