nun

I adv. 1. (jetzt) indi, hal-hazırda; 2. (mittlerweile) bu arada, bu vaxt, bəs; von ~ an bu vaxtdan bəri, bundan sonra, bundan belə; was ~ ? bəs indi nə etməliyik?, indi nə olmalıdır? II partikel indi, axırda; biyol; glaubst du mir ~ endlich? indi (axırda) mənə inandınmı?; er mag ~ wollen oder nicht indi istəyə ya istəməyə; ~ gut ! di yaxşı !; ~ aber artıq
Nummernschild
nunmehr
OBASTAN VİKİ
Nun Surəsi
68-ci surə Nun və ya əl-Qələm (Qələm) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir) Surənin adı 1-ci ayədə çəkilən qələm sözündən götürülüb: "Nun!
NATO-nun Lissabon sammiti (2010)
2010 Lissabon sammiti — NATO-ya üzv dövlətlərin dövlət və hökumət başçılarının 2010-cu il 19–20 noyabr tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçirilən toplantısı. Üzv dövlətlər 1999-cu ildə Vaşinqton sammitində qəbul edilmiş əvvəlki planın başa çatmasından sonra ittifaqın yeni onillik planı olan yeni "Strateji Konsepsiya"nı qəbul etdilər. İttifaqın terrorizm və kiberhücumlar kimi müasir çağırışlarına cavab verən Strateji Konsepsiyasını qəbul etməklə yanaşı, üzvlər raketdən müdafiə sistemini birgə inkişaf etdirmək barədə razılığa gəliblər. Üzvlər təşkilatın bu ölkədəki əməliyyatları ilə bağlı Əfqanıstan prezidenti Həmid Kərzai ilə görüşüb. Onlar 2014-cü ilə qədər qoşunların tədricən ölkədən çıxarılması barədə razılığa gəliblər. NATO Əfqanıstan qüvvələrinə və polisinə təlim və məsləhət vermək üçün Əfqanıstanda qalmaq öhdəliyini təkrarlayıb. Sammit Millətlər Parkı (Parque das Nações) ərazisindəki Lissabon Beynəlxalq Sərgi Salonunda (Feira Internacional de Lisboa) baş tutub. Bu, 2009-cu ilin avqustunda NATO-nun baş katibi vəzifəsinə başlayan Anders Foq Rasmussenin sədrliyi ilə keçirilən ilk sammit idi. Sammitə daxil olan üzv dövlətlərin 1999-cu ildən bəri ilk dəfə olaraq yeni Strateji Konsepsiya qəbul edəcəyi gözlənilirdi. Sammitdən əvvəl baş katib Rasmussen özü planın layihəsini hazırlayıb.
NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi
NATO-nun Yuqoslaviyaya qarşı apardığı müharibə 1999-cu ilin 24 mart-10 iyun tarixləri arasında olan dövrü əhatə etmişdir və əsasən NATO təyyarələrinin Yuqoslaviya ərazisini səmadan bombardman etməsi ilə yadda qalmışdır. Müharibənin nəticəsi olaraq, serb qoşunları Kosovo və Metaxiyadan geri çəkilməyə məcbur qalmış və həmin ərazilər NATO-nun nəzarəti altına keçmişdir. Bu da faktiki olaraq həmin ərazilərin Yuqoslaviyadan ayrılmasına gətirib çıxarmışdır. 28 mart 1989-cu il tarixində serb parlamenti Yuqoslaviya konstitusiyasını pozaraq, Kosmet əyalətinin muxtariyyət statusunu ləğv edir. 1989–1990-cı illərdə Miloşeviçin təşəbbüsü ilə Kosovo hökuməti və parlamenti buraxılır. Demək olar ki, bütün albanlar dövlət orqanlarındakı vəzifələrindən xaric olunurlar. 1991-ci ilin sentyabrında Yuqoslaviyanın süqut etdiyi dövrlərdə Kosovo özünü müstəqil respublika elan edir. Lakin onun müstəqilliyini yalnız Albaniya tanıyır. Bundan sonra albanlar dünya ictimaiyyətinin diqqətini bura yönəltməyə çalışırlar. 1992-ci ildə kosovo albanları yazıçı İbrahim Ruqovu Kosovo Respublikasının prezidenti seçirlər.
