Nigeriya Federativ Respublikası
Nigeriya (ing. Nigeria) və ya rəsmi adı ilə Nigeriya Federativ Respublikası (ing. Federal Republic of Nigeria) – Qərbi Afrikada dövlət. Nigeriya Atlantik okeanın Qvineya körfəzi sahilində yerləşir. Qərbdən Benin, şimaldan Niger, şimal-şərqdən Çad və şərqdən isə Kamerunla həmsərhəddir. Paytaxtı Abuca, ən böyük şəhəri Laqos, ümumi sahəsi 923,769 kvadrat kilometr, əhalisinin sayı 206 milyon nəfərdən çoxdur. Nigeriya əhalisinin sayına görə Afrikada birinci, dünya ölkələri arasında isə yeddinci yerdədir.
Ölkənin ərazisi 923.768 km²-dir . Nigeriya, cənub-qərbi Afrika sahilində, 3°57’ və 13°54’ şimal paralelləri 2°39’ ve 14°38’ şərq meridianları arasında yerləşir. Şərqində Kamerun , Şimal qərbində Çad, şimalında Niger və qərbində Benin dövlətləri ilə sərhədlənir.