Yusif Qazıyev (müəllim)
Yusif Qazıyev (2 fevral 1934, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru
Yusif Xıdır oğlu Qazıyev 2 fevral 1934-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kəndində anadan olmuşdur.
O, 1949-cu ildə natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan SSR-nin (Gürcüstan Respublikası) Marneuli (Sarvan) pedaqoji məktəbini, 1957-ci ildə Azərbaycan Dillər universitetini bitirmiş, 1971-1975 ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitununun (Azərbaycan Təhsil Problemləri İnstitutu) dissertantı və 2010-2015 ci illərdə müstəqil tədqiqatçı kimi ADPU-nun doktorantı olmuşdur. Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru,"Qızıl qələm" lauretaı, və əmək veteranıdır.
Yusif müəllim bir çox əsər və kitabların müəllifidir.Onun özü və keçmiş ata-babaları digər həmyerliləri kimi bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya (1905-1907, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1991 ci illərdə) məruz qalmış, hər dəfəfə mənəvi, fiziki əzab və itkilərə düçar olmuşlar.
Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir.
Ailəlidir 2 oğlu, 5 nəvəsi var.
"Şərəfli müəllim ömrü yaşayan insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010.