NAMƏRD

sif. [ fars. ] Alçaq, müxənnəs, nakişi, əclaf. Namərd adam.
// Vəfasız.
[Serqo:] Gözəl eşqində könül yanar, sızlar; İnsaf, mərhəmət yox namərd fələkdə. H.Cavid.

□ Namərd çıxmaq – əhdi pozmaq, vəfasızlıq etmək, xain çıxmaq, xəyanət eləmək. Gülnar xanım bir vaxt ayıldı, baxıb gördü, ay dad-bidad, heç kəs yoxdu.
Elə o saat bildi ki, qız namərd çıxıb. (Nağıl).

// İs. mənasında.
[Koroğlu:] Xəbər alın o namərdin zatını; Aparıbdı mərd igidin atını. Koroğlu”.
Namərd körpüsündən rahət keçincə; Razıyam apara o sellər məni. Q.Zakir.
[Pəri xanım:] Mən gərək ürəyimi sındıran, mənə zülm edən namərddən qisas alam. Ə.Haqverdiyev.

Синонимы

  • NAMƏRD vəfasız — dönük
  • NAMƏRD rəzil — alçaq — əclaf — xain — iblis — qəddar
  • NAMƏRD NAMƏRD Namərdin dünyada çox çəkdim bəhsin; Namusun, qeyrətin, arın görmədim (Aşıq Ələsgər); MÜXƏNNƏT Belə müxənnətlərin görən zaman üzünü; Eşidəndə rə

Антонимы

  • NAMƏRD NAMƏRD – CƏSARƏTLİ Namərd gəlib mərd olmaz (Ata. sözü); Kolxoz sədrinin səmimi etirafı, doğru danışması, cəsarətli fikri onu fərəhləndirdi (Ə
NAMƏRBUT
NAMƏRDLİK
OBASTAN VİKİ
Namərdqala
Namərd qala – digər adları: Mamır Qalası, Çarek Qalası Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndi yaxınlığında yerləşən orta əsrlərə aid müdafiə tikilisi. Azərbaycanın dağ qalaları içərisində Gədəbəydəki Namərd qala yaxşı durumda olması, tikinti materialı, ən başlıcası isə memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə seçilir. Hazırda Namərdqalanın nə vaxt və hansı tarixi zərurətə görə tikilməsi məlum deyil. Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə araşdırmaçılar onu XII əsr – Eldənizlər dövrünün əsəri sayırlar. Vardan Araveltsinin verdiyi məlumatlara görə, Çarek Qalası 1204-cü ildə İvane Zakaryanın hakimiyətinə keçmişdir. Kirakos Gəncəlinin qeydlərinə görə 1220-ci ildə, monqol-tatar yürüşlərindən qaçan alban katolikosu İohan (1195–1235) Çarek qalasına sığınmış və kilsə mərkəzini buraya daşımışdır. 1224-cü ildə isə Ğatağa Noyin artıq bölgədə monqol-tatar hakimiyətini bərqərar edir. Qalanın yerləşdiyi ərazi Söyüdlü kəndindən təxminən 7–10 km məsafədəki sıx meşəli-dağlı bölgədir. Kənddən 7 km aralıda zirvəsinin qeyri-adi silueti ilə bir dağ diqqəti özünə çəkir. Yaxınlaşdıqca zirvədəki memarlıq kütlələri yavaş-yavaş aydınlaşır.

Значение слова в других словарях