Liverpul FK-nun tarixi (1892-1959)
"Liverpul"un əsası "Everton"un prezidenti və "Enfild"in sahibi Con Houldinq arasında olan mübahisəsi nəticəsində yaranmışdı. 1891-ci ildə “Everton” İngiltərə çempionu olur. Həmin vaxt Con Holdinq sözügedən komandanın ev oyunlarını keçirdiyi “Enfild Roud” stadionuna sahib çıxır və arenanın icarə haqqını 2 dəfə artırır. “Everton” rəhbərliyi bu məbləği ödəməkdən boyun qaçırır və “Qudison Park”a köçür. Con Holdinq şəxsi klubunu yaratmaq qərarına gəlir. Beləliklə, 1892-ci ildə futbol dünyasında “Liverpul” adlı futbol klubu təşrif buyurur. Holdinq Şotlandiyaya gedərək, oradan 13 peşəkar futbolçunu komandasına gətirir. "Liverpul" Lankaşır liqasında çıxış etməyə başladı. Artıq 2 il sonra, 1893/94 sezonunda, "Liverpul" 2-ci diviziona qalxaraq, İngiltərənin Futbol Liqasına daxil oldu. İlk çempionluq titulunu 1900/01 sezonunda qazanan "Liverpul", 5 il sonra, 1905/06 sezonunda, eyni uğuru təkrarlaya bildi.
Liverpul FK-nun tarixi (1959-1985)
Pis göstəricilərə görə "Liverpul"a yeni məşqçi gəlir - Bill Şenkli. Şenklinin gəlişindən sonra, "Liverpul"un heyəti yeniləndi. Komandaya nə az, nə çox, düz 24 futbolçu cəlb olunmuşdu. Şenkli "Enfild"dəki zirzəmini yeniləyərək, məşqçilərin müzakirə otağı etmişdi - Buts otağı (Boot room). "Liverpul" 1-ci diviziona 1961/62 sezonunda qalxa bildi. Şenklinin komandası 17 illik çempionsuzluğu son qoyaraq, 1963/64 sezonunda İngiltərə çempionu olmuşdu. 1965-ci ildə finalda "Lids Yunayted"i məğlub edən "Liverpul", tarixində ilk dəfə İngiltərə Kubokunu qazanmışdı. 1965/66 sezonunda "Liverpul" 7-ci dəfə İngiltərə çempionu olur. 1973-cü ildə, finalda "Borussiya Mönxenqladbax"ı məğlub edərən "Liverpul", UEFA Kubokunu qazanmışdı. Növbəti ildə isə "Liverpul" İngiltərə Kubokunu qazanmışdı.
Liverpul FK-nun tarixi (1985-hazırda)
1985-ci ildəki Eyzel faciəsinə görə, məşqçi Feqan istefa verdi. Co Feqandan sonra, baş məşqçilik postuna Kenni Dalqliş keçir. O, oynayan məşqçi olur. Kenninin dövründə "Liverpul" 3 dəfə liqada 1-ci olur, 2 dəfə İngiltərə kubokunu qazana bilir. 1985/86 sezonunda "Liverpul" klassik dublya imza atır. Həmin sezon "Liverpul" həm çempionatı, həm də İngiltərə Kubokunu qazana bilir. 15 aprel 1989-cu ildə "Hillsboro" faciəsi baş verir. 96 "Liverpul"lu həlak olur. 1988/89 sezonu "Liverpul" pərəstişkarları üçün ən drammatik sezon oldu. "Arsenal"ın "Liverpul"la eyni xalı olmasına baxmayaraq, top fərqində "kanonirlər" "qırmızılar"dan üstün oldular.
NATO-nun Bosniya və Herseqovinaya müdaxiləsi
NATO-nun Bosniya və Herseqovinaya müdaxiləsi Bosniya müharibəsi zamanı və ondan sonra sülhün bərqərar olması və mühafizəsi üçün NATO-nun həyata keçirdiyi bir sıra tədbirlərdən ibarətdir. NATO-nun müdaxiləsi əsasən siyasi və simvolik olaraq başlamış, lakin sonra genişmiqyaslı hava əməliyyatları və 60.000 hərbçinin göndərilməsi ilə müşayiət olunmuşdur.
Nun və ya əl-Qələm Surəsi
68-ci surə Nun və ya əl-Qələm (Qələm) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir) Surənin adı 1-ci ayədə çəkilən qələm sözündən götürülüb: "Nun!
Gürcüstanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Gürcüstanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı Gürcütanda yerləşən mədəni və ya təbiət miraslarının UNESCO-un Dünya İrsi siyahısına və ya müvəqqəti irs siyahısına düşənlərdən ibarətdir. Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları qaydada yerləşdirilir. Bu siyahıda Gürcüstanın hökuməti tərəfindən Dünya İrs Siyahısına yazılmaq üçün namizəd kimi təklif olunan xüsusiyyətlər var.
Gürcüstanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Gürcüstanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı Gürcütanda yerləşən mədəni və ya təbiət miraslarının UNESCO-un Dünya İrsi siyahısına və ya müvəqqəti irs siyahısına düşənlərdən ibarətdir. Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları qaydada yerləşdirilir. Bu siyahıda Gürcüstanın hökuməti tərəfindən Dünya İrs Siyahısına yazılmaq üçün namizəd kimi təklif olunan xüsusiyyətlər var.
Mamamoo-nun qazandığı mükafat və nominasiyaların siyahısı
Bu, Rainbow Bridge World tərəfindən 2014 -cü ildə qurulan Cənubi Koreya-lı qız qrupu Mamamoo tərəfindən alınan mükafat və nominasiyaların siyahısıdır. Mamamoo 163 nominasiyadan cəmi 45 mükafat aldı.
Meksikada UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Meksikada UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısında 31 ad var (2010-cu ilə qədər).
Meksikada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
Meksikada UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısında 31 ad var (2010-cu ilə qədər).
Yuşə ibni Nun
Yuşa ibn Nun
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
ADİU-nun Dərbənd filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı (ADİU-nun Dərbənd filialı) — Azərbaycan ali təhsil müəssisəsinin Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində fəaliyyət göstərən filialı; Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı 1993-cü ildən Azərbaycan prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı sayəsində yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq , onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir. Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən hal-hazıra qədər yüzlərlə gənclər filialı bitirərək məzun olmuşdur. Həmin məzunlar hal-hazırda Rusiya iqtisadiyyatın müxtəlif sahələrində müvəffəqiyyətlə işləyirlər. Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır: Dünya iqtisadiyyatı; Maliyyə-Kredit; Mühasibat uçotu və audit; Gömrük işinin təşkili; İqtisadiyyatın hüquqi tənzimlənməsi. Filialın tədris korpusu Dərbənd şəhəri, Sovet küçəsi, 10-b ünvanında yerləşir. Filialda 400-dən çox tələbə təhsil alır. Filialda 3-nəfər elmlər doktoru, professor, 10 nəfər elmlər namizədi, dosent, 7 nəfər baş müəllim, 5 nəfər assistent və müqavilə ilə digər müəllimlər fəaliyyət göstərirlər.
BDU-nun Tarix fakültəsi
Bakı Dövlət Universitetinin Tarix fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == 1919-cu ilin sentyabrında təsis edilən və noyabrın 15-də fəaliyyətə başlayan Tarix fakültəsi Bakı Dövlət Universitetinin yaşıdıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə tərəqqipərvər ziyalıların təşəbbüsü ilə yaradılmış Tarix fakültəsinin Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasında misilsiz xidmətləri olmuşdur. Fakültə fəaliyyət göstərdiyi 103 il ərzində çətin və şərəfli inkişaf yolu keçmişdir. 1919-cu ildə Tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlayan Tarix fakültəsi sonralar müxtəlif adlar ilə (İctimai elmlər fakültəsi, Pedaqoji fakültə) fəaliyyətini davam etdirmişdir. Bu müddətdə Tarix fakültəsi yüksəkixtisaslı tarixçi kadrlar hazırlayan nüfuzlu tədris və elm mərkəzinə çevrilmiş, Azərbaycanda elmin və mə­dəniyyətin inkişafına güclü təkan vermişdir. Fakültə təsis olunarkən ona 509 tələbə və 95 azad dinləyici (604 nəfər) qəbul edilmişdi. 1920-1921-ci illərdə fakültədə 12 professor, 2 dosent, 6 müəllim, 1 elmi işçi – cəmi 21 nəfərlik elmi-pedaqoji heyət çalışmışdır. Onlar fakültədə elmi-pedaqoji işin təşkili və milli kadrların hazırlanması işinə böyük əmək sərf etmişlər. 1922-ci ildə Tarix fakültəsində 8 kafedra fəaliyyət göstərirdi: Qədim tarix; Orta əsrlər tarixi; Yeni dövrün tarixi; Rusiya tarixi; Müsəlman Şərqinin ümumi tarixi; Türklərin tarixi; İran tarixi; Ar­xeologiya.
