Məmmədcəfər Cəfərov

Məmməd Cəfər (Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu; 9 may 1909, Naxçıvan11 may 1992, Bakı) — tənqidçi, ədəbiyyatşünas, nasir,Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), filologiya elmləri doktoru (1961), professor (1963), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1982).[1]

Məmməd Cəfər
Doğum tarixi 9 may 1909(1909-05-09)
Doğum yeri
Vəfat tarixi 11 may 1992(1992-05-11) (83 yaşında)
Vəfat yeri
Elm sahəsi ədəbiyyatşünaslıq
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1982 Azərbaycan SSR Dövlət mükafatı
"Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni
Məmmədcəfər Cəfərovun evi

Məmmədcəfər Cəfərov 9 may 1909-cu ildə Naxçıvan şəhərinin Anbar məhəlləsində dərzi ailəsində anadan olub. 1919-cu ildə hər iki valideynini itirmişdir. 1920-ci ildə o, atasının dostları sayəsində "Qızıl ordu" üçün paltar tikən dərzixanaya şagird qəbul olunur. Buradan alınan maaşla ailəni saxlamaq mümkün olmadığını görəndə nənəsi onu şatır-çörəkçi qohumlarının yanında kündəgirlik işinə düzəldir[2]. İlk təhsilini Naxçıvanda aldıqdan sonra 1928-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuyub. Daha sonra 1932-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsil alıb. O, 1935-1938-ci illərdə həmin universitetin Ərəb ədəbiyyatı kafedrasının aspirantı olub.[1] Məmmədcəfər Cəfərov 11 may 1992-ci ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn edilib.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məmmədcəfər Cəfərov ADPU-nun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, 1932-1935-ci illərdə "Gənc işçi", "Maarif işçisi" qəzetlərinin redaksiyalarında şöbə müdiri olub. O, 1938-1939-cu illərdə Ədəbiyyat fakültəsinin dekanı, 1939-1941-ci illərdə Bakı İkiillik Müəllimlər İnstitutunda baş müəllim vəzifəsini icra edib. BDU-nun Rus ədəbiyyatı kafedrasında dosent, həmçinin "Ədəbiyyat qəzeti" redaksiyasında şöbə müdiri (1941–1943) olub.[1]

Məmmədcəfər Cəfərov 1943-1945-ci illərdə Quba Müəllimlər İnstitutunda elmi işlər üzrə direktor müavini, eyni zamanda 1945-1949-cu illərdə "Ədəbiyyat qəzeti"nin redaktoru olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı olan Cəfərov Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi (1945–1951) olaraq fəaliyyət göstərib.[1]

Məmmədcəfər Cəfərov Bakı Dövlət Universitetinin 1951-1953-cü illərdə Rus ədəbiyyatı kafedrasının müdiri, 1959-1979-cu illərdə Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, 1979-1981-ci illərdə həmin institutun direktoru olub. Akademik Azərbaycan EA Ədə­biy­yat, Dil və İncəsənət Bölməsinin aka­de­mik-katibi (1981-1987) və 1987-1992-ci illərdə Azər­bay­can Elm­lər Aka­demiyası Əlyaz­ma­lar İns­titutun­un baş elmi işçisi vəzifələ­rində çalışıb.[1]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məmmədcəfər Cəfərov ədəbi fəaliyyətə 1937–1938-ci illərdə "Kommunist", "Yeni yol" və "Ədəbiyyat qəzeti"ndə N. Q. Çernişevski, A. İ. Gertsen, V. Q. Belinski, Anri Barbüs, M. Qorki və V. Mayakovski kimi sənətkar yazıçılar haqqında dərc etdirdiyi məqalələrlə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxan elmi, ədəbi-tənqidi-publisist və bədii əsərləri onu elmi, ictimai və publisist fikrimizin mötəbər xadimi kimi tanıdır. Onun yaradıcılığı çoxcəhətli və geniş əhatəlidir: Azərbaycan-rus ədəbi əlaqələri, Azərbaycan, rus və Avropa klassik ədəbi irsi, dərsliklər, ədəbiyyat tarixləri və ali məktəblər üçün mühazirələri onu tənqidçi, ədəbiyyatşünas-alim, pedaqoq kimi səciyyələndirir.

