MƏMMƏDCAN
MƏMMƏDƏLİ
OBASTAN VİKİ
Aşıq Məmmədcəfər
Vayxırlı Məmmədcəfər (XIX əsr, Türkeş, Şahbuz rayonu – XX əsr) — aşıq. == Həyatı == Şahbuz rayonunun Tirkeş kəndində anadan olub.Vayxırlı Məmmədcəfər XIX əsrin ikinci yarısı-XX əsrin 30-cu illərində yaşayıb. == Yaradıcılığı == === Yaradıcılığının bədii istiqaməti === Ədəbi irsindən bir neçə qoşma,təcnis, satirik şeir və "Məmmədcəfər-Səhnə xanım" dastanının deyişmə hissəsi qalmışdır. Əldə olan nümunələrdən Vayxırlı Məmmədcəfər orijinal üslüba malik sənətkar olduğu görünür. İctimai mövzulara daha çox meyl etmiş,şeirlərində ancaq şəxs mənfəətini düşünən ruhanilərin, hakim təbəqələrin bəd əməllərini ifşa etmişdir. Onun tənqid hədəfləri real həyati şəxslərdir (Dəmirçi kəndinin koxası haqqında həcvsayağı şeiri və s.). Bu cəhət Vayxırlı Məmmədcəfəri XIX əsrin realist-satirik Azərbaycan şairlərinə yaxınlaşdırır.
Məmmədcəfər Cəfərov
Məmməd Cəfər (Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu; 9 may 1909, Naxçıvan – 11 may 1992, Bakı) — tənqidçi, ədəbiyyatşünas, nasir,Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), filologiya elmləri doktoru (1961), professor (1963), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1982). == Həyatı == Məmmədcəfər Cəfərov 9 may 1909-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini burada aldıqdan sonra 1928-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuyub. Daha sonra 1932-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsil alıb. O, 1935-1938-ci illərdə həmin universitetin Ərəb ədəbiyyatı kafedrasının aspirantı olub. == Əmək fəaliyyəti == Məmmədcəfər Cəfərov ADPU-nun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, 1932-1935-ci illərdə "Gənc işçi", "Maarif işçisi" qəzetlərinin redaksiyalarında şöbə müdiri olub. O, 1938-1939-cu illərdə Ədəbiyyat fakültəsinin dekanı, 1939-1941-ci illərdə Bakı İkiillik Müəllimlər İnstitutunda baş müəllim vəzifəsini icra edib. BDU-nun Rus ədəbiyyatı kafedrasında dosent, həmçinin "Ədəbiyyat qəzeti" redaksiyasında şöbə müdiri (1941–1943) olub.Məmmədcəfər Cəfərov 1943-1945-ci illərdə Quba Müəllimlər İnstitutunda elmi işlər üzrə direktor müavini, eyni zamanda 1945-1949-cu illərdə "Ədəbiyyat qəzeti"nin redaktoru olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı olan Cəfərov Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi (1945–1951) olaraq fəaliyyət göstərib.Məmmədcəfər Cəfərov Bakı Dövlət Universitetinin 1951-1953-cü illərdə Rus ədəbiyyatı kafedrasının müdiri, 1959-1979-cu illərdə Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, 1979-1981-ci illərdə həmin institutun direktoru olub. Akademik Azərbaycan EA Ədə­biy­yat, Dil və İncəsənət Bölməsinin aka­de­mik-katibi (1981-1987) və 1987-1992-ci illərdə Azər­bay­can Elm­lər Aka­demiyası Əlyaz­ma­lar İns­titutun­un baş elmi işçisi vəzifələ­rində çalışıb.
Vayxırlı Məmmədcəfər
Vayxırlı Məmmədcəfər (XIX əsr, Türkeş, Şahbuz rayonu – XX əsr) — aşıq. == Həyatı == Şahbuz rayonunun Tirkeş kəndində anadan olub.Vayxırlı Məmmədcəfər XIX əsrin ikinci yarısı-XX əsrin 30-cu illərində yaşayıb. == Yaradıcılığı == === Yaradıcılığının bədii istiqaməti === Ədəbi irsindən bir neçə qoşma,təcnis, satirik şeir və "Məmmədcəfər-Səhnə xanım" dastanının deyişmə hissəsi qalmışdır. Əldə olan nümunələrdən Vayxırlı Məmmədcəfər orijinal üslüba malik sənətkar olduğu görünür. İctimai mövzulara daha çox meyl etmiş,şeirlərində ancaq şəxs mənfəətini düşünən ruhanilərin, hakim təbəqələrin bəd əməllərini ifşa etmişdir. Onun tənqid hədəfləri real həyati şəxslərdir (Dəmirçi kəndinin koxası haqqında həcvsayağı şeiri və s.). Bu cəhət Vayxırlı Məmmədcəfəri XIX əsrin realist-satirik Azərbaycan şairlərinə yaxınlaşdırır.
Məmmədcəfərli
Məmmədcəfərli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Məmmədcəfərli kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaravəlilər kəndi mərkəz olmaqla, Qaravəlilər kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə indiki Tovuz rayonunun Bozalqanlı kəndindən köçüb gəlmiş Mehdi adlı şəxs bina etmişdir. Kənd sonralar onun böyük oğlu Məmmədcəfərin adı ilə adlanmışdır. Oykonim "Məmmədcəfərin nəslindən olanlar, məmmədcəfərgillər" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 422 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.