Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rekko Kalabriya
Recco Kalabriya (it. Reggio Calabria; Kalabriya ləhcəsi: Rìggiu; Kalabriya yunancası: Righi; yunanca: Ῥήγιον) — İtaliyanın Kalabriya regionunda eyni adı daşıyan Recco Kalabriya vilayətinin mərkəzidir. Regionda olan ən böyük və ən qədim şəhər və İtaliyada ikinci köhnə şəhər olduğu qəbul edilir. Appenin yarımadasının cənubunun üçüncü böyük iqtisadi mərkəzi olması ilə yanaşı, həm də liman və universitet şəhəridir. 2010-cu ilin sonuna olan məlumata görə əhalisi 186 547 nəfər təşkil edən Recco Kalabriyanın sahəsi 236,02 km²-dir.
Rezo Qabriadze
Rezo Levanoviç Qabriadze (gürc. რევაზ (რეზო) ლევანის ძე გაბრიაძე; 29 iyun 1936, Kutaisi, Gürcüstan SSR, SSRİ – 6 iyun 2021, Tbilisi) — Sovet və gürcü ssenaristi, dramaturq, rejissor, rəssam, heykəltaraş, Tbilisi Kukla Teatrının yaradıcısı. SSRİ Dövlət Mükafatı laureatı (1989). Rezo Qabriadze 29 iyun 1936-cı ildə Kutaisi şəhərində anadan olub. 1964-cü ildə Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1967 — Moskvada ssenaristlər və rejissorlar üçün ali kurslarda təhsil almışdır. Tələbə olarkən İnquri Su Elektrik Stansiyasının tikintisində iştirak etmişdir. Rezo Qabriadze "Qəm eləmə!", "Mimino", "Qeyri adi sərgi", "Kin-dza-dza!", "Pasport" kimi 35-dən çox filmin ssenari müəllifidir. 1981-ci ildə Rezo Qabriadze Tbilisi Kukla Teatrının əsasını qoyub. Rezo rejissor, dramaturq, rəssam və heykəltaraş kimi pyeslər yazıb, kuklalar yaradıb və onları öz teatrının səhnəsində canlandırıb.
Rezo Çoçiyev
Rezo Çoçiyev (oset. Резо Цоциты; 20 iyun (3 iyul) 1906 – 1983, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı, dramaturqu və tərcüməçisi. 20 iyun 1906-cı ildə Tiflis vilayətinin Otreu kəndində kasıb bir kəndli ailəsində anadan olmuşdur. Erkən yaşlardan kənd təsərrüfatı işləri ilə məşğul olur. Çoban işləyir. Doqquz yaşında yalnız bir il oxuduğu yerli bir məktəbin birinci sinfinə daxil olur və ailənin çətin maddi vəziyyəti səbəbindən məktəbi tərk edir. Yenidən çoban işləməyə başlatır. 1917-ci ildən çəkməçi şagirdi olaraq işə düzəlir. 1920-ci ildə Rezo Çoçiyevlər ailəsi Cənubi Osetiya üsyanı zamanı düşmənçilik səbəbindən Şimali Osetiyaya qaçır. Ardon şəhərində yaşayır.
Rezo Çxeidze
Rezo Davidoviç Çxeidze (gürc. რევაზ ჩხეიძე; 8 dekabr 1926, Kutaisi – 3 may 2015, Tbilisi) — Gürcüstan kinorejissoru, SSRİ Xalq artisti Rezo Davidoviç Çxeidze 8 dekabr 1926-cı ildə Kutaisidə anadan olmuşdur. 1943-1946-cı illərdə Çxeidze Şota Rustaveli adına Tbilisi teatr institutunun rejissorluq fakültəsində oxumuşdur. 1953-cü ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirmişdir. Onun sənət müəllimi Mixail Romm olmuşdur. 1953-cü ildə Çxeidze öz ssenarisi əsasında "Boris Pançadze" sənədli filmini çəkir. 1954-cü ildə Tengiz Abuladze ilə birlikdə o, iki sənədli film çəkir. 1955-ci ildə o, "Maqdananın Lurcası" filmini çəkir və 1956-cı ildə bu filmə görə Kann kinofestivalında mükafat alır. Rezo Çxeidze "Əsgər atası" filminə görə Gürcüstanın Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1980-ci ildə SSRİ xalq artisti adını və 1986-cı ildə "Sənin oğlun – Torpaqdır" filminə görə Lenin mükafatını almışdır.
