Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qüdsi
Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (təxəllüsü: Qüdsi; 21 iyun 1794, Əmircan – 31 may 1847, Məkkə, Həbəşistan əyaləti) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi. Azərbaycanın ilk tarixçisi hesab olunur. Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi Azərbaycan tarix elminin əsasının qoyan ilk tarixçi XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur. 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir. == Həyatı == Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan kəndində anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd Xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir.1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir.
Qüdsi Osmanov
Qüdsi Dursun oğlu Osmanov (16 fevral 1966, Barana rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli Səfiri. == Həyatı == Qüdsi Osmanov 16 fevral 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub. Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini (İqtisadiyyat), Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültələrini bitirmişdir. Siyasi elmlər namizədidir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik akademiyasının "Beynəlxalq iqtisadiyyat" fakültəsinin magistraturasını bitirmişdir. 1984-1987 — keçmiş SSRİ hərbi qüvvələr sırasında xidmət etmişdir. 1997-2004 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Fəxri konsulu vəzifəsində çalışmışdır. 2005-2013 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu vəzifəsində çalışmışdır. 2013 - 2016 - Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfir müavini vəzifəsində çalışmışdır. 07 sentyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli Səfiri təyin olunmuşdur .
Qüdsi Vənəndi
Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri. Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır. == Həyatı == Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhim oduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır: Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Bir divanı qorunub saxlanmışdır.
Mirzə Həsib Qüdsi
Mirzə Həsib Qüdsi (1828, Bakı – 1908, Bakı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Mirzə Həsib Qüdsi 1828-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə aldıqdan sonra Tehran şəhərinə yollanaraq mükəmməl dini və dünyəvi təhsil almışdır. Bakıya qayıtdıqdan sonra isə mədrəsə açmış və ömrünü dini alimlərin yetişməsinə sərf etmişdir. Bu böyük alim və şair 1908-ci ildə Bakıda vəfat etmişdir. Təəssüf ki, bir çox din alimləri və Əhli-Beyt (ə) şairləri kimi Mirzə Həsib Qüdsinin də həyat və fəaliyyəti barədə məlumat yox dərəcəsindədir. Zəngin irsə malik olan şairin şerləri mütəmadi olaraq o dövrün mətbuat orqanlarında: "Məktəb", "Şərqi Rus", "Həyat", "İrşad", "Dəbistan", "Tazə həyat", "Füyuzat" və başqalarında çap edilmiş, divanı isə 1883 və 1887-ci illərdə Təbrizdə, 1901-ci ildə isə Bakıda nəşr edilmişdir. Sovet imperiyası dövründə isə şairin divanı mərhum Əliəbbas Müznib tərəfindən tərtib edilsə də çap edilməmişdir. Bu kitab ancaq müstəqillik dönəmində Sona Xəyal və Mustafa Mailoğlu tərəfindən transfonelimerasiya edilərək nəşrə hazırlanmış və 2004-cü ildə nəşr edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi şair zəngin və çox şaxəli ədəbi irsə malikdir.
Mirzə Müslüm Qüdsi
Mirzə Müslüm Qüdsi və yaxud Qüdsi İrəvani (1752, İrəvan – 1808, İrəvan) — XVIII əsr Azərbaycan şairi. Mirzə Məhəmməd Müslüm Qüdsi təxəlüssü ilə yazıb yaratmışdır. O, İrəvan xanlığının münşisi (katibi) olub. == Həyatı == Mirzə Məhəmməd Müslüm 1752-ci ildə İrəvan şəhərində anadan olub. O, İrəvan xanının sarayında xidmət edib. Orada Mirzə Məhəmməd xanın katibi (münşisi) olub. O, 1808-ci ildə İrəvan şəhərində vəfat edib. == Yaradıcılığı == Mirzə Məhəmməd Müslüm Qüdsi təxəlüssü ilə yazıb yaratmışdır. Buna görə o, Mirzə Müslüm Qüdsi adı ilə tanınır. Hələlik elm aləminə onun bir "Divan"ı məlumdur.
