MÜSTƏQİLL

MÜSTƏQİL(L)

ə. 1) sərbəst, asılı olmayan, tabe olmayan, öz iradəsi ilə yaşayan; 2) ayrıca, öz-özünə.

MÜSTƏQİL
MÜSTƏQİLLƏN
OBASTAN VİKİ
Eritreya müstəqilliyi uğrunda müharibə
Eritreya müstəqilliyi uğrunda müharibə - 1961-1991 illərdə Eritreya silahlı birləşmələri ilə Efiopiya imperiyası arasında silahlı münaqişə. == Müharibənin səbəbləri == 1950-ci ildə BMT-nın qərarı ilə Efiopiya və Eritreya federasiya şəklində birləşir.1952-ci ildə qərar qüvvəyə minir.Eritreyalılar öz müstəqil dövlətin yaratmağ istəyirlər Efiopiya öz növbəsində Eritreyanın muxtariyyat səlahiyyətlərini sıxmağa çalışır.1950 ci illərin sonunda yaranan Eritreya azadlığ cəbhəsi EAC 1961 ilin sentyabr ayında müstəqilliy uğrunda silahlı münaqişəyə başlayır.Buna cavab olaraq 1962 ildə Efiopiyanın imperatoru Xayle Selassiye Eritreya muxtariyyatını ləğv edir və muxtariyyat hökumətini istefaya yollayır. == Müharibənin gedişi == 1970-ci ildə EAC dan fikir ayrılığı nəticəsində yeni bir birləşmə ayrılır bu Eritreya milli azadlığ cəbhəsi EMAC.1974 ci ildə çevriliş nəticəsində Xayle Sellasiye istefaya gedir və hakimiyyətə İnqilabçı hökuməti gəlir bu isə öz novbəsində Efiopiyanın SSRİ ilə yaxınlaşmasına gətirib çıxarır.1980 ci illərdə iç münaqişə nəticəsində EAC qüvvəsin itirir və Sudan ərazisinə keçir.1988-1991 illərdə Eritreya partizanları Efiopiyalıları məğlubiyyətə uğradır SSRİ Efiopiyaya köməyini dayandırır.Efiopiyada vətəndaş müharibəsi gedir.1991 ci ildə hökumət ölkəni tərk edir.1993 ildə Eritreya və yeni Efiopiya hökuməti arasında danışıqlar nəticəsində Eritreyada referendum keçiriliməsi razılaşdırılır.Referendumun nəticəsində 24 may Eritreya müstəqil dövlət elan olunur.
Gürcüstanda Müstəqillik Referendumu (1991)
Gürcüstan Respublikası ərazisində müstəqillik referendumu 31 mart 1991-ci ildə keçirildi. Səs verənlərin 99.5%-ı lehinə qərar vermişdilər. == Arxa plan == Referendum 1990-cı ilin oktyabr ayında Sovet Gürcüstanında keçirilmiş ilk çoxpartiyalı seçkilərdə seçilən Gürcüstan Ali Şurası tərəfindən təsdiqləndi və şurada Sovet dönəminin dissidenti Zviad Qamsaxurdianın rəhbərlik etdiyi müstəqillik tərəfdarı olan Dəyirmi Masa—Azad Gürcüstan bloku üstünlük təşkil edirdi. Federasiyanın davamına dair ümumittifaq referendumu və 17 martda yeni ittifaq müqaviləsi üzrə danışıqları əsasən boykot edən Gürcüstan üç Baltikyanı dövlətdən (9 fevral 1991-ci ildə Litvada, həmin il 3 mart Latviya və Estoniya) sonra müstəqillik referendumu təşkil edən dördüncü Sovet respublikası oldu. Referendumun yeganə sualı bu idi ki, "26 may 1918-ci il tarixli Gürcüstan İstiqlal Bəyannaməsi Aktına uyğun olaraq Gürcüstanın müstəqilliyinin bərpasını dəstəkləyirsinizmi?". Rəsmi nəticələrə əsasən, seçicilərin 90.6%-nın iştirak etdiyi səsvermədə 99% lehinə qərar verdilər. Etnik zəmnində baş verən ixtilaf səbəbindən Abxaziya və Cənubi Osetiyanın qeyri-gürcü sakinləri səsverməni boykot etdilər. Nəticələrin açıqlanmasından dörd gün sonra Gürcüstan Ali Şurası Sovet İttifaqının 1989-cu il aprelin 9-da müstəqillik elanını yekdilliklə qəbul etdi, bu hadisə Tbilisidə Sovet ordusunun dinc nümayişlərə basqınının ikinci ildönümündə baş verdi. Referendum ABŞ-nin keçmiş prezidenti Riçard Niksonun Gürcüstanın paytaxtı Tbilisdə bir neçə seçki məntəqəsini ziyarət etdiyi xüsusi səfəri ilə üst-üstə düşdü, daha sonra prezident həmin gün Moskva şəhərinə yola düşdü.