Rezo Əliyev
Rezo Rəhim oğlu Əliyev (20 aprel 1968, Soğanlıq) — Almaniyada qazanılmış texnika üzrə "Doktor-mühəndis" elmi dərəcəli, azərbaycan əsilli alman mühəndisi. Rezo Əliyev 20 aprel 1968-ci ildə Gürcüstanda anadan olub. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna eksperiment yolu ilə (yalnız iki imtahan verməklə) daxil olaraq tələbə adını qazanır. 1992-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirir və fərqlənən məzunlar arasından seçilərək həmin ali məktəbdə gənc tədqiqatçı kimi işlə təmin olunur. 1992–1995-ci illərdə AzTU-da professor Həsən Hüseynovun rəhbərliyi altında elmi-tədqiqat işi ilə məşğul olur. Bu dövrdə maşınqayırma sahəsində aparıcı elmi jurnallarda bir çox elmi məqalələrlə çıxış edir. Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən layiq görüldüyü stipendiyaya əsasən 1995-ci ildə Frayberq Texniki Universitetinə ezam olunur. 1995–1997-ci illərdə bu universitetdə müxtəlif elmi tədqiqat layihələrində iştirak edir. Frayberq Texniki Universitetinin maşınqayırma fakültəsinin elmi şurasının qərarı ilə 1997-ci ildə həmin universitetdə doktoranturaya qəbul olunur. Maşınqayırmada yüksək texnologiyalar sahəsində yazdığı dissertasiyanı 5 yanvar 2001-ci il tarixində müdafiə edərək, Almaniya Federativ Respublikasında ilk azərbaycanlı olaraq "Doktor-mühəndis" elmi dərəcəsinə yiyələnir.
Reiko (Mortal Kombat)
Reiko (ing. Reiko) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Reiko "Kölgələrin qardaşlığı" klanının üzvlərindən biridir. "Mortal Kombat 4" seriyasında Şao Kann və Şinnokun ordusuna rəhbərlik edir. Bu seriyada Reiko öldürülür. Lakin "Mortal Kombat: Armageddon" seriyasında Şao Kannın ordusunun generalı kimi təqdim edilir. "Mortal Kombat: Deception" seriyasında məlum olur ki, Reikonun əsas məqsədi Şao Kannın taxtını ələ keçirməkdir. Bleyz, məhv edildikdən sonra Teyven güc qazanaraq Şao Kannı öldürür və onun papağını götürərək Qaranlıq dünyasının hakimi olur.
Rekko nel Emiliya
Reggio nell'Emilia — (bəzən Reggio Emilio və ya yalnız Reggio, Reggio ləhcəsi: rez o Res, Latınca: Regium Lepidi və Regium) şimal İtaliyanın Emilia-Romagna regionunun və eyni adlı Reggio Emilio vilayətinin mərkəzidir. Reggio nell'Emilio bələdiyəsi sərhədləri içində (231.10.2010 etibarilə) əhali 169.554 adamdır. Şəhərin ortasında olan köhnə məhəllə altıbucaqlı şəkilli çevrilidir, bu regiondakı binalar 16.-17. əsrlərdə inşaedilmişdir.
Arezzo
Arezzo — İtaliyanın şimal seqmentindəki Toskana rəhbərlik bölgəsində, Arezzo vilayətinin mərkəzi şəhəri. == Coğrafiyası == Florensiyanı cənub-şərqində, üç vadinin ("Chiana çayın" vadisi, Arno çayı vadisi və "Casetino çayın" vadisi ") birləşdiyi yerin yaxınlarında qurulmuşdur. Arezzo cənubunda olan" Chiana Vadisi "ətrafında 17-ci əsrdə açılan" Canale Maestro della Chiana "kanalına bağlanan axar sularla qurudulan köhnə bir bataqlıq və indi çox məhsuldar bir ova tapılar. "Torrino Cerfone" Adası vadisini təqib edən asan bir keçidlə Yuxarı Tiber çayı vadisinə girilər. == Tarixi == Əhəmiyyətli bir Etrüsk mərkəzi olan şəhər, qırmızı palçıqdan edilmiş Arezzo kaplarıyla məşhur idi. Əsl inkişafını Orta əsrlərdə göstərən Arezzo, 1384-də Floransiyanı əlinə keçdi. Napelyon Döyüşləri əsnasında qısa bir müddət Fransanın suverenliyi altında qaldıqdan sonra, 1861-ci ildə İtaliyaya bağlandı. İkinci dünya müharibəsi əsnasında böyük bir dağıtmaya uğradı. == Görməli yerləri == === Piazza Grande Meydanı === Piazza Grande Meydanı: Şəhərin tarixi ana bazar meydanıdır. İndiki vaxtda hər il edilən Giostra del Saracino müsabiqələrinin edilmə mövqeyidir.
