Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məkruh
Məkruh — əməl yerinə yetirildikdə heç bir günah yazılmayan, lakin bəyənilməyən əməldir. Dində qəti olaraq qadağan edilməyən,ancaq icrası da xoş qarşılanmayan davranış və hərəkətlərdir. Hər hansı bir işin günah olub-olmamasın onun necə, nə zaman, harada, kim tərəfindən icrasından da asılıdır. Bununla yanaşı, kiçik də olsa, günahlara əhəmiyyətsiz baxmamalıyıq. Nazik iplər birləşib kəndir əmələ gətirdiyi kimi, kiçik günahlar da birləşib böyük günahlara çevrilir. == Xüsusuiyyətləri == Dəstəmaz alarkən suyu israf etmək, burunu sağ əllə təmizləmək, namazda əsnəmək,ayaqyolu ehtiyacı ola-ola namaz qılmaq məkruhdur. Dində bu cür halların haram buyurulmaması və Allah-Təalanın bizi daim günah işləməkdən qorumaq istəməsi onun bəndələrinə mərhəmətindən irəli gəlir.
Məktub
Məktub — xəbər, vacib məlumat çatdırmaq üçün ənənəvi vasitədir. İnsanlar arasında informasiya mübadiləsi üçün nəzərdə tutulmuşdur. Məktublar müxtəlif formalarda — daş üzərində, ağac qabığı üzərində, kağız üzərində, elektron (e-mail) formada və s. olurlar. Dünyadakı ən böyük məktub XVI əsrdə 10 m uzunluğu, 7 m eni olan perqament üzərində yazılan, Səfəvi şahı tərəfindən Türk sultanı Sultan Süleymana göndərilən hesab olunur. Bu məktub Ankara Milli Muzeyində (Ankara Etnografya Müzesi) saxlanılır. == Məktubun tərtib olunma qaydası == Müraciət hissəsi (başlıq). Məktubun ünvanlandığı şəxsə xitabı əhatə edir; Ümumi hissə. Hal-əhval tutulur, yazan özünün vəziyyəti haqda məlumat verir; Fərqləndirici hissə. Bu hissə məktubun əsasını, məzmununu əhatə edir.
Məzhəb
Məzhəb (ərəb. مذهب‎) — Məzəbin lüğəti mənası "getmək, yol almaq" olub, "zəhəb" kökündə törəmiş bir sözdür və gedilən yer, yol mənasına gəlir. Zamanla terminləşən "məzhəb" sözü, fərqli sistemlərdə müxtəlif mənalarda istifadə edilmişdir. Kəlam elmində məzhəb bir alimin dini əqidə ilə bağlı məsələlərini izah edərkən seçdiyi yolu və ya bu şəkildə meydana gəlmiş bir kəlam məktəbini ifadə edir. Fiqhdə isə məzhəb, dinin əməli sahəsinə aid mövzularda fəqihin seçmiş olduğu yol və ya bu yol ilə ortaya çıxmış bir fiqh məktəbidir. Kəlam və məzhəblər tarixinə görə, "İslam məzhəbləri" məfhumu ümumilikdə, islam tarixində ortaya çıxan düşüncə, inanc və siyasi xarakteli zümrələşmələri ifadə edir. Bu elmin mütəxəssisləri məzhəbin tərifini " İslam dinin etiqadi və siyasi sahədəki düşüncə məktəbləri" şəklində vermişlər. Bu mənada məzhəb, "müəyyən bir şəxsin və ya o şəxsə tabe olan topluluğun, öz sosial-mədəni mirasına bağlı qalaraq Qurani-Kərimi və Məhəmməd peyğəmbərin (s) sünnəsini anlama şəkilləri" olaraq qəbul edirlər. == Əsahbul-məqalat == İslam dinin tarixi ərəfəsində birdə "əshabul-məqalat" adlı dini və siyasi qruplaşmalar olmuşdur. Bunun səbəbi isə bəzi alimlərin cəmiyyətdəki məsələlərlə bağlı "məqalə" (fikir, söz) adı yazılar yazmış və ya bəzi fikirlər sözlərlə ifadə etmələri olmuşdur.
