NALBURUN

сущ. зоол. подковонос (летучая мышь с сильно развитым носовым придатком)
NALBƏNDLİK
NALÇA
OBASTAN VİKİ
Nalburun
Nalburun (lat. Rhinolophus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinə aid heyvan cinsi.
Böyük nalburun
Böyük nalburun (lat. Rhinolophus ferrumequinum) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. Bu fəsiləyə aid növlər arasında ən uzunudur. Uzunluğu 5,2–7,1 sm, qanadlar arasında məsafə 35–40 sm-dir. Çəkisi 13–34 q-dır. Cavan varasalar bütünlüklə boz rəngdə olur. == Yayılması == Böyük nalburunun arealı Şimali Afrikadan (Mərakeş, Əlcəzair) Avrasiyaya (Fransa, İspaniya, Kiçik Asiya, Ön Asiya, Qafqaz, Tibet, Çin, Rusiya və Yaponiya) qədər əhatə edir. Qafqazda Baş silsilədən cənuba doğru rütubətli Qaradəniz subtropiklərindən yarımsəhralra qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda zooloji tədqiqatlar nəticəsinin başlanğıcında bu növə dəniz səviyyəsindən 1600 metrə qədər olan hündürlükdə, ən çox isə XX əsrin ikinci yarısında rast gəlmək olar. Azərbaycanın bütün ərazilərində, lakin ən çox Naxçıvan Muxtar Respublikası daxil olmaqla, Kiçik Qafqazda aşkar olunmuşdur.
Kiçik nalburun
Kiçik nalburun (lat. Rhinolophus hipposideros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. == Statusu == 3 — VU (BTMİ-nin 3.1 variantının (2004 və 2010-cu illər) qaydalarına əsasən LC). Geniş yayılmış, lakin həssas növdür. == Yayılması == Şimali Afrikadan İrlandiyaya, Böyük Britaniyaya, Şimal dənizinin sahillərinə və cənubi Polşayadək, Mərkəzi və Cənub-Şərqi Avropada, Qafqazda, Kiçik, Ön və Orta Asiyadan Tyan-Şan, Kəşmir və şimal-qərbi Himalay dağlarına qədər yayılmışdır. Qafqazda Baş silsilədən cənubda rütubətli Qaradəniz subtropiklərindən yarımsəhralaradək rast gəlinir. Azərbaycanda bu növ geniş yayılıb və 45 məntəqədə müəyyən edilib, bunlardan 4 məntəqə (9 %) XIX əsrin sonlarında, 7 məntəqə (15,5 %) XX əsrin birinci yarısında, qalan 33 məntəqə (75 %-dən çox) XX əsrin ikinci yarısında aşkar olunub. Aşkar olunduğu ən yüksək nöqtə — 2350 m d.s.h. (İstisu qəs. ətrafında).
Blazius nalburunu
Blazius nalburunu (lat. Rhinolophus blasii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. == Qısa təsviri == Ölçüləri ortadır: bədəninin uzunluğu 46-54 mm, bazusu 43,5-49,0 mm, kütləsi 10,5-13,3 qramdır. Yəhərin forması armudşəkilli, nəştərin köndələn qırışının ortasında büküm vardır. == Yayılması == Arealı Cənubi Avropanı, Şimalı və Şərqi Afrikanı, Ön, Kiçik və Orta Asiyanı, İranı və Əfqanıstanı əhatə edir. Azərbaycan hüdudlarında Böyük Qafqazın cənub yamaclarında (Şamaxı ətrafı) və Kiçik Qafqazda (Şuşa, Ordubad ətrafı, Şahbuz rayonunun, Marallı kəndi) 750-1400 m hündürlüklərdə aşkar edilmişdir. == Həyat tərzi == Bu fərdlər dağ meşələri qurşagına və dağüstü kserofitlərə uyğunlaşmışdır. Yalnız yeraltı sığınacaqlarda aşkar edilmişdir ki, bu da həmin növ üçün səciyyəvidir. İstər Azərbaycanda (yığınlarda 10-dan artıq heyvan olmamışdır), istərsə də arealın Avropa hissəsində azsaylıdır. Bu nalburunların ən böyük miqdarı (500-ə qədər) 1962-ci ilin noyabırında Azərbaycanın İranla həmsərhəd rayonlarında tapılmışdır.