Brezno
Brezno (slovak. Brezno, alm. Bries(en)‎, mac. Breznóbánya) — Slovakiyanın mərkəzində, Filiz dağlarının yamaclarında və Qron çayının sahilində yerləşir. Əhalisi 23 min nəfərə yaxındır. == Tarix == Brezno haqqda ilk məlumatlar 1265-ci ildə, macar kralı IV Belanın səlnaməsində qiymətli metall hasil edən mədənçi şəhəri "Berezun" adı ilə qeyd edilmişdi. 1380-ci ildə Brezno şəhər statusu almışdı. XVII əsrdə şəhər ətrafında ağac istehsalına başlanılmışdı, bu da Ştiriyadan olan mühacirlərin bu əraziyə köçməyə bir stimul yaratmışdı. Breznonun yaxınlığında yerləşən Qronetsdə isə metallurgiya zavodu inşa olunmuşdu və bundan sonra bölgə sürətlə inkişaf etməyə başlamışdı. 1650-ci ildə III Ferdinand Breznoya azad kral şəhəri statusu vermişdi.
Orozko
Orozko (isp. Orozco) — İspaniyada şəhər və bələdiyyə mərkəzi, Biskayada əyalət.
Rekom
Rekom (oset. Реком) - əsas 3 osetin ziyarətgahından (Mikalqabirta və Tarancelos) biri, Nart dastanı və osetin mifologiyasındakı məhsuldarlıq tanrısı. Rusiyanın subyekti olan Şimali Osetiya respublikasının Alagir rayonunda yerləşir. Məbədin dəqiq etimologiyası bilinməsə də, bir sıra iddialar mövcuddur. Osetin dilindəki "Hurikom" (Günəş dərəsi) və ya "İrykom" (Osetiya dərəsi) sözlərindən gəlməsi bunlara misal göstərilə bilər. Rekomun etimologiyasının dəqiq öyrənilə bilməməsinin əsas səbəblərindən biri Osetinlərin dini-fəlsəfi dünyagörüşlərinin tam anlaşıla bilməməsidir. Rekomdan bol məhsul , uğurlu otlar və ovçuluq göndərilməsi istənilir . Əfsanəyə görə o, çoxfunksiyalı tanrıdır, əkinçiliklə əlaqəli istəklərdən əlavə olaraq, xəstəliklərdən sağalmaq və pis qüvvələrdən qorunmaq üçün olan duaları da qəbul edir. Alagir dərəsində Rekoma olan dini etiqad geniş yayılmış və iyul ayında onun adına həsr olunmuş bayram qeyd olunmağa başlanmışdır. Bütün həftə davam edən bu bayram günlərində çox sayda mal-qara qurban edilir.
Reryo
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Retro
Retro ( lat. Retro «geriyə», «geriyə yönəlmiş») — mədəni və maddi dəyər kəsb edən, gündəlik həyatda az rast gəlinən, köhnə əşyaları və ya halları xarakreiska etmək üçün abstrakt bədii-tarixi termin. «Стиль ретро» в Интерактивной Энциклопедии современного языка Жаргон.
Reyki
Reiki (yap. 霊気) — XX əsrin əvvəllərində Yaponiyada meydana gələn, enerji yüklənməsi əsasında ruhi şəfa verməyə qadir bir sistemdir. "Rei "hər yerdə var olan" ki "ruhi yaşam enerjisi" anlamına gəlir. Qərb dünyasına "bəşəri yaşam enerjisi" olaraq təcümə edilmişdir. Reiki heç bir dinə bağlı olmayan, asanlıqla tətbiq edilə bilən, zərərsiz bir üsuldur. Qaynağının Tibet hesab olunan Reiki XIX əsrdə bir Yapon Buddisti, Yapon ali silkinin nümayəndəsi, samuray Dr. Mikao Usui tərəfindən yaradılmış, şəfaverici bir sistem şəklində təklif olunmuşdur. Mikao Usuinin ölümündən sonra qoyulan abidədə yazılanlara görə, Reikinin təməlini təşkil edən enerjinin qaynağı - onun Kurama dağında 21 günlük zikrə çəkildiyi zaman gəlmişdir. Mikao Usui 1922-ci ildə bu enerji ilə işləyən şəfa texnikasını tətbiq etmək üçün Tokioda bir klinika açmışdır. Bu klinikada Usui yalnız şəfa verməklə məşğul olmamış, bir çox insanlara Reikini tətbiq etməyi də öyrətmişdir.
Riesko
Riesko (isp. Isla Riesco) — Sakit okeanın sularında, Çilinin inzibati cəhətdən Maqalyanes-i-la-Antarktika-Çilena vilayəti ərazisində yerləşir. Ada Çilinin 14-cü prezidenti Qerman Rieskonun şərəfinə adlandırılıb. Adanın sahəsi 5 110 km² təşkil edir. Ən hündür nöqtəsi — 1830 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Materik məşəlli adadır. Sahil Kordilyerinin bir hissəsini təşkil edir. Adanın ən hündür nöqtəsi Atalaya dağıdır (1830 m). Adada kiçik buzlaqlar vardır. Adanın qərb hissəsində Reserva Nacional Alacalufes milli parkı yerləşir.