Qüdsi (film, 2007)
== Məzmun == Azərbaycan xalqının ensiklopedik biliyə malik mütəfəkkir simalarından biri Abbasqulu ağa Bakıxanov olmuşdur. Film məhz Abbasqulu ağa Bakıxanovun əsərlərinin əlyazmaları əsasında, onun həyat və yaradıcılığına həsr edilmişdir. A.Bakıxanovun həyat yoluna işıq tutan Tiflis mühiti, Varşava, Sankt-Peterburqdan söz açmaqla yanaşı böyük mütəfəkkirin görüşdüyü gürcü, rus ziyalılarının da bədii obrazları filmdə öz əksini tapmışdır. Bakıxanov tarix, coğrafiya, dilçilik, din, astronomiya, bədii ədəbiyyat sahəsində irs qoyub getmişdir. Polkovnik Bakıxanovun rəsmi arxiv sənədlərindən film boyu istifadə olunmuş, eləcə də onun orden və medallarla təltif olunması faktları da filmdə öz təcəssümünü tapmışdır. Ən maraqlı məqamlar isə Qubadakı "Səkinəxanım" məscidində lentə alınmış ki, bu məscid də polkovnikin xanımı tərəfindən Abbasqulu ağa Bakıxanovun xatirəsinə ucaldılmışdır.Alim, diplomat, hərbçi, yazıçı, şair, filosof olan Abbasqulu ağa şərəfli həyat yolu keçmiş və Ərəbistanın isti səhralarını dolaşarkən, Mədinə ilə Məkkə arasında "Vadii Fatimə" adlanan yerdə, vəba xəstəliyindən dünyasını dəyişmişdir. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından, "Fətəli xan", "Leyli və Məcnun" və "Üzeyir ömrü" bədii filmlərinin fraqmentlərindən istifadə olunmuşdur. Filmin bədii səhnələri ağ-qara çəkilmişdir. Film proloq və epiloq hissələrindən ibarətdir. Bədii-sənədli janrda çəkilən filmdə Bakıxanovun yazdığı əsərlərdən, həmçinin "Təhzibi-əxlaq", "Gülistani-irəm", "Xəyalın uçuşu" əsərləri və nəsihətlərindən istifadə olunmuşdur.
Qüdsi Vənəndi Mirəbdürrəhim
Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri. Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır. == Həyatı == Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhim oduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır: Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Bir divanı qorunub saxlanmışdır.
Şeyx İbrahim Qüdsi
Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov — tarixçi, şair. == Həyatı == Şeyx İbrahim Şeyx Həsən oğlu 1816-cı ildə Gəncə şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Müəllim işləmişdi. Şeyx İbrahim şair idi. Naseh təxəllüsü ilə şer yazırdı. Sonra Qüdsi təxəllüsü işlətməyə başladı. Firudin bəy Köçərli onun haqqında yazır: "Mərhum Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov Gəncə şairlərinin məşhurundandır. Təvəllüd edibdir Gəncədə hicrətin 1231-ci tarixində, yüz sənə bundan müqəddəm.
Əhməd Qüdsi Tecer
Əhməd Qüdsi Tecer (4 sentyabr 1901, Qüds – 23 iyul 1967, İstanbul) – Türkiyəli müəllim, şair, dramaturq və siyasətçi. O, xalq mədəniyyəti sahəsindəki fəaliyyəti ilə tanınır. Onun əsərləri Qaracaoğlan və Yunus Əmrənin həyatına işıq tutub. O həm də Xalq aşığı Aşıq Veysəli Türkiyəyə tanıdan, Xalq musiqisi tərtibçisi Müzəffər Sarısözəni kəşf edən şəxs kimi tanınıb. 1930-cu illərdə poeziya sahəsində adını hallandıran ədəbiyyat adamının ən məşhur əsəri Münir Ceyhanın məktəb nəğməsi halına gətirdiyi "Orada bir kənd var uzaqda" şeiridir. Tecer şairliklə yanaşı, Türkiyə səhnəsinə yerli və milli elementlər əsasında teatr əsərləri bəxş edən dramaturqdur. O həmçinin VI. dövr Seyhan, VII dövr Türkiyə Böyük Millət Məclisində Şanlıurfa millət vəkili vəzifəsində çalışıb. == Həyatı == Əhməd Qüdsi Tecer 1901-ci ildə Qüdsdə anadan olub. Atası o dünyaya gələn zaman Qüds Dünyası Baş Müdirliyinin müdiri olan Əbdürrəhmən bəy, anası isə Xədicə xanımdır. Ailəsi Eğinin Apçağa kəndindəndir.
Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi
Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri. Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır. == Həyatı == Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhim oduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır: Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Bir divanı qorunub saxlanmışdır.
Əhməd Mədəni Qüdsizadə
Əhməd Mədəni Qüdsizadə Abdullah oğlu (1890-cı il, 1940-cı il 24 yanvar) — türkman mətbuatının görkəmli nümayəndəsi. == Həyatı == Əhməd Mədəni Qüdsizadə 1890-cı ildə anadan olub. İlk türkman qəzeti olan "Havadis" qəzetinin əsasını 1911-ci il 24 fevralda qardaşı Məhəmməd Zəki Qüdsizadə ilə İraqda qoyub. Əhməd Mədəni Qüdsizadə şair Abdullah Qüdsizadənin oğludur. Əhməd Mədəni 48 yaşı tamam olduqdan sonra 1940-cı il 24 yanvarda vəfat etmişdir. Kərkükün Musalla bölgəsində yerləşən böyük türbəli Cümcümə məzarlığı yaxınlığında dəfn edilmişdir. == Fəaliyyəti == Əhməd Mədəni Qüdsizadə 1909-cu ildə 17-18 yaşlarında olarkən Bağdadda türkman və ərəb dillərində nəşr olunmuş "Əl Zuhur"un türkman dilində olan bölməsinə məqalələr yazmağa başlamışdır. Mosulda çap edilmiş "Neynəva" və 1910-cu ildə "Nəcah"da yazılar dərc etdirmişdi. O, bəzi məqalələrinə görə 1912-ci ilin aprel ayında Bağdadda aparılmış mühakimədə bəraət qazanmışdır. Əhməd Mədəni 1911-ci il fevralın 24-də qardaşı Məhəmməd Zəki ilə Kərkük şəhərində ilk dəfə "Havadis" adlı türkcə siyasi qəzet çıxarmağa və şəxsi təşəbbüsü ilə eyni adda mətbəə yaratmağa müvəffəq olmuşdur.
Qüds
Qüds (ərəb. القدس‎ əl-Qüds (dinlə)) və ya Yerusəlim (ivr. ‏יְרוּשָׁלַיִם‏‎ Yerushalayim (dinlə)) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri. İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır. Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir. Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilmişdir. Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə.
Qüds (İran)
Qüds (farsca: قدس) — İranda şəhər, Tehran ostanının Qüds şəhristanının inzibati mərkəzi. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 230.147 nəfərdir.
Qüds Gücü
Qüds qüvvələri (Farsca: نیروی قدس Nīrū-ye Qods və ya سپاه قدس Sepâh-e Qods) – İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan hərbi birləşmədir. İranın dövlət xaricində həyata keçirilən əməliyyatlar üçün birbaşa Ayətullah Seyyid Əli Xameneidən göstərişlər alır. 1998-2020-ci illər aralığında komandiri əfsanəvi general General-mayor Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-yə məxsus pilotsuz uçuş aparatından endirilən raket zərbələri nəticəsində general Süleymani qətlə yetirilmiş, bundan sonra isə briqadaya komandir General-mayor İsmail Qaani təyin olunmuşdur. 2007-ci ildə saylarının təxminən 15. 000 peşəkar əsgərdən ibarət olduğunu güman edirdilər.
