Əfəndiyev Məmmədəmin (14 fevral 1897, İrəvan) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Məmmədəmin Əfəndiyev | |
---|---|
Doğum tarixi | 14 fevral 1897 (127 yaş) |
Doğum yeri | |
Təhsili |
Tiflisdəki imperator I Aleksandr kişi gimnaziyasını bitirmiş (1916), Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq qoymağa məcbur olmuşdu. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən təhsilini yol nəqliyyatı sahəsində davam etdirmək üçün Darmstadt institutuna (Almaniya) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–25 illər üçün məlumatında M. Əfəndiyevin təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.