MÜŞƏMBƏ

is. [əsli ər. müşəmbə] Su keçirməmək üçün bir və ya hər iki üzünə xüsusi maddə sürtülmüş parça.
Ortada, üstünə müşəmbə salınmış stolun üzərində yanan çıraq ətrafa solğun bir işıq salırdı. S.Rəhman.
Musa kişi … masanın müşəmbəsini qaldırıb altına baxdı. Mir Cəlal.

// Müşəmbədən olan, müşəmbədən tikilmiş, üzü müşəmbə olan. Müşəmbə plaş.
[Ağabala] bel kimi iri və bərk əlini kabinənin bozarmış müşəmbə döşəkcəsinə vurub deyərdi… Mir Cəlal.

MÜŞƏBBƏK
MÜŞƏMBƏLƏMƏ

Значение слова в других словарях