UNESCO-nun Dünya İrsi
Dünya Mədəniyyət Mirasları siyahısı – UNESCO-nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Nizamlı olaraq yenilənən siyahıya 2004 ildən etibarilə 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunların 617-si mədəni, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. 1972-ci ildə UNESCO 38 maddədən ibarət qətnaməni qəbul etdi.Qətnamədə hamı tərəfindən ümumdünya irsinin bir nəfər kimi qorumalı olduğu qeyd edilirdi. Qətnaməyə 175 dövlət qoşulmuşdur.Bunlardan 21 dövlət Ümumdünya irsinin idarə heyətinin üzvüdür. Ümumdünya irsi dünyada olan nadir abidə və təbii qoruqların qorunması ilə məşğul olur. Bu idea Ümumdünya irsinin rəsmi loqosundada əks olunmuşdur. Bu loqo, Belçikalı Karikatura ustası Michel Olyff tərəfindən yaradılmış və 1998-ci ildən etibarən, rəsmi loqo olaraq istifadə edilir .Loqonun icərsində olan kvadrat insanın həyatda nələrə nail ola biləcəyni, onun ətrafında olan dairə isə təbiətin insana verdiyi gözəlliyi ifadə edir. Loqonun dairəvi formada olması, həm də bütün dünyada olan irsin qorunması deməkdir.
UNESCO-nun xoşməramlı səfiri
UNESCO-nun xoşməramlı səfirləri , istedad və ya şöhrətlərini UNESCO ideallarını yaymaq üçün istifadə edən, xüsusən də medianın diqqətini çəkən, UNESCO-nun məşhur vəkilləridir (diplomatik səfirlər deyillər). Vəkilin digər ixtisas kateqoriyalarına UNESCO-nun Sülh Sənətçisi, UNESCO-nun İdman Çempionu və UNESCO-nun Xüsusi Elçisi də daxildir. Aşağıda, dəstəklədikləri layihə və fəaliyyətləri ilə yanaşı UNESCO-nun xoşməramlı səfirlərinin siyahısı verilmişdir.
UNESCO-nun xoşməramlı səfirləri
UNESCO-nun xoşməramlı səfirləri , istedad və ya şöhrətlərini UNESCO ideallarını yaymaq üçün istifadə edən, xüsusən də medianın diqqətini çəkən, UNESCO-nun məşhur vəkilləridir (diplomatik səfirlər deyillər). Vəkilin digər ixtisas kateqoriyalarına UNESCO-nun Sülh Sənətçisi, UNESCO-nun İdman Çempionu və UNESCO-nun Xüsusi Elçisi də daxildir. Aşağıda, dəstəklədikləri layihə və fəaliyyətləri ilə yanaşı UNESCO-nun xoşməramlı səfirlərinin siyahısı verilmişdir.
Zu-n-Nun Misri
Zu-n-Nun Əbu Faid Savban ibn İbrahim Misri (ərəb. ذو النون المصري‎; 796, Ahmim[d], Misir, Abbasilər xilafəti – 859, Qahirə, Misir, Abbasilər xilafəti və ya Cizə) — Misir sufi alimi. Onun həyatı haqqında çox da məlumat yoxdur. "Zu-n-Nun" ləqəbi "balıq sahibi" mənasındadır "Misri" nisbə onun əslən Misirdən olduğunu bildirir. Zu-n-Nun Suriya və Ərəbistanda çoxlu səyahətlər etmiş, bir çox sufi müdriklərinin, o cümlədən Səhl Tustərinin tələbəsi olmuşdur. 829-cu ildə bidət ittihamı ilə həbs edilmiş və Bağdad həbsxanasına göndərilmişdir, lakin sonra xəlifə Mütəvəkkilin müdaxiləsi sayəsində sərbəst buraxılmışdır. Azadlığa çıxandan sonra Qahirəyə getmiş və orada vəfat etmişdir. Dho'l-Nun al-Mesri. Muslim Saints and Mystics. London: Routledge & Kegan Paul.