Məzmun
Məzmun: Mövzu sözünün sinonimi; Məzmun (kitab) Məzmun (kompüter) — veb saytlardakı materiallar.
Məğrib
Məğrib — ərəbcə qərbdə olan. Tarixi Ərəbistana nisbətən qərb Şimali Afrikada yerləşdiyindən ərəb, sonradan isə ümumiyyətlə Orta Əsr müsəlman ənənəsinə görə buralara Məğrib deyirdilər. Əsasən Əlcəzair, Mərakeş, Tunis qismən Mavritaniya Məğrib adlandırılırdı. == Region ölkələri == Hal-hazırda region 2 yerə ayrılır:Böyük və Kiçik Məğrib. Kiçik Məğribə Mərakeş,Əlcəzair,Tunis daxildir.Böyük Məğribə Kiçik Məğrib regionundakı ölkələrdən(Mərakeş,Əlcəzair,Tunis) əlavə olaraq Qərbi Səhra,Mavritaniya,Liviya daxildir.
Mizrab
Mizrab, plektr (q.yun. πλῆκτρον plēktron, πλήσσω plēssō dən - vururam), və ya mediator — sümük, plastik və ya metal plastinkadan hazırlanan barmaqla tutularaq simli alətləri ifadə edən köməkçi vasitə.
Mərib
Mərib (ərəb. مأرب‎) — Yəməndə şəhər. == Tarixi == Tarixləri miladdan öncə VIII əsrə qədər çatan Səba kitabələrində Mryb (Mrb) şəklində qeyd edilən şəhərin adı Ərəb dilli qaynaqlarda Mərib (Marib) olaraq keçir. Mərib kəliməsi haqqında, Səba krallarına verilən bir ünvan vəya Ad qəbiləsinin qollarından birinin adı olduğu yaxud “sahib, hakim” anlamını daşıyan Himyəricə maridən ya da ərəbcə “ehtiyaç” anlamındakı ərəbdən gəldiyi yolunda müxtəlif fərziyyə və görüşlər iləri sürülmüşdür . Kimlər tərəfindən nə zaman qurulduğu bilinməyən Mərib, miladdan öncə I minildə Cənubi Ərəbistanın dəniz ipək yolu üzərindəki ən böyük mərkəzi və Səba dövlətinin paytaxtı idi. Arxeoloji qazıntı nəticələrinə görə antik şəhər 1 km²lik bir sahəni əhatə edirdi və səkkiz qapılı bir divarla çevrilmişdi. Hələ qədim zamanlardan Məribin ən böyük və ən məşhur memarlıq əsərləri arasında saraylar və mabədlər yer alırdı. Tarixçi Həmdani Məribdə Səlhin, Həcər və Kaşib adlı saraylardan bəhs edir . Kitabələrdə də adı keçən Səlhin (Səlhim) Sarayı kralların hakimiyyət mərkəzi və iqamətgahı olaraq istifadə edilməklə, pullar da burada zərb olunurdu. Ən önəmli məbəd, şəhərdən 5 km.
Məzrə
Azərbaycanda Məzrə (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Məzrə (Ordubad) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Yuxarı Məzrə — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Naxçıvan-Babək)-Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Babək rayonunda kənd. Ermənistanda Böyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Kiçik Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Məzrə çayı — Göyçə mahalının Basarkeçər rayonunda çay. Məzrə (Sisyan) — Zəngəzur mahalının Sisyan rayonunda kənd.
Atama məktub
Atama məktub (almanca: ) - Frans Kafkanın 1919-cu il noyabr ayında atası Hermana yazdığı, ancaq göndərilməmiş məktub. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır. 1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır. Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır.
