Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Niger — rəsmi surətdə -Niger Respublikası — Qərbi Afrikada dövlət. Ölkə ərazisindən axan Niger çayının adı ilə adlanır. Niger tuareqlərin danışdıqları tamaşek dilində "Böyük çay" və ya "Çaylar çayı" deməkdir. Ölkə ərazisinin 80 %-i Saxara səhrasında yerləşir. Nigerin paytaxtı Niamey şəhəridir.
Niger | |||||
---|---|---|---|---|---|
République du Niger | |||||
| |||||
Fraternité, Travail, Progrès, Fraternity, Work, Progress, Братство, труд, прогрес | |||||
Himn: La Nigérienne |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Niamey- 1 090 min sakin | ||||
İdarəetmə forması | Respublika | ||||
Prezident | Mohamed Bazoum [ 7.IV.2021~ ] | ||||
Baş nazir | Ouhoumoudou Mahamadou [ 2.IV.2021~ ] | ||||
Sahəsi | Dünyada 22-ci | ||||
• Ümumi | 1267000 km² | ||||
• Su sahəsi (%) | 0,03 | ||||
Əhalisi | |||||
• Əhali | 19,2 milyon nəfər (60-cı) | ||||
• Siyahıyaalma (24.XII.2012) | 17 138 707 nəf. | ||||
• Sıxlıq | 15 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 19,05 milyard dollar (147-ci) | ||||
• Adambaşına | 1 100 dollar (222-ci) | ||||
İnternet domeni | .ne | ||||
ISO kodu | NE | ||||
BOK kodu | NIG | ||||
Telefon kodu | +227 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Niger 7 ölkə ilə həmsərhəddir — Əlcəzair, Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso və Mali ilə.
Müasir Saxara səhrasının ərazisində əlverişli rütubətli iqlim şəraiti olduğu dövrdə Nigerin sakinləri indikindən xeyli fərqlənirdi. E.ə. 8–6-cı minilliklərdə Higerdə Kiffiy mədəniyyəti mövcud olmuşdur. Kiffiy mədəniyyətinin nümayəndələri hündürboylu və möhkəm bədən quruluşuna malik idilər. E.ə. 5–3-cü minilliklərdə Kiffiy mədəniyyətini Teneriy mədəniyyəti əvəz etdi. Bu mədəniyyətin nümayəndələri artıq digər bir irqə- Avropoid irqinin Aralıq dənizi bölgəsinə xas olan xüsusiyyətlərə malik idilər. Saxara səhrasında yenidən quraqlıq baş verdiyi dövrdə Teneriy mədəniyyəti məhv oldu və onun nümayəndələri digər əlverişli yaşayış ərazilərinə köçdülər.
VII əsrdən Niger çayı vadisindəki ərazilər Sonqay knyazlığının tərkibinə daxil oldu. XV əsrin sonlarında bu knyazlıq güclənərək imperiyaya çevrildi. Lakin 1591-ci ildə Sonqay dövlətinin ərazisi Mərakeş sultanının ordusu tərəfindən işğal olundu. Bununla yanaşı müasir Nigerin ərazisində yerləşən cənub regionlar öz müstəqilliyini saxlamağa nail oldular. Bu ərazidə hakim Lulanilər sülaləsindən olan Askiya Nuxanın başçılığı ilə Dendi knyazlığı yaradıldı. Bu dövlətin Mərakeşlə sərhədləri indiki Mali və Niger sərhədinə uyğun idi. Sonralar Dendi knyazlığı Askiya nəslindən olanların idarə etdikləri bir neçə kicik knyazlıqlara parçalandı. XVIII əsrdə Nigerin ərazisinin xeyli hissəsi hələ VII əsrdən müasir Nigerin şimalında məskunlaşmış köçəri Tuareq tayfasının hakimiyyəti altına düşdü. Onlar burada Aqades sultanlığının əsasını qoydular və Niamey ticarət bazasını yaratdılar. Tuareqlər mərkəzləşdirilmiş dövlətə malik deyildilər, həyatları təhlükə qarşısında qalanda onlar azad konfederasiya halında birləşirdilər.
İndiki Nigerin cənubunda oturaq həyat tərzinə malik əkinçi xalqlar məskunlaşmışlar. Niger çayının vadisi Dendi və Doso knyazlıqları arasında bölüşdürülmüşdü. Nigerin şərqində xausalarin yaratdıqları Maradi və Damaqara şəhər-dövlətləri mövcud idi. XIX əsrin əvvəllərində Afriada islam bayrağı altında baş vermiş fulanilərin cihadı hərəkatı nəticəsində Sokoto xilafəti yaradıldıqdan sonra xausaların yaratdıqları şəhər-dövlətlərin əhalisi işğal olunmuş cənub şəhərlərindən qaçanların hesabına xeyli artdı.
Niger ərazisinə gələn ilk avropalı 1805–1806-cı illərdə Niger çayını tətqiq edən şotlandiyalı Munqo Park olmuşdur. Henrix Bart və Eduard Fogel 1853–1855-ci illərdə Niger çayından Çad gölünə qədər ərazini tətqiq etmək üçün ekspedisiya təşkil etmişlər. Onlar Sey, Sokoto, Zinder, Qure və Bornu ərazilərinə də səyahət etmişlər. 1870-ci ildə Qustav Naxtiqal Saxara səhrasından keçərək Kane-Bornoya səyahəti zamanı Bilmu və Nqiqmi ərazilərində də olmuşdur. 1884-cü ildə keçirilən Berlin konfransının qərarına əsasən Niger Fransanın nüfuz dairəsinə daxil edilmişdir.
1946-cı ildə Niger Fransa İttifaqının tərkibində dənizarxası ərazi statusunu aldı. Ölkədə seçkili Baş Şura-yerli özünüidarə orqanı yaradıldı. Baş Şurada yerli tayfaların rəhbərləri əsas yer tuturdular.
Əhalinin sayı — 15,3 mln. (2009-cu il iyul ayına olan məlumat).
İllik artım — 3,7 % (2009);
Doğum — 51,6 hər 1000 nəfərə;
Ölüm — 14,8 hər 1000 nəfərə;
Emiqrasiya — 0,6 hər 1000 nəfərə;
Orta yaş — 52;
Uşaq ölümü — 117 hər 1000 nəfərə (dünya üzrə dördüncü).