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (kitab)
Katalan müstəqillik hərəkatı
Kataloniya müstəqillik hərəkatı — tarixən törəmiş sosial hərəkat. Hərəkatın məqsədi Kataloniyanın İspaniyadan ayrılmağı və müstəqil bir dövlət olmağıdır. "Mavi" və "qırmızı" versiyası olan Estelada bayrağı onun əsas simvolu olmuşdur. Senyera Estelada, 20-ci əsrin əvvəllərində Kuba və Puerto Rican devrimci bayraqları ilə ənənəvi Katalan Senyera birləşməsidir. O vaxtdan etibarən Estelada bir neçə bayrağı özündə birləşdirdi: Estelada Vermella ilə sol tərəfli Respublikaçılığı təmsil edən bayrağını, daha konservativ hərəkatını təmsil edən Estelada Blava bayrağını və hətta Estelada Blaugrana ilə FC Barcelona-nın Müstəqilliyini dəstəkləyən bayraqlarını birləşdirdi. Katalan Müstəqillik hərəkatı 1922-ci ildə Francesc Macià siyasi partiya Estate Català (Katalan Dövləti) qurduqdan sonra başladı. 1931-ci ildə Estat Català və digər partiyalar Esquerra Republicana de Catalunya (Solçu Kataloniya Respublikası) meydana gətirdi. Macià 1931-ci ildə Katalan Respublikasını elan etdi, sonra ikinci İspaniyanın liderləri ilə danışıqlar aparıldıqdan sonra ispan dövləti daxilində muxtariyyət qəbul etdi.İspan Vətəndaş müharibəsi zamanı General Fransisko Franko 1938-ci ildə Katalan avtonomiyasını ləğv etdi. 1975-ci ildə Franco ölümündən sonra, Katalan siyasi partiyaları müstəqillikdən çox muxtariyyətə yönəlmişdi. kat.
Kataloniya müstəqillik hərəkatı
Kataloniya müstəqillik hərəkatı — tarixən törəmiş sosial hərəkat. Hərəkatın məqsədi Kataloniyanın İspaniyadan ayrılmağı və müstəqil bir dövlət olmağıdır. "Mavi" və "qırmızı" versiyası olan Estelada bayrağı onun əsas simvolu olmuşdur. Senyera Estelada, 20-ci əsrin əvvəllərində Kuba və Puerto Rican devrimci bayraqları ilə ənənəvi Katalan Senyera birləşməsidir. O vaxtdan etibarən Estelada bir neçə bayrağı özündə birləşdirdi: Estelada Vermella ilə sol tərəfli Respublikaçılığı təmsil edən bayrağını, daha konservativ hərəkatını təmsil edən Estelada Blava bayrağını və hətta Estelada Blaugrana ilə FC Barcelona-nın Müstəqilliyini dəstəkləyən bayraqlarını birləşdirdi. Katalan Müstəqillik hərəkatı 1922-ci ildə Francesc Macià siyasi partiya Estate Català (Katalan Dövləti) qurduqdan sonra başladı. 1931-ci ildə Estat Català və digər partiyalar Esquerra Republicana de Catalunya (Solçu Kataloniya Respublikası) meydana gətirdi. Macià 1931-ci ildə Katalan Respublikasını elan etdi, sonra ikinci İspaniyanın liderləri ilə danışıqlar aparıldıqdan sonra ispan dövləti daxilində muxtariyyət qəbul etdi.İspan Vətəndaş müharibəsi zamanı General Fransisko Franko 1938-ci ildə Katalan avtonomiyasını ləğv etdi. 1975-ci ildə Franco ölümündən sonra, Katalan siyasi partiyaları müstəqillikdən çox muxtariyyətə yönəlmişdi. kat.