Qüds Mühacir
Qüds Mühacir (fars. مهاجر‎, “İmmiqrant”) Qüds Aviasiya Sənayesi Şirkəti tərəfindən 1980-ci illərdən dörd əsas variantda istehsal olunan taktiki PUA-dır. Mühacir ailəsi əsasən kəşfiyyat üçün istifadə olunur və ən yetkin və tanınmış İran PUA-ları arasındadır. == “Mohajer-1” == İran və İraq arasındakı qarşıdurmanın pik vəziyyətində İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən İraqdakı mövqeləri izləmək məqsədilə ”Mohajer-1” PUA-larının yaradılmasına başlanıb. Dörd prototip 1981-ci ildə quruldu və əvvəlcə Şalamçekdəki rəqib xətlərinə nəzarət etmək üçün istifadə edildi. Sonradan “Mohajer-1” adlandırılan bu pilotsuz təyyarə İranın PUA istehsalına atdığı ilk addım idi. “Mohajer-1” müharibənin sonuna qədər İraq qüvvələrinin fotoşəkillərini çəkməyə davam etdi və 619 dəfə havaya qalxdı və 53772 şəkil çəkmişdir. “Mohajer-1” düşmən mövqelərinə hücum etmək üçün 6 ədəd RPQ-7 ilə silahlanaraq həm də İranın ilk zərbə PUA-sı oldu.Sənədlərin olmaması M1 pilotsuz vasitəsinin qiymətləndirilməsinə ciddi mane olur. M1 dronları ilə bağlı video və foto materialların əksəriyyəti 1990-cı ildə yayımlanan “Mohajer” filmindən əldə edilib. İran hökumətinin müharibə filmləri çəkməsinə münasibətini nəzərə alsaq, PUA-nın xüsusiyyətlərinin kifayət qədər dəqiq olduğunu düşünmək ağlabatan ola bilər.
Qüds dairəsi
Qüds dairəsi — İsrailin yeddi inzibati ərzi vahidindən biri. Ərazisi 653 km² (Şərqi Qüds də daxil olmaqla). İnzibati mərkəzi həm də İsrailin paytaxtı olan Qüds şəhəridir. == Əhalisi == İsrailin Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2011-ci ildə dairədə 945 000 nəfər yaşayırdı: Yəhudilər: 635 200 nəfər (67,2 %) Ərəblər: 293 800 nəfər (31,1 %) Digəriləri: 16 000 nəfər (1,7 %)Qeyri-yəhudi əhalinin sayı 28,3 % müsəlman, 1,8 % xristian və 1,4 % dinini qeyd etməyənlərdir..
Qüds günü
"Qüds günü" — Fələstinin azadlığına dəstək aksiyası == Tarixi == İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir. Son illər "Qüds günü" Azərbaycanda və İraqda şiələr yaşayan bölgələridə də qeyd olunur. 2011-ci ildə "Qüds günü" avqustun 26-na düşmüşdür.
Qüds krallığı
Yerusəlim krallığı — birinci səlib yürüşü iştirakçılarının 1099-cu ildə Qüdsü işğal etdikdən sonra yaratdıqları dövlət. XII əsrin əvvəllərində qəti bərqərar oldu. 1291-ci ildə Misir qoşunları Aqra şəhərini tutduqdan sonra Yerusəlim krallığı süqut etdi. Krallıq Yerusəlim krallığı və 3 vassal (əslində müstəqil) dövlətdən – Tripoli, və Elista qraflıqlarından və Antioxiya knyazlığından ibarət idi. Bu dövlətin ilk başçısı Bulonlu Qodfrey olmuşdur. Ancaq bir ildən sonra ölən Qodfridin yerinə qardaşı Boduin kral taxt-tacına oturdu. Krallığın ərazisi Qüds şəhərindən başqa Beyrut, Qeysəriyyə, Xayfa, Akka, Yaffa, Sayda, Sur şəhərlərindən və Qalileya vilayəti ilə sahil torpaqlarından ibarət idi. Bu krallıq səlibçilərin əsas dövləti idi və ona digərlərinin üzərində süzeren hüquqları verilmişdi. Bu dövləti əhəmiyyətli edən digər amil, Tampliyer və Qospitalyer ordenlərinin mərkəzlərinin burada yerləşməsi ilə bağlı idi.
