Sui-qəsd sinfi: Məzuniyyət (film, 2016)
Sui-qəsd sinfi: Məzuniyyət (暗殺教室 卒業編, Ansatsu Kyōshitsu: Sotsugyō-hen) — 2016-cı il istehsalı Yaponiya komediya filmi. Filmin rejissoru Eyiçiro Hasumi, ssenaristi Tatsuya Kanazavadır. "Sui-qəsd sinfi: Məzuniyyət" 2015-ci il istehsalı "Sui-qəsd sinfi" filminin sikvelidir, hər iki film Yuusey Matsuinin "Assassination Classroom" manqası əsasında çəkilmişdir. Film Toho tərəfindən Yaponiyada 25 mart 2016-cı ildə yayımlanmışdır.
== Məzmun ==
Film dünyanı məhv etməyə hazırlaşan səkkizayağa bənzər varlıq və müəllim Koro-senseyə sui-qəsd təşkil etməyə çalışan şagirdlərin məzuniyyətə yaxın yaşadıqları hadisələrdən bəhs edir.
== Rollarda ==
== İstehsal ==
Film 2015-ci ilin aprelində anons edilmişdir. Mirey Kiritaninin Aquri Yukimura rolunda, Kazunari Ninomiyanın Ölüm tanrısı rolunda olacağı 2015-ci ilin sentyabrında açıqlanmışdır. Hiroki Narimiyanın Kotaro Yanaqisava rolunda olacağı 2015-ci ilin dekabrında, Tsuyoşi Abenin Qırmızı göz rolunda olacağı 2016-cı ilin yanvarında məlum olmuşdur.
Filmin mövzu mahnısı Sensa-tions tərəfindən ifa olunan "Sayonara Sensation" mahnısıdır.
== Yayımlanması ==
2015-ci ilin dekabrında filmin 25 mart 2016-cı ildə yayımlanacağı açıqlanmışdır.