Zu-n-Nun Əyyub
Zu-n-Nun Əyyub (ərəb. ذو النون أيوب‎) (1908, Mosul – 1988 və ya 6 sentyabr 1998, Avstriya) — İraq yazıçısı və publisisti. Zu-n-Nun Əyyub 1908-ci ildə o vaxtlar Osmanlı imperiyasının bir hissəsi olan Mosulda, tacir ailəsində anadan olmuşdur. O, 1933-cü ildə nəşrə başlamışdır. Əyyub milli ədəbiyyatda realist hekayə janrının banilərindən biridir. O, "Dostum" (1937), "Babil qalası" (1939), "İbrahim həkim" (1940), "Əl, torpaq, su" (1948), "Unudulmuş adlar" (1959) romanlarının, eləcə də çoxlu ictimai-siyasi məqalələr, ədəbiyyat və incəsənətə aid əsərlərin müəllifidir. Əyyub 1939–1946-cı illərdə ərəb hekayələrinin inkişafında mühüm rol oynayan "əl-Məcəllə" jurnalını nəşr etdirmişdir. Onun əsərləri süjet sadəliyi, dəqiqliyi, dilin aforizmi ilə səciyyələnir, ərəb nəsrinə xas olan tərbiyəçilik meyli ilə birləşir. Əyyubun yaradıcı şəxsiyyəti Anton Çexovun, Maksim Qorkinin və Misir yazıçıları Mahmud Teymur və Taha Hüseynin təsiri altında formalaşmışdır. O, Nikolay Qoqolun, Fyodor Dostoyevskinin, İvan Turgenevin, Maksim Qorkinin əsərlərini ərəb dilinə tərcümə etmişdir.
Azərbaycanda YUNESKO-nun Ümumdünya irsi
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 1972-ci ildə yaradılmış UNESCO-nun Ümumdünya İrs Konvensiyasını imzalayan ölkələr tərəfindən irəli sürülmüş mədəni və ya təbii irs üçün müstəsna universal dəyərə malik Ümumdünya irslərini müəyyən edir. Mədəni irs abidələrdən (memarlıq əsərləri, monumental heykəllər və yaxud yazılı abidələr), bina qruplarından və ərazilərdən (arxeoloji yerlər daxil) ibarətdir. Təbii xüsusiyyətlər (fiziki və bioloji formasiyalardan ibarət), geoloji və fizioqrafik birləşmələr (o cümlədən nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin məskunlaşdığı yerlər) və elm, mühafizə və ya təbii gözəllik baxımından mühüm əhəmiyyət kəsb edən təbiət əraziləri təbii irs kimi müəyyən edilir. Azərbaycan konvensiyanı 16 dekabr 1993-cü ildə ratifikasiya etmişdir. Siyahıda Azərbaycanın beş irsi obyekti var. Siyahıya ilk əlavə edilən yer 2000-ci ildə Şirvanşahlar sarayı və Qız qalası da daxil olmaqla İçərişəhər olmuşdur. 2000-ci ildə Bakı zəlzələsində dəymiş ziyana görə bu ərazi 2003-cü ildən 2009-cu ilə qədər təhlükədə olanlar siyahısına salınmışdır. Qobustan Dövlət Tarix-Bədii Qoruğu 2007-ci ildə siyahıya alınmışdır. 2013-cü ildə bu iki irsi obyektə silahlı münaqişə zamanı Mədəni Əmlakın Mühafizəsi Komitəsi tərəfindən gücləndirilmiş mühafizə statusu verilmişdir. Siyahıya ən son əlavə edilən 2023-cü ildə Hirkan meşələri və Xınalığın mədəni mənzərəsi olmuşdur.
Qarabağ FK-nun mövsümlərinin siyahısı
"Qarabağ" FK-nun mövsümlərinin siyahısı — Azərbaycan Premyer Liqasında çıxış edən və Azərbaycanın Ağdam şəhərini təmsil edən Futbol Klubu. "Qarabağ", 10 dəfə Azərbaycan Premyer Liqasının, 7 dəfə Azərbaycan Kuboкunun, Azərbaycan superkubokunun qalibi olub. Klub həmdə, UEFA Çempionlar Liqası qrupunda, UEFA Avropa Liqasının qrupunda, UEFA Konfrans Liqası qrupunda mübarizə aparıb.
UNESCO-nun xoşməramlı səfirlərinin siyahısı
UNESCO-nun xoşməramlı səfirləri , istedad və ya şöhrətlərini UNESCO ideallarını yaymaq üçün istifadə edən, xüsusən də medianın diqqətini çəkən, UNESCO-nun məşhur vəkilləridir (diplomatik səfirlər deyillər). Vəkilin digər ixtisas kateqoriyalarına UNESCO-nun Sülh Sənətçisi, UNESCO-nun İdman Çempionu və UNESCO-nun Xüsusi Elçisi də daxildir. Aşağıda, dəstəklədikləri layihə və fəaliyyətləri ilə yanaşı UNESCO-nun xoşməramlı səfirlərinin siyahısı verilmişdir.
