MƏMMƏDƏMİN

bax: Məmməd və Əmin (Məhəmməd Peyğəmbərin epitetlərindən biri.
MƏMMƏDƏLİ
MƏMMƏDƏZİM
OBASTAN VİKİ
Məmmədəmin
Məmmədəmin — Azərbaycanlı kişi adı. Məmmədəmin Rəsulzadə — Məmmədəmin Ramazanov — Məmmədəmin Əfəndiyev — Məmmədəmin Əfəndiyev (professor) — Tibb elmləri doktoru, professor Məmmədəmin Şəkinski — Bakı Şəhər Baş Milis İdarəsinin rəisi Hafiz Məmmədəmin Şeyxzadə — Azərbaycan pedaqoqu, din xadimi.
Məmmədəmin Ramazanov
Məmmədəmin Əbdül Xalıq oğlu Ramazanov -1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. == Həyatı == Məmmədəmin Əbdül Xalıq oğlu Ramazanov 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra ədkiyyə orqanlarında və bakı şəhər prokrorluğunda prokuror vəzifəsində işləməyə başlamışdır.Prokurorluq nəzarətinin ən yaxşı və prespektivli işçilərindən olan M.Ramazanov eyni zamanda tibbi təhsil alır. == Fəaliyyəti == Məmmədəmin Ramazanov 4 il məhkəmə və prokrorluq orqanlarında çalışandan sonra, öz ərizəsi ilə Ədliyyə nazirliyinə müraciət edərək onu Ali məktəbim "tibb məhkəməsi" kafedrasına köçürməyi xahiş edir. O Azərbaycan Dövlət Tibb Universitetində "İnfeksion xəstəliklər" kafedrasında fəaliyyətini davam etdirir. Bununla bərabər "Semaşko" xəstəxananın "İnfeksion xəstəliklər" şəbəsinə də başçılıq edir və dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəsi alır. Məmmədəmin Ramazanov 1936-cı il aprel ayının 21-də qəflətən vəfat etmişdir.
Məmmədəmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə (az.-əbcəd محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. == Həyatı == Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. === Sovet dövrü === Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır. İosif Stalinlə şəxsi əlaqələri olduğu üçün Rəsulzadənin razılığını aldıqdan sonra Stalin belə məktubla müraciət etmişdi: Həbsdən azad edilən Məhəmməd Əmin Rəsulzadə ailəsi ilə görüşərək Moskvaya yola düşmüşdür.
Məmmədəmin Şəkinski
Məmmədəmin Əhməd oğlu Şəkinski — Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Xalq Daxili İşlər Komissarlığı Bakı Şəhər Baş Milis İdarəsinin rəisi və XDİK Kollegiyasının üzvü. == Həyatı == 1900-ci ildə Aşğabad şəhərində anadan olmuşdu. 1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə qayıdıb, sonra 8 il Tiflisdə gimnaziyada oxumuşdu. 1917-ci ildə Hümmət partiyasının üzvü olub, Nuxada, Ağdaşda və Qarsda bolşevik təşviqatı ilə məşğul olub. Daha sonra Hümmət partiyasının Aşqabad komitəsinə keçib, Zakaspi sovet hökümətinin fəallarından biri olub. Türkmənistanda sovet hökümətinin süqutundan sonra Bakıya qayıdıb, 1918-ci ilin oktyabrından AXC ordusunda xidmət edib, burada bolşevik təşviqatı aparıb. Sovet işğalından müxtəlif hərbi və milis vəzifələr tutub. 1924-cü il məlumatına görə Bakı milisinin rəisi idi. 1957-ci ildən DİN Arxiv İdarəsinin başcısı olub. 1979-cu ildə vəfat edib.
Məmmədəmin Əfəndiyev
Əfəndiyev Məmmədəmin (14 fevral 1897, İrəvan) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Tiflisdəki imperator I Aleksandr kişi gimnaziyasını bitirmiş (1916), Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq qoymağa məcbur olmuşdu. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən təhsilini yol nəqliyyatı sahəsində davam etdirmək üçün Darmstadt institutuna (Almaniya) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–25 illər üçün məlumatında M. Əfəndiyevin təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Hafiz Məmmədəmin Şeyxzadə
Hafiz Məmmədəmin Şeyxzadə — Azərbaycan pedaqoqu, din xadimi. O, Azərbaycanın ilk metodik kitablarının müəlliflərindən biri hesab edilir. Şəfiqə Əfəndizadə, Səidə Şeyxzadənin atası olmuşdur. Məmmədəmin Şeyxzadənin şəxsiyyəti haqqında ətraflı araşdırma yoxdur. O, Axalsıx qəzası Azğur kəndində anadan olmuşdur. Şeyxzadə ardınca İstanbulda təhsil almışdır. Ömər Faiq Nemanzadə ilə Şəkidə 1897-ci ildə, həmçinin Şamaxıda məktəb açmışdır. == Kitabları == Şeyxzadə Hafiz Məhəmməd Əmin Azğori. Fəsahət və bəlağət, fənni-inşa və üsuli-kitabət [Mətn]: [dərslik] /Hafiz Məhəmməd Əmin Şeyxzadə Azğori.- B.: 1908 (1326 h.).- 108 s. Şeyxzadə Hafiz Məhəmməd Əmin.
Məmmədəmin Əfəndiyev (professor)
Məmmədəmin Mustafa oğlu Əfəndiyev (23 sentyabr 1897, Şamaxı rayonu – 1984, Bakı) — Tibb elmləri doktoru, professor, Azərbaycan Terapevtlər Cəmiyyətinin sədri. == Haqqında == Məmmədəmin Mustafa oğlu Əfəndiyev 1897-ci il sentyabr ayının 23-də Şamaxı rayonunda anadan olmuşdur. M. M. Əfəndiyev 1934-cü ildə tibb elmləri doktoru elmi dərəcəsini, 1936-cı ildə professor elmi adını almış, Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU) 1-ci müalicə-profilaktika fakültəsinin Daxili xəstəliklər propedevtikası kafedrasının professoru vəzifəsində işləmişdir. Professor M. M. Əfəndiyevin elmi tədqiqatları, əsasən kurortologiya, neft sənayesi işçilərinin peşə xəstəlikləri və tibb tarixi problemlərinə həsr edilmişdir. Rus dilindən bir neçə daxili xəstəliklər dərsliyini (müəllifləri: M. V. Çernorudski, M. P. Konçalovski, A. L. Myasnikov) tərcümə etmiş, Azərbaycan dilində tibb termin-lərinin işlənib hazırlanmasında böyük xidməti olmuşdur. Respublikada malyariya xəstəliyinin aradan qaldırılmasında böyük işlər həyata keçirmişdir. O, neftçilər arasında təsadüf edilən peşə xəstəliklərinin profilaktika və müalicə üsullarını öyrənmişdir. Əfəndiyevin ixtisaslı kadrlar hazırlanmasında xidmətləri var. Professor M. M. Əfəndiyev 1944-cü ildən ömrünün sonuna qədər Azərbaycan Tibb İnstitutu I Daxili xəstəliklər propedevtikası kafedrasının müdiri olmuşdur. 1954-cü ildən ömrünün sonuna qədər Azərbaycan Terapevtlər Cəmiyyətinin sədri olmuşdur.