Açıq məktub
Açıqca (açıq məktub) — konvertsiz açıq təbrik məktubu kimi istifadə olunan xüsusi poçt blankı. Kolleksiyası filokartiya adlanır. == Yaranma tarixi == İlk açıq tərik məktubunu – sonradan “yazışma kartı” adlandırılmış açıq məktubu 1 oktyabr 1869-cu ildə Macarıstanda avstriyalı professor Emanuel Hermannın (Emanuel Herrmann) təklif etmişdir. Elə həmin il çap olunan açıqcalar müasir dövrümüzdə də çox populyardırlar. Sovet dövründə açıqca Azərbaycan dilində rus dilindəki kimi otkrıtka adlandırılırdı. 2013-cü ildə AMEA-nın Rəyasət Heyətində açıq məktubun "Təbriknamə" adlandırılmasına qərar verilmişdir. lakin buna baxmayaraq cəmiyyətdə belə məktublar hələ də "otkrıtka" adlandırılır. == Dizaynı və forması == Açıqça və ya təbriknamə standart və qeyri-standart formatlarda, müxtəlif fakturalı kağızlarda fəqrli çap üsulları ilə hazırlana bilər. Dizayna əsasən açıqçalara laminasiya, tam və hissəli UF laklama, özəl fiqurlu kəsim, naxış basma, termoqaldırma kimi çap və cap sonrası xidmətlər göstərilə bilər. Onların hazırlanma vaxtı sayından və hazırlanma üslubundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.
Babarəhim Məşrəb
Babarəhim Məşrəb (1657[…], Nəməngan – 1711[…], Bəlx, Bəlx vilayəti) — Özbəkistan şairi. == Həyatı == Babarəhim Məşrəb (1657–1711) məşhur cığatay şairi, doğulduğu yerdən azadfikirlilik üstündə sürgün olunmuş, dərviş kimi Orta Asiya və Hindistanı gəzmişdir. Şeirlərində əyanları, məmurları, fitnəkar dindarları ifşa etdiyi üçün divanə çağrılmışdır. Bəlx hakiminin əmri ilə edam edilmişdir. Babarəhim Məşrəbin yaradıcılığında sufilik ideyaları öz əksini tapmışdır. Şeirləri (qəzəl, müxəmməs, müsəddəs və s.) səmimiliyi, dilinin sadəliyi ilə seçilir. Rədifdən məharətlə istifadə etmişdir. "Nur mənbəyi" didaktik əsəri var. Filosof, sufi şair Babarəhim Məşrəb haqqında yazılmış qısa məlumat hər halda onun taleyi barədə müəyyən epizodları aydınlaşdırır.
Elektron məktub
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Məhbub Hüseynzadə
Məhbub Şüküroğlu
Mərzrud (Kəleybər)
Mərzrud (fars. مرزرود‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (50 ailə).
Məğrur Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Məğrur başınağacı
Lantana başınağacı (lat. Viburnum lantana) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Qərbi Avropada, Şimal-Qərbi Afrikada və Cənub-Qərbi Asiyada və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Boyu 4 m-ə çatan, çətirli və qövsvari qalxan zoğlu, gözəl, sıxyarpaqlı koldur. Yarpağı qaidə hissədən yumurtavari-ovalvari və ya ürəkvaridir, kənarları zəif dişlidir, uzunluğu 18 sm-dək, üstü tünd-yaşıl, alt tərəfi boz, keçə tüklüdür. Gövdəsinin qabığı tünd-qonur rəngdə olub, məxməri yumşaqdır. Cavan zoğları tükcüklüdür. Ağ, xırda meyvə verən çiçəkləri budaqların uclarındaçətirvari çiçək qruplarına yığılmışdır. May ayında çiçəkləyir, çiçəkləri ikicinslidir, xırdadır, qalxanvarı çiçək qrupunda yerıəşir. Meyvəsi payızda yetişir.
Məczub Təbrizi
Məczub Təbrizi — şair. == Həyatı == Şərəfəddin Mirzə Məhəmməd Məczub Təbrizi haqqında Vəliqulu bəy Şamlu "Qisəsi-Xaqani" adlı təzkirəsində yazır:"Onun əsli təbrizlidir. Şairlik fənnində böyük ustaddır. Fəzilət ehsanı süfrəsindən tam bəhrəsi var. Çox fəsahətli və bəlağətli olduğundan nəzm və nəsr gülüstan və bustanının qəzəlxan bülbülüdür. Qəzəldə Xacə Hafiz Şirazinin yolu ilə getdiyini bildirir. Təxminən üç min beytlik "Şahrahi-nicat"adlı məsnəvisi var. Onun toplanmış beytlərinin sayı on mindən artıqdır". Məczubun təvəllüd tarixi məlum deyil. Bir rübaidən aydın olur ki, o,1682-ci ildə vəfat etmişdir.
