Müslim rayonu (tatar. Мөслим районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Şimal-şərqdə Aktanış, şimalda Minzələ ilə, qərbdə Sarman ilə, cənub-qərbdən respublikanın Aznakay rayonları ilə, cənub-şərqdə Başqırdıstan Respublikası ilə (Bakalı rayonu) həmsərhəddir. Rayonun inzibati mərkəzi Müslim kəndidir.
Müslim rayonu | |
---|---|
55°18′14″ şm. e. 53°11′12″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 10 avqust 1930 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
1920-ci ilə qədər Müslim rayonunun ərazisi Ufa quberniyasının Minzələ qəzasına daxil idi. 1920-ci ildə Minzələ qəzası yeni qurulan Tatarıstan Muxtar Sosialist Sovet Respublikasının tərkibinə daxil olur. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir. 1 fevral 1963-cü ildə ərazinin Minzələ və Sarman rayonlarına verilməsi ilə ləğv edilir. 12 yanvar 1965-ci ildə isə bərpa edilir. Rayonda 1930-cu ildə ümumilikdə 53136 hektar sahə əkilmişdir ki, bunun da 7.535 hektarı kolxozlar tərəfindən əkilir. 1932-ci ildə kolxozların əkdiyi sahə 49,897 hektar olur. 1934-cü ilə qədər 66 kolxozda 176 briqada işləyirdi.
Rayon əhalisi tatarlar (70,1%), başqırdlar (19,8%), ruslar (6,3%) və marilər (2,7%) ibarətdir[2]. Dini baxımından əhalisi müsəlman və provaslavdır.
Müslim rayonu ərazisinə 19 kənd inzibati vahidliyi daxildir ki, buradada ümumilikdə 70 yaşayış məntəqəsi vardır.
Müslim süd tozu fabriki, “Vamin Tatarıstan” İSC filialı,
Muslumovskaya ASC,
Muslumovskİ Məlumat-Redaksiya Mərkəzi,
Radial MMC,
Muslimlum Mühəndislik Şəbəkələri ASC
Tatavtodor Təmir İnşaat və Dizayn Birliyi, Müslim filialı,
"Agromaster" istehsal şirkəti.
Yol şəbəkəsi zəif inkişaf etmişdir. Əsas yollar: Almət - Müslim - Köhnə Baysarovo, Müslim - Çallı - Aznakay, Müslim - Saklovbaş - Yultimerovo. Rayon ərazisində cəmi 328 km yol vardır. Bu yolun 104,2 km-i asfalt yollar, 192,8 km-i çınqıl yollar və 30,6 km-i torpaq yollardır.
Dəmir yolları yoxdur.
Rayonda 16 orta, 11 əsas, 24 ibtidai ümumtəhsil məktəbi, 1 ixtisaslaşdırılmış lisey, 1 islah internat məktəbi, 1 orta peşə məktəbi fəaliyyət göstərir.