Qüds mükafatı
Qüds mükafatı (ivr. ‏פרס ירושלים‏‎) — cəmiyyətdə fərdi azadlığını müdafiə edən yazarlara ədəbi mükafat. 1963-cü ildən bəri Qüdsdə iki ildə bir dəfə Beynəlxalq Kitab Sərgisi tərəfindən mükafatlandırılır. == Mükafat sahibləri == 1963 — Bertran Rassel (1872—1970) 1965 — Maks Friş (1911—1991) 1967 — Andre Şvarts-Bart (1928—2006) 1969 — İnyatsio Silone (1900—1978) 1971 — Xorxe Luis Borxes (1899—1986) 1973 — Ejen İonesko (1909—1994) 1975 — Simona de Bovuar (1908—1986) 1977 — Oktavio Pas (1914—1998) 1979 — İsayya Berlin (1909—1997) 1981 — Qrem Qrin (1904—1991) 1983 — Vidiadxar Suracprasad Naypol (1932—2019) 1985 — Milan Kundera (d. 1929) 1987 — Con Maksvell Kutzee (d. 1940) 1989 — Ernesto Sabato (1911—2011) 1991 — Zbiqnev Xerbert (1924—1998) 1993 — Stefan Qeym (1913—2001) 1995 — Mario Varqas Losa (d. 1936) 1997 — Xorxe Semprun (1923—2011) 1999 — Don Delillo (d. 1933) 2001 — Süzen Zontaq (1933—2004) 2003 — Artur Miller (1915—2005) 2005 — Antonio Lobo Antuneş d. 1942) 2007 — Leşek Kolakovski (1927—2009) 2009 — Xaruki Murakami (d. 1949) 2011 — İen Makyuen (d.
Qüds qüvvələri
Qüds qüvvələri (Farsca: نیروی قدس Nīrū-ye Qods və ya سپاه قدس Sepâh-e Qods) – İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan hərbi birləşmədir. İranın dövlət xaricində həyata keçirilən əməliyyatlar üçün birbaşa Ayətullah Seyyid Əli Xameneidən göstərişlər alır. 1998-2020-ci illər aralığında komandiri əfsanəvi general General-mayor Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-yə məxsus pilotsuz uçuş aparatından endirilən raket zərbələri nəticəsində general Süleymani qətlə yetirilmiş, bundan sonra isə briqadaya komandir General-mayor İsmail Qaani təyin olunmuşdur. 2007-ci ildə saylarının təxminən 15. 000 peşəkar əsgərdən ibarət olduğunu güman edirdilər.
Qüds sindromu
Qüds sindromu — şəhərin mistik atmosferi tərəfindən Qüds şəhəri və ya həcc ziyarəti edən turistlərdə yaranmış yanlış fikirlər, müqəddəsləşdirmə, dini mərkəzli motivlər kimi psixozların yaratdığı bir sindromdur. Bu sindrom tək bir dinə və məzhəbə aid deyildir, həm yəhudilərə, həm xristianlara və müsəlmanlara təsir edə bilər. Əvvəllər ədəbiyyatda tanımlanmamış sindrom, adi bir isteriya olaraq təyin olunurdu. == Tarixi == 1930-cu illərdə psixiatr Heinz Hermanın tərəfindən isteriyadan ayrılması bir çox alim tərəfindən aşkar edilmiş və tanınmışdır. Oxşar psixoloji problemlər digər din mərkəzli şəhərlər kimi Məkkə və Roma şəhərlərində də görülmüşdür. 2000-ci ildə son dərəcə yaxşı psixolojisi olan insanlar bu sindromu kollektiv davranışlar sərgiləyib xəstəxanalara düşdülər və sindromun nüfuzu artdı. Bu qəribə sindrom bir çox digər sindrom kimi müzakirə etmək üçün açıqdır və bir çox şəxslər tərəfindən qəbul edilmir. Psixiatr M. Kalian və E. Vitztum Qüds sindromu olaraq adlandırılan şeyin əvvəlki psixoloji problemləri olan insanlar tərəfindən yaşanan bir sıra tutmalardan ibarət olduğunu iddia edirlər. == Növləri == === Birinci növ === Qüdsə gələn insanların psixi rahatsızlıqları olur və şəhərə gəlir-gəlməz içində qaldıqları ağır dini atmosfer bu sindromu üzə çıxarır. Bu insanlar qatı dindar olub, Qüdsdə yarım qalmış dini missiyanı tamamlayacaqlarını və ya din adına gerçəkləşdirilməsi lazım olan bir məqsəd olduğuna inanırlar.
Qüds şəhristanı
Qüds şəhristanı (fars. شهرستان قدس‎) — Tehran ostanında inzibati ərazi vahidi. İnizbati mərkəzi Qüds şəhəridir. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 62.355 ailədə 237.077 nəfərdir.
