MƏHCUB

sif. [ ər. ] klas. Utanmış, utanan, utancaq.
[Günəş] məhcub və tutqun bir halda yatağına çəkildi. A.Şaiq.
Səhərlər üfüqlər məhcub qız yanaqları kimi qızarırdı. Ə.Məmmədxanlı.

□ Məhcub etmək – utandırmaq.
[Qızın] yanaqları qüruba süslər verər, dodaqları gülləri məhcub edər qədər gözəl idi. Çəmənzəminli.

Məhcub olmaq – utanmaq, sıxılmaq, xəcalət çəkmək.
Şeytan kimi həqdən bu gün məhcub olan biganədir. Nəsimi.
O gülgün çöhrə guya sarsılır, məhcub olur hər an. H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏHCUB məhcub bax utancaq
MƏHBUSLUQ
MƏHCUBLUQ

Digər lüğətlərdə

доку́чливо ингу́шка печа́льный пошехо́нский разво́зчица футерова́ние электрола́мпа энуре́з воспринима́ть дегенера́ция декана́тский забо́тливый кирпи́чный подреше́тник светло-зелёный титуля́рный советник asynchronous Cinderella euphony hostageship muzzle-loader sphygmogram strangulation визгливость возница