Rəzan
Ryazan — Rusiyada şəhər. Ryazan vilayətinin mərkəzi. Bressuire, Fransa. Kruševac, Serbiya. Loveç, Bolqarıstan. Münster, Almaniya. New Athos, Abxaziya. Omiš, Xorvatiya. Ostrów Mazowiecka, Polşa. Xuzhou, Çin.
Rəzey
Rəzey — Cənubi Azərbaycanın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Ərşəq bəxşində şəhər və bu bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,749 nəfər və 413 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Rəzgov
Rəzgov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 387 nəfərdir. Yerli əhalinin dilində kəndin adı Rəzqo variantında tələffüz olunur. Oykonim talış dilindəki rəz (qara, cır üzüm tənəyi) və qo (yer) sözlərindən düzəlib, “tənəklik” mənasındadır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salınmışdır.
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Elephas recki
Elephas recki (lat. Elephas recki) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinə aid heyvan növü.
Eriko Arakava
Eriko Arakava (d. 30 oktyabr 1979) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 20 qol vurub.
Eriko Sato
Eriko Sato (d. 25 noyabr 1985) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
I Meşko
I Meşko (pol. Mieszko I; ən tezi 922 və ən geci 945 – 25 may 992) — ilk tarixi Polşa knyazı (960–992). Polşa dövlətinin banisi və ilk hökmdarı Pyastovlar nəslindən olan knyaz Stefan I Meşko 966-cı ildə qərb adətləri üzrə Xristian dinini qəbul etmişdir. I Meşkodan sonra hakimiyyətə gələn oğlu, Pyastovlar sülaləsindən olan I Cəsur Boleslav (992–1025) xarici siyasətini genişləndirərək bir çox ərazilərə çoxsaylı yürüşlər etmiş Polşanı qüdrətli dövlətə çevirmişdir.
Keyko Kitaqava
Keyko Kitaqava (北川 景子, 22 avqust 1986, Kobe) – Yaponiya aktrisası və fotomodeli. 2003–2006-cı illərdə Yaponiyanın "Seventeen" jurnalı üçün model kimi işləmişdir. Stardust Promotion ilə əməkdaşlıq edir. Aktrisa kimi ilk rolu "Gözəl mühafizəçi Seylor Mun" (2003–04) serialında canlandırdığı Seylor Mars rolu olmuşdur. "Mamiya qardaşları" filmindəki rolundan sonra model karyerasını başa çatdıraraq diqqətini filmlərə yönəltmişdir. "Sürətli və Qəzəbli: Tokio drifti" (2006), "Yaraşıqlı kostyum" (2008) kimi bir çox filmdə görünmüş, "Lif qızı" (2007), "Çimərlikdə ev otağı" (2008), "Radio ritmi" (2008), "Akumu-çan" (2012) kimi seriallarda baş rolları canlandırmışdır. == İlk illəri və karyerası == Keyko Kitaqava 22 avqust 1986-cı ildə Yaponiyanın Hyoqo prefekturasında doğulmuşdur. Kobe şəhərində böyümüş, bir çox dostunu 1995-ci ildəki Böyük Hanşin zəlzələsində itirmişdir. Uşaqlıqda həkim olmaq istəmiş, lakin liseydə ikən hansı peşəni seçmək istədiyi barədə tərəddüd etmişdir. Bu dövrdə bir agentlik tərəfindən kəşf edilmiş və Kitaqava əyləncə sektoruna daxil olmaq qərarına gəlmişdir.
Keyko Matsui
Keyko Matsui (yap. 松居慶子; qızlıq familiyası — Doi, 26 iyul 1961, Tokio[d]) — nyu eyc və caz üslublarında ifaçılıq edən yapon pianoçu və bəstəkar. == Həyatı == Yapon mövhumatına görə əgər uşağı harasa onun beşinci ad günündən sonra gələn iyunda apararsan, bu onun həyatın böyük hissəsi olacaq. Keykonun anası — Emiko Doi, yapon ənənəvi rəqslərinin müəllimi qızının beş yaşı olanda iyun ayında onu fortepiano dərsinə gətirdi. Kiekoya birinci dərsi çox xoşuna gəldi. Keyko orta məktəbdə yaxşı oxuyurdu və bir neçə dəfə sinfinin prezidenti seçilinmişdi. O vaxt onun sevdiyi musiqiçilər Stivi Uander, Sergey Raxmaninov, Moris Jarr, Yan Sibelius və s. idilər. Yapon Qadınlar Universitetın uşaq mədəniyyəti fakültəsini bitirmiş. Birinci şəxsi öyrətmənnən bir neçə il öyrənib, Yamaha Music Foundation-da musiqi ilə məşqul olub.