Riyazül-Qüds
Riyazül-Qüds — Azərbaycan yazıçısı və mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun Kərbəlada baş verən hadisələrə, şiələrin əsas müqəddəslərinin həyat və əməllərinə həsr olunmuş nəsr dini şeiri. Tədqiqatçı Ənvər Əhmədov əsərin Bakıxanovun həyatının Quba dövrünə aid olduğunu qeyd edir. Əsər 1820-ci ilin payızında şiə sakinlərin xahişi ilə Azərbaycan dilində yazılıb (müəllifin sözlərinə görə o, bu əsəri hicri təqvimi ilə 1236-ci ildə Qubalı şiə təəssübkeşləri üçün yazmışdır). Əsər Hz. Əlinin oğlu İmam Hüseynin faciəli taleyi və Kərbəla hadisəsinə həsr olunub. Şiələrin zülm olunan haqqı qələmə alınıb."Riyazül-Qüds" Bakıxanovun ilk nəsr əsərlərindən biri sayılır və xronoloji olaraq onun ilk böyük epik əsərlərindəndir. "Riyazül-Qüds" on dörd fəsildən ibarətdir. Hər bir fəsildə müəyyən hadisə təsvir olunur. Fəsillər bir-biri ilə bağlı və bir-birini tamamlayan müstəqil novellalar kimi təqdim olunur. Həmçinin qeyd etmək lazımdır ki, əsərin nəsr mətninə şeirlər də daxil edilib.Bakıxanovun əsəri şiə dini ədəbiyyatının güclü təsiri altında yazılıb.
Şərqi Qüds
Şərqi Qüds və ya Şərqi Yerusəlim ( Ərəbcə : Ərəbcə : القدس الشرقية , Əl-Qudlar Ash-Sharqiya ; İbrani , Mizraḥ Yerushalayim ) , Qərb sektorundan fərqli olaraq 1948 Ərəb-İsrail müharibəsi əsnasında İordaniya tərəfindən işğal edilmiş Yerusəlimin sektorudur şəhərin, İsrail tərəfindən işğal edilmiş Qərbi Qüds . 1967-ci il Ərəb-İsrail müharibəsindən bəri Şərqi Qüds beynəlxalq ictimaiyyət tərəfindən İsrail tərəfindən işğal edilmiş hesab olunur . Bu əraziyə Qüdsün Köhnə Şəhəri və İudaizm , Xristianlıq və İslamın ən müqəddəs yerlərindən bəziləri , məsələn, Məbəd dağı , Qərb divarı , əl-Əqsa məscidi , Qaya günbəzi və Müqəddəs Qəbiristanlıq Kilsəsi daxildir. eləcə də bir sıra qonşu məhəllələr. İsrail və Fələstin tərifləri fərqlidir. Fələstinin rəsmi mövqeyi 1949-cu il atəşkəs sazişlərinə əsaslanır, İsrailin mövqeyi isə əsasən Qüdsün mövcud bələdiyyə sərhədlərinə əsaslanır. Bunlar 1967-ci ilin İyun Altı Günlük Müharibədən bəri İsrail bələdiyyə orqanlarının qərar verdiyi bir sıra inzibati genişlənmələrlə müəyyən edilib . Adına baxmayaraq, Şərqi Qüds İçəri Şəhərin şimalında, şərqində və cənubunda və terminin daha geniş tərifində, hətta Qərbi Qüdsün bütün bu tərəflərindəki məhəllələri əhatə edir. Beynəlxalq ictimaiyyət Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrini beynəlxalq hüquqa uyğun olaraq qeyri-qanuni hesab edir . İsrail bu şərhə etiraz edir.
Nişani-Qüds ordeni
Nişani-Qüds-İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. Bu ordenin ancaq II dərəcəsi vardı. Əsasən nazirlərə və bu dərcədə olanlara verilirdi. Ordu komandanları da bu ordenlə təltif olunurdular. Orden almazlarla bəzənmişdi. Başdan aşağı 12,0 sm diametrdə idi. Sinənin sol tərəfinə vurulurdu. Lenti yaşıl rəngdə, hər iki tərəfində qırmızı xətti vardı.
