Nənələr
Nənələr — Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblıdır. Bu qrup "Lənkəran Nənələri" adı ilə də tanınır. Ansambl hal-hazırda 6 üzvdən ibarətdir. Bu ansamblın əsası 1970-ci ildə qoyulub.. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və Talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq "Ay lolo", "Gəl, gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi", "Bulaq başında", "Gəlin", "Kinəlim-kinəlim", "Maralı göndər bizə", "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", "Yar-yar", "Can gülüm", "Bülbüllər oxuyur" və s. mahnıların adını çəkmək olar.
Qrup ilk yarandığı vaxtda 4 nəfərdən (Gülbacı, Ağabacı, Xanımbacı və Qızbəs) ibarət olub. Bu vaxtlar onlar "Bacılar" adı ilə fəaliyyət göstəriblər.