NAQİS

sif. [ ər. ]
1. Tam və mükəmməl olmayan, yarımçıq, natamam, əskik. Naqis kitab. Naqis məktub.
– Çağırdı yarımı əğyar, qaldı ülfəti naqis. S.Ə.Şirvani.

2. Eyib və qüsuru olan; nöqsanlı, eyibli, qüsurlu.
Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idi. Ə.Vəliyev.

□ Naqis etmək – nöqsanlı etmək, şikəst etmək.
[Həsən ağa:] Hüsnü xanım mənə yalvararaq: – Nə üçün məni naqis edirsən? – dedi. M.S.Ordubadi.

3. riyaz. köhn. Çıxma əməli.
Beş naqis iki – elər üç.

Синонимы

  • NAQİS qüsurlu — nöqsanlı — eyibli — anormal — yarımçıq
  • NAQİS naqis bax 1. əskik; 2. nöqsanlı

Антонимы

  • NAQİS NAQİS – KAMİL Bu yaşa gəlmişəm, məndən bir pis söz, bəd hərəkət, naqis əməl görməmisiniz və eşitməmisiniz (Ə
NAQİLLİK
NAQİSLİK

Значение слова в других словарях