Kataloniya müstəqillik referendumu (2017)
2017 Kataloniya müstəqillik referendumu və ya 1-O — Kataloniya (İspaniyada yerləşən muxtar vilayət) hökuməti tərəfindən 1 oktyabr 2017 tarixində keçirilən referendum. Referendum, İspaniya hakimiyyəti tərəfindən qeyri-qanuni sayılır. == Arxa plan == Pireney yarımadasının qədim sakinləri iberlərlər olub, onları yalnız tədqiqatçılar keltlər, digərləri isə Şimali Afrikadan gələnlər hesab edirdilər. Sivilizasiya İberiyaya şərqdən gəlib və ilk olaraq Aralıq dənizinə təsir edib. Nəticədə Kataloniya adlanan bölgənin tarixi e.ə 575-ci ildə, yunanlar dəniz sahillərində Emporion müstəmləkəsi yaradan zaman başlayıb. Cənubda yerləşən müasir Alikante və Kartaqena liman şəhərləri də həmin vaxtı yaranıb. İberlər və yunanlardan sonra karfagenlər meydana çıxıb. === Kataloniyanın yaradılması === Əfsanəyə görə Barselonanın yaranması Heraklın adıyla bağlıdır. Əslində isə onun əsasını e.ə 237-ci ildə Karfagen sərkərdəsi Haminkar, Hannibalın atası qoyub. Haminkarı hamı Barka (azərb.
Kürdüstanın müstəqilliyi üzrə referendum (2017)
Kürdüstanın müstəqilliyi üzrə referendum – 25 sentyabr 2017-ci ildə keçirilən və Kürdüstanın İraq dövlətindən müstəqilliyini nəzərdə tutan referendum. Səsvermə yerli vaxtla saat 20:00-dək davam etmişdir. == Reaksiyalar == İraq referendumun dayandırılmalı olduğunu qeyd edərək qarşı olduğunu bildirmişdir. Referendumdan öncə baş nazir Heydər əl-Abadi bildirmişdir ki, referendum konstitusiyaya ziddir və sülh prosesini təhlükəyə atır. Bundan sonra İraq hökuməti Kürdüstan bölgəsindən beynəlxalq sərhəd məntəqələrində nəzarətin verilməsini tələb etmişdir. İraq həmçinin digər ölkələrdən Kürdüstan regionundan neft almamağa və "neft və sərhədlər"ə görə danışıqları yalnız hökumətlə aparmağa çağırış etmişdir. Neft Kürdüstan regionunun əsas ixrac məhsullarından biridir. İsrail müstəqillik referendumunu açıq dəstəkləyən yeganə ölkə olmuşdur. == Nəticə == Səsvermədə iştirak edənlərin 92,73 %-i müstəqilliyə "hə" deyib. Seçkidə 3 milyon 305.925 nəfər (78 %) iştirak edib.
Makedoniyanın Müstəqillik Memorandumu (1913)
Makedoniyanın Müstəqillik Memorandumu (fr. Mémorandum consérnant l'Indépendance de la Macédoine) — 1 mart 1913-cü ildə Makedoniya bölgəsinin müstəqilliyini israr edən Makedoniya Elm və Ədəbi Cəmiyyətinin dörd keçmiş üzvü (Dmitri Çupovski, Aleksandr Vezenkov, Qavrila Konstantinoviç və Neyms Dimov) tərəfindən fransız dilində nəşr olunan sənəd. Osmanlı hakimiyyəti dövründə yox olan "Makedoniya" adı 19-cu əsrdə yenidən meydana gəldi, onun zamanla sərhədləri əhəmiyyətli dərəcədə dəyişmişdir. Sənəd Böyük Britaniyanın Xarici İşlər üzrə katibi Edvard Qreyə, London Sarayındakı səfirlərə və Rusiya İmperiyasının Xarici İşlər Nazirlərinə ünvanlanmışdır. Bundan əlavə, Dmitri Çupovski, memoranduma əlavə edilmiş Makedoniyanın "təbii, coğrafi, etnik və iqtisadi sərhədlərini" əks etdirən siyasi-coğrafi xəritəsini çəkmişdir.
Milli Müstəqillik Günü
Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Milli müstəqillik günlərinin siyahısı
Müstəqillik günü — hər hansı millətin müstəqillik əldə etməsinin, xüsusilə də başqa bir dövlətin tərkibindən çıxmasının, nadir hallarda isə hərbi təcavüzün bitməsinin və ya dövlətçiliyin ildönümünün qeyd edildiyi tarix. Sinqapurda isə digərlərindən fərqli olaraq Malayziyanın tərkibindən çıxarılması qeyd edilir. Əksər dövlətlərdə müstəqillik günü milli bayram kimi qeyd edilir.
Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə (kitab)
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya (rum. Declarația de independență a Republicii Moldova) və Moldovanın müstəqilliyi haqqında deklarasiya — 27 avqust 1991-ci ildə Moldova Parlamenti tərəfindən №691 «Müstəqillik haqqında deklarasiya» qanunu qəbul edilmişdir. Avqust çerilişinə cəhddən sonra Moldova SSRİ tərkibindən çıxdığını elan etmişdir. Moldova Parlamenti bu deklarasiyada Moldova Respublikasının müstəqilliyini elan edərək, nəzərə çatdırmaq istəyir ki, min il boyunca bölgədə moldova xalqı yaşamış və öz tarixlərini yazmışlar. Üstəlik uzaq keçmişdə mövcud olmuş dövlətçilik ənənələrini xatırladaraq bu addımın atılmasına hüquqi zəmin olduğunu vurğulayır. Xüsusi ilı Moldova knyazlığından Sovetlər dönəminə qədərki dövlətlər qeyd edilir. Deklarasiyada Kiçik Qaynarca (1775) və Buxarest (1812) sülh müqavilələri (Osmanlı ilə Rusiya arasında bağlanmış müqavilələr) qanundan kənar elan edilir. Səbəb isə hər iki tərəfin milli torpaqları bölüşdürməsi göstərilir. Üstəlik qanunda 2 avqust 1940-cı il « İttifaq daxilində Moldova SSR təşkili haqqında» və Faşist Almaniyası ilə SSRİ arasında 23 avqust 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktının qüvvədən düşməsi vurğulanır. Əsas kimi isə Bessarabiya, Bukovin və Qersa vilayətlərinin rəyinin alınmaması göstərilir.
Müstəqillik
Müstəqillik və ya İstiqlal — bir millətin və ya bir dövlətin öz vətəndaşı və ya əhalisi tərəfindən idarə edilməsidir. Başqa sözlə, suverenlik hüquqlar başqalarının əlində olmaması. Müstəqillik, müxtəlif yollarla ələ gəlir, o cümlədən demokratik yolu ilə və ya silahlı mübarizə ilə.
Müstəqillik Günü (ABŞ)
Müstəqillik günü (ing. Independence Day)— ABŞ-də hər il iyulun 4-də keçirilən milli bayram. Müstəqillik Günü azad və müstəqil ölkə kimi ABŞ-nin doğum günü hesab olunur. Əksər amerikalılar bu bayramı sadəcə tarixinə görə - "4 iyul bayramı" adlandırırlar. Bayram şənliyi atəşfəşanlıq, paradlar, manqallar, karnavallar, yarmarkalar, pikniklər, konsertlər, beysbol oyunları, ailə toplantıları, siyasətçilərin çıxışları və mərasimləri və ABŞ-də digər ənənəvi ictimai və özəl tədbirlərlə müşayiət olunur. Müstəqillik günü ABŞ-də əsas milli bayramdır. Müstəqillik günü 1776-cı il iyulun 4-də ABŞ elan edildiyi gün ilə əlaqədardır.
Müstəqillik Günü (Azərbaycan)
Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi.
Müstəqillik Günü (Ermənistan)
Ermənistanın Dövlət Müstəqilliyi günü (erm. Հայաստանի Անկախության օրը) — Ermənistan Respublikasında əsas dövlət bayramı. Hər il 21 sentyabrda qeyd edilir. 23 avqust 1990-cı ildə Ermənistan SSR-nin Ali Soveti Ermənistanın İstiqlal Bəyannaməsini qəbul etmiş, Ermənistan SSR-nin ləğvini və Ermənistan Respublikasının müstəqilliyini elan etmişdir. 21 sentyabr 1991-ci ildə Ermənistan xalqı müstəqillik referendumunda SSRİ-dən ayrılmaq üçün səs vermişdir. 1991-ci ilin noyabr ayında Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti seçilmişdir. 21 dekabr 1991-ci ildə Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulmuşdur. 26 dekabr 1991-ci ildə SSRİ rəsmi olaraq süquta uğramışdı. Bu Ermənistan Respublikasının ikinci dəfə müstəqillik elan etməsi idi. Birincisi 28 may 1918-ci ildə baş vermiş və Birinci Ermənistan Respublikasının təsis edilməsilə nəticələnmişdir.