Məktub (albom)
Məktub - Azərbaycan musiqiçisi Qara Dərvişin 2017-ci ildə işıq üzü görən albomu.
Məktub (mahnı)
Məktub — 2012-ci il 26 iyul tarixində video kimi təqdim olunmuş, Miri Yusifin sayca 4-cü olan Nirvana albomundan olan mahnı. Mahnının sözləri Miri Yusifə, musiqisi Emin Kərimiyə aiddir. == Klip == Mahnının videosu Xınalıq kəndində lentə alınıb.
Məktub ölçüsü
Məktub ölçüsü – ABŞ-də, Kanadada, Meksikada və bəzi başqa ölkələrdə istifadə olunan standart kağız ölçüsü: 8.5x11 düym (216x279 mm) bərabərdir. Şimali Amerikadan kənarda istifadə olunan və beynəlxalq standart olan A4 formatına (210×297 mm) yaxındır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Məzmun moderasiyası
Məzmun moderasiyası — istifadəçiləri şərh yazmağa dəvət edən internet saytlarında tez-tez senzura və ya zidd görüşlərin sıxışdırılması məqsədilə faydalı və ya məlumatlandırıcı töhfələrdən fərqli olaraq, əhəmiyyətsiz, ədəbsiz, qeyri-qanuni, zərərli və ya təhqiredici töhfələrin aşkarlanması prosesi. Məzmun moderasiyasının məqsədi problemli məzmuna xəbərdarlıq etiketini silmək və ya tətbiq etmək, ya da istifadəçilərə məzmunu özləri bloklamaq və filtrləmək imkanı verməkdir. İnternet forumları, bloqlar və phpBB, viki və ya "PHP-Nuke" və s. kimi skriptlərlə dəstəklənən xəbər saytları daxil olmaqla, müxtəlif növ internet saytları istifadəçi tərəfindən yaradılan məzmuna, o cümlədən şərhlərə icazə verir. Saytın məzmunundan və nəzərdə tutulan auditoriyadan asılı olaraq, saytın administratorları hansı növ istifadəçi şərhlərinin uyğun olduğuna qərar verir, sonra şərhləri yoxlamaq məsuliyyətini daha kiçik moderatorlara həvalə edirlər. Əsas platformalar alqoritmik alətlər, istifadəçi hesabatları və insan baxışının birləşməsindən istifadə edir. Sosial media saytları nifrət nitqi və ya digər xoşagəlməz məzmun üçün işarələnmiş məzmunu əl ilə yoxlamaq və ya silmək üçün məzmun moderatorlarından istifadə edə bilər. Digər məzmun məsələlərinə qisas pornosu, qrafik məzmun, uşaq istismarı materialları və propaqanda daxildir. Bəzi veb-saytlar da öz məzmununu reklamlar üçün qonaqpərvər etməlidir. == Nəzarətçi moderasiyası == Birtərəfli moderasiya kimi də tanınan bu cür moderasiya sistemi tez-tez internet forumlarında müşahidə olunur.
Bala Məzrə
Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Bala Məzrə rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Məzrə`ə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi qeyd edilmişdir. Kəndin bir adı da «Qulu ağalı» olmuşdur. Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşmışdır. «Bala» fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.
Böyük Məzrə
Böyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Böyük məzrə kəndinin yaranma tarixi XIV əsrin axırları (1387–1388), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə dəyişdirilmişdir. Kəndin ilk adı XVII əsrin ortalarında (1650) qədər Quluağalı, ikinci adı 1956-cı ilə qədər Böyük Məzrə, üçüncü adı isə 1988-ci ilin dekabrına qədər erməni dilində də həmin mənanı bildirən Mets Mazra olmuşdur. Qazax mahalından Göyçə mahalına gələn dörd qardaşlar Vəliağa (Zod) Hüseynquluağa (Nərimanlı), Qaraiman (Oğruca) və Quluağa isə Böyük Məzrə kəndinin himini salmışdır. Kəndin ilk adı Quluağalı sözünün mənası, kəndin himini salan Qulu ağanın adı ilə bağlıdır.Kəndin ikinci adı Böyük Məzrə sözünün mənası iki mənanı kəsb edir. 1.Böyük Məzrə sözü ərəb dilində "Düzənlik", 2.Fars dilində isə "Bolluq və Bərəkətlik" mənasını bildirir. Kəndin ərazisinin əkin yerləri böyük düzənliklərdən ibarət olduğuna görə adı Böyük Məzrə adlandırılmışdır. Kəndin üçüncü adı olan Mets Mazra sözünün mənası erməni dilində də həmin mənanı bildirir. ХIХ əsrin оrtаlаrındа kəndin mаldаrlаrının "Аğdаş" və "Hаcı Qurbаn dərəsi" аdlı yаylаq yеrləri оlmuşdur.