Aspirant və dissertantlara elmi rəhbərlik etmiş, elmlər namizədi və elmlər doktorları yetişdirmiş, akademik Feyzulla Qasımzadə ilə birlikdə orta məktəb üçün XIX–XX əsrlər ədəbiyyat dərsliyini yaratmışdır. 30 ilə yaxın pedaqoji fəaliyyəti ərzində rus ədəbiyyatı, Qərb ədəbiyyatı, estetika və tənqid tarixi, mətbuat tarixi, Azərbaycan ədəbiyyatı tarixi kurslarını yaratmış və tədris etmişdir. Onun ədəbi-tənqidi və publisist əsərləri keçmiş SSRİ xalqlarının dillərində nəşr olunmuşdur. "Mirzə Ələkbər Sabir" və "Cəlil Məmmədquluzadə" kitabları rus, ingilis, fransız, ərəb, fars, ispan, türk dillərində buraxılmışdır. O, 1970-1974-cü illərdə ali məktəblər üçün 3 cildlik "XIX əsr rus ədəbiyyatı tarixi" kitabını nəşr etdirib.[1]

Akademik "M.F.Axun­­­dovun ədə­bi-tənqidi gö­rüş­ləri" (1950), "Füzuli düşünür" (1959), "Hüseyn Cavid" (1960), "Azər­bay­can ədə­biyyatında romantizm" (1963), "Mü­tə­fəkkirin şəx­siyyəti" (1967), "Nizami­nin fikir dün­­ya­sı" (1982) və s. təd­qi­qat­la­rın müəllifidir. Alimin rəhbərliyi ilə onlarla elmlər na­­mizədi və elmlər doktoru təd­qiqat apa­­rıb. Məmmədcəfər Cəfərovun 30-dan artıq kitabı, 750-yə qə­­dər məqaləsi işıq üzü görüb.[1]akademik Məmməd Cəfər Cəfərov romantizmi ilk dəfə nəzəri səpkidə şərh edən” (Y.Qarayev), “Azərbaycan romantizmi elminin binövrəsini qoyan” (Elçin) elm xadimi kimi “Azərbaycan romantizmşünaslığının banisidir”[3]

İlk bədii əsəri "Snayper İlyas" (B., Azərnəşr, 1942) oçerklərindən başqa əsərlərini "Zurnaçı", "M. N.", "Dəmdəməki", "Zorən təbib", "M. Zeynaloğlu" imzaları ilə çap etdirmişdir. Məmməd Cəfər nəsr əsərlərində "Molla Nəsrəddin", "M. Nəsrəddinov", "M. N" "M. Zeynaloğlu", "Zurnaçı", "Zorən təbib", "Dəmdəməki" imzalarından istifadə edib[6]

  • "Qayanın dibində"
  • "Qeybalının dostuna məktubu"
  • "Metronun əxlaqı"
  • "Sehrli palto"
  • "Zənbillər"
  • "Bir yüngülvari səhv"

Dram əsərləri

[redaktə | mənbəni redaktə et]
  • "İnsanlar və talelər"
  • "Get dolangilən, xainsən hələ"
  • "İnsanlar və talelər"
  1. 1 2 3 4 5 6 7 8 9 10 "Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu" (Azərbaycan). science.gov.az. 16-09-2021 tarixində arxivləşdirilib.
  2. "Məmməd Cəfər - 100". anl.az. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  3. Həbibbəyli, İsa. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı: Elm və təhsil. 2022.
  4. Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1976-cı il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  5. Respublikanın elmi işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  6. "Akademik Məmməd Cəfər Cəfərovun "Bədii əsərləri" çapdan çıxıb". literature.az. 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]