Müstəqillik Günü (Pakistan)
Müstəqillik günü (urdu یوم آزادی; Youm-e Azadi)— Pakistanda hər il avqustun 14-də keçirilən milli bayram. Pakistan 1947-ci ildə Britaniya Hindistanının süqutunun ardından suveren dövlət elan olundu və dövlətin müstəqillik əldə etdiyi bu gün bayram kimi qeyd edilməyə başladı. Pakistan Cənubi Asiyanın şimal-qərb regionların bölgüsü üzrə müstəqil müsəlman dövlətinin yaradılmasına yönələn Pakistan hərəkatının nəticəsində yaranıb. Hərəkat Məhəmməd Əli Cinnahın liderliyi altında Bütün Hindistan Müsəlman Liqası tərəfindən başladılıb. Hadisə Qərbi Pakistan (hal-hazırkı dövrdə Pakistan) və Şərqi Pakistandan (hal-hazırkı dövrdə Banqladeş) ibarət olan Pakistan dominionuna (sonralar Pakistan İslam Respublikası) 1947-ci il Hindistan Müstəqillik Aktına görə Britaniya Hindistanı altında müstəqilliyin verilməsinə gətirib çıxarıb. İslam təqvimində müstəqillik günü müsəlmanlar tərəfindən müqəddəs dəyərləndirilən qədr gecəsi ərəfəsinə Ramazanın 27-ci gününə təsadüf etmişdi. Müstəqillik günü münasibətilə əsas mərasim prezident və parlament binalarında dalğalanan dövlət bayrağının yerləşdiyi İslamabadda keçirilir. Bunun ardınca dövlət himni səsləndirilir və rəhbərlərin televiziya ilə canlı çıxışları olur. Gün ərzində adi bayram tədbirləri və şənliklərə bayrağın qaldırılması mərasimi, paradlar, mədəni tədbirlər və vətənpərvərlik mahnılarının oxunması daxildir. Mükafatlandırma mərasimlərinin çoxu bu gündə baş tutur.
Müstəqillik Günü (Şimali Makedoniya)
Müstəqillik günü — (mak. Ден на независноста) Şimali Makedoniyada 8 Sentyabr tarixində qeyd edilir. 1991-ci il referendumu ilə Makedoniyanın müstəqillik qazanmasından sonra milli bayram olaraq qeyd edilir. 8 sentyabr 1991-ci ildə referanduma qatılan 75,8%-lik seçicinin 95,5%-dən çoxu Şimali Makedoniyanın müstəqilliyinə səs verdilər. Axşam saatlarında meydana toplaşan vətəndaşlara dönəmin Makedoniya prezidenti Kiro Qliqorov müraciət etdi: "Əziz Makedoniya vətəndaşları, bu gecə sizi və bütün Makedoniya vətəndaşlarını azad, suveren və müstəqil Makedoniyanı təbrik etməyimə icazə verin." Xalqın müstəqil dövlət istəyi ilk çoxpartiyalı Makedoniya parlamenti tərəfindən 18 sentyabr 1991-ci ildə təsdiqləndi. 25 sentyabr 1991-ci ildə Makedoniyanın İstiqlal Bəyannaməsi, 17 noyabr 1991-ci ildə isə Makedoniyanın Konstitusiyası qəbul edildi. Şimali Makedoniya 8 aprel 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatına üzv seçildi. Lakin Yunanıstan ilə Şimali Makedoniya arasında yaşanan ad mübahisəsinə görə təşkilat çərçivəsində ölkənin adı Keçmiş Yuqoslav Respublikası Makedoniya kimi göstərilməyə başlandı. Eyni ad bir çox beynəlxalq təşkilatlarda da istifadə olunmuşdur. 2018-ci ilin iyun ayında Yunanıstan və Makedoniya arasında Prespa müqaviləsi imzalanmışdır.
Müstəqillik Sarayı (Saigon)
İstiqlal Sarayı (vyet. Dinh Độc Lập), Yenidən Birleşme Sarayı (vyet. Dinh Thống Nhất) kimi tanınan bu şəhərin əlamətdar bir yeridir Ho Chi Minh City (əvvəlki adı Saigon), Vietnam, keçmiş Norodom Sarayının yerində inşa edilmişdir. Saray memar Ngo Viet Thu tərəfindən dizayn edilmiş və Vyetnam müharibəsi dövründə Cənubi Vyetnam prezidentinin evi və iş yeri olmuşdur. Həm də Saigon 30 aprel 1975-ci ilin yıxılması zamanı Vyetnam müharibəsinin sona çatdığı yer, Şimali Vyetnam Ordusunun bir tankı qapılarını vurduqda oldu. Bu hökumət binasının 19-cu əsrdə Fransanın işğalına uzanan uzun tarixi var. Vyetnam müharibəsi dövründə Cənubi Vyetnamın ilk prezidenti 1963-cü ildə sui-qəsd edildikdən sonra hakimiyyətə gələn hərbi cuntanın başçısı General Nguyen van Thieu kimi ev və komanda mərkəzi vəzifəsi edildi. Müstəqillik Sarayı, Vyetnam Müharibəsinə dramatik bir son verildi tanklar 30 Aprelin 1975-ci il səhərində əsas qapıdan çıxdı. Bu gün Müstəqillik Sarayı, 1970-ci illərdən bəri dəyişməz bir zaman sərfi - Ho Chi Minh City-də görmək və Vyetnamun böyük turunu alaraq tarixi meraklıları üçün böyük bir dayanma. İstiqlal Sarayı Mərkəzi Saigon 1-ci ilində böyük, yaşıl sahəsi tutur.
