NİSYƏ

is.
1. Bir şeyin nağd pul olmadan alınması və ya satılması.
// Bu cür alınmış, ya satılmış şeyin özü, yaxud nisyə satılmış və ya alınmış şeyin verilməli olan pulu.
Nisyə girməz kisəyə. (Məsəl).
[Məşədi Cabbar tacir:] Molla, mənim özümün pulum var, amma tamam nisyədədir. M.F.Axundzadə.
[Hacı Rüstəmin atası] xırman zamanı da gedib, kəndbəkənd gəzib nisyə yığardı. Ə.Haqverdiyev.

2. məc. Boş, əsassız, həyata keçə bilməyən, qeyri-real. Nisyə söhbətlər.
– Gedib, vaiz deyən nisyə sözə ümmidvar olma. S.Ə.Şirvani.
Şərifzadə ona bərk vurulmuşdu.
Ancaq həkimin nisyə məhəbbətlə arası yox idi. M.Hüseyn.

Синонимы

  • NİSYƏ borc
NİSYAN
NİŞ

Значение слова в других словарях

вы́бросы вы́говорить коки́ль мароке́н набаламу́тить неисполни́тельный нена́ши се́яться смыва́ние техни́чески закосне́ние купле́тик лежа́нка сопрома́т крейсер -sided adversative lawn tennis non-ladder oro submergence всё конкурсный лохмотья салфетка