Kiçik Məzrə
Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Bala Məzrə rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Məzrə`ə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi qeyd edilmişdir. Kəndin bir adı da «Qulu ağalı» olmuşdur. Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşmışdır. «Bala» fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.
Mehrab
Mehrab — məscidlərin qiblə tərəfindəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer.
Mütrüb
Mütrüb — bu söz məna və mahiyyətcə əyləndirən, könülaçan kimi yozulur. Ərəb dilində "çalğıçı, sazəndə, rəqs edə-edə mahnı oxuyan, qız paltarında toylarda oynayan oğlan" mənaları var. Xalq deyimlərində həmin sözün mütrib, mütrüf, mütrüp tələffüzləri də var. Mütrüb sözü lap qədim dövrlərdə Azərbaycan ərazisindəki dini məbədlərdə lüt, əksər hallarda yarımçılpaq görkəmdə rəqs edənlərin adları ilə bağlıdır. Eyni zamanda lal oyunu (pantomima) ifaçısının adı ilə də əlaqəlidir. Eramızın XXI əsrlərindən başlayaraq, təxminən beş yüz il sözü rəqs edə-edə oxuyan şərqiçilərə, həmçinin çalğıçılara, aşıqlara, nəqqallara (nağıl danışan ifaçılara) da mütrüb deyilib. XIX əsrdən etibarən toylarda, el şənliklərində, qapalı əyləncə mərasimlərində incə, zərif bədənlərinə qadın paltarı geyinib rəqqaslıq edən oğlanlar mütrüb adı ilə çağırılıblar. Rəqqas mütrüb uzun saç buraxır, dırnaqlarına xına yaxır, gümüşdən belbağı, sinəbənd taxır, boynundan həmayil asır, dikdaban ayaqqabı geyinirdi. Barmaqlarına taxdığı mis halqalarla musiqinin ritmini tutan mütrüb tamaşaçılara işvə, naz atır, danışmadan erotik ruhlu qaş-göz oynadırdı.
Məəgüb
Məəgüb - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında,Sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd. Kəndin adı bəzi mənbədə Muqub olaraq keçir. Kəndin adı 26.12.1968 tarixində dəyişdirilərək Balahovit qoyulmuşdur.
Mehrab (şahzadə)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Mehrab Niftəliyev
Mehrab Söhrab oğlu Niftəliyev (13 may 1985; Quba rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Mehrab Niftəliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mehrab xan
Mehrab xan (vəfatı 1649) — Səfəvi sərkərdəsi. Mirimanidze nəslinin üzvü əvvəlcə naməlum bir tarixdə Bust bəylərbəyi vəzifəsində adı çəkilir. Sonralar Astrabad bəylərbəyi, 1649-cu ildə isə eyni il ərzində öldüyü Qəndəhar şəhərinin bəylərbəyi təyin edildi. Qəndəharda onun yerinə gürcü qohumu Otar bəy gəldi. == Mənbələr == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 153, 169, 257. ISBN 978-1933823232. Matthee, Rudi.
Mezraa (İğdır)
Mezraa — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci il qaynaqlarında Xarabemezra olaraq qeyd edilir. Kənd 1928-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdırdan 28 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 90 kürd yaşayırdı.
Muğancıq Mehrab
Muğancıq Mehrab — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir.Yaşayış məntəqəsi Mehrab adlı şəxsin başçılığı ilə muğanlı tayvasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Burada muğancıq "kiçik muğanlı, muğanlıların kiçik hissəsi" deməkdir.