Cənub nalburunu
Cənub nalburunu (lat. Rhinolophus euryale) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. == Statusu == 3 (1994 - 2000-ci illərdə BTMİ-nın Qırmızı Siyahısındə «həssas» - VU A2c növ kimi qiymətləndirilmişdir). Nadir, azsaylı, periferik növ olmaqla məhdud ərazilərdə yayılmışdır. Qafqazda ekspert dəyərləndirmələrinə görə «nəsli kəsilmək təhlükəsi» (EN) statusuna malikdir. == Yayılması == Areal R. euryale Şimal-şərqi Afrika, Cənubi Avropa, Qafqaz, Kiçik, Ön və Orta Asiyanın d.s-dən 1500 m qədər aşağı meşəlik ərazilərini əhatə edir. Qafqazda qeyri bərabər yayılmaqla d.s-dən 1250 m aşağı qeydə alınmışdır. Azərbaycanda təsadüfi fərdlər 4 məntəqədə, Kiçik Qafqazda, daha dəqiq Ordubad Milli Parkında və Dağlıq Qarabağda tapılmışdır. == Məskunlaşdığı yerlər və həyat tərzi == Azərbaycanda arid landşafta malik ərazilərdə məskunlaşmışdır. Areal daxilində cənub nalburunu oturaq növdür.
Meheli nalburunu
Meheli nalburunu (lat. Rhinolophus mehelyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. Növ tanınmış macar alımı Loyaş Mehelinin şərəfinə adlandırılıb. == Qısa təsviri == Növün özünə məxsus xüsisiyyəti göz ətrafında parlaq-boz eynəyinin olmasıdır. Bu növ rəng və kütləsinə görə Böyük nalburun və Kiçik nalburun növlərinə oxşardır. Bədənin uzunluğu 4,9-6,4 sm, quyruğun uzunluğu isə 2,1-3,2 sm olur. Qanadlar arasında məsafə isə 31 sm-dir. Çəkisi 10-23 qram təşkil edir. Bədən rəngləri mavi çalara malik parlaq-boz rəngdədir. == Yayılması == Cənubi Avropada, Şimali Afrikada, Yaxın Şərqdə, Dağıstanda və Zaqafqaziyada yayılmışdır.
Nalburunlar
Nalburunlar (lat. Rhinolophidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi. Bizim faunanın başqa yarasalarından sifətlərində çılpaq dəri çıxıntıların ("nal" , "neştər", "yəhər"), traqussuz iri qulaqları, enli qanadları ilə fərqlənir. Dişilərdə 2 döş əmziyindən başqa, qasıq nahiyəsində də 2 əmzik vardır ki, bunlar balanın ana bədəninə yapışmasına xidmət edir. Cinsi yetkinliyə 2 və daha artıq yaşında çatır. Fəsiləyə 10 cinsə aid olan 130 növ daxildir. Yeganə eyniadlı nalburun cinsdən olan 80-ə yaxın nalburun Şərq Yarımkürəsinin tropik və subtropiklərində yaşayır. Onlardan ikisi (kiçik və böyük nalburunlar) şimalda İngiltərəyə və Baltik dənizinə qədər çatır. Rhinolophinae yarımfəsiləsi Cins Rhinolophus Hipposiderinae yarımfəsiləsi Cins Anthops Cins Asellia Cins Aselliscus Cins Cloeotis Cins Coelops Cins Hipposideros Cins Paracoelops Cins Rhinonicteris Cins Triaenops Qafqaz və Azərbaycan ərazisində nalburun cinsinə (lat.

Digər lüğətlərdə