Draka nunatakı
Draka nunatakı (bolq. нунатак Драка, ‘Nunatak Draka’ \'nu-na-tak 'dra-ka\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-qərbdə yerləşən, 750 m hündürlüklü qaya nunatakıdır. Uzunluğu 1.9 km, eni 4.2 km-dir. Nunatak cənub-qərbi Bolqarıstanda yerləşən Draka və Drakata şəhərlərinin adını daşıyır. Draka nunatakı 64°15′06″ c. e. 59°10′06″ q. u. koordinatlarında yerləşmişdir. Vetrovala zirvəsindən 6.32 km cənub-qərbdə, Vayld dağından 15.48 km cənub-qərbdə, Lonqinq burnundan 38 km şimalda, Dolen zirvəsindən 24.13 km şimal-şərqdə, Hornsbi dağından 10.74 km cənub-şərqdə yerləşmişdir.
Gilerme Nunes
Gilerme Nunes kimi də tanınan Gilerme Nunes da Silva (12 iyul 1998) — Braziliya təmsilçilərindən olan "Qremio Brazil" klubunda müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Braziliya futbolçusu. Nunes Riu-Qrandi-du-Sul ştatının Novo Hamburqo bölgəsində anadan olmuşdur. Gilerme 2014-cü ildə yerli İvoti/Qlobalfut klubundan Santos klubunun akademiyasına cəlb olunmuşdur. 5 noyabr 2015-ci ildə o, klub ilə üç illik peşəkar müqavilə imzalamışdır. 3 fevral 2018-ci ildə Gilerme Nunes baş məşqçi Jair Venturanın istəyi ilə əsas komandaya dəvət almışdır. O, peşəkar karyerasında debütünü on beş gün sonra Kampeonato Paulista liqasında San-Paulu klubuna qarşı oyunda etmişdir. O, Conatan Kopeteni əvəz etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. 16 sentyabr 2015-ci ildə Gilerme Nunes FİFA U-17 Dünya Çempionatında iştirak etmək üçün Braziliya U-17 millisinə dəvət almışdır. O, növbəti il U-20 yığmasına çağırılmış, Yay Olimpiya Oyunlarına gedəcək heyəti müəyyən etmək keçirilən məşqlərdə iştirak etmişdir.
Kolobar nunatakı
Kolobar nunatakı (bolq. Колобърски нунатак, ‘Kolobarski Nunatak’ \ko-'lo-b&r-ski 'nu-na-tak\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-qərbdə yerləşən, 587 m hündürlüklü qaya nunatakıdır. Nunatak şimal-şərqi Bolqarıstanda yerləşən Kolobar şəhərinin adını daşıyır. Kolobar nunatakı 63°41′31″ c. e. 58°13′46″ q. u. koordinatlarında yerləşmişdir. Panhard nunatakından 3.59 km şimal-şərqdə, Çoçoveni nunatakından 4.29 km cənub-şərqdə, Levassor nunatakından 5.66 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kovil nunatakı
Kovil nunatakı (bolq. Ковилски нунатак, ‘Kovilski Nunatak’ \'ko-vil-ski 'nu-na-tak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2020 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Zirvə cənubi Bolqarıstanda yerləşən Kovil şəhərinin adını daşıyır. Kovil nunatakı 78°02′20″ c. e. 87°02′59″ q. u. koordinatlarında yerləşmişdir. Qoldtiveyt dağından 24.93 km qərbdə, Habli dağından 12.68 km şimal-qərbdə, Helfert nunatakından 15.46 km cənub-şərqdə yerləşmişdir.
Markos Nunes
Markos Nunes (7 yanvar 1961) — Çilini təmsil edən stolüstü tennisçi. Markos Nunes Çilini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Markos Nunes Çilini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Miki Nunyes
Miqel "Miki" Nunyes Poso (isp. Miguel "Miki" Núñez Pozo; d. 6 yanvar 1996, Terrassa, Barselona, İspaniya) — İspaniya müğənnisi. O, "La venda" mahnısı ilə İspaniyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Miki 6 yanvar 1996-cı ildə İspaniyanın Barselona vilayətində yerləşən Terrassa şəhərində anadan olmuşdur. O, kiçik yaşından ailəsini dəstəyi ilə gitara və piano dərsləri almağa başlamışdır. O, biznes idarə edilməsi ixtisası üzrə London və Los-Ancelesdə təhsil almışdır. Miki Dalton Bang musiqi qrupunun üzvüdür. 2018-ci ildə İspaniyanın ən çox baxılan musiqi yarışması Operación Triunfo-nun dinləmələrinə qatılmışdır. Həmin ilin sentyabr ayında onun yarışmada iştirak edəcəyi təsdiqlənmişdir.
