1. sif. Arasıkəsilməyən, biri-birinin dalınca davam edən; bitişik, bağlanmış.
2. zərf Arası kəsilmədən, ara vermədən davam edən.
Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır.
Nəriman babasının müttəsil yağdırdığı və bir-birindən vacib sualların bilmirdi hansına cavab versin.
3. zərf Həmişə, hər vaxt, daim, ara-bərəsiz.
Ey Füzuli, müttəsil dövran müxalifdir mana.
[Taybuynuz öküz] … müttəsil övqatını zəhmət və məşəqqətdə keçirib, bir kəsdən çəkdiyi zəhmətin əvəzinə razılıq və xoş sifət görmür.