1. Bir şeyin nağd pul olmadan alınması və ya satılması.
// Bu cür alınmış, ya satılmış şeyin özü, yaxud nisyə satılmış və ya alınmış şeyin verilməli olan pulu.
Nisyə girməz kisəyə. ( ).
[Məşədi Cabbar tacir:] Molla, mənim özümün pulum var, amma tamam nisyədədir.
[Hacı Rüstəmin atası] xırman zamanı da gedib, kəndbəkənd gəzib nisyə yığardı.
2. məc. Boş, əsassız, həyata keçə bilməyən, qeyri-real. Nisyə söhbətlər.
– Gedib, vaiz deyən nisyə sözə ümmidvar olma.
Şərifzadə ona bərk vurulmuşdu. Ancaq həkimin nisyə məhəbbətlə arası yox idi.