Nunatak
Nunatak (qren. nunataaq) — ətrafı buzla örtülü olan qayalı pik və ya təpə. Bu coğrafi obyekt buz örtüyünün və ya dağ buzlağının üzərinə çıxır. Nunataklar əsasən Qrenlandiya və Antarktida ərazisində yerləşir. Buzlaq zonasında bitki örtüyünün formalaşmasına imkan verir. Vaxtı ilə buzlarla tam örtülən dağ zirvələri dairəvi formaya malik olur. Onların ifadə edilməsində bəzən islandiyalı dilində işlənən "nunakol" (ing. Nunakol) sözü keçərlidir. "Nunatak" sözü eskimos dilidən Qərbi Avropa dillərinə 1880-ci illərdə daxil olmuşdur. Nunatak — (rus.
Nunavut
Nunavut — Kanadada ərazi. Mərkəzi İqaluit şəhəridir.
Nuneanqan
Nuneanqan adası (rus. Нунэанган) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində yerləşən ada. Senyavin boğazında, İtırqan adasından 5 km şərqdə, Çukot yarımadasının cənub-şərq qutaracağında yerləşir. İnzibati cəhətdən Çukotka muxtar dairəsi, Providenski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 117 metrdir. Burada naviqasiya mayakı yerləşir. Sahil ərazisində boz və qrenlandiya balinalarının yemlənmə ərazisi yerləşir. Adada böyük bir quş bazarı vardır, 8 quş növünə aid 40 min quş burada yuva qurur. 2003-cü ildə mayakda Radioizotop termoelektrik generator quraşdırılarkən ştatdan kənar iş müəyyən edilir. Daxili süalanma konstruksiya çatışmazlığı səbəbindən normadan 5 dəfə artıq olmuşdur.
Nunivak adası
Nunivak adası (ing. Nunivak) — Berinq dənizində Alyaska yaxınlığında yerləşir. Sahəsi 4227 km² təşkil edir. Amerikaya məxsus olan sahəsinə görə səkkizinci adadır. Berinq dənizində Müqəddəs Lourens adasından sonra ikinci böyük adadır. Yukon çayının deltasından 48 km aralıda yerləşir. Şimaldan cənuba 76 km, şərqdən qərbə isə 106 km təşkil edir. Adan vulkan məşəllidir. Sahəsinin böyük qismi 160 metr hündürlüyə malik olan plato yerləşir. Adanın formalaşması Təbaşir dövrünə təsadüf edir.
Nunivak çupikcəsi
Nunivak çupikcəsi (öz adı Cugtun ; İngilis dilində Cup'ig və ya Nunivak Cup'ig, Nunivak Cux) – Alyaska'da, Nunivak adasında Nunivak çupikləri tərəfindən danışılan Eskimos-Aleut dil ailəsinin Yupik dilləri qrupundan bir Eskimos dili olan Alyaska yupikcəsinin dialekti. Nunivak adasında danışılan Nunivak çupikcəsi, ada da böyük təsirə məruz qalaraq formalaşan Alyaska yupikcəsinin ən fərqli dialekti olup ayrı bir dil kimi qəbul edilmişdir və Nunivakdəki məktəbdə təlim və tədris olunur. İndiki zamanda Nunivak çupiklərinin sayı 215 dir və ana dilində yalnız Mekoryuk qəsəbəsində yaşayan yaşlı insanlar tərəfindən danışılır; uşaqlar danışa bilmədikləri dillərini məktəbdə öyrənirlər. Eskimos-Aleut dil ailəsi Aleut qolu Aleut dili Eskimos qolu Sirenik eskimos dili (öz dilində olan adı: Uqeghllistun)¹ Yupik dilləri Sirenik yupik dili¹ Əsl Yupik dilləri Sibir yupik dili (öz dilində olan adı: Yupigestun) Naukan yupik dili (öz dilində olan adı: нывуӄаӷмит) Alyaska yupik dili (öz adları Yugtun, Yugcetun, Cugtun) Unaliq-Pastuliq yupikcəsi : Norton Sound bölgəsində danışılır Əsl Alyaska yupikcəsi : Yukon və Kuskokvim bölgələrində danışılır (öz dilində olan adı: Yugtun, Yugcetun) Egegik yupikcəsi : Bristol Bay bölgəsində danışılır Çupikcə : Hooper Bay və Chevak