Qüds Pravoslav Kilsəsi
Yerusəlim Pravoslav Kilsəsi — Qüdsdə yerləşən avtokefal pravoslav kilsə. Kilsə İsrail, Fələstin Dövləti və İordaniyanı əhatə edir. III Feofil kilsənin indiki patriarxıdır.
Kudsi Erguner
Kudsi Ergüner (4 fevral 1952, Diyarbəkir) — türk musiqiçisi. O, ənənəvi Mövləvi təsəvvüf musiqisinin mahir ustasıdır və Ney alətinin tanınmış ifaçılarındandır. == Bioqrafiya == Erguner 1952-ci ildə Diyarbəkirdə anadan olub. O, musiqi karyerasına 1969-cu ildə İstanbul Radiosunda başlayıb. Osmanlı musiqisinin köklərini tədqiq edib, və musiqilərində istifadə edib. Yetmişinci illərdə Ergüner Parisə köçdü və burada səksəninci illərin əvvəllərində klassik sufi musiqisinin öyrənilməsi və tədrisi ilə məşğul olan Mövlana İnstitutunu qurdu. Kudsi Erguner Ansamblı ilə birlikdə o, mədəniyyətinin müxtəlifliyi ilə bağlı dərin anlayışlar inkişaf etdirdi. Qrup klassik Osmanlı ifa mədəniyyətinin həm orijinal, həm də indiyə qədər izlənilə bilən müasir və klassik əsərlərin hərtərəfli repertuarını dinləyiciyə çatdırır. == Albomları == Meditation on the Ney (Unesco Collection), 1978 Whirling Dervishes from Turkey, with Kemal Evren, Tugrul Inancer, Aram Kerovpyan, Muzzffereddîn Ozak, Hafiz Kemâl Ozmutlu, Mahmud Tabrîzîzade, 1981 Turkey: Art of the Ottoman Tanbur, 1989 The Mystic Flutes of Sufi: Preludes to Ceremonies of the Whirling Dervishes, with Suleyman Erguner, 1988 Cérémonie des Derviches Kadiri, 1989 Fasl Hidjaz Houmayoun, 1990 Sufi Music of Turkey, with Suleyman Erguner, Mahmoud Tabrizi Zadeh, Bruno Caillat, 1990 The Turkish Ney, with Salih Dede, Suleyman Erguner, 1990 Gazel: Classical Sufi Music of the Ottoman Empire, with Husnu Anil, Aziz Bahriyeli, Yusuf Bilgin, Mehmet Emin Bitmez, Suleyman Erguner, Hasan Esen, Fevzi Misir, Walter Quintus, Kurt Renker, 1991 Ottoman Classical Music, with Gilles Andrieux, 1992 Peshrev & Semai of Tanburi Djemil Bey, with Walter Quintus, 1994 L'Orient de L'Occident: Flamenco & Ottoman Sufi Music, with Yusuf Bilgin.
Müdri
Müdri – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında, Müdrü çayının sağ sahilində yerləşir.Kəndin əhalisi 95 nəfərdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 5 km yolu atla və ya piyada getmək olar. Bu zonada yerləşən Müdri, Müdrüsə, Pirəqanım və Bağəli kəndlərindən Küpüc dağını aşmaqla atla və ya piyada Aşağı Cülyan kəndinə yol vardır. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Müdri kəndində 34 ev var. Əhalisi 88 nəfərdir ki onunda 39 nəfəri kişi, 49 nəfəri qadındır. === Şəhidləri === 1.
Püssi
Püssi (est. Püssi) — Estoniyanın şimali-şərqində, İda-Virumaa bölgəsində şəhər.
Qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Ağudi
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. == Tarixi == Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.
Fudzi
Fuci (富士山 Fuci-san) və ya Fuciyama "müqəddəs dağ") Yaponiyada yerləşən, hündurluyü 3777 metr olan yatmış vulkan. Burada həmçinin Yaponiyanın ən uca zirvəsi yerləşir. Bu sonuncu dəfə burada vulkan 1707-1708 illərə təsadüf etmişdir. Fuci dağı yaponların ən çox ziyarət etdiyi məkandır.