Müstəqillik Sarayı (Xoşimin)
İstiqlal Sarayı (vyet. Dinh Độc Lập), Yenidən Birleşme Sarayı (vyet. Dinh Thống Nhất) kimi tanınan bu şəhərin əlamətdar bir yeridir Ho Chi Minh City (əvvəlki adı Saigon), Vietnam, keçmiş Norodom Sarayının yerində inşa edilmişdir. Saray memar Ngo Viet Thu tərəfindən dizayn edilmiş və Vyetnam müharibəsi dövründə Cənubi Vyetnam prezidentinin evi və iş yeri olmuşdur. Həm də Saigon 30 aprel 1975-ci ilin yıxılması zamanı Vyetnam müharibəsinin sona çatdığı yer, Şimali Vyetnam Ordusunun bir tankı qapılarını vurduqda oldu. Bu hökumət binasının 19-cu əsrdə Fransanın işğalına uzanan uzun tarixi var. Vyetnam müharibəsi dövründə Cənubi Vyetnamın ilk prezidenti 1963-cü ildə sui-qəsd edildikdən sonra hakimiyyətə gələn hərbi cuntanın başçısı General Nguyen van Thieu kimi ev və komanda mərkəzi vəzifəsi edildi. Müstəqillik Sarayı, Vyetnam Müharibəsinə dramatik bir son verildi tanklar 30 Aprelin 1975-ci il səhərində əsas qapıdan çıxdı. Bu gün Müstəqillik Sarayı, 1970-ci illərdən bəri dəyişməz bir zaman sərfi - Ho Chi Minh City-də görmək və Vyetnamun böyük turunu alaraq tarixi meraklıları üçün böyük bir dayanma. İstiqlal Sarayı Mərkəzi Saigon 1-ci ilində böyük, yaşıl sahəsi tutur.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı (kitab)
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı kitabı
Müstəqillik müharibələri siyahısı (milli azadlıq)
Bu müstəqillik savaşlarının siyahısı. Bu müharibələr müstəqillik məqsədinə çatmaqda uğurlu ola bilər və ya olmaya bilər.
Müstəqillik yolu
Müstəqillik yolu (türk. Bağımsızlık Yolu) — Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən solçu siyasi partiya. Əvvəllər qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən qurum 2018-ci ildə partiyaya çevrilmişdir. İlk dəfə 2022-ci il parlament seçkilərində iştirak etmişdir.
Müstəqilliyimiz əbədidir
"Müstəqilliyimiz əbədidir" — Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki fəaliyyətini əhatə edən çoxcildlik əsərləri. Kitabda çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr yer almışdır. Əsərlərinin birinci cildi 1997-ci ildə "Azərnəşr"də nəşr olunmuşdur. 612 səhifədən ibarət bu kitabın buraxılışına məsul şəxslər Ramiz Mehdiyev və Hidayət Orucov idi. Bu cilddə Heydər Əliyevin 1993-cü ilin iyunundan 1994-cü ilin may ayına qədər dövrdəki çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. toplanmışdır. Bu materiallarda Azərbaycan Respublikasının həmin dövrünün ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər təhlil olunur. Böyük siyasi-tarixi və elmi-nəzəri əhəmiyyət kəsb edən kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə praktiki təcrübəsi əksini tapmış, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilmişdir. Kitabdakı ilk məqalə Heydər Əliyevin 1993-cü il 15 iyununda etdiyi "Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxışı"dır. Kitabın hazırlanmasında iştirak edənlər Tofiq Babayev, Azər Bağırov, Qəzənfər Zalıyev, Arif Məmmədov, Müzəffər Maşayev, Kamil Muxtarov, Azər Fərzəliyev, Eyvaz Həsənov.