bölgələrində danışılır (öz dilində olan adı: Cugtun) Nunivak Çupikcəsi (öz dilində olan adı: Cugtun) Supik dili və ya Alyutik dili (öz dilində olan adı: Sugcestun, Sugtestun və ya Alutiitstun) İnuit dilləri İnyupik dili və ya Alyaska inuit dili (öz adı Iñupiatun) Qərbi Kanada inuit dili (öz dilində olan adı: Inuvialuktun) Şərqi Kanada inuit dili (öz dilində olan adı: Inuktitut) Qrenlandiya inuit dili və ya Qrenlandiya dili (öz dilində olan adı: Kalaallisut ¹yeri qəti deyil Dünyada yalnız bir məktəbdə, Aşağı Kuskokvim Məktəb Bölgəsinə (LKSD Lower Kuskokwim School District) bağlı olan Mekoryuktaki məktəbdə (Nuniwarmiut School PK-12) Nunivak çupikcəsi "xarici dil" kimi öyrədilmişdir. Uşaqlar ana dillərini bilmədikləri üçün evdə danışmırlar, məktəbdə sonradan öyrənirlər. Məktəbin 32 şagirdi var. Alyaska Yerli Dil Mərkəzi tərəfindən Alyaska yupikcəsindən (Yup'ik) ayrı olaraq Nunivak çupikcəsi (Cup'ig) ilə də dərs kitabı yayımlanmaktadır. Nunivak çupikcəsinin təhlükə altındakı dillərdən olduğu Alyaska Yerli Dil Mərkəzi (ANLC) tərəfindən də təsdiq edilmişdir. Dil hər an ölü dillər siyahısına salına bilər. Michael Krauss tərəfindən 1975-ci ildə aparılan tədqiqata əsasən "bəzi uşaqlar Çupikcə danışa bilir" deyilirdi, 1982-ci ildə isə "uşaqların heç biri çupikcə danışa bilmir" nəticəsi əldə edilmişdir.
Nunivak çupikləri
Nunivak çupikləri (öz dilində olan adı: Cupʼig tək Cupiik iki Cupiit cəm və ya Nuniwarmiut 'Nunivak xalqı'; İngiliscə Nunivak Cup'ig) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərbində, Berinq dənizində olan Nunivak adasında (Nuniwar) yaşayan yupik qolundan bir eskimos xalqıdır. Alyaska ərazisində yaşayan yupiklərin bir qəbiləsi olsa da onlardan ayrı yaşamaları nəticəsində onlardan müəyyən qədər təcrid olmuşdur. Bu da onların digər qohum xalqlardan həm mədəniyyət, həm də dil baxımından fərqlənməsinə səbəb olmuşdur. Alyaskanın materikdə olan Yukon və Kuskokvim bölgələrindəki xalqlar Yupʼik adını daşıyarkən, yenə materikdə olan Hooper Bay və Chevak bölgəsindəkilər Cupʼik adını daşıyırlar. Nunivak adasındakilər isə Cupʼig olaraq özlərini adlandırırkən, materikdəki yupiklərə də Yupʼig adını verirlər. Onların hamısı yupikcə deyilən eyni dilin fərqli dialektlərində danışarlar. Kanada eskimosları "Eskimos" adını kiçildici tapıb özləri üçün istifadə qanuni olaraq engellerken, digər Alyaska eskimosları gibi, Nunivak çupikləri de özlərinə "Eskimos" deyilməsinə narahatlıq duymazlar. Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları¹ Yupik xalqları Sirenik yupikləri¹ Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Nunivak çupikləri Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri İndiki zamanda Nunivak çupiklərinin sayı 215 dir və anadillərini yalnız Mekoryuk qəsəbəsində yaşayan yaşlı insanlar tərəfindən danışılır; uşaqlar danışamadıqları dillərini məktəbdə öyrənirlər. 1900-cı ildə USS Manning gəmisinin cərrahı Alanson Uiks tərəfindən keçirilmiş məhdud ABŞ əhali sayımına görə 110 nəfər qəbul olundu. 1910-cu ildə agent L.L. Beyls tərəfindən edilən məhdud ABŞ əhali sayımına görə 10 yaşayış yerində cəmi 131 nəfər qeyd edildi.

Значение слова в других словарях